date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-14
1,635
Porno ulduz çörək pulu üçün keçmiş sənətinə qayıtdı - Foto
Keçmiş döyüşçü Tito Ortizdən boşandıqdan sonra maddi baxımdan əziyyət çəkən Cenna Ceymson keçmiş sənətinə qayıtmaq qərarı alıb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçmiş porno ulduz Cenna birdəfəli atdığını dediyi sənətinə yenidən qayıdır. Buna səbəb isə pulsuzluqdan əziyyət çəkməsi və uşaqlarını dolandırmaq istəyidir. Qeyd edək ki, Cenna Ortislə görüşməyə başlayandan sonra bir daha porno sektora qayıtmayacağını bildirmişdi.
2013-11-14
1,636
Prezidenti 37 il sonra qəbirdən çıxardılar
1960-cı illərdə hakimiyyətdə olan Braziliyanın sabiq dövlət başçısı Qoulartın öz əcəliylə ölüb-ölmədiyini müəyyənləşdirmək üçün cəsədi məzarından çıxarıldı. "Axar.az"ın məlumatına görə, buna səbəb uruqvaylı kəşfiyyatçının açıqlamasıdır. Narkotik ticarətinə görə həbs olunan kəşfiyyatçının dediyinə görə, prezident Qoulart ürək dərmanının zəhərli həblərlə dəyişdirilməsi nəticəsində zəhərlənib. Qeyd edək ki, dövlət başçıları Juscelino Kubitsçek və Janio Quadrosun köməkçiliyini edən Qoulart 1961-ci ildə, Quadrosun istefasından sonra prezident seçilmişdi. Hakimiyyətə gəldikdən üç il sonra - 1964-cu ildə hərbi çevriliş nəticəsində devrilən Qoulart 1976-cı ildə Argentinada sürgün zamanı həyatını itirmişdi. Cənazəsi vətəni olan Sao Borjaya göndərilmişdi. İnfaktdan öldüyü deyilən Qoulartanın cəsədi nə Argentinada, nə də Braziliyada müayinə edilmişdi. Braziliya İnsan Haqları Nazirliyi internet saytında açıqlama verərək, Qoulartın zəhərləndiyinə dair şübhələr olduğunu dedi. Bu şübhələr 2008-ci ildə Braziliyada narkotik qaçaqmalçılığından həbs olunan uruqvaylı bir kəşfiyyat səlahiyyətlisinin açıqlamasından sonra yayılıb. Uruquaylı səlahiyyətli Folha da mətbuata Qoulartın Kondor Planı çərçivəsində zəhərləndiyini demişdi. "Kondor Planı" - 1970-1980-ci illərdə Cənubi Amerikanın böyük bir qisimində iqtidarda olan hərbi birlik tərəfindən bir-birlərinin vətəndaşlarına işgəncə edib öldürmək üçün istifadə edilirdi.
2013-11-14
1,637
Mursi tərəfdarları küçələrə çıxdı
Misirin hakimiyyətdən devrilən və hazırda həbsdə olan sabiq dövlət başçısı Məhəmməd Mursini dəstəkləyən minlərlə adam paytaxt Qahirə və digər şəhərlərdə etiraz yürüşü keçiriblər. "Axar.az"ın xəbərinə görə, yürüş zamanı Mursinin şəkillərini daşıyan və şüarlar səsləndirən etirazçılar Rabiya Əl Ədəviyə işarəsi tutaraq, Mursiyə dəstək şüarları səsləndirdilər. Bəzi misirlilər də evlərinin balkonundan bayraq yelləmək və alqışlamaqla etirazçı qrupa dəstək verib. Vəkilləri vasitəsilə özünü dəstəkləyənlərə təşəkkür edən Mursi, "Sizin göstərdiyiniz stabillik və səbir ilə mən daha çox səbirli oluram", - deyib.
2013-11-14
1,638
Ermənistan “Dağlıq Qarabağı” danışıqlar masasına qaytarmaq istəyir
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan dövlət başçısı Serj Sərkisyanla noyabrın 19-da görüşəcək. Bu məlumatı Ermənistanın "Qraparak" qəzeti diplomatik mənbələrə istinadla yazıb. Ancaq görüşün dəqiq yeri bəlli deyil. Qəzetin iddiasına görə, bu görüş ya Vyanada, ya da Sürixdə baş tutacaq. Qəzet "görüş naminə görüş" kimi dəyərləndirdiyi bu görüşdən ciddi nəticələr gözləmir: "ABŞ sülh danışıqlarının hələ dalana dirənmədiyi təəssüratını yaratmaq istəyir və Rusiyanın Cənubi Osetiya və Abxaziyada həyata keçirdiyi ssenarinin bu problemə tətbiqinə mane olmaq istəyir". Dolayısı ilə Rusiyanın Qarabağa ordu yeritmək imkanına diqqət çəkən erməni mənbələri görüşdə Ermənistanın "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar stoluna keçirilməsi üçün" təkid edəcəyini də vurğulayıb. Qeyd edək ki, Azərbaycanın yeni Müdafiə naziri Zakir Həsənovun təyinatı Ermənistanda həyacanla qarşılanmşdı və peşəkar zabitin ordunun başına keçməsi və islahatlarını erməni mediası Azərbaycanın müharibəyə hazırlığı kimi dəyərləndirmişdi. Bura Azərbaycanın son illər hərbiyə yatırdığı vəsaiti artırmasını və sürətlə silahlanmasını əlavə edən erməni ekspertlər narahatlıqlarını ifadə etmişdilər. Görünür, "Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması təkidi" ictimai narahatlığa köklənən təbliğatdır.
2013-11-14
1,639
Şəmkirdə ağır yol qəzası - xəsarət var
Bakı-Qazax yolunun Şəmkir rayon Zəyəm qəsəbəsi ərazisindən keçən 404-cü km-də ağır yol qəzası baş verib. Kəpəz TV-nin məlumatına görə, Şəmkir rayon Düyərli kənd sakini Mahmud Tağı oğlu Məsimovun idarə etdiyi traktor Gəncə şəhər sakini Vaqif Hüseyn oğlu Abdullayevin idarə etdiyi QAZ-24 markalı avtomobillə toqquşub. Nəticədə Vaqif Hüseynov və sərnişin, Gürcüstannın Marneuli rayonunda anadan olan, Gəncə şəhərində yaşayan Eldəniz Vaqif oğlu Abdullayev xəsarət alaraq Şəmkir rayon xəstəxanasına yerlədirilib. Daha sonra isə hər iki xəstə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparlıb. Faktla bağlı araşdırma aparılır.
2013-11-14
1,640
Şəkidə yol terroru: bir ölü
Şəkidə ağır yol qəzası baş verib, bir nəfər ölüb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki rayonu, İncə kəndində (rayon mərkəzindən 10 km aralı) 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus "Hyundai" markalı minik avtomobilinin körpünün üzərindən çayın kənarına yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Avtomobilin sürücüsü R.A.Balacayev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar Dövlət Yol Polisi təhqiqat aparılır.
2013-11-14
1,641
ABŞ Filippinə 700 hərbçi göndərir
"Hayan" superqasırğasından sonra ABŞ kömək üçün Filippinə təxminən 700 hərbçi göndərməyi planlaşdırır. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, hazırda Filippində 300-ə yaxın amerikalı hərbçi yardımda iştirak edir. Onlar Yaponiyanın Okinava adasında yerləşən hərbi bazadan yeni dəniz piyadalarının gəlməsini gözləyir. İndiyə kimi ABŞ hərbçiləri qasırğadan ən çox zərər çəkən şəhərlərdən biri olan Taklobanda sakinlərin evakuasiyasi ilə məşğul olurdular və artıq 800 nəfəri xilas ediblər. Daha öncə Pentaqon xəbər vermişdi ki, Filippin sahillərinə "Corc Vaşinqton" təyyarə daşıyıcısı və müşayiət üçün başqa gəmilər, helikopter və 8 kontrvertoplan yola düşüb. Onlar evakuasiyaya və humanitar köməyin çatdırılmasına kömək edəcək. Məlumat üçün qeyd edək ki, qasırğa Filippinə keçən həftənin sonu gəlmişdi. Yerli hökumətin ilkin rəsmi məlumatına görə, qasırğa 2,5 minə yaxın can alıb, 9 milyondan çox insan isə zərər çəkib. Qeyri-rəsmi məlumatlarda isə qasırğanın 10 mindən artıq insanın həyatına son quyduğu bildirilir.
2013-11-14
1,642
Sənət adamına bu günkü kimi hörmətsizlik görməmişəm
Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyor, xalq artisti Nurəddin Mehdixanlı ilə sabahın erkən saatlarında görüşüb söhbətləşdik. - Nurəddin bəy, yeni nə xəbər var? - İki tamaşada rol almışam. Azərbaycan-Türkiyə layihəsi olan yeni bədii filmdə baş rolda çıxış etdim. - Sizi daha hansı filmdə, teleserialda görə biləcəyik? - Bu günə kimi oynadığım bütün rollarda rejissor seçimim olub, amma bu gün heç bir teleserialda yoxam, olmayacam da, çünki mən peşəkaram, iş bilənlərlə işləməliyəm. Ssenarilərə baxıram, ürəyimi açan bir mövzu yoxdur. Kimlərlə işləyəcəyimə çox diqqət edən aktyoram. Mən peşəkar aktyoram və buna qiymət verib maddi baxımdan mənimlə razılaşmayanlarla işləmirəm. - Anlaşılan o ki, verilən qonorar da sizi təmin etmir?! - Bəli, bəzən də verilən qonorar istədiyim kimi olmadığı üçün çəkilmirəm. Hətta aktyorlara ayrılan pulu belə bizə vermirlər. Qeyri-peşəkarları yığırlar başlarına, teleseriallar çəkirlər, çünki onlar işinin qarşılığında nə pul versələr, razı olacaqlar. Sənətdən başı çıxmayan deyir ki, nə versələr qənimətdir. Buna görə də mən belə adamlarla işləyə bilmərəm. Mənim çəkim onların tərəzisində göstərilmir. Bu yaşda özümü hörmətsiz edə bilmərəm. Hər cür yola əl atırlar ki, pulu az versinlər - Sizcə, bu gün çəkilən telelserialların reytinq toplaya bilməməyinin səbəbi budur? - Bəli, özüdür ki, var. Nə qədər bu işdə qeyri-peşəkarlar çalışacaqlar, nəticə belə olacaq. Hər cür yola əl atırlar ki, pulu az versinlər, başda oturanlara çox pay düşsün. 35 ildir bu peşədəyəm və mən sənət adamına qarşı bu günkü kimi hörmətsizlik görməmişəm, çünki tamah və əxlaqa zidd olan məsələlər ön plandadır. Pul sənə verilməyib ki, villalar tikdirib xarici ölkələrdə gecələyəsən. Pulu görüb çaşmaq lazım deyil. Mən daima o işlə məşğul olmuşam ki, orda peşəkarlar çalışır və nəticədə ortaya mükəmməl iş qoyulur. Bizim söz deməyə haqqımız var idi? - 22 yaşınızda başladınız bu peşə ilə məşğul olmağa... Sizin zamanınızda gənclərə dəstək çox idi, yoxsa indi? - İndi gənclərin imkanları çoxdur. O vaxt biz teatr səhnəsinin həndəvrinə yaxınlaşa bilmirdik. Bir qrup aktyor və aktrisalar var idi ki, ancaq meydan onların idi. İndi biz özümüzdən çox gəncləri qabağa çəkirik, bizə dəstək olan kim idi. Mən 50 yaşımda ciddi kinoya çəkildim. Bizi kinostudiyanın ətrafına qoymazdılar. Dediklərim reallıqdır. Bütün kino üç-dörd adamın inhisarında idi. Bizim söz deməyə haqqımız var idi? İstedadlı olmursan, kim olursan ol... Mən çox işlər görə bilərdim, nə yazıq ki, qoymadılar, imkan vermədilər. Sınaqlardan keçdim, çəkiliş meydançalarında deyirdilər sən get, çəkilmirsən, filan xalq artisti çəkilir. Biz belə hadisələrlə rastlaşırdıq. Bu gün gənclərin pul qazanmaq imkanları çoxdur. Aktyorluq kişi sənətidir - Bəlkə elə buna görə gənclər ancaq pul dalınca qaçır və təhsil almır. Erkən pul qazanmaq üçün təhsildən vaz keçirlər. Gənclərin "illərlə oxuyub 140 manat maaş almaqdansa, bacardığım bir işdən daha çox pul qazanım" yanaşması ilə razısınızmı? - Hardasa razıyam, hardasa yox, çünki pul qazanmaq istədiyin hər işdə ali təhsil vacibdir. O ki, qaldı maaş söhbətinə, razıyam. Bizim dövrdə tələbat indiki kimi qədər deyildi. Həm də biz pulu fikirləşməzdik. Ancaq iş, sənət öyrənmək haqqında düşünərdik. Aktyorluq kişi sənətidir. Bacarmaq, cətinliklərə sinə gəlmək lazımdır. O da bu günkü gənclərdə yoxdur. Bu gün gənclər bir il sənətə gəlirlər, ikinci il çıxırlar efirə, villa, maşınlarını, marka geyimlərini reklam edirlər. Bir ilə, özü də bu maaşla o qədər varidata necə sahib olmaq olar? Mən halal pulumla evimi 35 yaşımda aldım, maşınısa uzun illər sonra ala bildim. Bu günkü gəncliyin tələbləri özlərindən, imkanlarından böyükdür. İndi gənclər gündəm xatirinə elə günlük də olurlar - Bu günkü gənc aktyorlar toylarda tamadalıq edir. Siz necə, heç tamadalıq etmisiniz? - Yox etməmişəm, amma edənlərə pis baxmıram. Sadəcə, bu gün gəncləri başa düşmürəm, tez alışıb tez də sönürlər. Gündəm xatirinə elə günlük də olurlar, yaddan çıxıb gedirlər. Sadəcə, heyfim gəlir onlara... Mən məşhur aktyor idim, işə avtobus, metro ilə gedib-gələrdim və bunu özümə hörmətsizlik bilmirdim. İndikilər fil üstündə bülbül axtarırlar. Mənim ilk maaşım 90 manat olub. Qane də olmuşam, məhz buna görə mən bu gün Nürəddin Mehdixanlı ola bildim. - Tanınacağınıza, məşhur olacağınıza ümidiniz var idi? - Mən heç bu gün də onu düşünmürəm ki, məşhuram. Bu məni maraqlandırmır, sadəcə, işimlə məşğulam. Düşünürəm ki, hərbçi də olsaydım, taksi sürücüsü də, işimin məsuliyyətini dərk edən insan olacaqdım. Mən heç vaxt sevmədiyim işdən yapışmamışam. Hətta xoşlamadığım insan tərəfə baxmıram da… - Nürəddin bəy şablon səslənsə də soruacağam, bu sənəti kimsə sevdirib sizə? - Olub, Adil İsgəndərovun timsalında sevdim bu sənəti... Mədəniyyətini sevdim, bizə ata kimi münasibətini sevdim. Fikirləşdim ki, əgər belə bir kişi bu sənətdədirsə, demək, bu əsil kişi sənətidir. Həqiqətən də ömrünü, canını, qanını xərcləyirsən, qarşılığında xalqın qucaq-qucaq sevgisini alırsan. Bəlkə də mənim bu fikirlərimə bir çox gənclər güləcək, amma məndən sizə bir məsləhət, pul dalınca qacmaqdansa mötəbər ad-san dalınca qaçın, pul arxanızca gələcək.
2013-11-14
1,643
Qətl sınan gecə Nardaranda - Fotoreportaj
İslam dünyasında Məhərrəm ayı noyabrın 5-də başlayıb, Aşura günü bu gün - noyabrın 14-nə qeyd olunur. Əhalinin çox qisminin şiə olduğu ölkəmizdə də Aşura xüsusi qeyd olunur. Özəlliklə Aran rayonlarında, Bakı kəndlərində Aşurayla əlaqədar əzadarlıq mərasimləri keçirilir. Dünən gecə Bakı şiələri İmam Hüseynin şəhid olduğu günü qeyd etmək üçün Bakının Nardaran kəndində yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsinə toplaşmışdı. Azərbaycanın başqa rayonlarından və Bakının ətraf kəndlərindən gələn yüzlərlə müsəlmanın iştirak etdiyi mərasim axşam saatlarında başladı və bu gün saat 12-yə "qətl sınana" qədər davam edəcək. Nardaranda əsasən bu gün səhər baş tutacaq mərasimdə iştirak etmək üçün müsəlmanlar ətraf Bakı kəndlərindən dəstə-dəstə, başlarına yaşıl və ya qara, üzərində "ya Hüseyn" yazısı olan parçalar bağlayaraq piyada, gecədən gəliblər. Qeyd edək ki, dünən gecə Rəhimə xanım (s.ə) ziyarətgahına getdiyimiz yolda uzun tıxac yaranmışdı, ziyarətgahın ətrafında isə başqa yerlərdən gələn onlarla dilənçi, qaraçı dəstələri vardı. "Axar.az"ın fotoreportajını sizə təqdim edirik.
2013-11-14
1,644
Gəncədə 8 otaqlı ev yandı
Bu gecə Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 384 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin tavanı yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumat görə, hadisə zamanı ümumilikdə 352 kv.m sahə yanıb külə dönüb. Yalnız yanğınsöndürənlərin müdaxiləsindən sonra evin qalan hissəsini mühafizə etmək mümkün olub.
