date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-11-15
1,739
Siqaret qadağası bu gündən qüvvəyə mindi
Bu gündən Moskvada "Anti tütün" qanunvericiliyinin qüvvəyə minməsi ilə iş yerləri, təhsil ocaqları, mədəniyyət, idman mərkəzləri, yaşayış binalarının eyvanları, vağzal və hava limanında siqaret çəkilərsə 500 dən 1,5 min rubla (11,9 -35,8 AZN) qədər cərimə olunacaq. 2014-cü il iyundan isə bu siyahıya restoran, bar, yataqxana, otel, uzaq məsafəyə hərəkət edən qatar və elektrik qatarlarını gözləmək üçün perronlar da daxil olacaq. Qeyd edək ki, bir çox Avropa ölkələrində, eləcə də Türkiyədə bu qanun artıq qüvvəyə minib və uğurla tətbiq olunur. Azərbaycanda da ictimai nəqliyyatda siqaret çəkmək qadağandır və keçirilən monitorinq qanunun öz effektivliyini sübut edir. Bildirək ki, bu qanunun cəriməsi 50 AZN-dir. Milli Məclisin payız sessiyasında ictimai yerlərdə, o cümlədən qapalı məkanlarda - kafe və restoranlarda siqaret çəkilməsini qadağan edən qanunun qəbulu gözlənilir.
2013-11-15
1,740
Radikal ayinlərə nifrət edirəm
Uşaq vaxtı şiəliyin nə olduğunu bilmirdim. Məhərrəm ayı daxil olan kimi biz uşaqların da müsibəti başlardı. Elə yanıqlı mərsiyələr deyilərdi ki, adamın saçı ürpəşərdi, hamının çöhrəsinə kədər qonardı, insanlar bir-biri ilə doğma balası ölmüş adam kimi davranardı. Kişilərin gözündən gildir-gildir yaş axmağını, nalə çəkib ağlamağını ilk dəfə aşura mərasimində görmüşdüm. Bu olay adamı sarsıtsa da qəribə bir toxdaxlıq verərdi. Göz yaşı ilə bərabər adamın bütün mənfi enerjisi çıxardı. Adamlar daha təbii görünərdi, imanın dərəcəsi insanların davranışları ilə ölçülərdi... Uşaq vaxtı çox dəcəl idim, ancaq hər dəfə belə olayların şahidi olanda yazıqlaşardım, canıma vəlvələ düşərdi. Dərs oxumağa da həvəs olmazdı, süstlük, ətalət basırdı. Evlərdə dövlət məmurlarından gizlin teşt qoyulardı, kəndin qadınları yığışıb ağlayardı. Kişilər isə daha çox məscidin həyətində düzənlənmiş mərasimə qatılardılar. Mərasimdə iştirak etməyənlər elin qınağına tuş gələrdi. Bir də ki, insanlar şəbihlərə baxmaqda sanki maraqlı görünürdü, ildə 10 gün heç kimin işinə mane olmurdu, əksinə, hər kəs bunu özünə borc, savab və müstəhəb iş sanardı. Kəndin düz ortasında məsciddən azca aralı bir inanc yeri - ocaq vardı. Hər kəsin əlavə bir ümid yeri idi. Nəzir qutusunu ocağın içindəki yastı dairəvi içi oyuq daş əvəz edərdi. İnsanlar nəzir qoyub, ocaq sahibindən nicat, şəfa istəyərdi... Ocağın yanı hər kəsin toplaşdığı yer idi, çünki məscid də, dükan da, məktəb də yaxınlığındaydı. Aşura mərasimi də məhz burda təşkil olunar, insanlar "şaxsey-vaxsey" deyib sinə döyərdilər. Ələm götürmə səhnəsində iştirak etmək hər adamın işi deyildi. Ələmin cuşa gəldiyini görəndə bütün şək-şübhələrimizi boğmağa çalışardıq, ələmin qorxusundan "Ya Hüseyn, Ya Hüseyn", "vaveyla" deyib sinə döyərdik ki, ələm, yəni tuğ bizə toxunmasın… Kimsənin dəstədən ayrılmağa, şəkk ilə yanaşmağa, ayinləri yerinə yetirməməyə cürəti çatmazdı, çünki hər kəs ələmin insanların içindən keçənləri duyduğunu deyirdi. Ona görə də adamlar inanclı görünməyə çalışardı. Rəngli yaylıqlarla bəzədilmiş tuğ adamı vahiməyə salardı... Bu ayinlər gündüz icra olunardı. Şönük düşən kimi kənddə "vaveyla", "Ya Hüseyn" səsləri gələrdi... Cavanlar ələmlə qapı-qapı düşüb ev sahibinə çoxlu dualar edib nəzir alardı. Həmin ayində ən məhşur fraza "Yezidə, Şümürə lənət" idi. Mərasim bitən kimi nəzir pulları dəstə arasında bölünər, yığılmış puldan ələm gəzdirənin haqqı ikiqat ödənilərdi. Bəzən pul üstündə dəstə arasında dava düşərdi. Ələmin "dirisi" bir yana, "ölüsündən" də qorxardım, odur ki, gecə ayinlərində iştirak etməzdim. Kənddən ayrılanda uşaq yaddaşımı - adığım mənəvi sarsıntıları da özümlə bərabər şəhərə gətirdim. Anladım ki, İransayağı məzhəb davası gedir və mənim təsəvvür etdiyim şiəlik daha qutsaldır. Əhli-beyt, İman Hüseyn sevgisi ilə yaşasaq da, uşaq yaddaşımda ilişib qalan bəzi qorxunc və radikal ayinlərə hələ də nifrət edirəm.
2013-11-16
1,741
Zümrüd Yağmur Ukraynaya dəvət aldı
Zümrüd Yağmurun Azərbaycan ədəbi mühitində kifayət qədər rezonans doğuran Zümrüd Yağmurun "Allah qayıdır?!" romanı Ukraynada dərc olunub. "Axar.az"ın məlumatına görə, kitab artıq Ukrayna ədəbi dairələrinin diqqətini çəkib və müəllif Ukraynaya dəvət olunub. Dəvəti qəbul edən Z.Yağmur noyabr ayının 20-də Kiyevə yola düşəcək. Ayın 28-ə qədər Ukraynada səfərdə olacaq yazarın kitabının həm Kiyev, həm də Lvovda təqdimatı keçiriləcək. Bundan başqa, dünyanın 43 ölkəsindən nümayəndələrin qatılacağı "Millətlərin liqası" adlı təşkilatın yaranmasının 70 illiyinə həsr olunmuş yığıncaqda da iştirak edəcək və roman burda da təqdim olunacaq. Qeyd edək ki, tərcümədə kitabın üz qapağını (rəssam Ayxana məxsus rəsm) olduğu kimi saxlayıblar. Müəllif qeyd etdi ki, üz qapağı Ukraynada da bəyənildiyindən elə bu üz qapağı ilə dərc etmək qərarına gəliblər.
2013-11-15
1,742
Snouden 200 min məxfi sənədi üzə çıxaracaq
ABŞ MTA-nın eks əməkdaşı Eduard Snouden KİV-ə 200 min məxfi sənəd verə bilər. "Axar.az" "Röyter" agentliyinə istinadən xəbər verir ki, MTA-nın rəhbəri general Kit Aleksander öz bəyanatında bildirib ki, Snoudenin 50 mindən 200 minədək məxfi sənədi KİV-ə ötürdüyü ehtimal edilir və onlar hələ də çap olunur. Daha öncə sizə sənədlərin təxminən 30 min olduğunu, lakin onları hamısının mediaya ötürülmədiyini xəbər vermişdik. Lakin agentlik Britaniyada olan mənbələrə əsaslanaraq Snoudendə ən az 58 min sənədin olduğunu bildirdi. Müqayisə üçün bildirək ki, "Vikiliks"in əlinə Pentaqonun İraq müharibəsi ilə bağlı 400 min, dövlət departamentinin 250 min depeşi (təcili diplomatik məlumat) və Əfqanistanda olan əməliyyatlar haqda sənədlər düşmüşdü. Ancaq bu sənədlər Snoudendə olan materiallar qədər məxfi deyildi.
2013-11-15
1,743
Bazarda qiymətləri qaldıran biznesmenlər həbs edildi
"Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, Venesuela polisi 100-dən artıq biznesmeni həbs edib. Onların həbs olunmalarının əsas səbəbi istehlak mallarının spekulyasiya edilməsidir. Biznesmenlərin kütləvi həbsi haqqında açıqlamanı Venesuela prezidenti Nikolas Maduro xalqa müraciəti zamanı bildirib. O, hazırda dəmir barmaqlıqlar arxasında 100 burjuyun olduğunu söyləyib. Bununla bərabər prezident hökumətin artıq əhalinin gəlirlərinin idarə edilməsi ilə bağlı yeni proqram hazırladığını da vurğulayıb. Həbslərin əsas səbəbi kimi son zamanlar biznesmenlərlə hökumət arasında münasibətlərin pozulması göstərilir. Belə ki, bunların bir az öncə ölkə bazarlarında qiymətlərin qəflətən qaldırılmasına cavab olduğu bildirilir. Qeyd edək ki, bu dəqiqə latın Amerikasında ən güclü inflyasiya Venesueladadır. Burada inflyasiya 50% olaraq qiymətləndirilir.
2013-11-15
1,744
Bu ölkə 650 min avroya vətəndaşlıq verir
Avropa Birliyinə üzv olan Malta 650 min avro qarşılığında vətəndaşlıq verməyi qərarlaşdırıb. Malta bu tətbiqlə zəngin sərmayəçiləri ölkəyə çəkəcəyini düşünür. Vətəndaşlıq qanunu Malta parlamentində bu gün qəbul edilib. Malta Baş naziri Cozef Muskat bu layihə çərçivəsində kifayət qədər gəlir əldə edə biləcəyini bildirib. İl ərzində 45 adama vətəndaşlıq hüququ tanıyaraq 30 milyon avro gəlir əldə etməyi hədəflədiyini ifadə edən Muskat Malta vətəndaşı olanların ayrıca Avropa Birliyinə üzv ölkələrdə iş və oturum icazəsinə sahib olacaqlarını ifadə edib.
2013-11-15
1,745
Alim Qasımov: “Artıq müxalifət-zad yoxdur”
Alim Qasımov təqdimata ehtiyacı olmayan tək-tük sənətkarlardan biridir. Müğənni hər zaman diqqət mərkəzindədir – artıq dediyi hər söz, atdığı hər addım dartışmaya, söhbətə, müzakirələrə səbəb olur. Hərə onu bir cür və hər kəs də öz tərəfində görmək istəyir. Elə məşhurluq, böyüklük də bu olmalı. Əslində isə dünya dediyin elə bü cür insanların özüdür – onlar nə qədər gözəl, yaxud ədalətsiz olursa olsun, ondan nə qədər narazı olursan ol, onu nə qədər sevirsən sev, fərq etməz. Biz isə sadəcə, o dünyanın səsini eşidib, oxucularımıza çatdırmaq üçün master-klasslar keçdiyi Azərbaycan Milli Konservatoriyasına yollandıq. Deyirlər muğama qulaq asmaq insana qəm-kədər, göz yaşı gətirir… - Mən də bunu efirdən eşitdim, amma inandırım sizi, ya bunu deyənin zatında qırıqlıq var, ya da ermənilərlə əlbir olub Azərbaycanın ən dəyərli, adlı-sanlı musiqisinə zərbə vurmaq istəyir. Bu sözü deyənin başı özündə olmayıb, səmti düz deyil. Mən özümü yaxşı hiss etmirəmsə, mütləq muğama qulaq asıram. Muğam zövqdür, muğam həyatın içidir. Alim bəy, bəstəkar axtarışına çıxmışdınız. Dad edirdiniz ki, mənim ruhumu duyub, musiqimi bəstələyən bəstəkar tapmıram. Tapdınız? - Yox bala, hələ də axtarıram. Demirəm bəstəkarlarımız pisdir, bacarıqsızdır, amma mənim ürəyimə yol tapan bəstəkar yoxdur. Bugünkü bəstəkarlar öz zövqləri ilə işləyirlər. Müasirlik millətin başını xarab etdi. Mənim halımda istədiyim hissi mənimlə yaşayan bəstəkar yoxdur. Varsa, çıxsın qarşıma. Deyirsiniz, muğam bir dəryadır. O dəryadan sizə nə qədər pay düşüb? - Bəlkə bir damcı da düşməyib. Hələ o dəryanın suyunu iyləmişəm. Hər bir islam xalqı deyir ki, muğamın vətəni buradır. Bəs Sizcə? - Şərq ölkələri. Onlar folklor musiqilərinə qulaq asıb adını muğam qoyurlar, muğam başqa bir eşqdir. Seçkilərdə iştirak etdiniz? - Bəli. Kimə səs verdiniz? - Attım da ora kağızı. Demirsiniz? - Yox niyə deyirəm ki? Əslində sirr deyil, qoy deyim, kim seçilib səsimi də ona verdim. Deyirsiniz müxalifət ölüb, daha yoxdur? - Artıq müxalifət-zad yoxdur. Daha qutardı, o məsələlər bitdi. Daş atsalar da, bostanımdan qayıdıb başlarına dəyəcək. Musiqidə də, siyasətdə də daha müxalifət yoxdur, olmayacaq da. Deyirsiniz, muğama düz istiqamət versən, sufiliyə doğru gedəcəksən. Siz sufisiniz? - Bəli, adamı dünyəvilikdən başqa aləmə çıxardır. O aləmdə nə pul, nə də başqa şey düşünürsən, ancaq o dünya və ruhunla yaşayırsan. Sizin öz təbiətiniz sufiliyə çox yaxındırmı? - Yox mən on dəqiqə muğam oxuyandan sonra bu dünyadan ayrılıram. Bir də görürəm buludların üstündə uçuram, özüm öz halımla sufiliyə gəlmirəm. Getdiyiniz o dünyada nələr görürsünüz? - Dünya malından başqa hər şey. Deyirlər, bu dünya ağ və qara rənglərdən ibarətdir, sizin dünyanız necə? - Yox, axı mən hamı kimi deyiləm, mənim dünyamın rəngləri çoxdur. Yəni rəngarəng həyatım var, gecə və gündüz hamı üçündür, amma mənim üçün bu iki yerə bölünmüş həyatın içində çox mənalar yatır. Baxın, kimi gecələr yaşayır, kimi gündüzlər. Alim Qasımov xöşbəxtdir? - … Həmişə Allaha şükür edək. Nə vaxta kimi oxuyacaqsınız? - Özümün öz oxumağımdan zəhləm gedənə kimi. Nə vaxt ki gördüm özüm ancaq özümə zövq verib, özüm özümə kef verirəm, o zaman qavalımı qoyub, sakitcə dincəlməyə gedəcəm. Hansınız yaxşı oxuyursunuz – siz, yoxsa Fərqanə xanım? - Elmi cəhətdən o gözəl ifa edir, amma muğamın halına düşmək cəhətdən mənə cata bilməz, bu mənlikdir. Ona qızınız kimi baxırsınız, yoxsa… - Ona pirim, ocağım kimi baxıram. O qədər qastrollarda, yollarda, tədbirlərdə birgə oluruq ki, hərdən övladım olduğunu unudub dost kimi yaxınlaşıram. Əslində, özüm də bilmirəm o mənim nəyimdir. Siradşımıdr, dostumdur, qibtə edtiyim ocağımdır. Bayağı musiqilərə münasibətiniz necədir? - Pis, hansı kanalı açırsansa ürəyin bulanır, televizoru açamağa da qorxuram. Şok! Şok! Şok! - bu nədir, bilmirəm. Bayağı musiqiləri elə xalq artisti adını daşıyanlar da oxuyur. Siz də bu fəxri adı almısınız. Bu sizə necə təsir edir? - Elə ifası olanlarla, mənim bir tərəzidəki çəkimə baxıb, utanıram. Əsl sənətkar üçün ad önəmli olmasa da, şərtdir, təqdimatdır, amma xahiş edirəm özlərini düzəltsinlər, biabrçılıqdır, mən onlarnın yerinə utanıram. Yazıqdır musiqimiz, yazıqdır soy-kökümüz, gəlin, gələcəyimizi yazıq etməyək.