2013-11-14
1,645
Rihannanın Bakıda bənzəri tapıldı - Foto/Video
ATV telekanalının "Onlar" verilişində dünya ulduzu Rihannanın Azərbaycana gəlişi ilə bağlı xəbər hər kəsin təəccübünə səbəb olub. "Axar.az" "Axşam.az"a istinadla xəbər verir ki, süjetdə məşhur müğənninin gizlicə Bakıya gəldiyi və tədbirlərin birində iştirak etdiyi bildirilib. Sosial şəbəkələrdə şərhlər yazan tamaşaçılar isə bu xəbəri birmənalı qarşılamayıb. Belə ki, haqqında süjet hazırlanan xanımın Rihanna yox, Sevanna adlı vizajist olduğu müəyyənləşib. Verilişin aparıcısı Afaq Gəncəli ilk öncə bu xanımın həqiqətən də Rihanna olduğunu zənn etdiklərini deyib: "Onu müxbirlərimiz tədbirlərin birində görüntüləyib. Rihannaya bənzərliyi əməkdaşlarımızda çaşqınlıq yaradıb. Süjet efirə getdikdən sonra gənc qızın kimliyini araşdırdıq. Rihannaya çox bənzəyən Sevannanın Bakıda vizajist olaraq çalışdığını öyrəndik. O, dünya ulduzunun pərəstişkarıdır. Həm adı, həm də özü Rihannaya bənzəyən Sevannanı görənlər təəccüblənirlər. Əslində sevindirici haldır ki, hər zaman gözəl xanımları ilə seçilən Azərbaycanda dünya ulduzunun da bənzəri var. O, heç bir plastik əməliyyat etdirməyib". Qeyd edək ki, Sevanna ATV telekanalında yayımlanan "Özünə bax" zövq yarışmasında münsif kimi də iştirak edir.
2013-11-14
1,646
Təzə nazir Səfər Əbiyevin bir kadrını da vurdu
Müdafiə Nazirliyində kadr dəyişiklikləri ara vermir. Nazir Zakir Həsənov bu dəfə Təlim-Tədris Mərkəzinin rəhbəri Şəmsəddin Abuşovu vəzifəsindən azad edib. Onun yerinə isə Beyləqan briqadasının komandiri Nazim Əlibəyov təyin olunub. Qeyd edək ki, polkovnik Ş. Abuşov 2013-cü il iyulun 23-də bu vəzifəyə təyin olunmuşdu. Bu zamana qədər isə o, Beyləqan korpusunun qərargah rəisi olub. 2009-cu ilə kimi Təlim-Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Ş.Abuşovun təyinatına qədər bu vəzifəni Təlim- Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib. Ş.Abuşovun 7 ay əvvəl təyin olunduğu vəzifədən azad edilməsi hər kəs üçün gözlənilməz olub. Belə ki, Səfər Əbiyevin nazirliyə rəhbərliyi dönəmində o, heç bir qruplaşmada iştirak etməməsi ilə fərqlənib. Eyni zamanda Təlim-Tədris Mərkəzinin rəhbəri kimi adı heç bir rüşvət və ya digər qalmaqallarda hallandırılmayıb. Ş.Abuşova yaxın zamanda general rütbəsinin veriləcəyi gözlənildiyi bir zamanda, yeni nazirin kadr dəyişikliyi təəccüblə qarşılanıb. Bununla belə fəaliyyəti nəzərə alınaraq Şəmsəddin Abuşovun yaxın zamanda başqa vəzifəyə təyinatı gözlənilir ("Aznews.az").
2013-11-14
1,647
Bir əsgərimiz özünü, biri isə yoldaşını güllələdi
"Axar.az" xəbər verir ki, ordumuzun əsgəri, 19 yaşlı Elman Süleymanovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova dəyib. N Əsədov hospitala yerləşdirilib. APA xəbər verir ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Xatırladaq ki, bu, son iki gündə Ordumuzda baş verən ikinci insidentdir. Daha bir hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınmışdı. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Nəticədə güllə yarası alan əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, M. Şahmərdanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
2013-11-14
1,648
İlham Əliyevin heyranlıqla baxdığı şəkil kimindir?
Sosial şəbəkədə maraqlı bir şəkil paylaşılıb. Azərbaycan Prezidenti İlham Əliyev muzeydə diqqətlə bir şəkilə baxır və ona şəkil sahibi haqqında məlumat verildiyi görünür. Yağlı boya ilə işlənmiş bu şəkil İbad Hüseynovundur. İbad Hüseynov Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiridir. Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu və Ermənistanın Milli Qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsiylə (başını kəsməsi ilə) məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilmişdir. Monte Melkonyan Avo ləqəbli məşhur terrorçu, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olub. Həmçinin Qarabağ müharibəsinin ən qanlı səhifələrindən olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo birbaşa qətliamda iştirak edib. Monte Melkonyanın öldürülməsi 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov 14 nəfərlik kəşfiyyat dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə keçir. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət etdiyini görürlər. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndinə sarı getməyə başlayır. İbadla Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. P.S. Bu şəklin hazırda "feysbuk"da müzakirəsi gedir və şəklin fotomontaj olduğu bildirilir. Fotomontaj iddiasını irəli sürənlər kifayət qədər əsaslı arqumentlər səsləndirirlər. Bütün bunlara baxmayaraq, İbad Hüseynov fəxr etdiyimiz gəncdir və onun belə bir şəklinin arzulandığı başadüşüləndir...
2013-11-14
1,649
Bu günün mədəniyyət afişası
TEATR "Rəvayəti Şahzadeyi Xəzər" Gənc Tamaşaçılar Teatrı, bilet: 4 AZN 12:00-15:00 "Keçi və qoyun" Kukla Teatrı bilet: 4 AZN 12:00. "Belosnejka" tamaşası Rus Dram Teatrı 14:00 KONSERTLƏR Kamera Orkestrinin konserti Kamera və orqan musiqisi zalı 19:00 KİNO "Mahmud və Məryəm" "Nizami" kinoteatrı "Məhəbbət üç il yaşayır" "Nizami" kinoteatrı "Maçete öldürür" "Nizami" kinoteatrı "Buba" "Nizami" kinoteatrı "Əyləncədən sonra" "Nizami" kinoteatrı "Sevgidən sonra" "Nizami" kinoteatrı "Qravitasiya" Park Cinema (Metropark) "Stalingrad" Park Cinema (Metropark) "Əsirlər" Park Cinema (Metropark) "Toy əhvalatı" Park Cinema, Park Cinema (Metropark) "Enderin oyunu" Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Benimle oynarmısın" Park Cinema (Metropark) "Rasputin" Park Cinema (Metropark) "Neva" Park Cinema (Metropark) "Vay başıma gələnlər" Park Cinema (Metropark) "Romeo və Cülyetta" Park Cinema, Park Cinema (Metropark) "Adelin həyatı" Park Cinema (Metropark) "Buludludur, yağıntı ehtimalı var 2: GMO-in qisası" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Hind xoruzları: Gələcəyə geri" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Castin və cəngavərlərin şücaəti" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Toydan reportaj" 28 Cinema "Uyğunluq əlamətlərinə görə" 28 Cinema "Məsləhətçi" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Telekinez" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Sonuncu Veqas" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "İlin tələbəsi" 28 Cinema "Türk dilini yeni öyrənənlər üçün" 28 Cinema "Tor 2: Zülmət səltənəti" 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) SƏRGİLƏR "Завод" sərgisi 05 oktyabr - 15 noyabr pulsuz "Olimpia Skarrinin sərgisi" 21 sentyabr - 30 noyabr Gazelli Art House "Hype" sərgisi 07 noyabr - 07 dekabr Kichik QalArt Gallery SİRK "Heyvanların şahı-2" sirk tamaşaları 25 oktyabr - 17 noyabr , 12:00, 15:00, 19:00 Bakı Dövlət Sirki (bilet: 6, 8, 10 AZN)
2013-11-14
1,650
Azərbaycan yazarlarından kim kimi oxuyur? - Sorğu
Çingiz Aytmatov deyirdi ki, yaxşı kitab müəllifin insanlara ən yaxşı hədiyyəsidir. Bəs bizim yazarlarımız necə, insanlara hədiyyə edə biliblərmi? Azərbaycan yazarları arasında xarici müəlliflərin əsərlərinə maraq daha çoxdur. Bəs görəsən yazarlarımız özümüzünkülərdən kimi oxuyur? "Axar.az" xəbər portalı olaraq yazarlarımız arasında kiçik sorğu keçirdik. Sorğuda iştirak edən yazarlarımızın fikirlərində bənzərliklər olsa da, fərqli düşüncələr də vardı. Rafiq Tağıya Allah rəhmət etsin deməyəcəm... Baba Vəziroğlu bildirdi ki, ona gənc yazarları Rafiq Tağı oxutdururdu. Ona "Allah rəhmət eləsin" deməyəcəm, çünki bu sözü başa düşmürəm. Ona "çox sağ ol" deyirəm ki, mənə gənc yazarlarımızı sevdirdi: "Ən çox Aqşin Yenisey, Sevinc Çılğını oxuyuram. Çünki onların poetik düşüncə tərzləri, ovqatları, daim yenilik axtarışında olmaları məni cəlb edir, onları oxuyanda dəyişirəm. Onlar məni özümdən alıb, tam başqa yerlərə apara bilir. Bununla yanaşı, oxuyub bəyənmədiyim yazarlar da kifayət qədərdir. Sadəcə, heç vaxt onların adını çəkmirəm. Çünki düşünürəm ki, oxucu özü oxuyub müəyyənləşdirməyi bacarmalıdır". Sayman Aruz: "Aqşini yazar kimi bəyənmirəm..." "Mən ən çox Zümrüd Yağmur, Kənan Hacı, Aqşin Yeniseyi oxuyuram. Cavanlardan əksəriyyətini oxumuşam və hələ də oxuyuram. Hətta Səxavət Sahilə qədər oxumuşam. Əlimə düşəni oxuyuram. Zümrüd Yağmurun qələminin özünəməxsusluğu var. Onu peşəkar hesab edirəm. Cəlil Cavanşirin yazılarını bəyənirəm. Bir az yaşlılardan Kamal Abdullanı daha çox oxuyuram. Kifayət qədər yazarlarımız var ki, əminəm, onlar hələ ki, axtarışdadırlar. Aqşinə gəlincə, yaxşı şairdir, amma onu yazar kimi bəyənmirəm. Bəzi yazarlarımız yazıda ardıcıllığı qoruya bilmir. Seymur Baycanın "Quqark" əsərini oxudum, əvvəlini bəyəndim, amma sonra tələsiklik hiss olunur, hətta hadisələrin rabitəsi pozulur. Sanki yazar hansı hadisənin necə baş verdiyini unudub. Nərmin Kamalın "Aç mənəm" əsərini oxuyanda da dəhşətə gəlmişdim, ritm tamam pozulmuşdu. Onda mən anladım ki, gənclərimizin əksəriyyəti hələ ki, axtarışdadır. Bunun da bir səbəbi kifayət qədər mütaliənin olmamasıdır. Yazıçılıq istedad, savadla və zəhmətlə baş tuta bilər. Yazar gərək kəlmələrin nökərinə çevrilsin". Ən mükəmməl yazarın belə maraqsız yazısı olur... Qismət də yazarlarımızın əsərlərini oxuduğunu bildirdi. Amma Qan Turalı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayarı daha çox oxuduğunu qeyd etdi: "Daha çox ədəbi yazılara üstünlük verirəm. Favoritlərim isə QanTuralı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayardır. Sevmədiklərimə gəlincə, xüsusi olaraq sevmədiyim yazar yoxdur. Ən mükəmməl yazarın belə, maraqsız yazısı olur. Bu siyahıya adlarını çəkdiyim yazarlar da aiddir. Başdan-başa bəyənmədiyim yazar yoxdur. Yararsız yazmaqdansa, az yazıb daha gözəl yazmaq lazımdır. Məsələn, Nərmin Kamal az yazır, amma mən onun bütün yazılarını səbrsizliklə, maraqla gözləyirəm". Kənan Hacı: Cəmi 5-10 yazarımız var onsuz da... "Şərif Ağayar, Seymur Baycanı daha çox oxuyuram. Elə də çox yazıçımız yoxdur onsuz da... 5-10 yazıçımız var ki, onların da əsərlərini mütaliə edirəm. Qan Turalı, Cəlil Cavanşir, Pərviz Cəbrayil, Etimad Başkeçidi oxuyuram. Dedektiv əsərlərin müəllifi Elxan Elatlıya gəlincə, o, gənclərdən daha çox Fərid Hüseyni oxuduğunu bildirdi. Onun fikrincə, gənclərdə olan cəsarət, müasirlik romanlara bir az da rəng qatır: "Ən çox Fərid Hüseyni oxuyuram. Gənclərdə müasir elmlərə maraq, dünyagörüşlərinin zəngin olması məndə romanları oxumağa stimul yaradır. Ola bilər onlar bədii cəhətdən mükəmməl əsərlər yarada bilməyiblər, amma kifayət qədər uğurlar qazanırlar. Ən çox oxuduqlarımsa Müşfiq Xan, Ramiz Cəfəroğlu, Fərid Hüseyn, Çingiz Abdullayev və Sabir Rüstəmxanlıdır.
2013-11-14
1,651
Ruslar Türkiyədən niyə ehtiyat edir – Rusların şərhi
Rusiya mediasında türkiyənin Gömrük İttifaqına dəvət olunması ilə bağlı şərhlər hələ də davam edir. Maraqlı olacağını nəzərə alaraq, "Rosbalt" saytında əksini tapan bir şərhi ixtisarla təqdim edirik. "Nazarbayevin Türkiyənin Gömrük İttifaqına (Gİ) qəbul edilməsi və Azərbaycanın mümkün üzvlüyü ilə bağlı debatlar ideyasının arxasında nə durur? İstisna deyil ki, bu, həm Qərbi şantaj yolu, həm də Rusiyanın Gömrük İttifaqında dominant rolunu zəiflətmək istəyidir. Nursultan Nazarbayevin Türkiyəni Gİ-yə dəvət etməsi İsraili "Həmas"a dəvət etmək kimi bir şeydir. Lakin Nazarbayevin təklifi ya həqiqətən Türkiyənin iştirak perspektivinə hesablanıb, ya da tərəflərin reaksiyasını yoxlamaq üçündür. Rusiyanın dominantlığını azaltmaq Türkiyə artıq yarım əsrdir ki, nəticəsiz olaraq Avropa qapılarını döyməkdə davam edir. Ukrayna ətrafında gedən debatların fonunda Nazarbayev bu çağırışı ilə Türkiyəyə Avropaya müvafiq siqnal göndərməkdə kömək edir və bununla da onun missiyası tamamlanmış hesab oluna bilər. Türkiyəli ekspertlər bildirir ki, onların arzusu AB olsa da, öz dünyalarına geri qayıtmalıdır. Belə ki, Türkiyə Rusiya, Ukrayna, Belarusla uğurlu ticarət apardığı halda Amerika bazarına heç nə ixrac etmir. Bakının birliyə üzv olması mümkünsüzdür Nazarbayevin motivasiyasının ikinci səbəbi Rusiyanın bu İttifaqda dominantlığını azaltmaqdır. Belə halda Türkiyənin lobbistlərindən biri də Belarus ola bilər. Qazaxıstanın qaldırdığı bu məsələ Ermənistanın maraq dairəsinə daxil olmaya bilməz. Ermənistanın "Yeni Zaman" nəşri belə yazır: "Əgər Türkiyə birliyə daxil olsa, bizim orda bir işimiz yoxdur". Türkiyə ilə yanaşı, Azərbaycanın da İttifaqa qoşulması haqda diskussiyalar gedir. Regional məsələlər komitəsinin sədri - deputat Arif Rəhimzadə qeyd edir ki, Qarabağ münaqişəsi həll olunmamış Bakının birliyə üzv olması mümkünsüzdür. Politoloq Sergey Markov debatlara şərh verərək bildirir ki, Azərbaycanın yetərincə enerji resursu olduğundan, Gömrük İttifaqına girməyə ehtiyac duymur. Moskvanı Azərbaycanın İttifaqa daxil olması məmnun etsə də, Türkiyənin daxil olması tam əksinədir. Ən azından ona görə ki, Türkiyə İttifaqa daxil olarsa, Rusiyanın dominantlığını paylaşacaq. Buna görə hazırki mərhələdə söhbət yalnız Moskva və Brüsselin reaksiyasını provokasiya etməkdən gedə bilər. Və çox güman ki, məntiqli olaraq onlar susacaq".
2013-11-14
1,652
Azərbaycanda hərbi xidmət keçməyənlərə qadağa
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni təkliflər bir sıra maraqlı məqamları özündə cəmləşdirir. Digər hərbi qurumlarla razılaşdırma mərhələsində olan bu təkliflərdən ən maraqlısı isə hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasını qadağan edəcək. Qanunvericiliyə dəyişikliklər hərbi xidməti ölkədə populyarlaşdırmaqdır. Başqa bir dəyişiklik isə hərbi məktəblərə qəbulla bağlı olacaq. Bu dəyişiklik barədə əlavə məlumat verilməyib. Seçkili orqan olan Milli Məclisin bu təkliflərə necə yanaşacağı hələki sual altındadır ("Aznews.az").
2013-11-14
1,653
Mehman Hüseynov Strasburqa gedə bilməyəcək
Xarici tədbirə dəvət alan bloqçu, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı və "Sancaq prodakşn"ın direktoru Mehman Hüseynovun ölkədən çıxmasına icazə verilməyib. Bu barədə "Axar.az"a tanınmış reportyor özü məlumat verdi. Mehman Hüseynov dedi ki, barəsində cinayət işi açılıb, ona görə də onun ölkədən çıxmasına imkan vermirlər: "Yaxın günlərdə söz və mətbuat azadlığı ilə bağlı Strasburqda keçiriləcək beynəlxalq tədbirə dəvət almışam. Ancaq ölkədən çıxmağıma imkan vermirlər. Bu artıq neçənci dəfədir ki, xarici ölkələrə getməyimi əngəlləyirlər. Bir neçə dəfə mediadakı fəaliyyətimə görə beynəlxalq mükafat almışam, ancaq heç birində özüm gedə bilməmişəm. Hamısında mənim əvəzimə yaxınlarım iştirak edib və mükafatı alıb". Xatırladaq ki, Mehman Hüseynov 2012-ci il iyunun 12-də Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və həmin gündən sonra barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
2013-11-14
1,654
Ordumuz ermənilərə cavab verdi - Video
Bir müddət öncə Xankəndində təlim zamanı erməni əsgərləri Azərbaycan və Türkiyə bayraqlarının daşdakı əksini sındırdılar və bunu yaydılar. Azərbaycan ordusunun əsgərləri ermənilərin bu "təlimlərinə" cavab veriblər. Həmin videonu təqdim edirik.
2013-11-14
1,655
Bu il əhalimiz 2,2 milyard pulu “yığıma yönəldib”
Cari ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3130,1 manat və ya orta hesabla ayda 313 manat təşkil edib. "Axar.az"ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 29,1 milyard manatlıq gəlirin 68,0 faizi son istehlak xərclərinə xərclənilib. Yerdə qalan hissəsinin 9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 21,3 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında təxminən , 2,2 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalıb.
2013-11-14
1,656
Roqozin: Miqrasiya problemini sərhəddəcə həll etmək lazımdır
"Kommersant" qəzeti məlumat yayıb ki, dövlət sərhəd komissiyası RF hökumətinin sədr müavini Dmitri Roqozinin rəhbərliyi altında qanunda düzəlişlər etmə təşəbbüsüylə çıxış edib. Düzəlişlərə görə, RF-ə girən bütün miqrantlar tibbi sığorta almalıdır və vizasız, yaxud iş icazəsi olmadan 90 gündən artıq ölkədə qala bilməzlər, 180 gün tamam olmadan isə həmin ölkəyə geri qayıtmaq olmaz. RF hökumətinin sədr müavini D. O. Roqozin yeni düzəlişlərlə bağlı "Kommersant"ın məlumatına şərh verərək belə deyib: "Miqrasiya problemini qeyri-leqalları Avrasiya ərazilərinə qovmaqla yox, dövlət sərhədində həll etmək lazımdır".
2013-11-14
1,657
Şəbih mərasimi - Nardaran - Foto/Video
Dünən axşamkı reportajdan sonra bu gün səhər "Axar.az"ın əməkdaşları yenidən Nardaran kəndində olub. Şiə məzhəbi tərəfindən xüsusi mərasim şəkilində qeyd olunan Aşuranın nə az, nə çox düz 14 əsrlik tarixi var. 680-ci ildə (hicri-qəməri təqvimi ilə 61-ci il, məhərrəm ayının 10-u) indiki İraq ərazisində yerləşən Kərbəla şəhərində xilafət taxtında əyləşən Yezidlə islam peyğəmbərinin nəvəsi, birinci imam Hz.Əlinin oğlu imam Hüseyn arasında baş vermiş döyüşdə imam və onun 72 tərəfdaşı şəhadətə qovuşub. Şiələr arasında Hz.Hüseyn qəhrəmanlıq simvolu, haqq tərəfdarı, ədalət meyarı kimi tanınır. Müxtəlif islam ölkələrində yaşayan Əhli-beyt aşiqləri hər il məhərrəmlik ayında əzadarlıq məclisləri təşkil edərək şəhid edilən imamlarına yas saxlayır. Hər il daha da əzəmətini artıran bu mərasimlər ölkəmizdə də xüsusi qaydada təşkil olunur. Gecə saatlarından etibarən pirlərə və ziyarətgahlara tərəf yol alan insanlar müxtəlif dəstələrə bölünmüş halda müntəzəm olaraq "ya Hüseyn" deyib irəliləyir, bəzən də yol kənarında qurulmuş ehsan çadırlarında əyləşib qısa müddət istirahət edəndən sonra yollarına davam edirlər. Nardaranda təşkil edilən mərasimdə o vaxt Kərbəla şəhərində baş verən hadisələri "tamaşa" kimi nümayiş etdirirlər. Qeyd edək ki, mərasim günorta saat 12-yə, "qətl sınana" qədər davam edir. Fotolar Emin Nihil
2013-11-14
1,658
Bakıda Aşura mərasimində faciə: İki azyaşlı qız ölüb
Bakıda faciəli hadisə baş verib. "Axar.az"ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyi "Mercedes" markalı maşınla azyaşlılar Aytac Vüqar qızı Məmmədovanı və Jalə Elmar qızı Muradovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüblər. Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən azyaşlılar və sürücü ötən gecə Maştağa qəsəbəsindəki məsciddə keçirilən Aşura mərasimlərinə qatılıblarmış. Hadisə də səhər saatlarında, məscidə toplaşan adamlar dağılışan zaman qeydə alınıb. Sürücü hadisəni yuxulu olduğu üçün törətdiyini bildirib ("APA"). Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
2013-11-14
1,659
Naxçıvanda yanacaq 1 manata qalxdı
İran İslam respublikasından Naxçıvan muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb. İndi Sədərəkdən tutmuş Ordubada kimi bütün yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin qiyməti 1 manatadır. Bu barədə "Axar.az"a Şərur rayon Şahtaxtı sakini Muxtar Əliyev məlumat verib. Onun dediyinə görə, iki gündür ki, muxtar respublikada əməlli yanacaq qıtlığı hiss edilir. "Hətta 1 manata belə benzin tapmaq müşkülə çevrilib. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi isə bilinmir" *** Naxçıvandan aldığımız məlumata görə, dizel yanacağının qiyməti Muxtar Respublikada 1 manata qalxıb, amma Aİ 92 benzini qalxmayıb: "Benzinin qiyməti qalxmasa da, məhdudiyyətlər tətbiq edilib. Yanacaqdoldurma məntəqələri 5-6 litrdən artıq benzin satmırlar. "İranla sərhəd-keçid probleminin yaranmasına görə qıtlıq yaranıb" - deyirlər". Xəbərə rəsmi qurumların münasibətini öyrənməyə çalışırıq.
2013-11-14
1,660
Yol terroru daha iki can aldı
Cəlilabad rayonu ərazisində "LADA PRİORA" markalı minik avtomobili "VAZ" markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Axar.az"ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, "LADA-PRİORA" markalı minik avtomobilinin sürücüsü 1987-ci il təvəllüdlü İmanov Elvin Eynulla oğlu və onun sərnişini 1975-ci il təvəllüdlü Alışov Kamil Əliqusad oğlu hadisə yerində həyatını itirib. "VAZ" markalı minik avtomobilinin iki sürücüsü isə yüngül xəsarət alıb.
2013-11-14
1,662
10 ay ərzində 36.1 milyon ton neft hasil edilib
Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-oktyabr aylarında 28 milyard manatlıq məhsul istehsal olunub. Sənayenin qeyri-neft sahələrində 2,0 faizlik, neft sektorunda isə 1,0 faizlik artım müşahidə olunub. "Axar.az" Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. On ay ərzində 36,1 milyon ton neft, 14,6 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, maşın və avadanlıqların, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
2013-11-14
1,663
AMEA Kibernetika İnstitutunda rüşvət qalmaqalı - Özəl
Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev öz işçilərindən qanunsuz pul toplayır. "Axar.az"ın adını çəkilməsini istəməyən etibarlı mənbədən aldığı məlumata görə, akademik bunu tabeliyində olan şəxslərdən məcburi şəkildə tələb edir. Mənbə bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində yaradılmış Elm Fondu ölkədə müxtəlif istiqamətlərin inkişafı üçün öz hesabından xüsusi qrantlar ayırır. Bu il elan edilmiş tenderdən 36 layihə keçib. Kibernetika İnstitutundan isə 7 layihə qalib elan olunub. İnstututa 7 layihə üçün ayrılmış ümumi məbləğ 625 min AZN-dir. Rüşvət necə toplanır? Qaynağın sözlərinə görə, direktor layihə iştirakçılarının hər birini otağına çağıraraq aldıqları qrantdan Həmkarlar İttifaqı üçün 5% verilməsini tələb edib. Xatırladaq ki, alınan vəsaitdən vergi (işəgötürən 22 %, işçi 14 %), sosial sığorta (3 %) və s. ödənişlər olur. Direktor ümumi məbləğin 5 faizini istəyir. Bütün vergilər sonra isə işçilərin ələ aldıqları maaşdan 25%-nin fonda verilməsini istəyir. Qaynaq bildirir ki, ümumiyyətlə, bu fond nədir və nəyə xidmət edir, bu haqda ümumiyyətlə heç nə deyilmir. Məlumata görə, direktor "virtual fondu" belə təsvir edib: "Bu fondu özüm idarə edəcəm, necə bilirəmsə, elə də xərcləyəcəyəm". Direktor təkzib edir Məsələ ilə əlaqədar AMEA Kibernetika İnstitutun direktoru ilə əlaqə saxladıq. Direktor tabeliyində olan orqanın 7 layihə udduğunu təsdiqləsə də, pul yığma faktını təkzib elədi: "Bu, səhv məlumatdır. Kim bu məlumatı sizə veribsə, yalnız işə ziyan vurmaq istəyir". Fond məsələsinə gəlincə isə akademik, ümumiyyətlə, belə bir fondun mövcud olmadığını bildirdi. Neft Şirkəti vaxt istədi Donor təşkilat - Dövlət Neft Şirkəti ilə əlaqə saxlayıb, maliyələşdirdiyi layihələrlə bağlı korrupsiya iddialarına münasibət öyrənmək istədik. ARDNŞ-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, suallara yalnız rəsmi sorğu ilə cavab verə bilərlər. Rəsmi sorğu ünvanladıqdan sonra isə xidmətdən bu məsələnin bir həftə müddətində araşdırılaraq cavablanacağını vəd etdi. Kibernetika İnstitutunun udduğu layihələr intellektual monitorinq sisteminin yaradılması – 90 000 AZN qiymətləndirilməsi – 100 000 AZN Qeyd edək ki, layihə qaliblərinin adları 12 sentyabr 2013–cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun İdarə Heyəti tərəfindən açıqlanıb.
2013-11-14
1,664
Qurban Məmmədovun vurduğu adamla bağlı maraqlı - Video
Məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Pərviz Abbasov məhkəmə proseslərinə əl ağacı ilə gəlir, yeriyəndə axsayır, iş qabiliyyətini itirdiyini deyir. Bu gün çəkilən kadrlarda isə Pərviz Abbasovun qətiyyən axsamadığı, əl ağacından istifadə etmədən tam normal hərəkət etdiyi aydın olur. /bizimyolinfo.com/
2013-11-14
1,665
Türkiyədə azərbaycanlı fahişələr həbs olundu
Türkiyənin İğdır vilayətində fahişəlik edən azərbaycanlı qadınlar saxlanılıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin Rus bazarı məhəlləsində yerləşən bir otelə etdikləri hücumda Azərbaycan və Gürcüstan əsilli 6-sı qadın olmaqla 13 nəfər həbs edilib. İfadələri alındıqdan sonra qadınlar ölkədən deportasiya edilib, qalan yeddi nəfər isə məhkəmə qarşınına çıxarılıb. Şübhəlilərdən A.K, B.Ş. və M.Ş fahişəliyə sövq etdikləri üçün həbs olunub. Digər dörd nəfərin isə məhkəməsi davam edir.
2013-11-14
1,666
MM-də uşaq bağçaları və mənzil problemləri qaldırıldı
Millət vəkili Aydın Mirzəzadə 2014-cü ilin büdcə zərfinə daxil olan sənədlərin parlamentdə bu gün davam etdirilən müzakirələrində çıxışı zamanı ölkədə uşaq bağçalarının yenidən qurulması və mənzil təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramının hazırlanması təklifini irəli sürüb. "Axar.az" xəbər verir ki, millət vəkili çıxışında ölkədə, xüsusilə, bölgələrdə uşaq bağçası çatışmazlığının yaşandığını qeyd edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yerlərdən millət vəkillərinə çoxsaylı müraciətlər daxil olur: "Ona görə çox yaxşı olardı ki, uşaq bağçalarının tikintisi və yenidən qurulması ilə bağlı Dövlət Proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, ölkədə mənzil təminatının yaxşılaşdırılması istiqamətində addımların atılmasına böyük ehtiyac var. Bu məsələ ilə də bağlı Dövlət Proqramının hazırlanması və qəbul olunması çox əhəmiyyətli addım olardı".
2013-11-14
1,667
Azərbaycanlılar niyə özlərini həbsə salır - Psixoloji
Universitetdə oxuyanda bir müəllimim gülməli bir hadisə danışmışdı. Bir gün xarici qonaqlarından biri ona niyə pəncərələrə dəmir barmaqlıqlar qoyduğumuzu soruşub. O isə buna olan əsl cavabın absurdluğunu anlayıb sadəcə zarafatyana "ağcaqanadlar girməsin" deyə cavab verib. Doğrudanmı pəncərələrdə olan dəmir barmaqlıqlar bizi gözlənilən cinayətdən qoruyur?! Dəmir barmaqlıqlar həqiqətən də pəncərələrdə olmasa, oğurluqların sayı arta bilərmi? Biz insanlarda olan bu psixolji qorxu probleminə psixoloji, sosioloji və kulturoloji aspektdən baxdıq. Müsahiblərimizin şərhlərini sizə təqdim edirik. Aydın Xan (Kulturoloq) - Əslində, tarixçəsinə fikir versək, bu problem hələ indi yox sovet dövründən bu yana var. O vaxt, bilirsiniz ki, hökumət yaşayış binalarında mənzillər verirdi və bu mənzillərin çoxu taxta qapılı idi. Eyni zamanda o vaxt hüquq-mühafizə orqanları da indiki kimi möhkəm işləmədiyi üçün tez-tez 1-ci və axırıncı mərtəbələrə oğruların girməsi faktları var idi. Amma indi vəziyyət dəyişib. Dünyanın bir çox yerində artıq bu variantdan qaçırlar. Artıq hər yerdə təhlükəsizlik kameraları yerləşdirlir və bildiyimə görə, polis bölməsində xüsusi şöbə var ki, müəyyən akt keçirməklə öz mənzilinizin təhlükəsizliyini qoruya bilərsiz. Fikir vermisinizsə, bütün şəhər boyu dəmir barmaqlıqlar yaşayış binalarının ümumi fonunu dəyişib çox eybəcər hala salır. Əcnəbilər də burda belə eybəcər hallarla rastlaşanda təəccüblənir ki, insanlar nə üçün özləri-özlərini bu cür həbsxanaya salar kimi yaşayırlar. Bu, çox mənfi haldır, çünki həm estetik, həm də ümumiyyətlə psixoloji cəhətdən insanlara pis təsir edir. Ancaq düşünürəm ki, bunun qarşısı alınacaq, çünki insanlar artıq dünyaya çıxır və görürlər ki, dünyanın çox yerində belə şeylər yoxdur. Dəyanət Rzayev (Psixoloq) - Fikrimcə, elə ailələr var ki, uşağa görə edir. Bütovlükdə isə götürəndə dəmir seyf qapılar heç çox ölkələrdə, həmçinin ABŞ-da yoxdur, adi taxta qapı və balaca kiliddən istifadə edirlər. Bu çox vaxt oğrulara görə edilir, çünki son zamanlar cinayət və narkomaniyanın sayı artıb. Lakin elə adamlar var ki, çox narahat insanlardır və dəmir barmaqlıqlarla özünü daha rahat hiss edir. Psixoloqa daha bir sualla müraciət etdik: - Sizcə insanların psixologiyasına necə təsir etmək olar ki, dəmir barmaqlıqlardan qurtulsunlar? - Bunun üçün oğurluqların sayı azalmalıdır ki, insanlar özlərini təhlükəsiz hiss edə bilsin. Onlar özünü bugünkü gün təhlükəsiz hiss etmir. Adi yolda gedərkən belə sizə adam sataşa bilər. İkinci bir tərəfdən əsas odur ki, oğurluqlarla, cinayətkarlıqla klinikalar əmək terapiyası vasitəsi ilə məşğul olunsun. Terapiya çox şeylərin qarşısını alır - narkomaniyanın, cinayətkarlığın və s. Yaxud barmaqlıq qoyulmasın deyə, sərt qanun tətbiq etmək olar. Ancaq sabah o insanın evində oğurluq olanda buna cavab verən olmayacaq. Həm də insanların anlayışları kökündən dəyişməlidir. Bəlkə onda nə isə oldu. Amma mən sizə onu da deyim ki, dəyişikliyin olması üçün çox vaxt lazımdır. Cavid İmamoğlu (Sosioloq) - Bunlar qorxudan irəli gəlir. İnsanlar öz təhlükəsizliyini təmin etmək istəyir. Lakin Avropada onlar bunu başqa üsulla edir. Məsələn, onlar düşünür ki, evlərini narkoman qarət edə bilər. Ona görə onlar cəmiyyətdə bu cür insanların maksimum dərəcədə azalmağı üçün işlər görür. Onlar pullarını hasarlar qaldırmağa, dəmir barmaqlıqlar salmağa yox, sosial sektora xərcləyir ki, bu da öz növbəsində bu cür insanların müalicə, yaxud yardım edilməsinə xərclənir. Onlar öz təhlükəsizliyi ilə yanaşı sağlam cəmiyyət qurmağa çalışır ki, gələcəkdə uşaqları da rahat yaşaya bilsin. Bununla yanaşı dövlət də xüsusi güzəştlər edir, bəzi vergilərdən azad edir ki, biznesmenlər də kömək və yardım etməkdə maraqlı olsunlar. Sosioloqa daha bir sualla müraciət etdik: Bəs bunun qarşısını necə almaq olar? - Hazırda Azərbaycanda açıq kapitalizm inkişaf edir və insanlar daha çox pul qazanmağa və varlanmağa can atırlar. Onlar ancaq özləri üçün pul xərcləmək istəyir. Qarşısını almaq isə indiki zamanda mümkün deyil. Hazırda ölkəmiz keçid dövründədir və çox güman ki, bu, zamanla öz həllini tapacaq.