2013-11-15
1,746
Bakı metrosunda qatar tuneldə qaldı - Həyəcan
Bu gün Bakı metrosunda qatar tuneldə qalıb. Səhər saat 08:20 radələrində Bakı Metropolitenində qatarlardan birində texniki nasazlıq yaranıb. "Axar.az" "Milli.Az"a istinadən xəbər verir ki, qatar "Nizami" stansiyasından "28 May" stansiyasına doğru hərəkət edərkən 10 dəqiqəyə yaxın tuneldə qalıb. "28 May" stansiyasında qatar boşalıdılıb. Stansiyada sıxlıq müşahidə olunub.
2013-11-15
1,747
Bu günün mədəniyyət afişası
TEATR "Bir tamaşaçı üçün tamaşa" Rus Dram Teatrı 12:00 "Qızıl açar və ya Buratinonun macəraları" Gənc Tamaşaçılar Teatrı 12:00, 15:00 "Müsyo Jordan, Dərviş Məstəli şah" tamaşasının premyerası Rus Dram Teatrı bilet: 11 AZN 19:00 "Yaşlı xanımın gəlişi" Azərbaycan Dövlət Akademik Milli Dram Teatr bilet: 6-10 AZN 19:00 "Tələ- evli hiyləgərin hoqqası" Opera və Balet Teatrı bilet: 23-80 AZN 19:00 KONSERTLƏR Bəstəkar Musa Mirzəyevin yubiley gecəsi Filarmoniya 19:00 Cirque Le Soir çıxışı Buta Palace bilet: 30, 80, 150 AZN 21:00 KİNO "Qravitasiya"(ABŞ) Park Cinema (Metropark) "Stalingrad"(Rusiya) Park Cinema (Metropark) "Əsirlər"(ABŞ) Park Cinema (Metropark) "Toy əhvalatı"(Rusiya) Park Cinema, Park Cinema (Metropark) "Benimle oynarmısın"(Türkiyə) Park Cinema (Metropark) "Rasputin" Park Cinema (Metropark) "Neva"(Türkiyə) Park Cinema (Metropark) "Vay başıma gələnlər"(Türkiyə) Park Cinema (Metropark) "Romeo və Cülyetta"(Böyük Britaniya ,İtaliya) Park Cinema, Park Cinema (Metropark) "Adelin həyatı"(Fransa) Park Cinema (Metropark) "Mahmud və Məryəm"(Türkiyə, Azərbaycan) "Nizami" kinoteatrı "Buludludur, yağıntı ehtimalı var 2: GMO-in qisası"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Enderin oyunu"(ABŞ) Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Hind xoruzları: Gələcəyə geri"(Rusiya) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Əyləncədən sonra"(İspaniya) "Nizami" kinoteatrı "Castin və cəngavərlərin şücaəti"(İspaniya) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Sevgidən sonra"( Belçika, Lüksemburq, Fransa) "Nizami" kinoteatrı "Toydan reportaj"(İspaniya) 28 Cinema "Uyğunluq əlamətlərinə görə"(ABŞ) 28 Cinema "Məsləhətçi"(ABŞ, Böyük Britaniya) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "Telekinez"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Sonuncu Veqas"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark), "Nizami" kinoteatrı "İlin tələbəsi"(Hindistan) 28 Cinema "Türk dilini yeni öyrənənlər üçün"(Almaniya) 28 Cinema "Tor 2: Zülmət səltənəti"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) SƏRGİLƏR "Завод" sərgisi pulsuz Məhəd Musaoğlunun sərgisi Bakı incəsənət mərkəzi (Yeni Gallery) Bu gün - 16 noyabr "Qartallar dünyası" foto sərgisi Natavan gallery (pulsuz) Bu gün - 17 noyabr Olimpia Skarrinin sərgisi Gazelli Art House 21 sentyabr - 30 noyabr "Hype" sərgisi Kichik QalArt Gallery 07 noyabr - 07 dekabr Lalla Essaidinin sərgisi Müasir İncəsənət Muzeyi Bu gün - 14 yanvar SİRK "Heyvanların şahı-2" sirk tamaşaları Bakı Dövlət Sirki bilet: 6, 8, 10 AZN 25 oktyabr-17 noyabr , 12:00, 15:00, 19:00
2013-11-15
1,748
Daş karxanalarında bir qəpik uğrunda tətil başlayır - Özəl
Yük maşınlarına əllə yüklənən bir daşın illərdir 2 qəpik olmasına etiraz edən fəhlələr növbəti həftənin birinci günündən etiraza başlamağa hazırlaşırlar. Bu xəbəri "Axar.az"a Qaradağın Gülbaxt daş karxanasında işləyən fəhlə Qərib Səmədov verdi. Onun sözlərinə görə, artıq belə işləmək, yaşamaq mümkünsüzdür: "Təsəvvür edin ki, bir yük maşını təxminən 800 daş tutur, onu yükləmək üçün ən azı iki fəhlə lazımdır. Bir neçə saatlıq əziyyətdən sonra iki fəhləyə cəmi 16 manat pul qalır. Bu pulla nahar eləməlisən, su içməlisən, hələ axşam evinə də pul aparmalısan. Belə dözülməz, qul kimi işləməkdən təngə gəlmişik". Q.Səmədovun sözlərinə görə, onlara heç bir şərait yaradılmayıb: "Daş karxanalarında nəinki hamam, heç əl-üz yumağa su da tapmaq olmur. Amma biz yayda günün altında, tozun-torpağın içində, qışda soyuqda, palçığın içində qul kimi işləyirik ki, bir parça çörək qazanaq. Əvəzində hər biri 30 kilodan artıq olan bir daşı 2 metr hündürlüyündə maşına qalamaq əvəzində 8 manat almaq heç içdiyimiz suyun pulu deyil". "Nə sığortamız var, nə də iş yeri sayılır ki, qocalanda pensiya alaq" deyən fəhlənin sözlərinə görə, dəfələrlə bədbəxt hadisələr olub, fəhlələr kombaynın, iri yük maşınlarının altında qalıb, yaxud elektrik cərəyanı vurub: "Şikəst qalanlar heç bir yardım almır, bir parça çörək üçün gəlib ayağını, qolunu itirənlərə kompensasiya verilmir". Fəhlələrin tələbləri də böyük deyil: "Heç nə istəmirik – hər yerdə maaş qalxır, ərzaq bahalaşır, bizdə də heç olmasa, hər daşa görə qiyməti bir qəpik qaldırsınlar", - deyə Q.Səməov bildirir. Fəhlələr Qaradağda, Güzdəkdə yerləşən karxanalara xəbər göndəriblər: "Onlar da bizə qoşulacaq. "Kamaz" sürücülərinə də xəbərdarlıq etmişik ki, nahaq yerə karyerə gəlməsinlər". Q.Səmədovun dediyinə görə, aksiya Gülbəxt, Şahqaya, Könül və digər karxanaları əhatə edəcək.
2013-11-15
1,749
Ermənistanda etiraz aksiyası başladı - Fotolar
200 nəfərdən çox etirazçı Ermənistan parlamentinin qarşısında toplaşıb. "Axar.az"ın erməni saytlarına istinadən verdiyi məlumat görə, aksiya iştirakçıları pensiya haqqında qanun layihəsinin ləğv olunması istəyirlər. Parlamentdə hakim partiya və "Orineç Erkir" fraksiyası layihənin təsdiqlənməsi üçün yetərli say toplamayıblar. Bunu bilən aksiya iştirakçıları hökumət binasına, oradan isə Ermənistan Respublika Partiyasının binasının qarşısına yürüş ediblər. Sayt hazırda etirazçıların Respublika Partiyasının binası qarşısında aksiya keçirdiyini bildirir.
2013-11-15
1,750
Ərdoğan Rusiyaya gedəcək
Baş nazir Rəcəb Tayyib Ərdoğan Rusiya IV Ali Əməkdaşlıq Şurası yığıncağında iştirak etmək üçün 21-22 noyabr 2013-cü ildə Peterburqa rəsmi səfər edəcək. Xarici İşlər naziri Əhməd Davudoğlu, Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız, İqtisadiyyat naziri Zəfər Çağlayan başda olmaqla geniş bir heyət Rusiyada toplantıda iştirak edəcək. "Axar.az"ın xəbərinə görə, Baş nazir Ərdoğan Rusiya təmasları çərçivəsində dövlət başçısı Vladimir Putinlə görüşəcək. İki ölkə arasında Suriya məsələsi, İran nüvə proqramı, Misirdə yaşanan hadisələrlə bağlı müzakirələr aparılacaq. Qeyd edək ki, iki ölkə arasında olan 35 milyardlıq ticarət həcminin 100 milyarda çatdırılması nəzərdə tutulur. Ərdoğanın türk inşaat şirkəti İC İçtaşın İtalyan şirkəti ilə birlikdə Sankt Peterburqun ən böyük hava limanı olan Pulkovanın genişləndirilməsiylə bağlı açılışda iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Baş nazir Ərdoğan sonuncu dəfə G-20 zirvəsi görüşlərinin keçirildiyi 5-6 sentyabr tarixlərində də Peterburqda olub.
2013-11-15
1,751
Ermənistanın sədrliyi bitdi
Avropa Şurası Nazirlər Kabinetində Ermənistan sədrlik müddəti bitib. "Axar.az"ın "newsarmenia.ru" saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetində sədrlik növbəsi Avstriyaya keçib. Bu keçidlə əlaqədar Ermənistanın Xarici İşlər naziri Avstriyanın Avropa və Beynəlxalq məsələlər üzrə naziri Mixail Şindleqeri təbrik edib. Avropa Şurasında çıxış edən Avstriya, Rusiya, Böyük Britaniya, Almaniya, Portuqaliya, Andorra, İsveç, Slovakiyanın nümayəndəlikləri bu ölkənin sədrlik müddətini uğurla qiymətləndiriblər. Qeyd edək ki, Ermənistanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyi 6 ay davam edib.
2013-11-17
1,752
Hacıbala Abutalıbov ağaclara ölüm hökmü çıxardı - Fotosessiya
"Bakı şəhər, Süleyman Sani Axundov küçəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmirə bağlanıb. Marşrutlar işləmir, redaksiyamızın yerləşdiyi bu əraziyə gəliş-gediş çətinləşib. Çevrədə yaşayan sakinlərin nə çəkdiyini təsəvvür eləmək qətiyyən çətin deyil. Düşünmək olardı ki, aylardır təmirsiz, bərbad vəziyyətdə olan S.S.Axundov küçəsinin təmiri nəhayət ki, Bakı meriyasının yadına düşüb və acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyir. Ancaq təəssüf ki, düşündüyümüz kimi deyilmiş. Bu haqda yazmışdıq və iki günlük yol-təmir işlərindən sonra bəlli olmuşdu ki, üstündə "Bakı şəhər İcra Hakimiyyəti" yazılan texnikanın yardımı ilə yalnız S.S.Axundov küçəsinin girişindəki yeni tikilən və hələ ad qoyulmayan "ŞADLIQ EVI"nin qarşısı asfaltlanır. Təbii sual yaranırdı: niyə hansısa şadlıq evinin böyür-başını Bakı şəhər İcra Hakimiyyəti təmir etməli, xalqa məxsus yol isə bərbad vəziyyətdə qalmalı, sakinlər, onların azyaşlı uşaqları əziyyət çəkməlidir? Heç bir ictimai narazılıq nəzərə alınmadan, dövlətə məxsus texniki qüvvə və büdcə hansı zərurətdən bir sahibkarın şadlıq evinin qarşısında çalışmalıdır? Şadlıq evi üçün çalışan texnikanın səsi kəsilmir, Bakı şəhər İcra hakimiyyətindən isə səs çıxmır. Görülən iş də iş olsa. Bircə faktı qeyd etmək (bunu isə fotolarımızdan aydın görəcəksiniz) kifayətdir ki, işin keyfiyyəti haqda mənzərə yaransın. Burada asfalt basanlar ağacların dibini elə asfaltlayıblar, sanki bu ağacları diri-diri basdırır, yaxud qır qazanında yandırmağa hazırlaşırlar. Bu gün hazırlanmış fotosessiyanı "Axar.az"ın oxucularına təqdim edirik.
2013-11-15
1,753
Rüşvət istədilər, bomba xəbəri yaydı
Bu gün saat 13-14 radələrində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər inzibati binasına bomba qoyulması barədə məlumat yayılıb. İdarəyə bomba qoyulması barədə məlumat verən şəxs rayonun Boladi kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 1973-cü il təvəllüdlü Habil Mirzə oğlu Sadıqov könüllü olaraq Lənkəran Rayon Polis Şöbəsinə təslim olub və yalan xəbər verdiyini deyib. *** "Axar.az" hadisənin təfərrüatlarıyla bağlı məlumat əldə edib. Əldə etdiyimiz məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti işçisinin Qarabağ veteranı Habil Sadıqovdan külli miqdarda rüşvət istəməsi onu bu addımı atmağa məcbur edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
2013-11-15
1,754
Ortodoksal yəhudilər İsrailə qarşı - Fotolar
Qüsds yaxınlığındakı Beyt Şəməşdə inşa edilən min ailəlik yeni şəhərciyi ultra-ortodoksal yəhudilər boykot edib. Bölgədə yəhudilərə aid köhnə qəbirlərin olduğu üçün ortodoksal yəhudilər orada hər hansı inşaat işinin getməsinə mane olublar. Hadisə nəticəsində həbs olunanlar var.
2013-11-15
1,755
Ərdoğan aktrisanı məhkəməyə verir
Türkiyənin baş naziri R.T.Ərdoğan Gəzi parkı hadisələri vaxtı "Tvitter" vasitəsilə onunla bağlı tvit atan aktrisa Qönçə Vüslateriyə qarşı iddia qaldırıb. 25 iyun 2013-cü ildə Ərdoğanın canlı yayımlanan qrup toplantısı əsnasında aktrisa Qönçə Vüslateri "Tvitter" hesabından bir tvit paylaşıb. Baş nazir Ərdoğanın vəkilləri Əli Özkaya, Muammar Camaloğlu və Burhanəttin Sevencanın Ankara Respublika Baş Prokurorluğu İnformasiya Cinayətkarlığı ilə bağlı mübarizə idarəsinə göndərdikləri ərizədə Qönçə Vüslateridən mövzu ilə bağlı izahat alınmasını və "Tvitter" hesabının özünə aid olub-olmadığını dəqiqləşdirməyi istəyib. Qeyd edək ki, Qönçə Vüslateri ölkəmizdə də böyük maraqla izlənən "Ruhsar", "Canım ailəm", "Kiçik sirlər", "Yalan dünya" kimi seriallarda rol alıb.
2013-11-17
1,756
Bu gün Gürcüstanda andiçmə mərasimi keçiriləcək
Tiflisdə yeni prezident Georgiya Marqvelaşvilinin andiçmə mərasimində Gürcüstana dost dövlətlər və beynəlxalq təşkilatlardan 53 rəsmi nümayəndənin iştirak edəcəyi gözlənilir. "Novosti-Qruziya"nın yaydığı məlumata görə, bu haqda ölkənin xarici işlər naziri Mayya Pancikidze açıqlama verib. Diplomatın sözlərinə əsasən, tədbirə qatılacaq Litvanın prezidenti Dalya Qribauskayte həm ölkəsini, həm də Avropa Birliyini təmsil edəcək. Onun ölkəsi hazırda AB-yə sədrlik edir. Ermənistandan isə mərasimə xarici işlər və energetika nazirləri qatılacaq.
2013-11-17
1,757
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan "Meydan hərəkatı" ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə "Meydan hərəkatı" adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 25-cü ildönümü tamam olur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı"nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
2013-11-17
1,758
Nəsimi rayonunda yanğın baş verib
"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 6 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m, yaxınlıqda olan ümumi sahəsi 5 kv.m olan təsərrüfat inventarları saxlanılan köşkün yanar konstruksiyaları 2 kv.m və binanın həyətində 3 kv.m sahədə məişət tullantıları yanıb. Tikilinin qalan hissəsi, içərisində olan transformator və köşkün qalan hissəsi yanğından mühafizə olunub.
2013-11-17
1,759
Qafqazın şeyxi provaslav ordeni aldı
Noyabrın 16-da Belarus Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaret tərəfindən qəbul edildi. Trend-in QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək "Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransa dəvətli olan Şeyxülislamı qardaşcasına səmimi qəbul edən Belarusun dini lideri onu Belarusda salamlamaqdan şərəf duyduğunu və dəvətini qəbul edib gəldiyi üçün əziz qardaşına dərin təşəkkürlərini bildirdi. Azərbaycan xalqının və onun dövlət başçısı Zati-aliləri İlham Əliyevin salamlarını Belarusun dini liderinə çatdıran Şeyxülislam A. Paşazadə Mitropolit Filareti bir daha Azərbaycana səfər etməyə dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edən Mitropolit Filaret Azərbaycanın Prezidenti ilə görüşlərini səmimiyyətlə xatırladı, ümummilli liderimiz Heydər Əliyevlə bağlı xoş fikirlərini bildirdi, Azərbaycanda keçirilmiş Dini liderlərin Ümumdünya Bakı Sammiti və digər mötəbər beynəlxalq dinlərarası dialoq tədbirlərini yada saldı. Şeyxülislam Mitropolit Filareti hər zaman ən müdrik dini liderlərdən biri saydığını, onu tanıdığı 33 il ərzində onun dəyərli fəaliyyətindən çox mətləblər əxz etdiyini dilə gətirdi. Azərbaycan və Belarus xalqları arasında dostluq və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfələr verdiyi üçün Mitropolitə dərin minnətdarlığını bildirən Şeyxülislam A. Paşazadə ona Uca Yaradandan uzun ömür, can sağlığı dilədi. Səmimi qardaşlıq şəraitində keçən görüşdə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olundu. Şeyxülislam və onu müşayiət edən nümayəndə heyətinin şərəfinə ziyafət mərasimində Belarus Mitropoliti Filaret Şeyxülislam A. Paşazadəyə "Dinlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında sülh və əmin-amanlığın qorunması yolunda səylərinə görə" Belarus Pravoslav Kilsəsinin I dərəcəli "Svyatitel Kiril Turovski" ordenini təqdim etdi. Görüşlərdə QMİ sədrinin müavini Sabir Həsənli və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyin iştirak etdilər.
2013-11-17
1,761
"Bu, tariximizin işıqlı səhifəsidir"
17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: "Əziz soydaşlarım! Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 25 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu. 17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha ortaya qoydu. 60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində - poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı. Meydan hərəkatı – təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi. Əziz soydaşlarım! 17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi! 17 noyabrda - millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar arzulayıram".
2013-11-17
1,762
İstanbulda yenə ara qarışdı
Gəzi olaylarında yeniyetməni yaralayan polisin məsuliyyətə cəlb olunması tələbi ilə aksiya keçirilib. Türkiyənin İstanbul şəhərində Gəzi parkı olayları ilə əlaqədar etiraz aksiyası iğtişaşlara çevrilib. Aksiya Çağlayan məhkməsinin qarşısında keçirilib. Aksiya iştirakçıları iyun ayında Gəzi etirazları zamanı Berkin Elvan adlı 14 yaşlı oğlanın ciddi xəsarət almasına səbəb olanların cəzalandırılmasını tələb ediblər. Zərərçəkmişin vəkili onun polis tərəfindən gözyaşardıcı qaz balonu ilə başından vurulduğunu iddia edir. 14 yaşlı yeniyetmə iyunun 16-dan bəri reanimasiya şöbəsindədir və bu yaxınlarda 3-cü əməliyyatını keçirib. "Biz təhlükəsizlik kameralarının qeydlərinin və Berkinin xəsarət aldığı yerdəki bütün kameraların qeydlərinin ortaya qoyulmasını tələb edirik. Amma onlar bizə insident zamanı heç bir kamera qeydinin olmadığını deyirlər. Həmin vaxt növbədə olan polis əməkdaşlarının qeydiyyat nömrələrini də istəyirik. Bilmək istəyirik ki, gözyaşardıcı qazdan hansı polis istifadə edib və onun rəisi kim olub. Prokuror isə insident zamanı orada ümumiyyətlə heç bir polisin olmadığını deyirlər". Etiraz aksiyası polislə qarşıdurmaya çevrilib. Xüsusi-təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər də saxlanılıb.
2013-11-17
1,763
Hacıqabulda yol terroru: ölәn var
Trend-in Kanal S-ə istinadən verdiyi məlumat görə, Qaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması 1 nəfərin ölümünə,3 nəfərin isə xəsarət almasına səbəb olub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 86-cı kilometrliyində, Qaxın Cəlayer kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki istiqamətində hərəkət edən 49 yaşlı Qax rayon sakini Arif Məmmədovun idarə etdiyi "Vaz-21099" markalı avtomobil əks istiqamətində hərəkət edən Zaqatala rayonunda yaşayan, 35 yaşlı Hüseyn Məmmədlinin idarə etdiyi "Wolsvagen" markalı avtomobillə toqquşub. Daha sonra Wolsvagen yolun kənarındakı qoz ağacına çırpılıb, 21099 isə yolun qarşı tərəfinə aşıb. Qəza nəticəsində Wolsvagenin sürücüsü Hüseyn Məmmədlinin həyat yoldaşı 24 yaşlı Pərvanə Məmmədova aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Hüseyn Məmmədli və onun oğlu 3 yaşlı Aydın Məmmədli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. "Vaz-21099"-un sürücüsü Arif Məmmədova isə ambulator yardım göstərilib. Qeyd edək ki, "Wolsvagen"-in sürücüsü Hüseyn Məmmədli Zaqatala RPŞ-nin əməkdaşıdır. Faktla bağlı BDYP-nin istintaq və təhqiqat şöbəsində araşdırmalar aparılır
2013-11-17
1,764
Pirallahı polisinә bina tikilir
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşasında işlər davam etdirilir. Pirallahı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, körpünün uzunluğu 421 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaqdır. Tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması planlaşdırılır. Bununla yanaşı, Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının da inşası aparılır. Layihəyə görə, üç mərtəbədən ibarət olacaq inzibati binanın sahəsi 630 kvadratmetrdir. Hazırda binanın birinci mərtəbəsində betonlama işləri gedir.
2013-11-17
1,765
İran yeni tәyyarә istehsalına başlayır
İran Hava Nəqliyyatı Təşkilatı (İHNT) tezliklə "İR-141" markalı sərnişin təyyarələrinin yeni modelinin istehsalına başlayacaq. Yerli uçuşlarda istifadə etmək üçün nəzərdə tutulan yeni təyyarənin dizayn və konstruksiya işlərinin başa çatdığı bildirilir. Təyyarənin sınaq uçuşlarının 2014-cü ilin martında keçirilməsi nəzərdə tutulur. Zahiri görünüşünə görə Fransa istehsalı olan "ATR" tipli təyyarələrə bənzəyən "İR-141"-lər əsasən bir saatlıq uçuş məsafələrinin qət edilməsində istifadə olunacaq.
2013-11-17
1,766
Azərbaycan əsgəri - 76 ölü, 89 yaralı
Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunun ümumi itkiləri 76 nəfər təşkil edib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə itkiləri 76 nəfər təşkil edib. Bu barədə məlumat verən "Doktrina" JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 89 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 66-sı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur). 9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 11 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (89 nəfər) C.Sümərinli bildirdi ki, onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 46-sə isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 62 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
2013-11-17
1,767
İran 150-dən çox yük maşınımızı sərhəddə həbs edib
Dünən Biləsuvar rayonunda, İran İslam Respublikası ilə sərhəddə vəziyyət normallaşsa da, bu gün səhər saatlarında İranın sərhəd keçid məntəqəsində yeni qaydaların tətbiq etməsi ilə yenidən buraxılış məntəqəsində yük avtomobillərinin böyük növbəsi yaranıb. ANS PRESS-in məlumatına görə, yeni qaydalara əsasən, qarşı tərəfə keçən avtomobillərinin yüklə birlikdə ümumi çəkisi 30 tondan yuxarı olmamalıdır. Sürücülərinin sözlərinə görə, İranın tətbiq etdiyi yeni qaydalar beynəlxalq yükdaşıma standartlardan xeyli fərqlidir. Maraqlıdır ki, hər iki tərəfə sərbəst keçən İrana məxsus yük avtomobillərinin əksəriyyətinin yükü 30 tondan yuxarı olsa da, onların keçidində heç bir məhdudiyyətlər yoxdur. Sürücülər deyirlər ki, qarşı tərəfə keçən yerli avtomobillərindəki yüklərin çəkisinin azaldılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azalmasına səbəb olacaq. Sərhəddən buraxılmayan bəzi yük avtomobil sürücüləri Biləsuvar sərhəd keçid məntəqəsində 30 tondan artıq olan yüklərini digər avtomobillərə boşaltmağa başlayıblar. Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən Biləsuvardan buraxılmış əksər yük avtomobilləri Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdarıq yüklərinin çəkisinin azaltmaları tələb olunduğu bildirilir. Hazırkı saatlarda isə Naxçıvanda İranla sərhəddə 150-dən yuxarı yük avtomobili Muxtar Respublikaya buraxılmır.
2013-11-17
1,768
İnauqurasiyada 63 ölkənin nümayəndəsi iştirak etdi - Tiflis
"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Gürcü arzusu" koalisiyasının sədri Georgi Marqvelaşvili Tiflisdə keçirilən inauqurasiya məqasimində and içib. Beləliklə də o, rəsmən Gürcüstanın prezidenti vəzifəsinin icrasına başlayıb. Marqvelaşvili bu sırada Gürcüstan hərbçilərinin paradını qəbul etməklə Ali Baş Komandan vəzifəsini də öz üzərinə götürmüş olub. İnauqurasiya mərasimində Gürcüstanın baş naziri Bidzina İvanişvili və dünyanın 53 ölkəsinin nümayəndəsi iştirak edib. Xatırladaq ki, oktyabrın 27-də keçirilən seçkidə Marqvelaşvili seçici səslərinin 62,12 faizini toplamışdı.