2013-11-14
1,668
Türkiyədə rəsmilərin iştirakıyla ilk Aşura və Azəri əzadarlar - Video
Hal-hazırda Məhəmməd peyğəmbərin (s.ə.s) nəvəsi Hz.Hüseynin Kərbəlada şəhid edilməsinin 1374-cü ili ilə bağlı Türkiyənin Halkalı bölgəsindəki "Arena Mega"da təşkil keçirilir. "Cəfərilik İnancını Tanıtma", "Araşdırma və Təhsil Dərnəyi" (CAFERİDER) tərəfindən təşkil edilən "Ənənəvi Aşura Matəm Mərasimi" Qurani-Kərimin avazla oxunmasıyla başlayıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə TBMM başqanı Cəmil Çiçək, CHP-dən Kamal Kılıçdaroğlu, İstanbul meri Hüseyn Avni Mutlu, MHP-dən Atilla Kaya, Türkiyə Cəfərilərinin lideri Səlahətdin Özgündüz, İrandan da səlahiyyətli nümayəndələr və bizim üçün ən maraqlısı... Videodan da göründüyü kimi Azərbaycandan "Hz.İmam Hüseyn Dəstəsi" iştirak edir, əllərdə Azərbaycan bayrağı dalğalanır, dilimizdə mərsiyələr səsləndirilir. Meydan dolub-daşır "Arena Mega"nın qarşısındakı hovuzun suyunu Kərbəlada tökülən qanı simvolizə etməsi üçün qırmızı rəngə boyayıblar. Qapıların açılmasıyla qısa müddətdə 10 min şəxs "Arena Mega"ya doluşub. Arenaya daxil ola bilməyənlər isə mərasimi bayırdan izləyib. Yeri gəlmişkən, bu il Türkiyədə birinci dəfədir ki, Aşura mərasimi qapalı məkanda keçirilir. Ölkəmizdə olduğu kimi, Türkiyədə də mərasimdə iştirak etmək üçün səhər erkəndən ölkə daxili və xaricdən mərasim keçiriləcək meydana gələnlər, "Ya Hüseyn", "Ya Zeynəb", "Hər gün Aşura, hər yer Kərbəla" şəklində şüarlar səsləndirirlər. İştirakçılar, "Ləbbeyk ya Hüseyn" şəklindəki şüarların sədası altında gözyaşı töküblər. Əllərini sinələrinə vuran izdiham, oxunan mərsiyələri və duaları bir ağızdan təkrar ediblər. Mərasim keçirilən arenada "Qırmızı Aypara Cəmiyyəti" də "Qan ver, həyat qurtar" şüarı altında qanvermə aksiyası təşkil edib. Meydan ətrafında yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.
2013-11-14
1,669
Fantastik nəticəyə doğru - Millimiz
Azərbaycan milli komandası sabah növbəti yoldaşlıq oyununu keçirəcək. Yığmamız Tallində Estoniya yığması ilə qarşılaşacaq. Son seçmə mərhələdə tarixində ən yüksək nəticəyə imza atan milli komandamız sabah keçiriləcək Estoniya ilə yoxlama oyunu Azərbaycan yığmasının tarixində 202-ci qarşılaşma olacaq. "Axar.az"ın xəbərinə görə, ilk matçını 1992-ci il sentyabrın 17-də keçirən komandamız Tallinndəki görüşədək 201 görüş keçirib. 202-ci qarşılaşmaya qədər 37 qələbə qazanmaqla bərabər, 54 dəfə bərabərliyə imza atıb. 110 dəfə meydanı başı aşağı tərk edib. 144 dəfər rəqib qapısına yol tapan millimiz, 344 dəfə məyus olub. 62 oyun millimizin başında olan almaniyalı çalışdırıcı 63-cü qarşılaşmasında növbəti qələbəsini qazanmağa çalışacaq. 11 heç-heçəsi, 11 məğlubiyyəti olan millimiz sabah 11-ci qələbəsini qazanmağa çalışacaq. 2013-cü ildə 11-ci oyununa çıxacaq yığmamız 3 qələbə, 3 bərabərlik və bir məğlubiyyətlə oyunlarını başa vurub. Yığmamız ardıcıl 6 oyundur məğlub olmur. Sabah yenilməzlik ünvanını davam etdirməyə çalışacaq. Qeyd edək ki, bu ilin son oyununu millimiz noyabrın 19-da Qırğızıstan yığmasına qarşı keçirəcək.
2013-11-14
1,670
Misir Rusiyaya ilə yenidən dost olmaq istəyir
"Misir Rusiya ilə münasibətlərini əvvəlki illərə qaytarmaq istəyir". "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, belə açıqlama ilə Misirin Xarici İşlər naziri Nabil Fəhmi çıxış edib. Rusiyalı həmkarı Serqey Lavrovla görüşdən sonra o bu ölkənin Yaxın Şərqdə oynadığı rola görə əlaqələri yenidən möhkəmləndirmək niyyətində olduqlarını bildirib: "Biz Rusiya ilə yenidən əlaqələrimizi onların Yaxın Şərqdə oynadıqları rola görə gücləndirmək istəyirik. Bu, heç kim tərəfindən yön dəyişikliyi kimi anlaşılmasın. Bütün Rusiya böyükdür və onu asanlıqla hansısa ölkə ilə əvəz etmək olmaz". Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu görüşlərini bitirdikdən sonra Misirdə müvəqqəti prezidentlik vəzifəsini icra edən Adli Mənsur tərəfindən qəbul ediləcəklər.
2013-11-14
1,671
İraq Aşura günü qana bulandı
İraqda 10 gün davam edən aşura mərasimlərində dünən təşkil edilən bombalı hücum nəticəsində 19 nəfər həyatını itirib. "Axar.az"ın xəbərinə görə, ölkənin şimalında Tikrit şəhəri yaxınlarında bomba yüklü bir yük maşınının polis idarəsinin yanında partlayış törətməsi nəticəsində on nəfər həyatını itirib. Paytaxt Bağdadın şimal-şərqində baş verən partlayış nəticəsində isə 9 nəfərin yaşamına son qoyulub. Məzhəb ayrı-seçkiliyinin yaşandığı ölkədə ilin başından bu yana 7 min 500-dən çox insan həlak olub. İraqlı səlahiyyətlilər hücumların artmasında Əl-Qaidənin və Suriyada davam edən vətəndaş müharibəsinin təsiri olduğunu bildirir.
2013-11-14
1,672
ABŞ-ın büdcə defisiti azalıb
ABŞ-ın büdcə defisiti 2014-cü maliyyə ilinin birinci ayı sayılan oktyabrda 23,7% azalaraq 120 milyard dollardan 91,6 milyard dollara düşüb. Məlumatı ABŞ-ın Maliyyə Nazirliyi verib. Oktyabr ayında büdcənin gəliri 7,9 % artaraq 198,9 milyard dollara çatıb. "MarketWatch"ın xəbərinə görə, bu ay üçün bu göstərici rekord həcmdir. Səbəb isə ümumi gəlir vergilərinin artması nəticəsində fiziki şəxslərin gəlir və korporativ vergilərinin artırılması, eləcə də ölkə iqtisadiyyatının vəziyyətinin yüksəlməsidir. 2013 maliyyə ilinin yekununa görə defisit 38% - 680 milyard dollara qədər və ya 4,1 % ÜDM azalıb. Barak Obamanın hakimiyyəti müddətində mənfi saldo ilk dəfə 1 milyard dollardan aşağı düşüb. Sonuncu dəfə büdcə profisiti (artım) ABŞ-da 2001-ci ildə qeydə alınıb. 2009-cu ildə isə ölkənin tarixində maksimal defisit 1,41 trilyon dollar qeydə alınıb.
2013-11-14
1,673
Baş nazir müavini: Siyasətə son vermək lazımdır
Baş nazir müavini Bülənt Arınç jurnalistlərin suallarını cavablandırıb və siyasətdən getmək istədiyini dilə gətirib. "Axar.az"ın Türkiyə mediasına istinadən xəbərinə görə, AKP-nin bu günkü yığıncağında Bülənt Arınç önəmli açıqlamalar verib. O, siyasətdən uzaqlaşmaq istədiyini bildirib: "Uzun illərdir siyasətdəyəm. Artıq siyasətə son vermək lazım olduğuna inanıram. Üç-dörd ildən bu yana hər çıxış etdiyim telekanalda üç dövr qaydasını müsbət qarşıladığımızı, siyasətə son vermək lazım olduğunu söyləmişəm. Məndən başqa bunu söyləyən çıxmadı, amma hər siyasətçinin müəyyən bir yerdən sonra siyasəti tərk etməsi lazımdır. İstirahət etmək, bir az da oxumaq istəyirəm. Siyasəti buraxaraq nəvələrimə, ailəmə daha çox vaxt ayırmağı fikirləşirəm".
2013-11-14
1,674
Eldar Namazovun pul vədinə Aynur Elgünəşdən cavab
"Eldar Namazov doğru deyir, mən yanlış olaraq tədbirin Marşal Fondunun dəstəyi ilə keçirildiyini demişəm. İndi sənədlərə baxıram ki, tədbir Ebert Fondunun dəstəyi ilə keçirilibmiş". Bu sözləri jurnalist Aynur Elgünəş Eldar Namazovun "Axar.az"a açıqlamasında toxunduğu məsələyə münasibət bildirərkən dedi. Jurnalist xanım həm də bildirdi ki, Eldar Namazovun təklifi ilə tədbirin stenoqramını hazırlayıb və kitab halına gətirib: "Eldar müəllim demişdi ki, kitab Marşal Fondunun dəstəyi ilə dərc olunacaq. Mənim buna görə yadımda tədbir təşkilatçısının Marşal Fondu olduğu qalıb. Ancaq vəsait tapılmadısa və kitab dərc olunmadısa, bunun mənim zəhməthaqqıma nə dəxli var?". A.Elgünəş E.Namazovun yardım vədlərinə də toxundu: "Kimə yardım etməsinin mənə aidiyyəti yoxdur. O, E.Fətullayevin müdafiə komitəsinə yardım edəndə mən artıq orda çalışmırdım, başqa yerdə işləyirdim". Aynur Elgünəş E.Namazovun "Axar.az"dakı təklifinə də münasibət bildirdi: "Eldar müəllim bildirib ki, əgər o tədbirin stenoqramını sizə təqdim etsəm, pulu verməyə hazırdır. Sanki bununla demək istəyir ki, mən yalan deyirəm, tədbirin stenoqramını hazırlamamışam. Yəqin düşünür ki, həmin materialı artıq kompüterdən silmişəm. Ancaq Eldar müəllim səhv edir, material məndədir və Eldar müəllimin mənim haqqımda səhv məlumat yaydığını nəzərə alaraq, onu sizə təqdim edirəm". Xatırladaq ki, mübahisə Aynur Elgünəşin Novxanıda keçirilən tədbirin stenoqramını hazırlaması barədə Eldar Namazovdan sifariş aldığını, ancaq işi görsə də, pulunun verilməməsi ilə bağlı açıqlamasından sonra yaranıb. Eldar Namazov "Axar.az"a müsahibəsində bildirmişdi ki, Aynur Elgünəş sözügedən tədbirin stenoqramını redaksiyamıza verərsə və biz onu dərc edəriksə, 30 dəqiqədən sonra jurnalistə çatan pulu ödəyəcək. Aynur Elgünəş Ziyalılar Forumunun Novxanıda keçirilən təsis toplantısının stenoqramını artıq redaksiyamıza təqdim edib. Həmin stenoqramın mətnini "pdf" formatında təqdim edirik və Eldar Namazovun vədinə əməl etməsini gözləyirik. Novxani.pdf
2013-11-14
1,675
İki nazirliyin birləşdirilməsi təklif edildi – Milli Məclis
Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdirilməsi təklif olunub. Milli Məclisn bu gün keçirilən plenar iclasında həmin təklifi deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev gündəmə gətirib. F.Mustafa hesab edib ki, hökumətdə paralel strukturlar və nazirliklər ləğv edilərək birləşdirilməlidir: "Bu sahədə ciddi islahata ehtiyac var. Bu yolla həm idarəetmənin effetktivliyini təmin etməklə, bürökratiyanı aradan qaldırmaq olar. Bu eyni zamanda büdcə qənaətinə gətirib çıxarar". Q.Həsənquliyev də F.Mustafanın təklifini dəstəkləyərək bildirib ki, belə bir isalahatlar aparmaqla xərcləri azaltmaq olar. Xatırladaq ki, Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi məsələsi Fondun rəhbəri Səlim Müslümovun nazir təyinatından sonra bir daha gündəmə gəlib və bu barədə artıq ekspertlər rəylərini bildiriblər.
2013-11-14
1,676
Əli Həsənov “Azadlıq” və “Yeni Müsavat”dan danışdı - Rəsmi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib. Şöbə müdiri deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz ardıcıllığı, prinsipiallığı ilə seçilir: "Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır". Əli Həsənovun sözlərinə görə, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini formalaşdıran əsas amildir: "Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda, tərəfsiz, davranış qaydalara riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların, biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına deyil, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə üstünlük verirlər. Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir" ( Trend ).
2013-11-14
1,677
Üç maşın toqquşdu - Bir ölü, iki yaralı
"Axar.az" DİN-in mətbuat xidmətindən aldığı məlumata istinadən bildirir ki, noyabrın 13-də saat 19.40-da Sabirabad rayonu Şəhriyar kəndinin ərazisində kənd sakini Elvin Alışanovun idarə etdiyi "Mercedes", rayon sakini Elçin Cəfərovun idarə etdiyi "VAZ-21173" və Bakı şəhər sakini Ramiz Nəsibovun idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşub. Xəsarət almış E.Alışanovun avtomobilindəki sərnişin - Şəhriyar kənd sakini Valeh Fərzəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, özü və E.Cəfərov isə xəstəxanaya yerləşdirilib.
2013-11-14
1,678
Azər Ayxan: “Əvəz Temirxan səhv eləyir”
"Yeni Müsavat" qəzetinin Əvəz Temirxan haqda verdiyi xəbər ALP sədrini özündən çıxardıb. Əvəz Temirxan haqda yazılan xəbərdə onun siyasətdən getdiyi və bundan sonra vəkilliklə məşğul olacağı qeyd edilib. ALP sədri "Aznews.az"a verdiyi açıqlamada siyasətdən getmədiyini və "Yeni Müsavat"ın ona qarşı kampaniya apardığını bildirib: "Onların nəzərinə çatdırıram ki, bütün kampaniyalara baxmayaraq, bundan sonra siyasi fəaliyyətimi davam etdirəcəyəm". "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan "Axar.az"a açıqlamasında Əvəz Temirxanın "Yeni Müsavat"a qarşı qərəzli və kompleksli olduğunu söylədi: "Əvəz bəy, yumşaq şəkildə desək, səhv eləyir. "Yeni Müsavat"ın bugünkü sayında onun vəkillik fəaliyyəti ilə məşğul olacağı barədə gedən xəbər əslində onun xeyrinədir və bir növ reklamına xidmət edir. Əvəz Temirxan vəkillik xidməti ilə bağlı öz "feysbuk" səhifəsində kampaniya aparır. Əslində, o xəbəri ictimailəşdirməklə biz onun kampaniyasına dəstək vermişik, burda pis nə var ki? Görünür, Əvəz Temirxanın "Yeni Müsavat"la bağlı kompleksi var. O, bu kompleksi aşarsa və "Yeni Müsavat"da gedən yazıya pozitiv baxarsa, bu xəbərin onun xeyrinə olduğunu başa düşər və nəticədə bizə təşəkkür edər". A.Ayxan daha sonra bildirdi ki, qəzetin əməkdaşı Ə.Temirxana zəng edib bu haqda fikrini öyrənmək istəyib: "Əvəz bəy əgər "Yeni Müsavat"ın əməkdaşına iki cümləlik açıqlama versəydi, həmin xəbər tamam başqa cür, fərqli mahiyyətdə dərc olunacaqdı və hörmətli ALP sədrinin də bu qədər inciməsinə, əsəbiləşməsinə, həmçinin qiymətli zamanından ayırıb mediaya əlavə izahat verməsinə gərək qalmayacaqdı. Bizim siyasətçilərin mətbuatdan küsmələri təkcə biz jurnalistlərə deyil, həm də özlərinə zərərdir".
2013-11-14
1,679
Qədərimiz və Kədərimiz
Qafqaz Orta Doğunun Fələstinidir. Rusiyanın məhvi Qafqazlarla başlayacaq deyir Navalnı. Ramazan Abulatibov Qafqazların yeni canışini, yeni Sisyanov. General Zubovun dərin düşüncəsini yazan Platon Zubov idi. Onun yazdıqlarını general tətbiq etmək məcburiyyətində idi. 200 ildir ki, Qafqazlar Rusiyanın müstəmləkəsidir. Qafqaza və Xəzərə hökmranlıqla imperiya olan Rusiya bu ərazilərə Mərkəz olaraq Tiflisi seçmişdi. Bu 200 ildə dəyişən nədir? Tiflis artıq imperiyanın Mərkəzi statusundan çıxıb.Yeni mərkəz Dərbənd olur. Dərbəndin 2000 illiyi birbaşa Rusiya prezidentinin sərəncamı ilə qeyd olunur. Dərbəndilər -orta çağların böyük mütəfəkkirləri Rus elmin parçası sayılacaqlar. Avar və ləzgi xalqlarının qarşıdurmasından yeni sərhədlər yaradılacaq Qafqazda. Azərbaycanın baş şəhəri Dərbənd ləzgilərin, Dağıstanın mərkəzi Mahaçqala avarların atlarına oylaq olacaq. Və beləcə...Yeni bir Qarabağ problemi yaşamaq məcburiyyətində olacağıq. Ermənilər Qafqazlardan aldıqları payla bu ərazilərin əsas oyunçusu statusundan çıxmaq arzusundadırlar. Onlar artıq İran və Rusiyanın geopolitikasında söz sahibləridirlər. Dünyanın güc balansında İsrail və Ermənistan faktoru hələ də rəqabət mövzusudur. Kimə sahib çıxmaq istəyindən asılı olaraq ya İsrail, ya da Ermənistan qazanmalıdır. Qaynar qazanda soyuq yer yoxdur. Abbas Mirzə Paskeviçə məktublarında "xristianların hamisi olaraq görünmək istəyirsiniz, amma xristianlar Sizlərdən çəkdiklərini min illərdir ki, bərabər yaşadıqları müsəlmanlardan görməyiblər",- deyirdi. Qafqaz yenə qazan da. Nə bişirilir? Qafqazlarda oyunçuların sayı artıb, zaman isə 200 il öncəsi kimidir. Gülüstan kəndində yaşayanların o gün heç nədən xəbərləri yox idi. Olmadı da. Bir zaman birləşdirildi yazdılar, bir zaman xilas oldular yazdılar, indi nə yazacaqlar... Qədərimizi özümüz yazmayınca, Kədərimiz yazılacaq.