2013-11-17
1,769
İlham Əliyev Ukraynaya getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
2015-04-10
1,770
ИГ казнило 10 врачей
К югу от Мосула боевики террористической группировки «Исламское государство» казнили десять врачей, которые отказались лечить раненых исламистов. Как сообщает Axar.az, об этом передает Iraqi News. «Сегодня члены ИГ расстреляли десять врачей к югу от Мосула за отказ лечить раненых боевиков», — сообщил источник. «Исламское государство» — террористическая группировка, деятельность которой запрещена в ряде стран, в том числе в России. В 2014 году Верховный суд признал «Исламское государство» террористической организацией, деятельность которой на территории страны официально запрещена.
2013-11-17
1,771
Çin kommunist hökumətindən şok islahatlar
Çin kommunist hökuməti ölkə və beynəlxalq gündəmi təəccübləndirəcək islahatlar həyata keçirib. "Axar.az"ın xəbərinə görə, Bu islahatlardan biri də ölkədə illərdir tətbiq olunan tək uşaq siyasətində güzəştə gedilməsi barədə qərar qəbul edilib. Belə ki, əvvəlki qərara əsasən valideynlərin hər ikisi ailənin tək övladı olardısa, onlara ikinci uşağın olmasına icazə verilirdi. Yeni qərara əsasən valideynlərdən hər hansı biri ailənin tək övladı olarsa, onlara da ailədə ikinci uşağın olmasına icazə veriləcək. İllərdir tənqid olunurdu Çində 1970-ci illərin sonundan etibarən əhali artımını nəzarət altında saxlamaq üçün tək uşaq siyasəti tətbiq edilirdi. Bu qayda insan haqları təşkilatları və dini nümayəndələr tərəfindən illərdir tənqid olunurdu. İş düşərgələri bağlanılır Çin Kommunist Partiyası ayrıca ölkədəki iş düşərgələrini bağlamaq və təkrar təhsil sisteminə son vermək qərarı verib. 1950-ci illərdən bu yana bəzi cinayətlərlə bağlı mühakimə olunanlar bu düşərgələrdə işlədilirdi. Rejim bu addımı müxalif düşüncəli insanları mənəvi cəhətdən sındırmaq üçün edirdi. "Xinhua" xəbər agentliyi Kommunist Partiyasının islahatlar aparmaqla addım-addım bəzi müsbət işlər görəcəyini və edam cəzası tələb edən cinayətlərin əhatə dairəsini azaldacağını bildirib.
2013-11-17
1,772
Erməni, gürcü və azərbaycanlılar bir filmdə
Gürcü rejissoru Eldar Şenqelaya azərbaycanlılar, ermənilər və gürcülər haqqında film çəkir. "Axar.az"ın "News.am"a istinadən verdiyi məlumata görə, film gələn ilin martına qədər hazır olmalıdır. Filmdə Azərbaycanlı obrazını rus aktyoru Yuri Stoyanov canlandıracaq. Filmlərin çəkilişlərinin artıq Bakı və Moskvada başa çatdığı söylənilir. Ermənistan mətbuatı həmçinin filmin ssenari müəllifinin Rüstəm İbrahimbəyov olduğunu bildirir.
2013-11-17
1,774
Taleh Həmidin xoşbəxtliyi itdiyi üçün etibarsız sayılır
"Gerçəkləşməyən arzular"ıyla bu dəfəki qonağımız şair Taleh Həmiddir. - Taleh bəy, şairlik nədir, əzab, yoxsa Allahın lütfü? - Bu sual məni həmişə düşündürüb. İndi də düşündürür. Çox güman ki, bundan sonra da onun ətrafında düşünməli olacağam. Həmişə mən özüm də özümə "şairlik nədir?" sualını vermişəm, ona cavab axtarmışam. Amma əksər vaxtlarda cavabın özündən sual doğub. Şairlik mənim üçün əzab deyil, isti, mehriban duyğuların qoynunda dinclik tapdığım anlardır. Hər dəfə könlüm qubarlanıb, hissim, duyğum, qəlbim şeirlə köklənəndə özümü dünyanın ən ülvi, ən saf, ən xoşbəxt adamı hesab eləmişəm. Çünki zərif və ülvi duyğular haqqında düşünmüşəm. Sözə tapınıb, onun qüdrətinə arxalanmışam. Mən bir insan kimi incə qəlbli, zərif insanları sevirəm. "Qalın" insanlarla rastlaşanda ürəyimdən bircə təsəlli keçib ki, sənə baxanda, mən əsl insanam. Çünki mən kövrək duyğularla yaşamağı bacarıram. Dünyasını vaxtsız dəyişən şair qardaşım Malik Həmidin "Bağışla məni" kitabına ön sözü də elə mən özüm yazmışam. Orada belə bir fikir var: "Yaradan hər bir insanın taleyinə bir yazı yazır. Əgər ikinci bir yazı yazırsa, onun adı şairlik və şeirdir". Bu günlərdə "Nə yaxşı şair yarandım" adlı bir şeir yazmışam. Orada misralar var: Arzu eləmədim büllur sarayı, Kimsənin yığdığı sona qalmayıb. Şairlik Tanrının vergisi, payı, Şairlər sevgidən şair olmayıb. Məncə, şairlik Tanrının insana verdiyi qismətdir, paydır. Tanrı payı isə əzab yox, sevinc, sevgi, ülviyyət payıdır. - Zaman-zaman hamımız həyatdan qopuruq, bura gəldiyimizə görə peşmanlayırıq. Sizdə necə, belə hallar olurmu? - Həyatın bir fəlsəfəsi var. İnsan həyata gəldiyi gündən getməyə doğru bir yol başlayır. Bu da təbiidir. Başlanan yolun əvvəli, sonu var. Fikrimcə, bizim dünyaya gəlişimiz bizim üçün yaşamaqdan daha çox borcdur. Biz o borcu qaytarmaq barədə fikirləşməliyik. Onu verməyə gəlirik. Bu borcun cavabı o qədər geniş anlamdadır ki, onu bir-iki sözlə ifadə etmək, şübhəsiz ki, çətindir. Həyatımın təəssüf dolu, acılı günləri çox olub. Amma heç vaxt dünyaya gəlməyimin peşmançılığını yaşamamışam. Ömür sadəcə bir yuxudur - Doğrudanmı gənclik ömrün gözəl anlarıdır? - Həmişə fikirləşmişəm ki, insan ömrü fəsillərdən ibarətdir. Yazı, yayı, payızı, qışı var. Gəncliyi ömrün baharı adlandıranlar səhv eləmirlər. Bir yerdə ki, güllər, çiçəklər açır, şair dostum demişkən, çiçəklər arının iş yerinə çevrilir, belə bir fəsli sevməmək mümkünmü? Amma təbiətin də, həyatın da öz qanunları var. Bahardan sonra payız gəlir. Biz birinə seviniriksə, o birini də sevinclə qarşılayıb yaşamağı bacarmalıyıq. - Ömrün ahıl çağları necədir? - Ləzzətdir. Yaşanan gündən, açılan səhərdən, düşən axşamlardan adam gənclik illərində olduğundan daha çox dad, ləzzət alır. Elə bil ömrün qiymətini başa düşürsən. Gənclik illərində bizə elə gəlir ki, başladığımız yol hələ çox-çox uzaq gedəcək. Amma ömür sadəcə bir yuxudur, onun illəri, günləri elə tez ötür ki, bir də görürsən ki, dayanacaqdan dayanacağa, vaqondan vaqona keçib, tamam başqa bir səmtə yaxınlaşmısan. Bunun üçün də ahıl çağların qədir-qiyməti adama hərdən çox qəribə və şirin gəlir. 60-illiyimdə "Yaş altımışdır" adlı bir şeir yazmışdım: Susmaz oldu eşqim, dilim, Canım oldu doğma elim, Əlini saçıma çəkdi sevgilim, Dedi, şair, qocalmaq da bir alqışdı, Sən sevin ki, yaş altmışdı… Əlli yaşımı ağrılar, acılar içində, xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm ömrün ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm. Biz arzularla yaşayırıq, amma müəyən qanunauyğunluqlar da var. Əgər övlad toyu edib nəvə görmək istəyiriksə, biz bunu ancaq ahıllıqda yaşaya bilirik. Ona görə də ömrün bütün mərhələlərinin qədir-qiyməti insan üçün əziz olur. Taleh Həmidin adına verilmiş xoşbəxtlik İtdiyi üçün etibarsız sayılır… - Hər kəs bir işə başlayanda özü haqqında xəyallar qurur. Yəqin ki, siz də bu anları yaşamısınız. Hansı arzularınız vardı? - Belə məqamlar adətən ömrün uşaqlıq, gənclik illərində olur. Romantika, romantik duyğular ancaq gəncliklə dostluq edir. Biz onda, yəni o əlçatmaz gənclik illərində hansı arzular, hansı xəyallarla yaşamırıq?! İllər keçir, ömür dolanır, görürük ki, talenin də insan üçün öz dürlü-dürlü töhfələri olur. Xəyal uçan quşdur, arzu isə gələcəkdir. Təəssüflər olsun ki, biz o uzaqlıqdan baxanda gələcəyi hələ dəqiq müəyyənləşdirib, görə bilmirik. O, necə gəlir, necə olacaq? Bunu kim bilir? Cavanlıqda arzularım çox idi. Müəyyən bir qisminə yetişdim, əksər hissəsinə isə nə əlim çatdı, nə ünüm yetdi. Məncə, heç kəsə arzuladığını vermirlər, istədiklərini verirlər. O da verilə, ya verilməyə… - Böyük arzularınızdan hansı gerçəkləşməmiş qaldı? - Çoxusu. Qızım Sevinc 12 yaşında dünyasını dəyişəndə, onu kəndimizdəki qəbiristanlığa tapşırıb dəhşətli xəyallar, ağrılar içərisində geri qayıdırdım. Birdən dönüb arxaya baxdım. Bir anlıq mənə elə gəldi ki, orada təkcə övladımı yox, həm də ən böyük arzularımı dəfn edib qayıdıram. Onda bir şeir yazmışdım: Unutdum ömrün uzaq qatarında xoşbəxtliyimi, İtirdim tələbəlik illərində İtirdiyim çantam kimi. İndi qaldıqca Uzaq-uzaq qütblər arasında mən Təcili bir elan vermək Keçir ürəyimdən. Ağrılar var – sinəmboyu yayılır, Taleh Həmidin adına verilmiş xoşbəxtlik İtdiyi üçün etibarsız sayılır… Xoşbəxtlik bir andır. Hələ mən dünyada sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin olmursa, əbədi xoşbəxtlər də yoxdur.
2013-11-17
1,775
Müsavat saxta nəticələri ləğv etdi, yeni seçki keçirdi
Bu gün, Müsavat Gənclər Təşkilatına seçkilər keçirilib. Əhliman Abbas Musavat Gənclər Təşkilatının yeni sədri seçilib. Müsavatın gənc fəalı, partiya başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu tədbiri açıq elan edərək çıxış edib. O, əvvəlki seçkidə bəzi texniki qüsurlar olduğunu xatırladaraq nəticələrin ləğv edildiyini vurğulayıb. N.Yaqublu bu seçkilərdə seçici siyahısında 105 müsavatçı gəncin iştirak etdiyini, 6 nəfərdən ibarət say komissiyası olduğunu vurğulayıb. "Axar.az"ın xəbərinə görə, Müsavat Gənclər Təşkilatının yeni sədri Əhliman Abbas iclasda çıxış edərək bildirib ki, partiya daxilində həmişə şəffaf seçimlər keçirilib: "100 illik tarixi olan partiyada gənclər təşkilatının sədri vəzifəsi məsuliyyətli işdir. Bu ağır məsuliyyətin altına girməyə hazırasm. Ölkə daxilində və beynəlxalq miqyasda var gücümüzlə işləyəcəyimizə inanıram". Xatırladaq ki, Gənclər Təşkilatı sədrliyinə digər namizədlər Nurlan Əliyev və Rüfət Hacıbəyli olub.
2013-11-17
1,776
Tağı Əhmədov yeni vaqonlar alır
İlin sonunadək Bakı Metropoliteni ilə Rusiyanın "Transmaşholdinq" şirkəti arasında 15 yeni vaqonun alınması haqqında saziş imzalanacaq. "Axar.az"ın xəbərinə görə, yeni vaqonlar Azərbaycana 2014-cü ilin yanvar-fevral aylarında çatdırılacaq. Həmin vaqonlardan Bakı metrosunun yeni "Bənövşəyi" xəttinin işə salınması çərçivəsində istifadə olunması planlaşdırılır. Bundan əvvəl "Transmaşholdinq"lə imzalanan müqaviləyə əsasən Bakıya sınaq üçün beş vaqon göndərilib. Yarım il ərzində onlardan maşinistlərin təlimi üçün istifadə olunub.
2013-11-17
1,777
Avropa Şenqen zonası gənişlənir
Avropa Kommisiyasının sədri Xose Manuel Barrozu rumın və moldovan baş nazirləri Viktor Ponta və İurie Leanka ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Kommisiyası Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olmaq istəyini dəstəkləyir. "Axar.az"ın xəbərinə görə, o, daha sonra bildirib ki, bu məsələ Avropa qurumlarından deyil ayrı-ayrı dövlətlərin mövqeyindən asılıdır. X.M. Barrozu Rumıniya və Bolqarıstanın bütün texniki şərtləri yerinə yetirdiklərini və Avropa Kommisiyasının bu iki dövləti dəstəklədiyini deyib. Avropa Kommisiyasının sədri iki dövlətin tezliklə Şenqen zonasına daxil olmasına ümid etdiyini bildirib. Rumıniyanın baş naziri Viktor Ponta öz növbəsində Rumıniyanın Şenqen zonasına daxil olmaq üçün bütün tələbləri və şərtləri yerinə yetirəcəyini vurğulayıb.
2013-11-17
1,778
PKK Türkiyə virtual dünyasını viran qoydu - Siyahı
"Qurdlar Vadisi" serialının saytı PKK-çılar tərəfindən dağıdılıb. "kurtlarvadisi.com" saytının ana səhifəsinə PKK-lı terroristlərin şəkilləri qoyularaq "Saytınız "PKK Hack Team" (PKK haker komandası) tərəfindən məhv edilmişdir" cümləsi yazılıb. "Axar.az" xəbər verir ki, bu haqda məlumat alan saytın sahibləri sayta girişi bağlamaq məcburiyyətində qalıb. PKK-çı virtual təcavüzkarlar "kurtlarvadisi.com"dan əlavə bir neçə saytı da məhv edərək onlara girişi əngəlləyiblər. O saytlar bunlardır: http://kurtlarvadisiirak.com http://kurtlarvadisigladio.com http://kurtlarvadisifilistin.com www.kurtlarvadisipusu.com http://panadistribution.com http://zsfilm.com.tr http://yolayrimi.tv http://nrz.com.tr http://mustafacevik.net http://panadistribution.com http://esrefsaatidizisi.com http://panaholding.com.tr http://hairturkey.net http://fullofhunger.com http://aysansteel.com http://panel.panafilm.com Bu saytlara giriş də sahibləri tərəfindən bağlanıb.
2013-11-17
1,779
Məşhur kürd müğənnilərin tarixi dueti - Video
37 ildir Türkiyədən uzaq düşən kürd sənətçi Şivan Pərvər İbrahim Tatlısəs ilə ilk dəfə tarixi duet oxuyub. "Axar.az"ın xəbərinə görə, Baş nazir Ərdoğan və İraq Kürd Regional rəhbərliyinin sədri Məsud Bərzani 400 cütün nikah şahidi olduğu mərasimdə iştirakı zamanı tarixi duet baş tutub. Xatırladaq ki, Şivan Pərvər və İbrahim Tatlısəsin duet oxuyacaqları barədə məlumat vermişdik. "Axar.az" tarixi dueti təqdim edir:
2013-11-17
1,780
Prezident oğlu və FTX-nin rəisi qəzada öldü - Fotolar
21:05 Tatarıstanın paytaxtı Kazan şəhərində sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə olan 50 sərnişinin öldüyünü açıqlayıb. "Axar.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi açıqlamasında deyir: "Moskvadan qalxan "Boinq 737" sərnişin təyyarəsi Moskva saatıyla 19:30-da Kazan aeroportunda eniş əsnasında qəzaya uğrayıb. Qəzadan sonra partlayış baş verib". 22:53 Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin oğlu İrek Minnixanov və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi Anleksandr Antonov da həlak olub. "Axar.az"ın Rusiyanın "Komsomolskaya Pravda" saytına istinadən verdiyi xəbərə görə, 23 yaşlı İrek bu ilin avqustunda 25 yaşlı Antonio Qişarla ailə həyatı qurmuşdu.
2013-11-17
1,781
Sürücülər hakimiyyətə şərt qoydu
Noyabrın 17-də Fransanı izdihamlı etiraz dalğası bürüyüb. Hökumətin ətraf mühitə görə vergi ödənilməsi qərarına etiraz edən ağır yük maşınlarının sürücüləri nümayiş keçiriblər. Dörd mindən artıq yük maşını ölkənin 15 regionunda magistral yollarda nəqliyyatın hərəkətini çıxılmaz vəziyyətə salıb. Bəzi yerlərdə isə nəqliyyatın hərəkəti tam dayandırılıb. Nümayişçilər yaxın vaxtlarda ətraf mühitə görə verginin ləğv edilməsi tələbi ilə çıxış edirlər. Əks təqdirdə bütün Fransanı əhatə edəcək uzunmüddətli nümayiş keçirəcəkləri barədə hökuməti xəbərdar ediblər.
2013-11-17
1,783
18 nəfəri qətlə yetirən erməni Rusiyanı məhkəməyə verir
Bu il iyulun 13-də Rusiyanın paytaxtı Moskvada yük maşınını sərnişin avtobusunun üstünə aşırdaraq 18 adamın ölümünə bais olan Ermənistan vətəndaşı sürücü Qraça Arutunyan hadisədən bir neçə gün sonra məhkəməyə güllü-çiçəkli qadın xələtıyla çıxarıldığı üçün Rusiyaya qarşı iddia qaldırıb. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müvəkkilinin qadın xələtıyla biabır olduğunu hələ də unuda bilmədiyini bildirən vəkili Ruben Markaryan: "Əvvəlcə Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi yazaraq müvəkkilimə qadın xələtı geydirilməsindən ötəri üzr istənilməsini və bu rüsvayçılığın səbəbkarlarının cəzalandırılmasını tələb etdik. Dörd ay keçməsinə baxmayaraq, belə bir üzr gəlmədi və biz də məhkəməyə vermək qərarına gəldik. Qraça Arutunyanı təhqir edənin tapılıb cəzalandırılmasını tələb edirik",- deyib. Qeyd edək ki, Arutunyana xələt geydirilməsindən sonra Ermənistanda da Rusiyaya qarşı etirazlar yaratmışdı. Ermənistanın paytaxtı İrəvanda yerləşən Rusiya səfirliyi qarşısına gələn etirazçılar çoxlu qadın xələtı gətirərək səfirlik qarşısına asmışdılar.
2013-11-17
1,784
Qusarda ev yandı
Qusar rayonu, Gündüzqala kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ikimərtəbəli 6 otaqlı ev yanıb. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik tikilmiş ümumi sahəsi 340 kv.m olan ev yanğından mühafizə olunub. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2013-11-17
1,785
Azərbaycan ilk beşlikdə
Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub. "Axar.az"ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Venividi saytı tərəfindən beynəlxalq tolerantlıq günü ilə bağı hazırlanmış reytinqdə deyilir. Reytinqdə qeyd olunub ki, dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan dini tolerantlıq nümunəsi sayıla bilər. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edə bilərək həm də Avropa Parlamentinin vitse-prezidentindən tərif qazanıb. Saytda vurğulanıb ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Bu gün Azərbaycanda çoxsaylı beynəlxalq konfrans və forumlar da fəal müzakirə olunur. Məlumatda deyilir: "Ölkə rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olduğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət göstərməyə borcludurlar və hər bir ənənələrinə dözümlü olmalıdırlar. İsveç, Kanada, Argentina və Avstraliya da dünyanın tolerant ölkələrin beşliyinə daxildir.
2013-11-17
1,786
Pərviz Müşərrəf edam edilə bilər
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısında duracaq. "Axar.az"ın xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Çaudxuri Nisar Əli Xan deyib. Onun sözlərinə görə, Ali Məhkəmənin qərarı və İstintaq Komissiyasının məruzəsi, habelə Konstitusiyanın 6-cı maddəsi əsasında general Müşərrəf barədə təhqiqata başlamaq qərarına gəlinib. Sabiq prezidentin günahı sübut olunarsa, o, ya edam ediləcək, ya da ömürlük həbsdə qalacaq. Məhkəmə üçün motiv kimi 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan olunarkən Ali Məhkəmənin hakimlərinin qanunsuz həbsi göstərilir ("Musavat.com").
2013-11-17
1,787
İlk dəfə avto-qəzaya səbəb olmuş qadın geyimi - Maraqlı
1937-ci ildə İngiltərədə iki qadın ilk dəfə şort geyinib küçəyə çıxdı. Bu qadınların cəsarətli addımı yolda hərəkət edən maşınların qəzaya uğraması ilə nəticələndi. Çünki onların geyimi o qədər diqqət çəkmişdi ki, avtomobil sürən kişilər yola deyil, onlara baxmışdı. Beləcə, ilk dəfə iki qadının cəsarətli hərəkəti ilə şort dəb halına gəldi və o gündən bu yana da dəbdə öz aktuallığını saxlayır.
2013-11-17
1,788
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" sərəncam imzalayıb. "Axar.az"ın xəbərinə görə, sərəncamda bildirilir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2013-11-17
1,790
Təsirlənəcəksinizsə, otağı tərk edin – Şok intihar qeydləri
1987-ci ildə Pensilvaniyada R. Budd Dvyer adlı maliyyə işlərində çalışan səlahiyyətli şəxs rüşvət almaqda ittiham edilmişdi. 55 il həbsxana məhkumluğu ilə 300 min dollar pul cəriməsi arasında qalan Dvyer mətbuat konfransı təşkil edərək vəzifəsindən istefa verdiyini açıqladı. Televizayaların canlı yayımladığı mətbuat konfransında Dvyerin etdiyi çıxış, əslində bir intihar anonsu idi: "Saatlarla düşündükdən sonra kiməsə nümunə olmayacağını dilədiyim bir qərar verdim", – deyən Dvyer, sözünü tamamladıqdan sonra tapançasını çıxarıb ağzına yaxınlaşdırdı: "Bu mənzərədən təsirlənəcəksinizsə, otağı tərk edin",- deyib silahının tətiyini çəkdi. Futbol liqası bitdi 2005-ci ildə Koloradoda yazılan və "Rollinq Stoun" jurnalında nəşr olunan köşə yazısının müəllifi jurnalist Hunter S.Tompson bir məqaləsində öz intiharı barədə qeydləri qələmə almışdı. Tompson keçirdiyi ağır xəstəlik və qəbul etdiyi dərmanlar üzündən 50 yaşında həyatına son verdi. Jurnalist son yazısında: "Artıq oyun, əyləncə, bomba, qəlb üzmək kimi şeylər yoxdur. 50 yaşındayam, ehtiyacım olandan və istədiyimdən 17 il daha çox yaşamışam. Çox darıxdırıcıdır, rahat olun, ağrıtmayacaq" kimi fikirlərini qeyd etmişdi. Bilirsən ki, son gecə bir komediya idi 1930-cu illərin seks ulduzlarından sayılan 21 yaşındakı Jan Harlov studiya idarəçisi və özündən iki qat yaşlı Pol Bernlə evlənəcəyini açıqladıqda pərəstişkarlarını şoka salmışdı. Əslində, bu qərar bir faciənin başlanğıcı idi. Bu evlilik 1932-ci il 5 sentyabr tarixində, Pol Bernin yoldaşına aid hamam otağında özünü öldürməsilə sona çatdı. Hamam otağında Bernin arvadının ətrini qoxuyan cənazəsi, silah və məktub tapıldı. İntihar məktubunda bu sözlər yazılmışdı: "Bilirsən ki, son gecə bir komediya idi". İntihar hadisəsindən sonra Bern və xanımı Harlovun intim münasibətlərinin normal olmadığı yönündə iddialar araya çıxdı. Çəkdiyim diş ağrısını saymasaq, ölümümə heç bir səbəb yoxdur 1937-ci ildə açılan San Fransiskodakı "Qolden Geyt" körpüsünün üstündən bu günə qədər 1300 insan özünü ataraq intihar edib. İntiharların ən təəccüblüsü isə 1954-cü ildə reallaşıb. 49 yaşındakı Con Tomas Doylenin, körpüdən özünü atıb intihar etməsindən sonra tapılan məktubunda bu cümlə yazılmışdı: "Çəkdiyim diş ağrısını saymasaq, ölümümə heç bir səbəb yoxdur". Ortalıqdakı qan üçün üzr istəyirəm "Blək Metal" qrupunun solisti norveçli Per Ohlin biləkləri, boğazı kəsilmiş və özünü silahla vurmuş vəziyyətdə tapılıb. Saxladığı intihar məktubunda qeyd olunan ifadələrdə ölümdən əvvəlki son anlarında həqiqətən ölmək istədiyini bildirən Ohlin mətnə bu sözləri əlavə edib: "Əvvəlcə biləklərimi və boğazımı kəsdim, daha sonra öldüyümdən əmin olmaq üçün özümü silahla vurdum. Ortalıqdakı qan üçün üzr istəyirəm". Stan Polli duyğusuzun biridir Pop musiqi ikonası Pete Xam, Stan Polli ilə bütün həyatını bərbad edəcək bir menecerlik müqaviləsini imzaladıqdan sonra intihar edərək həyatına son qoyub. Xam sona qeydində "Ana səni sevirəm. Bleyr səni sevirəm. Düşünürəm ki, Stan Polli duyğusuz biridir",- yazaraq özünü asıb. Həyatın rəngləri arasında birini də görəcəksiniz – İntihara təşəbbüs 1974-cü ildə məşhur TV şou ulduzu Kristina Çubbuk canlı yayımlanan proqramda 38 kalibrlik silahını çıxarıb əlində tutaraq həyatın rəngləri haqqında danışmağa başlayıb. Sözünü bitirdikdən sonra odlu silahdan atəş açaraq intihar edib. Kiçik Qrey günahsız olduğumu sübut edə bilərdi Çində yaşayan bir adam evdə saxladığı göyərçinin ayağına intihar məktubu bağlayıb. Məktubda, "səni incidəcək heç bir şey etməmişəm, 5 ildir bir yerdəyik. Hələ sən mənim necə bir insan olduğumu bilməmisənmi? Kiçik Qreyin göyərçin olması nə qədər acınacaqlıdır. Halbuki o sənə mənim məsumluğumu sübut edə bilərdi. İndi isə bunu ölümlə sübut etməkdən başqa çıxış yolum yoxdur",- yazılmışdı. Hadisədən sonra müəllifin nə ölüsü, nə dirisi tapılıb. İşim bitib, gözləmək nəyə lazımdır? Dünyanın ən böyük şirkətlərindən biri olan "Eastman Kodak"ın qurucusu Corc Eastman həyatının son illərini bir-birinin ardınca gələn xəstəliklərlə keçirirdi. Bu ərəfələrdə anasının əlil arabası olmadan yeriyə bilməyəcəyini bilən Eastman gördükləri ilə barışmaq istəmədiyindən ürəyinə vurduğu gülləylə həyatına son verdi. Məşhur iş adamının intiharla bağlı yazdığı qeyddə bu sözlər vardı: "Yoldaşlarıma… İşim bitib, gözləmək nəyə lazımdır?"