2013-11-14
1,681
Moskvada terror təşkilatının üzvü saxlanılıb
"Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, "Hizb ut-Təxrir əl-İslami" beynəlxalq terror təşkilatının üzvü Moskva polisi tərəfindən saxlanılıb. 25 yaşlı Tacikistan vətəndaşı saxta sənədlərlə Rusiya ərazisinə keçib. Əvvəllər Rusiya Federasiyası ərazisinə giriş qaydalarının pozulmasına görə o, ölkədən xaric edilib. Lakin saxta sənədlər hesabına yenidən Rusiyaya qayıtmağa müvəffəq olub. Saxlanılan şəxs "Hizb ut-Təxrir əl-İslami" partiyasının təbliğatı, cinayət fəaliyyəti ilə məşğul olub. Bildirək ki, "Hizb ut-Təxrir əl-İslami" beynəlxalq terror təşkilatı 1953-cü ildə Şərq Yerusəlim tərəfindən yaradılıb. 2003-cü ildən Rusiya ərazisindəki fəaliyyəti qadağan edilib.
2013-11-14
1,682
Abdullah Gülə qarşı "vakacobocobo" - Video
Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül Fici Respublikasının Ankara səfiri Robin Nairi qəbul edib. "Axar.az"ın xəbərinə görə, səfir Nairin Respublika başçısı Gülə etimadnaməsini təqdim etdiyi zaman maraqlı an yaşanıb. Səfirliyin baş katibi Emosi Rakai Gül ilə görüşdükdən sonra diz çökərək iki dəfə əl çalıb. Baş katibin bu hərəkəti Abdullah Güldə təəccüb yaradıb. Rakainin bu hərəkətinin dövlət başçılarına qarşı bir hörmət nümayişi olduğu və bu hərəkətin adının "vakacobocobo" olduğu məlum olub. "Axar.az" həmin maraqlı görüntünü təqdim edir.
2013-11-14
1,683
ABŞ Ukraynadan son üç addımı atmasını istədi
ABŞ Ukraynanı noyabrda Avropa Birliyi ilə müqavilə bağlamaq üçün vacib olan bir sıra qanunları qəbul etməyə çağırıb. Avropa və Avrasiya işləri üzrə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bəyan edib ki, Ukraynaya AB-nin şərtlərini yerinə yetirmək üçün son 3 addım qalıb: məhkəmə və seçki sistemində islahatlar keçirmək və keçmiş baş nazir Y.Timoşenkonu sağlamlıq kursu keçmək üçün azad etmək. Eləcə də, Nuland Ukraynanın 45 milyon əhalisi xətrinə düzgün tarixi addım atacağına ümid etdiyini dilə gətirib. Qeyd edək ki, Ukraynanın Ali Radası prokurorluq və seçkilər, eləcə də məhbusların xaricdə müalicəsi haqda qanunvericiliyi qəbul edə bilməmişdi.
2013-11-14
1,684
Aşura "Təzə Pir"də - Fotoreportaj
Təzə Pir məscidindən ilginc görüntülər
2013-11-14
1,685
İran qatı islam libasları standartını dəyişdirir
Həsən Ruhanidən gözlənilən qərar İngiltərənin "Teleqraf" saytının xəbərinə görə, İranın prezidenti Həsən Ruhani əxlaq polisinə açıq-saçıq geyindiyini düşündüyü qadınları həbs etmələrini qadağan edib. "Qaşte Ərşad" gücünün ləğv olunması İranın qatı islami libas standartlarının dəyişdirilməsi və seçkidə verilən vədin yerinə yetirilməsi deməkdir. Ruhani geyim standartlarının qorunması ilə əlaqədar Daxili İşlər Nazirliyinə əmr verib. İran polisi isə libasın artıq hüquq mühafizə orqanlarının deyil, "İctimai şura"nın səlahiyyətində olduğunu bildirib.
2013-11-14
1,686
Məscidləri “təq” emək olmaz – İlahiyyətçi rəyi
Bu gün Məhərrəmlik ayının 10-cu - İmam Hüseyn və onun ailə üzvlərinin qətl olunduğu Aşura günüdür. Matəm günü minlərlə insan məscidlərə axın edib. Getdiyi ziyarət yerlərini, məscidləri sosial şəbəkələrdə "təq" edən, bu barədə status yazan kifayət qədər sosial şəbəkə istifadəçiləri var ki, onların bu hərəkəti bəzi inanclı insanlarda etiraza səbəb olub. Bəs görəsən, getdiyimiz məscidlər haqqında sosial şəbəkələrdə məlumat yaymaq doğrudurmu? Məsələ ilə bağlı "Axar.az"a danışan ilahiyyatçı ekspert Elşad Miri bildirdi ki, bu cür status və "təq" etmələr İslamda yolverilməz səhvlərdəndir. Bu cür hallara xüsusən gənc sosial şəbəkə istifadçilərində rast gəlinir ki, bu da onların İslamı olduğu kimi dərk etməmələrindən xəbər verir: "İnsanların ildə bir dəfə bu cür yerlərə getmələri bu cür mənasız nəticələr ilə başa çatır. Sözsüz ki, bunun yeganə səbəbi getdiyi yeri insanlara göstərməkdir. O insanlar həmin məscidləri ürəkdən ziyarət etsələr, bu cür mənasız "təq" və ya statuslar yazmazlar. Bu onun göstəricisidir ki, həmin insanlar hələ də İslamın mahiyyətini bilmirlər. Təəssüf olsun ki, həmin insanlar məscidləri yalnız Aşura günü ziyarət etmək lazım olduğunu düşünürlər. Bu isə İslama uyğun bir anlayış deyil". Elşad Miri ibadətin göstəriş üçün olmasının qətiyyən doğru olmadığını bildirdi: "Qurani-Kərimdə bu cür ayə var: "Vay o insanın halına ki, onlar etdikləri duanı və qıldıqları namazı görənlik xatirinə edirlər. Göstəriş üçün olunan dualar İslamda qəbul olunmur".
2013-11-14
1,687
Hakim İsa Qəmbəri Məhkəmə zalından çıxartdı
null
2013-11-14
1,688
ABŞ aviabazası Qırğızıstandan çıxarılır
Amerika tranzit daşıma mərkəzi gələn ilin yanvarında Qırğızıstan beynəlxalq hava limanı "Manas"dan çıxarılacaq. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, mərkəzin çixarılması 2009-cu il iyunda bağlanmış müqavilənin vaxtının rəsmi olaraq bitməsinə yarim il qalmış başlanacaq və 2014-cü ilin iyulunda bitəcəyi gözlənilir.
2013-11-14
1,689
Gələn il iqtisadi artım 6% olacaq
Beynəlxalq Valyuta Fondu 2014-cü ildə Azərbaycanda yüksək inkşaf səviyyəsinin olacağını açıqlayıb. Axar.Az məlumat verir ki bu açıqlama ilə Beynəlxalq Valyuta Fondunun əməkdaşı Sami Ben Nacer çıxış edib. Onun sözlərinə görə, sözügedən regionda neft və qaz ixrac edən ölkələrdə iqtisadi artım 6 faiz, neft və qaz idxal edən ölkələrdə isə 5 faiz səviyyəsində gözləniilir. "Həmin regionda inflyasiyanın səviyyəsi 2 faiz təşkil edəcək. Lakin, bu, region ölkələri üçün heç bir narahatlıq yaratmayacaq. Gürcüstanda və Özbəkistanda digər ölkələrə nisbətən inflyasiyanın həcminin bir qədər çox olacağı proqnozlaşdırılır". Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi isə bildirib ki, gələn ilin proqnozunda neftin qiymətində azalma gözlənilir. O, bunu dünyada gedən müxtəlif proseslərlə əlaqələndirib.
2013-11-14
1,690
Məhkuma "yeni üsul"la telefon ötürə bilmədilər - Foto
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. "Axar.az"ın xəbərinə görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sirus Mövsüm oğlu Bağıriyə yaxın qohumu İslam Vidadi oğlu Səmədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı üz qırxmaq üçün nəzərdə tutulmuş "Gilette Mach 3" gel qabının içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb (Trend). Fakt üzrə araşdırma aparılır.
2013-11-14
1,691
“Yeni Müsavat” “Azadlıq”ı saxtakarlıqda suçladı
Son günlər iki müxalifyönlü qəzet - "Azadlıq" və "Yeni Müsavat" rəhbərliyi mətbuatın gündəmində qarşılıqlı ittihamlarla yadda qaldı. Bu ittihamlar hər iki qəzetin nəşrini dayandırması dövrünə təsadüf etdi. "Yeni Müsavat" rəhbərliyi kampaniya keçirərək qəzetin nəşrini bərpa etsə də, "Azadlıq"hələ ki, Azərbaycan Nəşriyyatı ilə aralarında olan maddi problemə görə oxucularını sevindirməyə müyəssər olmayıb. "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan hər iki qəzetin rəhbərliyi arasında yaranan soyuq münasibətə "Axar.az"da aydınlıq gətirdi: Azər Ayxanın fikrincə , "Azadlıq" qəzetinin rəhbərliyi hər iki qəzetə hakimiyyətin yaratdığı məhdudiyyəti kənara qoyub "Yeni Müsavat"a qarşı kampaniya aparır: "Onlar bunu bir kənara qoyub, bunun acısını, intiqamını "Yeni Müsavat"dan çıxmaq istəyirlər. Və bu, heç cür anlaşılan deyil. Özlərini yeganə müxalifət qəzeti adlandırırlar. Allah işlərini avand eləsin. Yeganə olsunlar, nə deyirik, amma və lakin bir az da ədalətli olsunlar, azacıq da qərəzdən də uzaq dursunlar. Baş redaktorun müavini həmçinin "Azadlıq"ı saxtakarlıqda ittiham etdi və bunu qəzetdə gedən materialda "Yeni Müsavat"ın adının ixtisar edilməsi ilə əlaqələndirdi: "Hətta bizim də adımız keçən xəbərdə saxtakarlığa yol verirlər. Bizi görməzdən gəlirlər öz aləmlərində. Müsavat Partiyasının Divan üzvü, iqtisadçı alim Qubad İbadoğlu özünün "facebook" səhifəsində Brüsseldə beynəlxalq tədbirdə "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin yayım problemi ilə bağlı çıxış edəcəyini yazıb. Qubad bəyin statusundan xəbər düzəldib həm "Yeni Müsavat" qəzetində, həm də "Müsavat.com" saytında dərc etmişik. Həmin xəbərdə "Azadlıq"ın da adı gedib. Fəqət "Azadliq.info" saytında bu xəbər çox kobud formada saxtalaşdırılıb və "Yeni Müsavat"ın adı xəbərdən çıxarılıb. Hakimiyyəti seçki saxtakarlığında, ədalətsizlikdə və başqa məsələlərdə ittiham edən bir qəzet və onun gerçək sahibi olan siyasi lider bu cür informasiya saxtakarlığına yol verirsə, deməyə söz qalmır. Bu, heç bir əxlaqa, ölçüyə sığan hərəkət deyil. Özünü demokrat və haqq-ədalət simvolu elan edənlərin bu davranışı seçki saxtakarlığı qədər qorxulu, təhlükəli və yolverilməzdir". "Azadlıq" qəzetindən müxbirimizə bildirdilər ki, artıq bu mövzuda fikir bildirmək istəmirlər.
2013-11-14
1,692
Azərbaycan nefti ucuzlaşdı
Bu gün dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. "Axar.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX ("New York Merchantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,84 sent bahalaşaraq 93,88 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir bareli 1,31 dollar artaraq 107,12 dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildiriblər ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 2,9 dollar ucuzlaşaraq 106,24 dollara satılıb.
2013-11-14
1,693
ARDNŞ və BP üç əməkdaşlıq sənədi imzalayıblar
Bu gün ARDNŞ, "BP-Azərbaycan" şirkəti və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi" mövzusunda tədbir keçirilib. "Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında təqdimat nümayiş etdirilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "neft kapitalının insan kapitalına çevrilməsi" fikri ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Görülən işlərdən ətraflı bəhs edən R.Abdullayev istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, təhsildə fərqlənən tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi istiqamətində həyata keçirilən işlər haqqında danışıb. R.Abdullayev bildirib ki, Azərbaycanda əmək bazarının hüquqi əsaslarının qorunması, miqrasiya qanunvericiliyinə əməl edilməsi neft-qaz sektorunda çalışan əcnəbi şirkətlər üçün mütləq şərtlərdən olmalıdır. ARDNŞ strateji istiqamətdə neft-qaz sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına hazırlanmasını əsas hədəf götürüb. Lakin eyni zamanda ARDNŞ HPB (hasilatın pay bölgüsü) sazişlərində Azərbaycan hökumətini təmsil edən bir şirkət olaraq, zəruri hallarda əcnəbi mütəxəssislərin minimal bir həddə respublikamızda çalışması üçün müvafiq dövlət orqanları ilə xarici tərəfdaşları arasında danışıqlarda iştirak edir, yaranan çətinliklərin aradan qaldırılmasında onlara dəstək göstərir: "Xüsusi vurğulamaq istəyirəm ki, Hasilatın Pay Bölgüsü sazişləri və tərəfdaşlarla bağlanmış digər saziş və razılaşmalara əsasən həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi, bu məqsədlə təlim-tədris proseslərinin təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf etdirilməsi, bu sahələrdə məlumatların qarşılıqlı mübadiləsi və s. bu kimi digər məsələlərin həllinə nəzarət gücləndiriləcək". Tədbirdə çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell bildirib ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır. Həm hökumət, həm də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Q.Birrel qeyd edib ki, bu gün imzalanan sənədlər tərəfləri ortaq istəklərin gerçəkləşməsinə daha da yaxınlaşdırır. Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimlənməsi Baş İdarəsinin rəisi İsmayıl Abdullayev ümid etdiyini bildirib ki, imzalanan sənədlər azərbaycanlı mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə şərait yaradacaq. Sonra sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə BP və ARDNŞ arasında üç əməkdaşlıq sənədi - "BP-nin idarə etdiyi layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair ARDNŞ və BP arasında protokol", "Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə ARDNŞ ilə BP arasında anlaşma memorandumu" və "Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair ARDNŞ ilə BP arasında anlaşma memorandumu" imzalanıb.
2013-11-14
1,694
İran nüvə proqramnının genişləndirilməsini dayandırıb
İran öz nüvə obyektlərində 2013-cü ilin avqustundan bu vaxtadək sentrifuqaların sayını artırmayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə agentlik AEBA-nın ekspertlərinə istinadən məlumat yayıb. Beləliklə İran öz nüvə proqramının genişləndirilməsini dayandırıb. Agentlik qeyd edir ki, İran zənginləşdirilmiş uranın həcminə dair İsrailin müəyyən etdiyi "qırmızı xətti" keçməyib. Bununla belə, İran zənginləşdirilmiş uranın həcmini üç ay ərzində 5 faiz artıraraq 196 kiloqrama çatdırıb.
2013-11-14
1,695
Prezident və xanımı "Bakı Ağ şəhər"də oldu - Foto
Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni salınacaq "Bakı Ağ şəhər" bulvarında həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olublar. "Bakı Ağ şəhər" bulvarında görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. İnşaat işlərinin gedişi ilə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.
2013-11-16
1,698
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 775-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. *** "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 748-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. *** "Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Ədalət mühakiməsinin rəsmi embleminin təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 751 IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Ədalət mühakiməsinin rəsmi embleminin təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Ədalət mühakiməsinin rəsmi embleminin təsviri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2013-11-16
1,699
Türkiyə Azərbaycanın borcunu qaytaracaq - 2015-də
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız ölksinin təbii qaza görə Azərbaycana olan borcunu 2014-15-ci illərdə qaytaracağını söyləyib. "Axar.az"ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisində keçirilən plan və büdcə danışıqları çərçivəsində müzakirələrdən sonra mətbuata açıqlam verən Taner Yildız bu barədə mediaya açıqlama verib. Nazir bildirib ki, Türkiyə Rusiyaya borcunu 2012-ci ildə qaytarıb, 2014 və 2015-ci illərdə isə Azərbaycana və İrana olan borclar ödənəcək.
2013-11-16
1,700
Qənirə Paşayevanın qohumu rüşvət yığır – İddia
"Axar.az"ın elektron ünvanına Sumqayıt sakinləri adından şikayət məktubu gəlib. Şikayətin əsas hədəfi Sumqayıt şəhər 12 saylı Tibbi Sosial Ekspert Komissiyasıdır. Məktubda komissiyada ciddi qanunsuzluqlara yol verildiyi və vətəndaşlardan rüşvət istənildiyi yazılıb: "Tibbi Sosial Ekspert Komissiyası kolxoz bazarına çevrilib. Rasim Zeynalov isə bazarın sədridir. Komissiyaya müraciət edənlərin bəziləri 1 il bundan qabaq sənədini verib, müayinədən keçib. Artıq dünyasını da dəyişib. Ancaq hələ ona təqaüd təyin edilib-edilmədiyi məlum deyil. Yataq xəstələri ən azı 500 AZN verməsə, pensiya təyin edilmir. Bu məbləğ Rasim Zeynalovun vətəndaşlara "oxuduğu" ən aşağı məbləğdir. O da ancaq tanışlara və yataq xəstələrinə. Kimin ki tanışı yoxdur, ona qanun "xırdalamağa" başlayır. Rasim Zeynalov üçün qiymət 2000 AZN-dir, əgər o məbləğ yoxdursa, lap elə açıq-aşkar deyir ki, mən Qənirə Paşayevanın qohumuyam, get kimə istəyirsən şikayət elə, lap elə Səlim Müslümova de. Mən də yığıb elə onlara verirəm. Əgər verməsəm, burda bir gün də oturmağa qoymazlar. Sumqayıtın demək olar ki, yarıdan çoxu Rasim Zeynalovun sayəsində əlil olub, hətta kredit götürüb əlillik alanlar da var". Cavabdeh cavabdan imtina etdi Məsələylə bağlı Sumqayıt şəhər 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rasim Zeynalovla əlaqə yaratdıq. O, edilən şikayətə cavab verməkdən imtina etdi, bizə "öz işimizlə məşğul olmağı" məsləhət görüb telefonu söndürdü. Rasim adlı qohumum yoxdur Rasim Zeynalovun Qənirə Paşayeva ilə qohumluq əlaqələrini aydınlaşdırmaq üçünsə millət vəkili ilə əlaqə saxladıq. Telefona cavab verən Firuzə Tağıyeva Qənirə Paşayevanın Kiprdə olduğunu bildirdi və sualımıza aydınlıq gətirdi: "Mən Qənirə xanımın həm köməkçisi, həm də qohumuyam. Sumqayıt Tibbi Sosial Ekspert Komissiyasında isə Rasim adlı qohumumuz yoxdur". Nazirliyin yeni qaydası Xatırladaq ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi yenicə təyinat alıb. Hər halda, onun adının bu rüşvət qalmaqalında hallandırlıması, ən azı, çox tezdir. Bütün bunlara baxmayaraq, şikayət olunan qurum nazirliyin tabeçiliyindədir və buna görə nazirlikdən münasibət öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətinin telefonuna cavab verən və adını deməyən xanım bildirdi ki, suallarımızı yazılı təqdim edək: "Biz bir həftə müddətində suallarınıza baxıb, cavablandıra bilərik". Məlimat üçün qeyd edək ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat xidmətində bu, yeni "qaydadır". Səlim Müslümov nazir gələnə qədər bu nazirlikdən ən pis halda bir neçə dəqiqəyə münasibət öyrənmək mümkün idi...