2013-11-17
1,791
Şəkidə ağır yol qəzası: ölüm var
Şəki ərazisində ağır yol qəzası nəticəsində bir ailənin üç üzvü xəsarət alıb, biri isə dünyasını dəyişib. "Kanal S" məlumat verir ki, hadisə Şəki-Qax yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəkinin Aşağı Göynük kənd sakini Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi "44-BB-104" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirb və avtomobili aşırıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı - 1982-ci il təvəllüdlü Salamova Ülviyyə Süleyman qızı, azyaşlı uşaqları - 2007-ci il təvəllüdlü Zamanov Zəkəriyyə Süleyman oğlu və 2006-cı il təvəllüdlü Zamanova Şahzadə Süleyman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Salamova Ülviyyənin həyatını xilas etmək mümkün olmayıb. Polisdən verilən məlumata görə, hadisə zamanı Balakən rayon sakini Osmanov Elşən Əliyar oğlu idarə etdiyi "90-XA-955" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə Zamanov Süleymanın idarə etdiyi avtomobili ötmək istəyib. Lakin ötmə əməliyyatını yerinə yetirə bilmədiyindən "VAZ-2106"-nı qrunt yola çıxmağa məcbur edib. Bu zaman "VAZ-2106"-nın sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
2013-11-17
1,792
Mir Şahindən "Uğursuz Əkrəm Əylisli hekayəsi" - VİDEO
Elə yanğılar da olur ki, onlar elə-belə sönmür. Bu yanğınlar bəzən bir insanı, sonra onun ətrafını qarsır. Yanğın ocağı yazıçı olanda onun yayılma təhlükəsi daha artıq olur. Çünki vərəqlər tez alışır. ...Sizə elə gəlmir ki, Əkrəm Əylisli bu xalqa, bu millətə, bu dövlətə qəsdən öcəşir. Öcəşir ki, kimsə qəzəblənib ona nəsə etsin. Amma niyə? Niyə axı Əkrəm Azərbaycana ikinci dəfədir ki, çerez Rusiya və çerez rus dili gəlir? Azərbaycanın əsl vətəndaşlarının əsəbləri ilə oynayır. Ya yaşı. Ya da başı ilə bağlı problemlərlə əlaqədar olaraq bir yazıçı kimi diqqəti daha çəkə bilməyən Əkrəm indi deyingən, hamının zəhləsini tökən xərifləmiş qocanı xatırladır. O, artıq yazıçı kimi əldən düşüb. Maraqlı deyil, bədii toxumu bitmir, sonsuzdur, ancaq danışır və yalnız bu yolla yenidən yada düşmək istəyir. İlk baxışdan asan yoldur. Xaricdə səni öz ölkəndə mövcud olan ictimai rəyə qarşı çıxmış bir cəsur kimi tanıyırlar. Sənə acıyırlar, müdafiənə qalxırlar, sən də guya olursan cəfakeş Ermənistanın ekiz tayı.. Amma bu yol həm də təhlükəlidir. Çünki elə bil əcəl səni girləyir, day demirsən ki, başdan xarabın birinin əlinə keçərsən, onun da əlindən bir xəta-zad çıxar və butöv bir dövlət də düşər zibilə. Bəs bu zibil kimə lazımdır? Maraqlı sual deyil, sizcə??? ...Əslində Əkrəm Əylislinin "Daş yuxular" romanı yazandan sonra Azərbaycanda rahat-rahat yaşamaqda davam etməsi özlüyündə bir möcüzədir. Dövlətin bağışlamadığı yazıçını, xalq, baxmayaraq ki, onu öz adından artıq məhrum edib, amma bir növ bağışladı. Əkrəm Əylislini cini çıxardığı butılkaya oturtmadı. Bir-iki məzəmməti dolu məqaləyə, bir-iki taziyanə verilişə və bir-iki lax yumurtaya qonaq edilən yazıçının bundan sonra utandığından ölüb yerə girəcəyini, adam içinə çıxmaycağını güman edənlər yanıldılar. Məlum oldu ki, Əkrəm bütün qoca ətlər kimi gec bişir…daş yuxular bu adamın manifesti imiş, vəssəlam. Əkrəmin bəstə boyunu bəyan edirik. Əkrəm Russkiy reportyor vasitəsilə bizdən soruşur: "Harda görmüsünüz yazıçı vətənpərvər ola?". Cavab veririk. Əvvəla, Əkrəmin son zamanlar şübhəli şəkildə sevməyə başladığı Rusiyada. Əkrəmin ən çox tərcümə etdiyi Şukşinin bütün yaradıcılığı vətənpərvərlik hisslərinin sərgisidir. Soljenitsın böyük rus millətçisi kimi Sovet İttifaqına qarşı çıxmışdı. "Vətənpərvərlik" əsərinin müəllifi, böyük yapon yazçısı Yukio Misima isə vətən naminə hətta xarikiri etmişdi. İ ndi isə Azərbaycanın vətənpərvər yazıçılarından bir-ikisini xatırladaq. Ciyərlərini xalqına qurban kəsən Mirzə Ələkbər Sabir… Mirzə Cəlil… yeri gəlmişkən, tez-tez Mirzə Cəlildən sitat gətirən Əkrəm unudur ki, Mirzə Cəlil Əkrəm qədər bu millətin imtiyazlarına malik deyildi, Mirzə Cəlil deputat təyin olunmamışdı, yəni parlaman üzvü olanda bir, millət vəkilliyindən çıxarılandan sonra inciyərək başqa bir mövqe qırıllatmırdı… Mirzə Cəlil Əkrəm Əylisli kimi prezident təqaüdü almırdı, bir qarın çörək pulunu hamamda kassirlik etməklə qazanırdı. Əkrəm Əylisli son müsahibəsində bir qədər də irəli gedərək azərbaycanlıların demək olar ki, hamısının birləşdiyi nöqtəyə daha sərrast zərbələr endirir. Qarabağ probeminə ümumxalq yanaşmasına. "Referendum keçirilsə görərsiniz ki, azərbaycanlıların böyük əksəriyyəti ermənilərlə münasibətlərin normallaşmasını istəyir" deyə. Şübhəli şəkildə Ermənistanın rəsmi ideologiyası ilə üst-üstə düşən bu bəyanatı Əkrəmin beyninə kim ötürüb? Hardan çıxıb bu nəticə? Azərbaycanda iki ildir ki, yaşayan, bir müşahidəçi kimi sadəcə görüb hiss etdikləri əsasında müəyyən qənaətə gələn Riçard Morninqstar etiraf edir ki, getdyii hər yerdə hamı bir ağızdan ondan Qarabağın nə vaxt qaytarılacağını soruşur. Bu isə ona aydın mesajdır ki, Azərbaycandca hamı Qarabağın Azərbaycana qaytarılmasını istəyir. Ermənilər isə bu tələblə qətiyyən razı deyillər. Deməli, belə çıxır ki, azərbaycanlılar bu problem həll olunmayınca ermənilərlə normallaşma istəməyəcək. Əkrəm isə buyurur ki, referendum olsa, azərbaycanlıların mütləq əksəriyyəti ermənilərlə dostlaşmaq istəyər. Bu kimin tapşırığı və sifarişidir, Əkrəm Əylisli? Bağışlayın məni, amma siz artıq peşəkar provakatorluq edirsiniz. Doğrudanmı yaşınızın bu vədəsində sizi erməni azərbaycanlı dostluğunun aqibəti sabah, birisi gün harda, hansı torpaqda dəfn olunacağınızdan daha çox düşündürür?! Özü də "ermənilər və azərbaycanlılar torpaq üstündə vuruşur, amma bu torpaq heç kimə lazım deyil" deyəndən sonra, nəyə bel bağlayırsınız? Amma torpaq dövlətin altıdır, dövlət onun üstündə qurulub, onu quran insanlar arasında 10 minlər olub ki, sadəcə ölüblər! Və öldüklərinə görə də sizin cavabınızı verə bilmirlər. Torpaq Əkrəmə lazım deyil. Bəs o harda dəfn ediləcəyini güman edir. Yandıracaqlar cəsədini, yoxsa Ben Laden kimi sulara tapşıracaqlar?! …Əkrəm artıq öz yolunu müəyyən edib. Onun beynində sərt cızıq var və Əylisli öz cızığından çıxmağa ehtiyat edir. Bu cümləyə fikir verin: "Nə Əliyev, nə də Putin torpağın sahibi deyil. Onlar sərvətin və neftin müdirləridir". Əylisli Sarqsyanın hətta adını belə çəkmir. Doğrudanmı, anti xalq, biistiqlal və bişöhrət yazıçının şübhəli öhdəliyi vətəndaş borcundan daha artıqdır. Ola bilər, əlbəttə ola bilər ki, Əkrəmin nənəsi və anası ona ermənilər haqqında ancaq yaxşı şeylər danışsın. Amma onlar bir qadın kimi gördüklərinin, hiss etdiklərinin, xoşlandıqlarının təsiri altında da ola bilərdilər. Amma Əkrəm pis şeyləri , yaxın tarixi, ermənilərin azərbaycanlıları təkcə elə Xocalıda qırıb-çatdığını dəqiq xatırlamalıdır?! Və bütün baş verənlərdən sonra deyəsən bəzi mətləblər anlaşılır. Gəlin xatırlamağa çalışaq. Azərğaycanda yeni müxalifətçilik dalğası kimləri üzə çıxardı. Peşəkar siyasətçiləri yox- ziyalıları. Neft Akademiyasının müəllimi Rafiq Əliyevi, yazıçı Rüstəm İbrahimbəyovu, tarixçi Cəmil Həsənlini, yazıçı Əkrəm Əylislini… oxşar hadisələr post sovet məkanının yeni inqilabi dövründə baş verirdi. Qırğızıstanda hakimiyyətə gələn qüvvələr də, Gürcüstan prezidenti də elmi keçmişə malik olmaqla siyasi keçmişdən məhrumdurlar. Ali məktəb müəllimləri və rektorlar. Sizə elə gəlmirmi, taktika dəyişir və bu dəfə təqdim olunan hazır modellər başqadır. Azərbaycan isə hələ ki, bu modellərin hər birini zərərsizləşdirə bilir. Burda nə milyarderlər təsisatı bir şey edə bildi, nə Cəmil Həsənlidən iki illik Bidzina İvanişvili düzəltmək mümkün oldu, nə də Qırğızıstanda manası amerikalılardan alaraq Rusiyanın arzularına uyğunlaşdıran professorların Azərbaycanda tutarlı kolleqalarını tapa bildilər. Beləliklə, dövlət güclü çıxdı. Amma hələ hər şey bitməyib. Baş verənlər Azərbaycanda kimlərinsə böyük repitisiya keçdiyini düşünməyə əsas verir. 2015-ci ilin parlament seçkiləri ərəfəsində. Əkrəm Əylisli isə bir az əvvəl adlarını çəkdiyim şəxslərdən yalnız biridir və o öz üzərinə düşən işi yerinə yetirir. Onun tapşırığı bəlkə də elə günlərin bir günü hansısa beyni qanlının əlində ölməkdən ibarətdir. Dövlət isə bunları qabaqcadan görməli və uyğun addımlar atmalı, Əkrəmi , nə qədər qəribə səslənsə də qorumalıdır. Ona görə yox ki, Əkrəm Əylisli Azərbaycana lazımdır… əksinə. Ona görə ki, o Azərbaycana lazım deyil. Nə dirisi, nə də ölüsü ilə. Hər iki halda baş ağrısıdır. ...madam ki, elədir… …dirisini qoruyaq, leş iyi daha çox başağrıdır ("Anspress")
2013-11-18
1,793
Abbas Abbasov sabiq baş nazirin məclisində - Fotolar
Keçmiş baş nazirin müavini Abbas Abbasov Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlunun dünən baş tutan toyunda iştirak edib. "Axar.az"ın verdiyi xəbərə görə, Məsut Yılmazın oğlu Hasan Yılmaz Ceren Öztürk adlı bir xanımla ailə həyatı qurub. Bir çox tanınmış iş adamlarının və dövlət xadimlərinin iştirak etdiyi toy mərasimi xüsusi dəbdədbəsi ilə seçilib. Bir çox tanınmış müğənnilərin iştirak etdiyi toy mərasimində bəylə gəlinin nikahını qeydiyyata İstanbul Şişli bələdiyyə başqanı Mustafa Sarıgül alıb ("Aznews.az"). Xatırladaq ki, Mustafa Sarıgül də bu günlərdə Cümhuriyyət Xalq Partiyasına qayıdıb və onun növbəti seçimlərdə partiyanın sədri olacağı gözlənilir.
2013-11-18
1,794
Qızıl mağazası yandı
Zaqatala şəhərində qızıl-ziynət mağazası yanıb. "Axar.az"ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 40 kv.m olan hədiyyə və ziynət əşyaları mağazasının yanar konstruksiyaları yanıb. FHN-nin yanğınsöndürmə briqadaları bitişik mağazaları yanğından mühafizə ediblər və saat 23:12-də yanğının qarşısı alınıb. Zərər çəkən olmayıb, dəyən maddi ziyan dəqiqləşdirilir.
2013-11-18
1,795
Nazir qəza yerinə uçdu
Moskvadan yerli vaxtla 19:25-da havaya qalxan "Boinq 737-500" sərnişin təyyarəsi Kazan aeroportuna eniş əsnasında uğradığı qəzanı araşdırmaq üçün Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının üzvləri Kazana uçublar. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Yak-42 təyyarəsi ilə Damededovadan Kazana uçan nazir FHN-nin fəaliyyətini birbaşa koordinasiya edəcək. Son məlumata görə, qəzada 2-si uşaq olmaqla 44 sərnişin, o ğümlədən təyyarənin 6 ekipaj üzvü həlak olub. Ölənlər arasında Tatarıstan prezidentinin oğlu, FTX rəisi və tanınmış idman şərhçisi Roman Skvordsovun xanımı da var. Qəza ilə bağlı ilkin ehtimal ekipajın səhvi və enişə hazır olmaması göstərilir.
2013-11-18
1,796
Polkovnik istefa ərizəsi yazdı
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) qoşunlarında xidmət keçən polkovnik Faiq Məmmədov ordu sıralarından tərxis olunmaq üçün müdafə nazirinə müraciət edib. "Axar.az" AzNews.az-a istinadən xəbər verir ki, Faiq Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. Sabiq komandan, general-leytenant Rail Rzayevin ən yaxın adamlarından biri kimi tanınıb. F. Məmmədovun adı bir sıra neqativ məsələlərdə, cinayət tərkibli işlərdə də hallanıb. Onun tərxis istəyinin bununla bağlılığı ehtimal olunur.
2013-11-18
1,797
Azərbaycan çempion oldu
Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Bundan əvvəl 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda şahmatçılarımız qalib olmuşdular. Bu gün Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. "Axar.az" "Azerisport.az" saytına istinadən xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıb. Gərgin mübarizə getsə də oyun boyu bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2. Bu, nəticə qrossmeysterlərimizi razı salıb. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5), qərbi avropalılar bizimlə sonadək şərikli liderliklərini qoruya bilməyiblər. 9-ci tur: AZƏRBAYCAN - ERMƏNİSTAN - 2:2 Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5 Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5 Rauf Məmmədov - Vladimir Akopyan 0,5:0,5 Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5
2013-11-18
1,798
ABŞ-da tornado 5 nəfərin həyatına son qoydu
Ən son məlumatlara görə, bazar günü ABŞ-ın İllinoys və qonşu ştatlarına gələn qasırğalar 5 nəfərin həyatına son qoyub, onlarla zərərçəkən var. Həkimlər xeyli sınıq və baş travmaları qeydə alıb. Qasırğa ucbatından Çikaqonun iki böyük hava limanı və bəzi avtoyollar bir neçə saatlıq bağlanıb. Stadionda oyunlar təxirə salınıb. Qasırğa Vaşinqton şəhərində onlarla tikilini dağıdıb, ağacları kökündən çıxarıb və avtomobilləri çevirib.
2013-11-18
1,799
Polisə qarşı üsyan: 48 ölü
Liviyanın paytaxtı Tripoli şəhərində nümayişçilər milislərin işğal etdiyi binanı tərk etmələrini istəyiblər. Bundan sonra milislər nümayişçilərə atəş açaraq 48 adamı öldürüb. Bununla da "Liviya İnqilabçıları Əməliyyat Otağı" 48 saat fövqəladə vəziyyət elan edib. "Axar.az" Türkiyə mətbuatına əsasən xəbər verir ki, yerli səlahiyyətli nümayəndələr xalqı küçələrə tökülüşməyə səsləyib. Tripoli Bələdiyyəsindən də sobalar, sağlamlıq vasitələri, apteklər və maye yanacaq stansiyaları xaric bütün mağaza, məktəb və Universitetlərdə 3 gün ümumi tətil və matəm elan edildiyini bildirib. Bələdiyyə başçısı Səadət Əl-Bədri "Milislərin getməyini istəyirik. Tələblərimiz yerinə yetirilməsə üsyan davam edəcək. Onlarla nəyisə müzakirə etməyəcəyik. Hər şey gün kimi aydındır. Dəqiq bir qərar verilsin", deyib. Digər tərəfdən Türkiyə səfərindən qayıdan Kəşfiyyat şefi köməkçisi Mustafa Nuh aeroport avtoparkında naməlum adamlar tərəfindən qaçırılıb. Məlumat verən qaynaqlardan biri Nuhun yanında heç bir mühafizəçinin olmadığını və onun zorla bir avtomobilə soxulduğunu iddia edib. Başqa bir qaynaq isə onun birdən birə "gözdən itdiyini" deyib. Daha əvvəl baş nazir Əli Zeydan bir neçə saatlığına ordu ya da polis təşkilatına aid olan milislər tərəfindən qaçırılmışdı.
2013-11-18
1,800
Bu gecə 3 yanğın olub
Bu gecə Azərbaycan ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, səhər saatlarında Bakı şəhəri, Pirallahı adasında ümumi sahəsi 330 kv.m olan mağazanın 314 kv.m sahəsi yanıb.
2013-11-18
1,801
İranla Ərəb Əmirliyinin torpaq mübahisəsi qızışır
İran İslam Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında "ada mübahisəsi" yenidən gündəmə gəlib. "Axar.az"ın xəbərinə görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Efxəm bildirib ki, Böyük Tonb, Kiçik Tonb və Ebu Musa adaları İranın ayrılmaz hissəsidir. M.Efxəm Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin almaniyalı həmkarı ilə görüşündə adaların mübahisəli ərazi olduğuna dair fikirlərinə kəskin etiraz edib. M.Efxəmin sözlərinə görə, bu adalara qarşı kənar iddialar heç bir nəticə verməyəcək.
2013-11-18
1,802
Tatarıstanda matəm elan edildi
Tatarıstan prezidenti Rüstəm Minnixanov "Tatarstan" aviaşirkətinin "Boinq-737" təyyarəsinin qəzası ilə bağlı 18 noyabrı matəm günü elan edib. Xəbəri prezidentin mətbuat katibi verib. Xəbər verdiyimiz kimi, bazar günü Kazan hava limanında eniş zamanı "Boinq 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, 44 sərnişin, o cümlədən 6 nəfərlik uçuş heyəti həlak olub. Onların içində prezidentin oğlu İrek Minnixanov və FTB rəhbəri Aleksandr Antonov da olub. Matəm günü Tatarstanın ərazisində dövlət bayrağı enəcək, əyləncəli proqramlar və tədbirlər təxirə salınacaq. Ölənlərin ailələri və zərərçəkənlərə hökumət tərəfindən yardım təklifləri hazırlanır.
2013-11-18
1,803
Bu günün mədəniyyət afişası
KONSERTLƏR Valeri Meladzenin konserti Bu gün , 19 noyabr - 20:00 H.Əliyev adına saray. Bilet: 30-220 AZN KİNO "Qravitasiya" Park Cinema (Metropark) "Stalingrad"(Rusiya) Park Cinema (Metropark) "Əsirlər"(ABŞ) Park Cinema (Metropark) "Toy əhvalatı"(Rusiya) Park Cinema, Park Cinema (Metropark) "Buludludur, yağıntı ehtimalı var 2: GMO-in qisası"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Enderin oyunu"(ABŞ) Park Cinema (Metropark) "Hind xoruzları: Gələcəyə geri"(Rusiya) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Benimle oynarmısın"(Türkiyə) Park Cinema (Metropark) "Tor 2: Zülmət səltənəti"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Rasputin"(Rusiya, Fransa) Park Cinema (Metropark) "Castin və cəngavərlərin şücaəti" (İspaniya) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Paris hər vəchlə"(Fransa) 28 Cinema "Mənim dünyam"(Türkiyə) "Nizami" kinoteatrı "İlin tələbəsi"(Hindistan) 28 Cinema "Məsləhətçi"(ABŞ,Böyük Britaniya) 28 Cinema, Park Cinema "Telekinez"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Sonuncu Veqas"(ABŞ) 28 Cinema, Park Cinema, Park Cinema (Metropark) "Neva"(Türkiyə) Park Cinema (Metropark) "Vay başıma gələnlər"(Türkiyə) Park Cinema (Metropark) "Türk dilini yeni öyrənənlər üçün"(Almaniya) 28 Cinema "Romeo və Cülyetta"(ABŞ) Park Cinema, Park Cinema (Metropark) "Adelin həyatı"(Fransa,Belçika,İspaniya) Park Cinema (Metropark) SƏRGİLƏR Ekologiyaya həsr olunmuş sərgi Bu gün "Gənclərin gözü ilə Qafqaz Albaniyası" sərgisi Bu gün - 15:00 Müasir İncəsənət Mərkəzi Olimpia Skarrinin sərgisi 21 sentyabr - 30 noyabr Gazelli Art House "Hype" sərgisi 07 noyabr - 07 dekabr Kichik QalArt Gallery Mahmud Rüstəmovun sərgisi 16 noyabr - 10 dekabr YAY gallery Lalla Essaidinin sərgisi 15 noyabr - 14 yanvar Müasir İncəsənət Muzeyi
2013-11-18
1,804
İstanbula uçuşlar ucuzlaşdı
"Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) avireysinə uçuşlara aksiya keçirir. "Axar.az" AZAL-a istinadən xəbər verir ki, aviabiletinin qiyməti 173 avroya (yığım və rüsumlar daxil) düşüb. Aksiyanın şərtlərinə əsasən, uçuş tarixləri 21 yanvar 2014-cü il tarixdən 28 fevral 2014-cü il tarixlərini əhatə edəcək. Biletləri isə 15 noyabrdan 15 dekabra qədər əldə etmək mümkündür. Bundan başqa, Bakı-İstanbul biznes-klass ilə 347 avro (yığım və rüsumlar daxil), İstanbul- Bakı biznes sinifi ilə 328 avroya (yığım və rüsumlar daxil) uçuş mümkündür. Bildirək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
2013-11-18
1,805
Artur Rasizadə və Rövnəq Abdullayev Tiflisdə - Özəl video
null
2013-11-18
1,806
Altay Mehdiyev akademiya rəisi təyin edildi
Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, HHQ Qərargah rəisi, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, A. Mehdiyev Silahlı Qüvvələr Akademiyasının rəisi təyin edilib. Qeyd edək ki, indiyədək Silahlı Qüvvələr Akademiyasının rəisi, general-mayor Nəcəf Qəmbərov olub.
2013-11-18
1,807
Dekan yalvarırdı ki, rektora rüşvət almasını deməyim - Foto
"Axar.az" saytı bu gündən etibarən virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsinə başlayır. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihənin birinci qonağı bloqçu, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı və "Sancaq prodakşn"ın direktoru Mehman Hüseynovdur. Sosial şəbəkələrdə nə zamandan populyarlaşmağa başladın? - "Feysbuk"da, ümumiyyətlə virtual məkanda fəaliyyətim 5-6 il öncədən başlayıb. Populyarlıq sözündən xoşum gəlmir. Fəaliyyətim son 2-3 ildə daha da aktivləşib. 2 ildir ki, Azərbaycanda ən çox izlənilən və fəaliyyətdə olan "feysbuk" istifadəçilərindənəm. Bu virtual populyarlığın avantajları və dezavntajları nədir? - Üstünlükləri çoxdur. Məşhurluq insana stimul verir. Ancaq bunun xoşagəlməz tərəfləri də var. Bəzən virtual aləmdəki bu tanışlıq və ünsiyyət real həyata keçməyə başlayır. Kimlərsə narahat edir, fəaliyyətimi tənqid adı ilə təhqir edirlər. Bunların hamısı paxıllıqdandır. Nəyisə bacarmırlarsa, bu o demək deyil ki, bacaranları təhqir etməlidirlər. Niyə son zamanlar daha çox polislərdən materiallar hazırlayırsan? - Son 5-6 ildə məmurların fəaliyyətini tənqid edirəm. Ancaq son zamanlar polislərə daha çox yer verirəm və onların qanunsuz hərəkətlərini daha çox işıqlandırmağa çalışıram. Düşünürəm ki, onların bu cür hərəkətləri davamlı olaraq heç kim tərəfindən işıqlandırılmır və tənqid olunmur. Mitinq və aksiyalardakı polis özbaşınalıqlarını gördükcə mən bu fikrimdə daha da qətiləşirəm. Ona görə qərara gəldim ki, polislərin qeyri-qanuni hərəkətlərini çəkib göstərməyi öz öhdəliyimə götürüm. Bu qədər amansız olmağının nəsə şəxsi bir səbəbi var bəlkə? - Bəli, bir az da şəxsi səbəblərdəndir. Açıq deyirəm ki, polislərə qarşı antipatiyam var. 2012-ci ildə mənə qarşı cinayət işi açılıb. Cinayət işində yazılmışdı ki, guya mən peşə fəaliyyətimi yerinə yetirərkən 6 polisi döymüşəm. Özü də bu polislər xüsusi təyinatlı sayılan çevik polis alayının əməkdaşlarıdır. Gülə-gülə boynuma qoydular. Təsəvvür edirsən, səni ifadə adı ilə bölməyə çağırırlar. Gəlirsən və sənə deyirlər ki, 6 çevik polisi döymüsən və onların da bir neçəsi xəstəxanadadır. Bu cür qondarma ittihamla məni günahlandırandan sonra onlara qarşı bu münasibətim yarandı. Polis dostların var? - Bütün rayonlardakı polislər məni tanıyır. Dost-tanışlarımın vasitəsilə onların məni tanıdığını və haqqımdakı düşüncələrini öyrənə bilirəm. Ancaq mənim şəxsən dostluq etdiyim polis yoxdur. Çünki mənə görə polis peşəsini hədsiz dərəcədə gözdən salıblar. Onlarla necə dostluq edə bilərəm? Onlara etibar etmirəm. Mehman, yadımdadır ki, sən 2008-2011-ci illər arasında "feysbuk"da çox söyüşlə yazırdın. İzləyicilərin artandan sonra isə bu söyüşləri azaltdın, ümumiyyətlə heç yazmırsan. Bu nə ilə bağlıdır, bəlkə söyüşlə yazmaq sənə populyarlaşmaq üçün lazım