2013-11-15
1,701
Zabit atasını diz çökdürərək güllələdi
Türkiyənin Bartın vilayətində 37 yaşlı dəniz qüvvələri ehtiyatda olan zabiti Bülənt Aydınözün törətdiyi cinayət eşidənləri dəhşətə gətirib. İddiaya görə, uşaqlıqda da şiddət görən Bülənt musiqi açaraq 60 yaşlı atası Rəcəb Aydınözü diz çökdürüb, tapançayla 5 dəfə atəş açaraq güllələyib. Anası və qardaşlarına məktub yazan ehtiyatda olan zabit daha sonra öz başına tapançayla atəş açaraq özünü öldürüb. Hadisə gecə saat 01:00 radələrində Bartının Gözəlçəhisar kəndinin Hisar məhəlləsində baş verib. Dənizdə olan ehtiyat zabit Bülənt Aydınöz icazə alaraq məmləkəti Bartına gəlibmiş. Bülənt Aydınöz taxta-şalban fabrikində işləyirmiş. "Bu gün çox ağrılı bir gün olacaq" 3 ay əvvəl həyat yoldaşından boşanan Bülənt Aydınöz Bartına xəstə anasına baş çəkməyə gəlibmiş, gecə də kənddə yaşayan atasının yanına gedib. Bülənt Aydınöz "Facebook" sosial şəbəkəsində sonuncu dəfə bu statusu paylaşıb: "Bacı-qardaşlarım anam sizə əmanətdir, bu gün çox ağrılı bir gün olacaq. Haqqınızı halal edin". Son gülləsini özünə sıxıb Anası və yaxınlarına məktub yazan Bülənt son gülləsini öz başına vurub. 3 mərtəbəli evin 2-ci mərtəbəsindən gələn yüksək musiqi səsini eşidən bina sakinləri polisə müraciət edib. Evə girən polis işçiləri ata və oğulun cəsədlərini yerdə görüb. Evdə aparılan araşdırmadan sonra cəsədlər tibbi ekspertizaya göndərilib. Yaxınları Büləntin qumarda uduzduğuna görə torpaqlarını satıb-satmamaq üstündə atasıyla mübahisə etdiyini bildiriblər. Hadisəylə əlaqədar istintaq başlayıb.
2013-11-15
1,702
Millimizin oyunu “Axar.az”da
Bu gün Azərbaycan milli komandası növbəti yoxlama görüşünə çıxacaq. Bu günə kimi yoldaşlıq görüşlərində 140 qarşılaşmada meydana çıxan millimiz 28 qələbə, 35 bərabərlik, 40 dəfə meydandan məğlub ayrılıb. Azərbaycan milli yığması tarixi ərzində Estoniya yığması ilə 7 qarşılaşma keçirib. Bir görüşdə qələbə qazanan millimiz, 4 görüşdə heç-heçə edib. 2 dəfə isə məğlub olub. Xatırladaq ki, bu gün Tallində keçiriləcək qarşılaşmanı "Axar.az" olaraq canlı təqdim edəcəyik.
2013-11-16
1,703
Valeh Əsgərov anti-terror əməliyyatından danışdı
Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşüb. "Axar.az" AzərTAc-a istinadla xəbər verir ki, görüşdə V.Ələsgərov qonaqlara Azərbaycanın regiondakı rolundan, terrorizmə qarşı mübarizədəki mövqeyindən danışıb, sülhməramlılarımızın Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etdiklərini vurğulayıb. Azərbaycan-ABŞ münasibətlərinin inkişafından danışan vitse-spiker ölkəmizin neft sektorunda və digər sahələrdə çoxsaylı Amerika şirkətləri və iş adamlarının fəaliyyətini qabardıb. Nümayəndə heyətinin üzvü, Senatda respublikaçı çoxluğun rəhbəri Con Makkomiş Azərbaycanın terrorizmlə mübarizədə hər zaman fəallıq göstərməsinin yüksək qiymətləndirildiyini söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
2013-11-15
1,704
Başqa başı kəsmişik, bağışlayın - Dünya şokda
Suriyada vəhşiliyin gündən-günə artdığı dövrdə Əl-Qaidə qruplaşmasına aid İSİS üzvləri Hələbdəki qarşıdurmalardan sonra Suriya əsgəri olduğunu düşündükləri bir adamı girov götürüb. İctimai edam təşkil edərək kəsdikləri başın videosunu da "Youtube"a yükləyən qruplaşma üzvləri səhv elədiklərini də yalnız bundan sonra anlayıblar. Videoda edam edilən adamı tanıyan bir başqa İSİS üzvü başı kəsilən adamın yenə İSİS üçün döyüşən Məhəmməd Fares olduğunu bildirib. Səhvin ortaya çıxmasıyla pis vəziyyətə düşən Əl-Qaidə üzvləri bir "üzr" mətni yayımlayaraq səhv adamın başını kəsdiklərini açıqlayıblar. İSİS özünü belə müdafiə edib: "Allah bir insanı səhvən öldürən adamı bağışlayar..."
2013-11-15
1,705
“NASA”nın ən möhtəşəm “Saturn” fotosu
"NASA" bu vaxta qədər kosmik proqramı tarixində bəlkə də heç məlum olmayan "Saturn" planetinin ən qəribə fotosunu yayımlayıb. "Saturn"un bu son fotosunda planet yer kürəsi kimi mavi nöqtə olaraq görünür. 19 iyulda çəkilən foto üçün "NASA" insanlara bayıra çıxıb kainatdakı yerlərini təsəvvür eləmələri üçün "Dünyanın güldüyü gün" çağırışı etmişdi.
2013-11-15
1,706
Məşhur “Ruh” filmi serial olacaq
"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, 1990-cı ilin məşhur "Ruh" filmi əsasında serial çəkiləcək. Bu fikri "Paramount" kampaniyası açıqlamasında səsləndirib. Serialın ssenarisini Akiva Qoldsman və Cef Pinker yazacaq. Lakin yeni serialda kimlərin baş rolda oynayacağı hələlik məlum deyil. Xatırladaq ki, orijinal süjetli filmin rejissoru Cerri Çukerə, ssenarisi isə Bryus Coalo Rubinə məxsusdur. Filmin baş rolunu Demi Mur "Molli" obrazında və artıq dünyasını dəyişmiş aktyor Patrik Sueyzi "Sem" obrazında canlandırıb. Semin ruhu Mollini ölüm təhlükəsindən qorumağa çalışır və bundan ötrü mediumun köməyindən istifadə edir. Məlumat üçün bildirək ki, bu, "Paramount" kampaniyasının seriala çevirdiyi ikinci film olacaq. Bundan öncə "Beverli Hilsdən olan polis" adlı filmi serial formasında təqdim etmişdilər. Lakin filmin çəkilişləri yarımçıq qalır və heç bir telekanal onunla maraqlanmır.
2013-11-15
1,707
Qanunsuz dinləmələrə qarşı “internetz”
Rəsmi Berlin qanunsuz telefon danışıqlarını dinləyənlərə qarşı daxili internet sistemi üçün vacib bir addım atıb. Alman texnologiya nəhəngləri "internetz" layihəsi ilə şəxsi məlumatları ölkə xaricinə çıxmasına mane olacaq. Daha öncə xəbər verdiyimiz kimi, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Almaniyanın baş naziri Angela Merkelin telefon danışığını dinlədiyi və milyonlarla bilgini oğurladığının ortaya çıxarıb. Bundan sonra alman texnologiya nəhəngləri yerli bir internet şəbəkəsi qurmağa qərar verib. Alman rəsmilər "Alman Texnologiyası" ilə birlikdə layihəyə artıq başladıqlarını açıqlayıb. Layihə rəhbərliyi isə öz növbəsində bu məlumatı təsdiqləyib. Daha əvvəl e-poçt sisteminin yerli olması və yazışmaların Almaniya sərhədləri daxilində qalması yönündə görülən işlərin miqyası genişlənəcək. Təhlükəli addım Texnologiya mütəxəssisləri isə bu sistemin daha böyük dinləmə skandallarına səbəb ola biləcəyini bildiriblər. "Zeit" qəzetinin texnologiya redaktoru Kai Biermannın fikirlərinə görə, bu həm "Alman Texnologiyası"nın inhisarını gücləndirəcək, həm də istənilən məlumatlara asanlıqla nail olmaq imkanını təmin edəcək.
2013-11-16
1,708
Bərzani Diyarbəkirdə - Fotolar
Türkiyənin baş naziri R.T.Ərdoğan Diyarbəkirə dəvət etdiyi İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani və musiqiçi Şivan Pərvər Şırnağın Silopi kəndindəki "Habur" sərhəd məntəqəsindən Türkiyəyə daxil olduğu fotoları yayılıb. Fotoları təqdim edirik:
2013-11-16
1,709
Təbrizdəki konsulumuzdan sərhəd açıqlaması
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı gömrük-keçid məntəqələrinin fəaliyyəti bərpa edilib. Təbrizdəki Baş konsulluğumuzdan verilən məlumata görə, noyabrın 16-dan etibarən gömrük-keçid məntəqələrinin işi mövcud qrafikə və razılaşmalara uyğun olaraq aparılır. İki ölkə arasında vətəndaşların gediş-gəlişində yaranmış çətinliklər aradan qaldırılıb.
2013-11-16
1,710
“Ginnes”ə düşən ən inanılmaz işlər
"Ginnesin rekordlar kitabı" qeydi-adi hərəkətləri özündə cəmləşdirən məcmuədir. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub. "Ginnesin rekordlar kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. 2003-cü ildə 100 milyon tirajla satılıb. Kitab sahibləri iddia edirlər ki, o ən çox satılan kitabdır. "Ginnesin rekordlar kitabına" daxil olan ən inanılmaz nailiyyətlərindən bəzi nümunələri təqdim edirik. 1. Ən uzun toxunulmuş şərf. Bu şərfin 4,565,46 metr uzunluğu var. Norveçli Xelq Yoxanson bu şərfin toxunmasına ömrünün 30 ilini sərf edib. 2. Avstraliyalı Çayn Xultraqen su altında ən çox qılınc udmaqla bu kitaba adını yazdırıb. Bildirək ki, o, 3 qılınc udub. 3. Almaniyadan olan Goui Aleksander hamıdan yaxşı butulka üzərində yeriməyi bacarır. Goui 60 butulka üzərində yeriyərək rekorda imza atıb. 4. Böyük Britaniyanın 325 sakini eyni məkanda pinqvin paltarı geyinərək rekord vurub. Tədbirin təşkilatçısı isə Riçard Xaus olub. 5. Ən çox pizza qutusu kolleksiyasını ABŞ-dan olan Skott Viner toplayıb. 595 müxtəlif pizza qutusu ilə Ginnesin kitabına öz adını yazdırıb. Bəs Azərbaycandan bu kitaba düşən hadisə və insanlar varmı? 1. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin rekordlar kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. 2. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 3. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə jim edib.
2013-11-16
1,711
Abdullah Gülün xanımından ilginc fikirlər
Türkiyənin birinci xanımı Hayrunnisə Gül "Bugün" qəzetinə verdiyi müsahibədə ilk dəfə bu qədər ətraflı cavablar verib. Həmin müsahibəni ixtisarla sizə təqdim edirik: "Gəzi Parkı" hadisələri bir qəza idi Hayrunnisə Gül "Gəzi Parkı" hadisələri ilə bağlı "Kaş ki, olmayaydı. Bunu bir qəza olaraq görürəm",- deyib. Gözəl günlərin içində bu cür hadisələrin yaşanmasının insanı üzdüyünü ifadə edərək "inşallah, bir daha o cür hadisələr baş verməz" deyə qeyd edib. "Qızlı-oğlanlı"ya cavab Tələbə evləri ilə əlaqədar mübahisələrə isə xanım Gül bu cür fikir bildirib: "Mən hər şeyin təbii şəkildə olmasından yanayam. Kimlərəsə nəyisə zorla etdirmək çox çətindir. Hamımız anayıq, atayıq. Uşaqlara nəyisə demək başqa, basqıyla etdirməyə çalışmaq tamam başqadır. Sözün açığı, bu işlərin məsuliyyətini ailələrin öz üzərinə götürməsinin tərəfdarıyam. Mən də uşağımın bu cür şəraitdə hansısa evdə qalmağını istəmərəm. Və xaricdə də o cür şəraitdə yaşamır. Ana-ata olaraq övladımızın düzgün yaşayışından əmin olmaq istəyirik və o cür olduğunu da yoxlayırıq. Bütün ailələr də istəyəcək. Dövlət ortada bir problem varsa, ölçü götürə bilər, yataqxanalar inşa edə bilər, imkanlar yarada bilər. Ancaq dövlət ana-ata kimi ola bilməz. Bu iş ailədə həll olunmalıdır". Prezidentlikmi? Allah qorusun "Abdulla bəy 1991-ci ildə öz istəyi ilə deyil, Allahın lütfü, qisməti olaraq siyasətə qoşulub. Deməli, Allah özü bu günləri bizə qismət edib. Uzun müddətli planlar quran deyiləm. Abdulla bəy də elədir. Olduğumuz yerlərin haqqını verməyə çalışdıq. Abdulla bəyin siyasi həyatında heç vaxtı yol göstərən olmadım, qarışmadım. Haqqını verərək təhvil versək, çox xoşbəxt olarıq. Prezidentliyə namizədlikdən əvvəl "Allah eləməsin" dediyim günlər olub. Çox çətin olacağını, asan keçməyəcəyini bilirdim. Namizəd olduğunun bəlli olduğu gün bizim uşaqlar çox pis olmuşdu. Ailə də fədakar olmalıdır". O qədər də kitab oxuya bilmirəm "Bu aralar o qədər məşğuluq ki, istədiyim qədər kitab oxuya bilmirəm. Səyahətlər, proqramlar var. Axırıncı dəfə "Mənim dünyam" filminə baxdım". Abdulla bəylə gizli-gizli ağlamışıq "Küçəyə baxdığınız zaman sizə olan sevgini görürsünüz. "Onlara layiq ola bilirikmi?" deyə narahat olursunuz. Hər cür insanın məsuliyyəti, günahı sizin boynunuzdadır. Yuxularınızı qaçıracaq dərəcədə böyük günah var boynunuzda. Suriyada bunlar olan zaman necə rahat ola bilərsiniz axı? Keçən dəfə bir rəfiqəm iki suriyalı qızımızı gətirdi. Valideynləri Suriyadadır. Məktəbə getmirdilər. Uşaqlara bəlli etmədən Abdulla bəylə mən gizli-gizli ağladıq".
2013-11-16
1,712
Milli komandalar yoldaşlıq oyunları keçirib - Video
Dünən, milli yığmamızla yanaşı dünyanın bir sıra yığmaları da növbəti oyuna çıxıblar. Dünyanın yaşıl meydanlarında bir-birindən maraqlı nəticələr qeydə alınıb. Braziliyada keçiriləcək Dünya Çempionatında iştirak şansını itirən qardaş ölkə Türkiyənin yığması öz meydanında Şimali İrlandiya yığması ilə qarşılaşıb və minimal hesabla qələbə qazanıb. Günün digər oyunlarında Ukrayna – Fransa, İngiltərə - Çili, Rusiya – Serbiya, İtaliya – Almaniya qarşılaşmaları keçirilib. "Axar.az" yoldaşlıq oyunları çərçivəsində keçirilən qarşılaşmaların nəticələrini və günün mərkəzi oyunlarından video görüntüləri təqdim edir. Cənubi Koreya - İsveçrə - 2:1 Ceonq-Ho, 59; Çunq-Yonq, 87 - Kasami, 7 Belarus - Albaniya - 0:0 Çexiya - Kanada - 2:0 Çelustka, 3, Tomas Horava, 81 Rusiya - Serbiya - 1:1 Aleksandr Səmədov, 30 - Corceviç, 31 Danimarka - Norveç - 2:1 Kvist, 13, Boilesen, 90 - Pedersen, 78 Svazilend - Cənubi Afrika - 0:3 Letşolonyane, 46, Zunqu, 48, Ntete, 64 Türkiyə - Şimali İrlandiya - 1:0 Mövlüd Ərdinc, 45 İrlandiya - Latviya - 3:0 Kin, 22, MK Qidi, 68, Lonq, 80 İtaliya - Almaniya - 1:1 Abate, 28 - Hummels, 8 Polşa - Slovakiya - 0:2 Kuçka, 31, Mak 38 İngiltərə - Çili - 0:2 Sançes, 7, 90 Şotlandiya - ABŞ - 0:0
2013-11-16
1,713
Səfər Əbiyev: "Bu məlumatlar yalandır"
Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev son günlər evinin sökülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. "Axar.az"ın "AzVision.az"a istinadən verdiyi xəbərə görə, sabiq nazir şəhərin mərkəzində sökülən evin ona aid olmadığını bildirib. Haqqında gəzən söz-söhbətlərdən qəzəblənən S.Əbiyev qeyd edib ki, bəziləri onunla bağlı heç bir əsası olmayan xəbərlər yayır. "Onlar belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər". Sabiq müdafiə naziri əvvəlki kimi ölkə rəhbərliyinin etimadını qazandığını və bu illər ərzində öz vəzifə borclarına vicdanla yanaşdığını deyib. S.Əbiyev bu məlumatları yayan şəxslərə qarşı ciddi tədbirlər görəcəyini qeyd edib.
2013-11-16
1,714
“Anonim” haker qrupu üzvünə 10 il həbs verildi
"Vikiliks"ə gizli dövlət sənədlərinin təqdim edilməsində adı hallanan Ceremi Hammonda ABŞ məhkəməsi tərəfindən 10 il həbs cəzası verilib. "Axar.az"ın xəbərinə görə, Hammondun törətdiyi cinayətlər sırasında Straforun gizli sənəd və yazışmalarını qanunsuz bir şəkildə ələ keçirmək, müxtəlif cəmiyyət təşkilatlarına aid gizli yazışmaları izləmək, müxtəlif banklara aid təxminən 10 min müştərinin xüsusi məlumatlarını oğurlamaq, 60 min kredit kartı məlumatlarını, ABŞ şirkətlərinə aid xüsusi yazışmaları və e-mailləri ələ keçirmək, kart məlumatları ilə 700 min dollarlıq icazəsiz əməliyyat reallaşdırmaq kimi cinayətlər göstərilir. "Anonymous" (Anonim) haker qrupuna bağlı olduğunu etiraf edən 28 yaşındakı kompüter ustası Hammond 10 il həbs cəzası alandan sonra həbs olunaraq həbsxanaya göndərilib.
2013-11-16
1,715
“Yutubda” 224 milyon dəfə izlənildi - Video
Norveç komediya ustaları "Ylvisin" yeni klipi (The Fox) Yutubda 224 milyon dəfə izlənildi. Ylvis – Norveçdə yetərincə ad qazanmış komediya qrupudur. Qrupun üzvləri Borda və Vegard İlvisokeradır. Qrup 2000-ci ildə peşəkar fəaliyyətə başlayıb. Norveçdə satirik video klipləri ilə məşhur olan qrup sentyabrın 3-də yeni bir klip hazırlayıb. Klipin adı "The Fox"(Tülkü) "Yutubda" 224 milyon dəfə izlənilib. Hal-hazırda "The Fox" dünyaca məşhur olan "Qangam Stayl"a bərabər klip hesab edilir. Hər gün bu klip yutubda 2-3 milyon dəfə izlənilir. "The Fox" klipi dünyanın ən nüfuzlu "Billbord Hit 100" sıralamasında 10-cu yeri tutur. "Axar.az" həmin klipi təqdim edir.
2013-11-16
1,716
ABŞ bir məlumat üçün 10 milyon dollar söz verdi
ABŞ hökuməti 2012-ci ilin sentyabrı Benqazidə yerləşən Amerika konsulluğuna hücum haqda məlumatın verən şəxs üçün 10 milyon dollar mükafat təyin edib. Dövlət katibi Con Kerri bildirib ki, mükafat hələ 2013-cü ilin yanvarında elan edilmişdi. Benqazidə baş verən hadisələr və onun istintaqı prezident Obamanın opponentlərinin tənqidi üçün əla bəhanə olub. Belə ki, respublikaçılar dövlət departamentini hücum haqda təhdidə baxmayaraq, konsulluqda təhlükəsizliyi gücləndirmədiyi üçün günahlandırır və hücumun təfərrüatının açıqlanmasını istəyir. Məlumat üçün bildirək ki, 2012-ci il sentyabr ayının 11-i Liviyada ABŞ diplomatik missiyasına hücum olmuşdu. Nəticədə səfir Kristofer Stivenslə bərabər 4 amerikalı da həlak olmuşdu.
2013-11-16
1,717
Fransada adamyeyən həbs edilib
Noyabrın 14-ü Fransanın cənubunda yerləşən Nuyanda yaşayan qocanı öldürüb, dilini və ürəyini yeyən bomj həbs edilib. Cinayətkar öz qurbanının evinə girib və 90 yaşlı qocanı dəmir çubuqla öldürüb. Daha sonra o qurbanının ürəyi və dilini qoparıb, hazırlayaraq yeyib. Meyiti isə yandırıb. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, o həmçinin evdə yanğın törədib. Yanğını görən qurbanın oğlu yanğınsöndürənləri çağırıb. Araşdırmaçıların məlumatlarına görə, qatil Tarb şəhərindəndir. O, bildirib ki, cinayəti törətməyə onu qulağına gələn səslər vadar edib. Qeyd edək ki, qatil daha öncə məhkum olunmayıb və psixi problemləri olmayıb.
2013-11-16
1,718
Etibar Məmmədovun yaxın adamı həbs olundu
Vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayev həbs olunub. "Axar.az"ın "Gunxeber.com"a istinadən verdiyi xəbərə görə, V.Musayevin Bakıda həbs edildiyi məlum olsa da, onun hansı səbəbdən tutulduğu bəlli deyil. Son zamanlar səhhətinin ağır olduğu deyilən V.Musayevin həbsə qədərki fəaliyyətilə bağlı da elə bir məlumat yoxdu. Zamanında isə o imkanlı iş adamı kimi tanınırdı. Hətta bir müddət AMİP-in əsas "pul kisəsi" sayılırdı. Məhz buna görə, 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proposional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutmuşdu. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olundu və bundan bir müddət sonra daha V.Musayev siyasətdə görünmədi.
2013-11-16
1,719
Bu gün ümumdünya Tolerantlıq günüdür
Bu gün 16 noyabr Beynəlxalq "Tolerantlıq" günüdür. Tolerantlıq anlayışı dünyanın əksər ölkələrində insan hüquqları və vicdanı ilə bağlı olmaqla yanaşı, həm də azad düşüncədən bəhs edir. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşıb. Bu anlayış üçün həm də irqçilik xarakterik əhəmiyyət daşıyır. Ölkəmiz də tolerant bir ölkə olduğu üçün bu bayramı da həm də bizim bayramlar sırasına aid etmək olar. Bəs, görəsən, Tolerantlıq fikirləri necə yarandı? Tolerantlıq fikirlərinin yaranmasının əsasını YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da Bəyannamə qəbul etməklə qoyublar. Bəyannamədə insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafından və onların bərabər, ayrılmaz hüquqlarından bəhs edilir.
2013-11-16
1,720
Seulda helikopter göydələnə çırpılıb
Seulda helikopter göydələnə çırpılıb. 2 nəfərin həlak olduğu güman edilir. Məlumatı "Renhal" agentliyi bu gün yayıb. Xəbər verilir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda helikopter qatı duman şəraitində yaşayış evinə çırpılıb. Hadisə yerli vaxtla saat 9:00-da baş verib.
2013-11-16
1,721
Hindistan bir yuxu üçün 25 min dolları havaya sovurdu
Hindistanlı arxeoloqlar bir yoqun yuxusuna girən xəzinənin axtarışlarını dayandırıb. Məşhur yoq Ş.Sarkar hökumətə bildirmişdi ki, onun yuxusuna rac girib və 50 milyardlıq qızılla dolu olan xəzinənin yerini göstərib. Onun sözlərinə görə, qızıl XIX əsrdə yaşayan rac Rao Ram Buh Sinqhə məxsusdur. O, hazırda Uttar Pradeş ştatı adlanan ərazidə yaşayıb. Qazıntılar gedən ərazidən xəzinə yerinə bir neçə sümük və kərpic tapılıb. Qeyd edək ki, Hindistan hökuməti qazıntılara 25 min dollar xərcləyib. Qazıntılar KİV tərəfindən tənqidə uğrasa da, həmin yerə xəzinə tapma ümidi ilə çox adam gəlib.
2013-11-16
1,722
Masonların gələcəklə bağlı dəhşətli planları - Faktlar
Masonlar, onların gizli niyyətləri haqqında kifayət qədər məlumatlar, söhbətlər dolaşmaqdadır. Hətta dünyanın idarə olunmasında, gələcəyin şəkilləndirilməsində də onların xüsusi planlarının olması haqqında fikirlər mövcuddur. Bu deyilənlərin nə qədər düz olub-olmayacağını biz deyə bilmərik, bunun üçün gələcəyin gəlməsini gözləmək lazım gələcək. Məşhur "Empire State" binasının çökməsi, yadplanetlilərin istilası ABŞ dünyanın idarəçiliyinə tam nəzarət etmək üçün hiyləyə əl atacaq. Belə ki, ABŞ saxta yadplanetli basqını düzənləyəcək. UNO şəklində düzəltdiyi təyyarələrlə insanları yadplanetlilərin gəldiyinə inandırıb, dünyada yeni bir xaos yaradacaq. Eyni zamanda UNO-ların bu saxta saldırısı ilə "Empire State" binası çökdürüləcək. Culian Assancın ölümü "Vikiliks" saytının qurucusu Culian Assancın ölüm xəbərini yəqin ki, yaxın zamanda oxuyacağıq. Robotlar İllüminatinin gələcək planlarına güclü robotların yaradılması da daxildir. Gələcəkdə insan DNT-si ilə oynayaraq duyğusuz, robota bənzər insanların yaradılması da gələcəklə bağlı planlara daxildir. Əgər xatırlayırsınızsa, görücü Vanqanın da gələcəkdə insanların robotlara çevriləcəyi haqqında proqnozlar virtual aləmdə dolaşmaqdadır. Bu "proqnozlarla" gələcəyi şəkilləndirmək arasında hansı və necə rabitə var, bunu deyə bilmərik, amma bu qədər bənzərliyin olması da təsadüfi görünmür. Ağlı konrtol edən anten Bu bizə fantastika kimi görünsə də, əslində çox asandır. Anten dalğaları insanın beynində müəyyən bir nöqtəni tutaraq buraya öz istədiyi niyyəti yeridir. Beləcə, insan düşüncəsinin kontrolu asanlaşır. İnsan əti yeyən bakteriya Dünya iqtisadiyyatında güclənmə, dərman sektorunun canlanması üçün belə bir virus dünyaya yayılacaq. Müalicəsi indidən hazır olan bakteriyanın fəsadlarından xeyli insan əziyyət çəkəcək. Meteroid düşməsi Amerikaya rəqib olan bir ölkə (hansı ölkənin nəzərdə tutulduğu bəlli deyil) meteroid düşməsi nəticəsində bir-birinə qarışacaq. Enerji qıtlığı Gələcəkdə bu qıtlığı yaradanlar bütün dünyanı bununla üz-üzə qoyacaq. Tək özünü qoruyacaq ABŞ əslində bununla dünya iqtisadiyyatına böyük zərbə vuracaq. Süni fəlakətlər İndi bu sizə dəlilik kimi görünə bilər, ancaq dünyadaki insan sayına da nəzarət edilir. Artıq insanların sayı masonların istəklərindən kənara çıxdıqda bu sayı azaltmaq üçün bir çox insanın ölümünə gətirib çıxaran süni fəlakətlər yaradırlar. Buna misal olaraq epidemiyalar, zəlzələləri göstərmək olar. Xatırladaq ki, bunun üçün HAARP silahından istifadə olunur. Üçüncü dünya savaşı Əslində geniş şərhə ehtiyac yoxdur. Bu da insan sayını nizamlamaq, rəqib ölkələri əzmək üçün oynanılan oyunlardan biri olacaq… Son olaraq onu da deyək ki, bu məlumatlar 200 kartdan ibarət "İllüminati kartları"nda yazılan bilgilərə istinadən verilib.
2013-11-16
1,723
Ermənistan reytinqdəki yerləri rüşvətlə alırmış
Ermənistan beynəlxalq reytinqlərdəki yerlərini pul hesabına alır. "Axar.az"ın "1in.am"a istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib. Qəzet maliyyə naziri David Sarksyanın dövlət büdcəsindən beynəlxalq reytinq şirkətlərinə rüşvət verməklə yerlər aldığına dair faktlara sahib olduğunu yazıb. Bunun üçün nazir dövlət büdcəsindəki pullardan istifadə edib. "Joxovurd"un araşdırması nəticəsində bəlli olub ki, David Sarksyan bunun üçün "Fitch Rating LTD" şirkətinə 88 milyon 200 min dram (217 min dollar), "Moody`s İnvestors Service" şirkətinə isə 48 milyon 510 min dram (120 min dollar) pul verib.
2013-11-16
1,724
Kadırov yeni aviaşirkət yaradır
Çeçenistan prezidenti Ramzan Kadırov ilə Bəhreynin kral ailəsinin üzvü şeyx Favas Əl-Xəlif ortaq aviaşirkət yaradacaqlar. "Axar.az"ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb. Prezident artıq müqaviləni yaxın zamanlarda imzalanacağını bildirib. O, həmçinin noyabra qədər artıq ölkəyə Səudiyyə Ərəbistanının "Ara" aviaşirkətinin mütəxəssislərinin gələcəyini də yazıb. Onların Qroznı hava limanında avianaviqasiya sistemləri quraşdıracaqları söylənilib.
2013-11-16
1,725
"Yeni Çağ" qəzeti Ermənistandan yazdı
Türkiyənin nüfuzlu "Yeni çağ" qəzetində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən bəhs edən "Ermənistan nədən problemin həllini istəmir" başlıqlı məqalə dərc edilib. "Axar.az"ın xəbərinə görə, Kürşad Zorlunun müəllifi olduğu məqalədə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan əsgərlərinin Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etməsi, bu təxribatın kütləvi informasiya vasitələrində reklam olunması ermənilərinin türklərə qarşı ədavət və düşmənçilik siyasətinin davam etdiyinin sübutu kimi göstərilir. Müəllif vurğulayır ki, Türkiyə və Azərbaycana düşmən tərəfindən fərq qoyulmaması, eyni münasibət bəslənilməsi iki qardaş ölkənin taleyinin də eyni olmasının təzahürüdür. Bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirərək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanın problemi hüquqi müstəvidə həll etmək iradəsini sındırmayıb. Kürşad Zorlunun fikrincə, Ermənistanın ciddi maddi çətinliklərə və səfalətə düçar olmasına baxmayaraq sülh prosesini sabotaj etməsi də düşündürücüdür. Bu, problemin həlli prosesinin erməni xalqının iradəsindən asılı olmadığını göstərir. Aşağıda qeyd etdiyimiz linkə daxil olaraq, mətnin tam versiyasını oxuya bilərsiniz. www.yg.yenicaggazetesi.com.tr/yazargoster.php?haber=28801
2013-11-16
1,726
Prezidentin son sözü: "Biz Mişa nəsliyik"
Mənim ən böyük ümidim özünü "Biz Mişa nəsliyik" adlandıran gənclərədir. "Axar.az"ın "Qruziya online" saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstan Prezidenti Mixail Saakaşvili öz "feysbuk" səhifəsində yazıb. O, qul olmaqla barışmayan, ölkəni klassik postsovet ölkəsinə çevirməyəcək gənclərin Gürcüstanı inkişaf etdirəcəyini bildirib. Saakaşvili yeni prezidenti də təbrik etməyi yaddan çıxarmayıb. O, həmçinin yeni hökumətə öz dövründən qalmış problemlərin həllində uğur arzulayıb.
2013-11-16
1,727
Məğlubiyyətsiz seriya Tallində qırıldı - Fotolar
Dünən Azərbaycan milli yığması növbəti yoldaşlıq oyununa çıxıb. Estoniya ilə səfərdə keçirilən qarşılaşmada meydan sahibləri "2-1" hesabı ilə millimizi məğlubiyyətə uğradıb. "Axar.az"ın xəbərinə görə, ilk hissədə yığmamızın hücumçusu Rauf Əliyev hesabı açsa da, ikinci yarıda "Karpat"ın hücumçusu Dimitri Zenyov mükəmməl zərbə ilə hesabı bərabərləşdirib. Ardınca küncdən zərbə yerinə yetirən rəqib komanda Yoel Lindperenin baş zərbəsi ilə qələbəni təmin edib. Beləliklə, mayın 29-da Qətərlə "1-1" hesabı ilə bərabərlikdən sonra məğlub olmayan millimizin məğlubiyyətsiz seriyası qırılıb. Xatırladaq ki, Estoniya ilə 8 qarşılaşma keçirən millimiz 3-cü məğlubiyyətini alıb. 4 oyunda heç-heçə edən komandamız 1 dəfə qələbə qazanıb.
2013-11-16
1,728
Suriya raketləri Türkiyənin F-16-larına müdaxilə edir
Suriya raketləri Türkiyənin F-16 hərbi təyyarələrini hədəfə götürüb. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə silahlı qüvvələrinin baş qərargahından məlumat verilib. Məlumata görə, Türkiyə hərbi hava qüvvələrinin bu gün səhər saat 08.40 radələrində Hatay vilayətinin üzərində uçan beş ədəd F-16 təyyarəsi Suriya ərazisindən "SA-2" raketləri ilə hədəfə götürülüb. Təyyarələrin radar sisteminə üç dəfə müdaxilə edilib.
2013-11-16
1,729
AKP-də Ərdoğandan bezdilər
İngiltərənin nüfuzlu jurnallarından olan "Ekonomist" "AKP sıradan çıxırmı?" başlıqlı yazı yayımlayıb. Jurnal Türkiyədə "qızlı-oğlanlı evlər" probleminin Baş nazir R.T.Ərdoğanla müavini Bülənt Arınç arasındakı gərginliyə görə daha çox diqqət cəlb etdiyini yazıb. Ərdoğanın rəftarından beziblər "Ekonomist" bildirir ki, Arınçın çıxışı AKP içində Ərdoğanın təhrikedici danışığından bezənlərin olduğunu sübut edir. Üzə vurulmasa da, Ərdoğanın ərkyana xasiyyətindən bezənlərin olduğunu da qeyd edib. Arınçın cəsarət nümayişi AKP-nin nizamnaməsinə görə, bir şəxs ən çox üç dəfə millət vəkili seçilə bilər. Bu maddəni xatırladan jurnal Arınc da daxil, yetmiş millət vəkilinin bu nizamnaməyə görə bir daha namizəd ola bilməyəcəklərini yazıb. Jurnal bu vəziyyətin Arınça cəsarət verə biləcəyini və həmçinin Ərdoğanın da bu səbəblə prezident olmaq istədiyini bildirib. Ərdoğanın ən böyük rəqibi Fətullah Güləndir Jurnal Ərdoğanın eks müttəfiqi və indi ən böyük siyasi rəqibi Fətullah Güləndən də yazıb. Gülənin tərəfdarlarının müəyyən bölgələrdə xalqı AKP-yə qarşı olan ən güclü alternativə yönləndirə biləcəyini də xatırladıb.
2013-11-16
1,730
Hər saatın öz içkisi - Sıralama
Normal qidalanma rejimi ilə bədənimiz gündə təxminən ən azı bir litr su qəbul edir. Ən idealı isə gündə minimum 1.5-2.5 litr su qəbuludur. Əsas içki növümüz su olsa da, sağlamlığımız üçün digər içkilərdən də istifadə etməliyik. Saatlara görə içki bölgüsü necədir? 08.00 - otaq istiliyində su içmək Səhər saatlarında qəbul edilən su böyrək və bağırsaqların funksiyasını artıraraq bədəni toksin və şlaklardan təmizləyir, dəriyə hamar bir görünüş qazandırır. İstəsəniz, su yerinə sidikqovucu və ya toksinatıcı xüsusiyyətləri olan bitki mənşəli çaylar da içə bilərsiniz. Səhər oyandığınız zaman eynilə üzünüzü yuduğunuz kimi, bədəninizi də yumaq lazımdır. Buna görə bu saatlarda bir stəkan su və ya bitki çayı ən uyğun olanıdır. İçdiyiniz suya bir neçə damla limon suyu da damızdıra bilərsiniz. 12:00-14:00 arasında qəhvə və çay içmək lazımdır. Bu içkilərin tərkibində olan maddələr bədənə enerji verib zehni açmaqla yanaşı, konsentrasiyanı artıraraq bədəndə maddələr mübadiləsini sürətləndirir. Saat 10.30 Bu saatda tərəvəz sularına üstünlük verin. Xüsusilə isti havalarda içilən meyvə şirələri tərlə itirilən vitamin və mineral duzların geri qazanılmasını təmin edir. Saat 10-dan 11-ə qədər su içməyin Səhər saat 10:00 ilə 11:00 arasında bədənin su ehtiyatı azalır, qanda şəkərin miqdarı düşür. Buna görə də bu saatlarda su içmək məsləhət deyil. Saat 12.00 Ayran bu saat üçün ən ideal içkidir. Bu içki yeməkdən topladığınız yağın həzm edilmədən atılmasını təmin etdiyi üçün arıqlamanızda sizə yardımçı olacaq. Ayran minerallarla zəngin olduğu üçün günorta yeməyinin həzminə kömək edir. Saat 15.00 Bir fincan çay için. Çay yuxuqaçırıcı təsirə sahibdir. Günorta saatlarında içilən çay günorta yuxusunun qarşısını alacaq. Saat 19.00-20.00 üçün ən ideal içkisi Bir qədəh soyuq şərab axşam vaxtı ən yaxın dostunuza çevrilə bilər. Şərabın tərkibində olan şəkərin sayəsində enerjiniz artmaqla, damar sistemində də müsbət dəyişikliklər baş verəcək. Gecə yatmazdan öncə Axşam saat 11 üçün sadəcə isti və ya bir qədər normal otaq temperaturunda soyuq süd. Gecə yuxusuyla birlikdə böyümə hormonu da ortaya çıxır. Böyümə hormonu təbii ki, artıq bizi böyütmə gücünə sahib olmadığından, bizim gün içində yorğunlaşan bədənimizə güc verəcək. Kalsiumu yüksək olan südü gecə yatmadan əvvəl içmək uşaqlarda boy uzanmasına kömək etsə də, bizdə sümük sıxlığı və elastikliyini qorumağa yardım göstərir.
2013-11-16
1,731
Yuxusuzluqdan əziyyət çəkənlərə 8 təklif
Yuxusuz gecələrə son! Rahat yatmaq istəyirsinizsə, bu təkliflərə riayət edin... 1. "Yastıqdı" deyib keçməyin. Rahat yuxu yatmaq üçün yastıq seçmək önəmlidir. Çox sərt, ya da çox yumşaq yastıqlar rahat yatmanıza mane olur. Yatmazdan əvvəl özünüzə ən uyğun yastıq seçməlisiniz. 2. İsti bir duş qəbul etsəniz, yaxşı yatmanıza yardım edər. 3. Özünüzə uyğun nizamlı yuxu saatları müəyyən edin və bunu pozmamağa çalışın. 4. Yastıq kimi, çarpayınızı da özünüzə uyğun seçməlisiniz. Bahalı olması önəmli deyil, əsas odur ki, sizə rahat olsun. 5. Yatmazdan əvvəl və ya gec saatda yediyiniz ağır yemək kabuslar görmənizə səbəb ola bilər. Çox ac olanda da çətin ki, rahat yatasınız. Bu üzdən yemək rejiminizə diqqət edin. 6. Xəyallar qurun... Yaşınızın neçə olduğu, reallaşıb-reallaşmaması əhəmiyyətli deyil! Yastığınıza başınızı qoyanda sizi xoşbəxt edəcək bir xəyal qurun, nə vaxt yuxuya getdiyinizi belə xatırlamayacaqsınız. 7. Otağınız qaranlıq və səssiz olmalıdır. Bunlar rahat yuxu üçün çox önəmlidir. 8. Kitab oxumaq da sizə yardım edə bilər. Bir müddət sakitləşdirici musiqilər dinləyib, ya da çox sevdiyiniz kitabı oxuya bilərsiniz!
2013-11-16
1,732
Rusiyalı vəhabinin ölümqabağı şok etirafı
Volqoqradda 7 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini törədən Asiyalova adlı qadının əri, vəhabi olduğu bildirilən Dmitri Sokolovla bağlı maraqlı məlumatlar yayılıb. Mahaçqala yaxınlığında öldürülən D.Sokolov xüsusi təyinatlılarla danışıqlar zamanı bəzi etiraflar edib. O bildirib ki, Volqoqradda avtobusun partladılmasında istifadə edilən partlayıcı maddəni özü şəxsən hazırlayıb. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi xəbərə görə, axtarışda olan Sokolovun ələ keçirilməsi üçün aparılan əməliyyatda 5 silahlı öldürülüb. Onlardan vəhabi olduğu bildirilən Sokolov da daxil olmaqla 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Polisin məlumatına görə, Sokolovla danışıqlara hətta anası da cəlb edilib. Anası telefonla oğlundan təslim olmağı xahiş edib. Ancaq silahlılar bundan imtina ediblər. Daha sonra atışma başlayıb və 5 silahlı öldürülüb.
2013-11-16
1,733
Fuad Qəhrəmanlıdan Aydın Mirzəzadəyə cavab gəldi
Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə "feysbuk" səhifəsində status yazaraq AXCP sədri Əli Kərimlini ittiham edib. Millət vəkili "Azadlıq" qəzetinin nəşrinin fəaliyyəti yönündə təşkil etdiyi abunə və ianə marafonunda Əli Kərimlinin dollarla ianə verməsini dövlətimizin atributu sayılan manata hörmətliksizlik kimi qiymətləndirib və bunu xarici amillərlə bağlayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Axar.az"a açıqlamasında Aydın Mirzəzadənin ittihamlarına cavab verdi: "Hər hansı bir xeyriyyə aksiyasına pulun hansı valyuta ilə verilməsini qabartmaqda məqsəd diqqəti əsas problemdən yayındırıb, mənasız mübahisəyə cəlb etməkdir. İşin mahiyyətini, "Azadlıq"ın indiki durumunu və vəziyyətin bu yerə gəlib çıxma səbəbini qabartmaq və buna cavab vermək lazımdır. İllərdir kiminsə haqqını yeyən birisi indi Əli Kərimlinin dollarla ianə verməsini qəbahət sayır. Görünür, Aydın Mirzəzadə Əli Kərimli və onun sədri olduğu partiya haqda ciddi ittihamlar səsləndirə bilmir və bunu məntiqsiz dollar məsələsi ilə kompensasiya edir".
2013-11-16
1,734
Rəsul Quliyev cavab verdi: "Borcları ödəsinlər"
"Mənim Müsavat və AXC-yə olan ``borcum`` ətrafında söz söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur". Bunu ACP lideri Rəsul Quliyev, özünün Facebook səhifəsində yazıb. "Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu "borc" məsələsinin ortaya çıxması məni yenidən o keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. "Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada veriliş aparırdı" - yazan ACP lideri qeyd edir ki, o vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri həmin telekanal vasitəsi ilə müsahibələr verirdilər: "Və türk dostum təbliğat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və 1 ay Azərbaycanda seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki layihənin məbləği dəqiq yadımda deyil, hər halda, 80 min dollardan aşağı deyildi. 45 min dollar TV, 35 min dollar da maşın üçün. Xərclər 3 yerə bölünməli idi. Yəni AXC, Müsavat, ADP - hər biri 26 min dollar pul ödəməli idilər". R.Quliyevin sözlərinə görə, AXC və Müsavat heç nə ödəmədilər: "O məşhur 8 min dolları da kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV-ni yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazağa yaxın Gürcüstan ərazisində maşını yandırdı". "Tam məsuliyyətlə, hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə ödəsinlər və azad mətbuata yardım etsinlər" - deyə eks-spiker sonda vurğulayır. Xatırladaq ki, bir müddət əvvəl Sərdar Cəlaloğlu Rəsul Quliyevin Müsavat və AXCP-yə 8 min borcunun olması barədə iddia ilə çıxış edib.
2013-11-16
1,735
Zahid Oruc Ərdoğan-Bərzani görüşündən yazdı
Deputat Zahid Oruc Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanın Diyarbəkirdə İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşündən yazıb. Onun "feysbuk" sosial şəbəkəsində yazdığı yazı "İki fərqli göz yaşları" adlanır: "Diyarbəkirdə yeni bir tarix yazılır. 37 ilin savaşına və tökülən qanlarına Ərdoğan-Bərzani görüşü ilə son qoyulacağına ümidlər çox böyükdür. Uzun müddətdir düzənlənən barış sürəcinin növbəti şərtlərinin yerinə yetirilməsinə başlanılıb. Türk informasiya qurumlarının ortaya qoyduğu coşqu iki millətinin arasında gedən açıq-gizli müharibənın nəhayət ki, başa çatacağına inamı ifadə edir. Hər nə qədər PKK deyilsə də, milyonlarla kürd insanı ilə yaşanan gərginliklər bir ölkənin iqtisadi və siyasi gücünü zəiflətməyin ən təsirli silahına çevrilmişdi. 40 mindən artıq şəhidin və 300 milyard dollarlıq maliyyə itkisinin fonunda daxildə separatizm və post-Səddam dövrünün qorxuları, hər gün küçə və meydanları bürüyən toqquşma səhnələri bir dövlətin gerçək başağrıları idi. Türk-kürd qardaşlığı siyasi liderlərin bəyanatları ilə tam təmin olunmuş sayıla bilərmi? Ərdoğanın nitqində xatırlanan isim - Bərzaninin atası Milla Mustafanın 81 il öncə Türkiyəyə təşrif buyurarkən hüzurla qarşılanmasını təsadüfi vurğulamadığı hər kəsə bəllidir. Atatürk ideallarına xəyanatda suçlanan və sultanlıq qurmaqda qınanan bir lider əslində Türk Cümhuriyyətinin qurucularının siyasi xətttinə və kürdlərlə dostluq ənənələrinə sadiq olduğunu göstərməyə çalışır. Bu, əlbəttə, çox mühümdür. Çünki sayın Başbakan yəhudi-fələstin sülhünü yaxınlaşdırmağa çalışan İshaq Rabinin aqibətini unutmuş deyil. Hər iki xalqın birgə düşmənləri hazırki səhnələri sadəcə ekranlardan izləmirlər. ABŞ-ın xeyir-duası nə qədər güclü olsa da, uzun zaman siyasi mənfəətlərini məlum münaqişədən qazanan dairələr prosesi gül-çiçəklə seyr etməyəcəklər. Dağlardan enən və boşalan həbsxanalardan gün işığına çıxan terrorçuların yeni hərakatını yaratmaq üçün ssenarilər cızanlar türk istikbaratına çıxdan bəllidir. Məhz ona görə də dünənki silah səsləri Bərzaninin tarixi səfərini qana batırmaq istəyən güclərin işidir. Ərdoğan ona görə xalqdan yardım istəyir. Bilir ki, millətin sahib durmadığı kurs məğlubiyyətə məhkumdur. Hər halda, Türkiyə tarixinin mühüm bir mərhələsinə qədəm qoyub. Diyarbəkirdəki görüş Kemp-Devid razılaşması olmasa da, Bərzanı öz millətini Türkiyəyə güvənməyə və 2-ci sort xalq olmaq duyğusundan çıxaraq 1923-cü ilin ruhuyla bu dövlətin qurucluğunda iştirak etməyə səsləyir. Bu Ərdoğanın siyasi lider gücü və strateji planının təntənəsidir. Şimali Kürdüstanın xəritəsinə xəyalən qatılan bu torpaqlarda böyüyən hər bir gənci silaha deyil, Türk bayrağa sarılmağa səsləyən Bərzani 400 cütlüyün nikah törəninə elə-belə qatılmayıb. Türk dövlətinin yönəticiləri hər kəsə anlatmağa çalışır ki, yol bir, tale birdir. Təməli qoyulan yeni ailələrin və qan bağlarının əbədi sülhə vəsilə olacağına inam böyükdür. Ona görə, Əminə Ərdoğanın və minlərlə türk anasının göz yaşlarına həyatını bu savaşlarda itirmiş şəhidlərin ruhunun anılması əlaməti kimi baxmaqla bərabər, həm də gələcək ölümlərdən xilasın müjdəsi ki, yanaşmaq gərəkdir. Azərbaycan türkün qüdrətini və hüzurunu hər zaman ayaqda alqışlayır! Liderlərin dilindən səslənən "ortaq tariximizə və məhəbbətimizə sərhəd qoya bilməzlər" mesajının indi möhkəmlənməsinə daha çox ehtiyac duyulur. Çünki yaraları hələ sağalmamış insanları düşmənçiliyin aləti etməyə səsləyən qüvvələr də böyükdür. Ünlü musiqiçi Əhməd Qayanın çəkdiyi sevgi divalarını yenidən hörmək lazım.. Böyük türk dünyasının 21-ci əsri bu andan başlanıb. Uğurlar və qələbələr nəsibi olsun!"
2013-11-17
1,736
Vaqif Musayev həbs edlən zaman üzərində silah olub
Tanınmış iş adamı, keçmiş AMİP-çi Vaqif Musayevin həbsi ilə bağlı maraqlı məlumatlar yayılıb. "Publika.az"ın özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, V.Musayev 5 gün öncə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun həbsi ilə bağlı rəsmi sanksiyanın olub-olmaması bəlli deyil. V.Musayevin ailə üzvləri bu həbsin Musayevlər ailəsi üçün tamamilə gözlənilməz olduğunu bəyan ediblər: "Sadəcə olaraq, onu bilirik ki, həbs edilən zaman üzərində silah olub. O, bu silahı niyə gəzdirirmiş, bilmirik". Ailə üzvləri V.Musayevin həbsi ilə bağlı ətraflı bilgilərə malik olmadıqlarını, həmçinin onunla görüşə bilmədiklərini əlavə ediblər. Xatırladaq ki, vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMİP-də nüfuzlu şəxslərdən sayılan iş adamı Vaqif Musayevin həbs olunması ilə bağlı xəbəri bir neçə gün öncə bəzi saytlar yayıb. Son zamanlar səhhətinin ağır olduğu deyilən, şəkər xəstəliyindən əziyyət çəkən V.Musayevin həbsə qədərki fəaliyyəti ilə bağlı elə bir məlumat yoxdur. Zamanında isə o, imkanlı iş adamı kimi tanınıb. Hətta bir müddət AMİP-in əsas "pul kisəsi" sayılıb. Məhz buna görə 2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-də Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutub. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olunub. Bundan bir müddət sonra V.Musayev Milli İstiqlal Partiyasından uzaqlaşıb. 2005-ci ildə keçirilən parlament seçkilərində uduzduqdan sonra siyasətdə görünməyib. O, bir müddət elmi və pedaqoji fəaliyyətlə də məşğul olub və iqtisadiyyatla bağlı dissertasiya müdafiə edərək elmlər doktoru adını alıb.
2013-11-15
1,737
ABŞ-da 6 ton fil dişi məhv edildi
ABŞ-ın balıq ehtiyatları və vəhşi təbiətin qorunması xidmətinin verdiyi məlumata görə, ABŞ hökuməti brakonyerlərdən müsadirə edilən 6 ton fil dişi sümüyünü məhv edib. Strukturun təmsilçisi bildirib ki, bahalı fil dişinin məhv edilməsi bütün dünyanın brakonyerlərinə siqnal olacaq ki, ABŞ vəhşi təbiətin resurslarının qeyri qanuni ticarətinə qarşı mübarizə aparmaqda çox ciddidir.
2013-11-15
1,738
Məsciddə 6 nəfər bıçaqlandı
Dağıstanda məsciddə dava düşüb və 6 nəfər bıçaqlanıb. Respublika DİN-dən mediaya verilən xəbərə görə, kütləvi dava Mahaçqala yaxınlığında yerləşən Leninkənddə baş verib. İlkin məlumatda 6 nəfərin bıçaq yarası ilə xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Fakt üzrə araşdırma aparılır.