idi? - Düzdür, əvvəllər söyüşlü statuslar çox yazırdım. Məncə, bu, normal haldır. İndi isə azaltmışam və demək olar ki, söyüşsüz yazıram. Bunun bir səbəbi də mənə qarşı açılmış cinayət işi ilə bağlıdır. Çünki cinayət işinin sənədlərində polisləri söyüb təhqir etməyimlə bağlı yazılar var idi. Başqa bir səbəbi də var. Mən özüm üçün sosial şəbəkənin qaydalarını yaratdım. Daha çox insanları ətrafımda cəmləməyə və fikirlərimi tənqidi şəkildə bildirməyə çalışıram. İstəyirəm ki, təhqirə yol verməyim. İnsanları səhifəmə daha çox cəlb etmək üçün çalışıram ki, söyüşlərdən istifadə etməyim və daha korrekt şəkildə öz fikirlərimi çatdırım. Söyüşlə nəsə yazmağa pis baxmıram. Bu da fikri çatdırmaq üçün bir vasitədir. Sosial şəbəkə hər insanın şəxsi virtual həyatıdır. Bu baxımdan nə istəyir, yaza bilər. Məsələn, məndə paylaşımlarda heç bir məhdudiyyət yoxdur. Siyasi satira da var, ancaq yumordan ibarət olanlar da var. Qəbul etmədiyim şey odur ki, kimdənsə xəbərsiz onun şəxsi virtual həyatı sayılan hansısa yazışmaları və ya hansısa bir şeyi paylaşasan. Bəs necə düşünürsən, istisnalar yoxdur? Yox var. Məsələn, hər hansısa lider və ya ətrafına insan kütləsi toplamış birisinin heç kimin bilmədiyi mənfi əməlləri varsa və geniş kütlələr bundan xəbərsizdirsə, bunu paylaşmaq lazımdır. Çünki hər bir insan öz inandığı və özünə lider saydığı insanın gerçəkdə kim olmasını bilmək haqqına sahibdir. Özünü daha çox jurnalist hesab edirsən, yoxsa bloqçu? - Yaxşı sualdır. Çünki sosial mediadakı fəaliyyətimlə jurnalist fəaliyyətimi qarışdırmaq istəməmişəm. "Feysbuk"da yazdıqlarım mənim şəxsi fikirlərimdi və çalışdığım qurumun mövqeyi deyil. Yox, mən onu demirəm. Bax, jurnalistika ilə məşğul olan insan muxbirlikdən baş redaktorluğa və təsisçiliyə qədər uzun bir yol keçir. Sən özünü redaktor və ya baş redaktor kimi görürsənmi? - Yox. Mənim fəaliyyətim əsasən foto-video və bloqçuluqdur. Yəni ki, yeni media? - Hə, məhz elə. Özümü yeni mediadan kənarda təsəvvür etmirəm. Bu, elə sırf mənim işimdir. Bəs öz medianı qurmağı düşünürsənmi, məsələn, televiziya-filan? - Hələ ki, qarşımda başqa bir məqsədim yoxdur. Ancaq birmənalı olaraq nəsə demək istəmirəm. Zamanla ola bilər ki, belə bir şey olsun. Ancaq bununla bağlı heç bir planım yoxdur. Bir az da universitet illərindən danışaq. Sosial mediadakı aktiv fəaliyyətin sənə problem yaratmayıb? - Çox problemlər yaradıb. Mənim sosial mediadakı fəaliyyətim özümə yox, universitetin dekanlıq və rektorluğuna əməlli-başlı problem yaradırdı. Mən də çalışırdım ki, bu problemlərdən istifadə edim. Necə istifadə edirdin? - Xatırlayırsınızsa, ərəb ölkələrində inqilablar olan zaman Bakıda mart aylarında çoxlu aksiyalar keçirilirdi. Demişdilər ki, guya gənclərimiz inqilab edəcək. Mən də videolar hazırlayırdım. Həmin ərəfədə MTN işçiləri məni oğurlayıb rektorun yanına aparmışdılar. Həmin gün rektorla şifahi razılığa gəldik. Dekan da orda idi. İqtisad Universitetində oxumuşdun da? Hə İqtisad Universiteti idi. Dekanın iştirakı ilə rektor Şəmsəddin Hacıyev ilə söhbət etdik. O zaman mənə dedi ki, sən tələbələrə təsir edə bilirsən. Sənin fikrin bizim üçün ona görə önəmlidir. Biz sənə icazə veririk ki, sən dərslərə gəlməyəsən və imtahanlarda da biz sənə kömək edəcəyik. Amma bu razılaşma bizim aramızda qalacaq. Mən fikirləşdim və onunla razılaşdım. Çünki hesab edirəm ki, Azərbaycanda universitetə getməklə-getməməyin arasında elə böyük bir fərq yoxdur, təhsilin səviyyəsi çox aşağıdır. Həmin universitetdə dəyərli vaxtımı boşa verirdim. Yaxşı, bəs bu razılaşmada rektorun qazancı nə idi? - Onların qazancı o idi ki, mən dərsə gəlməyəcəm və universitetdəki tələbələrlə kontaktda olmayacam. Dolayısı ilə, tələbələri etiraza kökləməyəcəm. Onlar qorxurdu ki, mən tələbələri ayağa qaldıraram. Çünki tələbələrə təsir edə bildiyimi görürdülər. Mən bir müəllimə etiraz edən zaman 20 nəfər məni dəstəkləyirdi və ayağa qalxırdı. Bu barədə heç yerdə deməmişəm. Dekanla taksidə rektorun görüşünə gedən zaman mənə maşında yalvarırdı ki, rüşvət alması və digər qara işlərlə bağlı Şəmsəddin Hacıyevə heç bir məlumat verməyim. Mən də bildirirdim ki, rektor məndən hansı sualı soruşsa, ona cavab verəcəm. Əvəzində isə mənə deyirdi ki, biz sənə kömək edəcəyik. Qorxduqlarına görə nə istəyirdim, edirdilər. Hətta diplom işimi belə, başqası yazıb. Heç xəbərim yox idi ki, mənim yerimə diplom işini kim yazıb, necə yazıb. Diplomu da çoxundan tez aldım. Bildiyim qədərilə sənə işlə bağlı çox yerdən təklif gəlir. Niyə qəbul etmirsən? - Heç zaman pul mənim üçün dəyər olmayıb. Öz bacarığımı göstərmək üçün, öz vətəndaş borcumu yerinə yetirmək üçün əlimdən gələni etmişəm. Azərbaycan mətbu orqanlarından eləsi olub ki, aylıq 2-3 min manat təklif ediblər. Azadlıq mənim üçün əsas faktordur. Hazırladığım, çəkdiyim və yazdığım materiallara heç kim qarışa və azadlığımı məhdudlaşdıra bilməz. Bütün bu yayımladığım materialların məsuliyyətini özüm daşıyıram və istənilən zaman cavab verməyə hazıram. Rusiyadan da sənə iş təklifi gəlmişdi, eşitdiyimə görə, yaxşı pul təklif edirdilər. Niyə razılaşmadın? - Rusiyanın ən tirajlı media qurumlarından olan bir kanal mənimlə əməkdaşlıq etmək istəyirdi. Dedilər ki, Bakıda ofis açırıq və orda çalışan lazımdır. Həftə ərzində 4 videoreportaj hazırlamalı idim. Bu da ay ərzində 16 reportaj edir. Hər reportajıma görə, 700 avro pul təklif edirdilər. Fantastik rəqəm idi. Mən bununla razılaşdım. Çünki fikirləşirdim ki, bu yol ilə beynəlxalq mediaya çıxa bilərik və bunun sayəsində ölkəmizdəki məsələləri dünya ictimaiyyətinə çox rahatlıqla çatdıra bilərəm. Ancaq sonra vəziyyət dəyişdi və mən əmin oldum ki, Azərbaycana qarşı Rusiyada başlayan qaralama kampaniyasının içində mənə iş təklif edən kanal da var. Orxan Zeynalov məsələsində məhz həmin telekanal bu kampaniyanın arxasında idi. Mən sırf buna görə onların təklifinə verdiyim razılığı ləğv etdim. Azərbaycan ingilis və rus dillərində olmaqla press-reliz hazırladım və bütün qurumlara yayaraq bildirdim ki, telekanalın təklifinə razılıq verməyimə baxmayaraq, o əməkdaşlığa bu səbəbdən son qoyuram. Çünki orda çalışmağım vətəndaş mövqeyimə tamamilə zidd olan bir şeydir. Həm də ki, bu mənim vətəndaş borcum idi. Həmin zaman mənim vətənpərvərlik hisslərim hər şeydən üstün idi.
2013-11-18
1,808
Abutalıbov ağaclara ölüm hökmü çıxardı - Fotosessiya
Bakı şəhər, Süleyman Sani Axundov küçəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmirə bağlanıb. Marşrutlar işləmir, redaksiyamızın yerləşdiyi bu əraziyə gəliş-gediş çətinləşib. Çevrədə yaşayan sakinlərin nə çəkdiyini təsəvvür eləmək qətiyyən çətin deyil. Düşünmək olardı ki, aylardır təmirsiz, bərbad vəziyyətdə olan S.S.Axundov küçəsinin təmiri nəhayət ki, Bakı meriyasının yadına düşüb və acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyir. Ancaq təəssüf ki, düşündüyümüz kimi deyilmiş. Bu haqda yazmışdıq və iki günlük yol-təmir işlərindən sonra bəlli olmuşdu ki, üstündə "Bakı şəhər İcra Hakimiyyəti" yazılan texnikanın yardımı ilə yalnız S.S.Axundov küçəsinin girişindəki yeni tikilən və hələ ad qoyulmayan "ŞADLIQ EVI"nin qarşısı asfaltlanır. Təbii sual yaranırdı: niyə hansısa özəl şadlıq evinin böyür-başını Bakı şəhər İcra Hakimiyyəti təmir etməli, xalqa məxsus yol isə bərbad vəziyyətdə qalmalı, sakinlər, onların azyaşlı uşaqları əziyyət çəkməlidir? Heç bir ictimai narazılıq nəzərə alınmadan, dövlətə məxsus texniki qüvvə və büdcə hansı zərurətdən bir sahibkarın şadlıq evinin qarşısında çalışmalıdır? Şadlıq evi üçün çalışan texnikanın səsi kəsilmir, Bakı şəhər İcra hakimiyyətindən isə səs çıxmır. Görülən iş də iş olsa. Bircə faktı qeyd etmək (bunu isə fotolarımızdan aydın görəcəksiniz) kifayətdir ki, işin keyfiyyəti haqda təsəvvür yaransın. Burada asfalt basanlar ağacların dibini elə asfaltlayıblar, sanki bu ağacları diri-diri basdırır, yaxud qır qazanında yandırmağa hazırlaşırlar. Hazırladığımız fotosessiyanı "Axar.az"ın oxucularına təqdim edirik.
2013-11-18
1,809
Dünya bu qədər gözəldir - Video
null
2013-11-18
1,810
Fransua Olland: İrana güzəştə gedilməyəcək
"Fransa İranın nüvə siyasətinin genişləndirməsinə boyun əyməyəcək". Bu sözləri Fransa prezidenti Fransua Olland deyib. "Axar.az"ın xəbərinə görə, İsrailə səfər edən Fransua Olland bu ölkənin prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu ilə görüşüb. O, görüş zamanı bildirib ki, İsrail – Fələstin arasında sülh müzakirələrinin müsbət sonluqla bitəcəyindən əmindir. Cenevrə görüşündən danışan Fransa prezidenti Fransua, "İranın nüvə proqramı məsələsi ilə bağlı Fransa güzəştə getməyəcək. Tehranın nüvə proqramının genişləndirilməsini dayandırmadıqca tələblər və sanksiyalar davam etdiriləcək", - deyib.
2013-11-18
1,811
29 milyon dollarlıq Şarapova
Rus tennisçi Mariya Şarapova ən çox pul alan qadın idmançılar arasında birinci yeri tutur. Araşdırma "Forbes" jurnalı tərəfindən aparılıb. "Axar.az"ın xəbərinə görə, Şarapovanın gəliri 29 milyon dollar təşkil edir. Onun cəmi 6 milyonu mükafatlandırmadandır, qalanı isə sponsor və reklamlardan əldə edilib. Ancaq bu rəqəmlər ən çox pul qazanan kişi idmançıdan xeyli aşağıdır. Belə ki, kişilər arasında birinci yeri 78 milyon dollar gəlirlə qolf ustası Tayger Vuds tutub. Şarapovadan başqa isə ilk üçlükdə amerikalı Serena Uilyams (20,5 milyon dollar) və çinli Li Na (18,2 milyon dollar) yer alıb. Qeyd edək ki, qadınların hər üçü tennisçidir.
2013-11-18
1,812
“Avrasiya Marafonu” olduqca rəngli – Fotolar
İstanbulda 35-ci dəfə "Avrasiya Marafonu" keçirildi. "Axar.az" xəbər verir ki, 75 min iştirakçının iştirakı keçirilən xalq yürüşünün startı "Boğaziçi Körpüsü"ndən verilib. 42 kilometr 195 metrlik məsafənin finişi "Sultanəhməd Meydanı"nda olub. Marafonda kişilər arasında ən sürətli Abraham Kiprotik olub. O təyin edilən məsafəni 2 saat 12 dəqiqə 28 saniyədə qaçıb. 2-ci pillədə efiopiyalı Sirac Qena Amda (2:13:19), 3-cü pillədə isə onun həmyerlisi Deriba Merqa Ejiqu (2:14:43) yer alıb. Qadınlar arasında isə keniyalı Rebessa Kanqoqo Çesir 2 saat 29 dəqiqə 5 saniyəlik göstəricisi ilə 1-ci olub. 2-ci və 3-cü pillə isə türkiyəlilərə qismət olub. Elvan Abeyleqesse (2:29:30) ikinci, Sultan Haydar isə (2:29:40) üçüncü olub. Yürüşdə həmçinin fiziki cəhətdən qüsurlular da iştirak edib. "Axar.az " Avrasiya Marafonu"ndan olan fotoları təqdim edir:
2013-11-18
1,813
Məşhur Kalaşnikovun vəziyyəti pisləşib
"Kalaşnikov" avtomatının yaradıcısı Mixail Kalaşnikovun vəziyyəti pisləşib. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə açıqlama ilə Udmurtiya Respublikasının Prezidentinin mətbuat katibi çıxış edib. Ölkənin səhiyyə nazirliyi isə Kalaşnikovun noyabrın 17-də xəstəxanaya yerləşdirildiyini bildirib. Nazirliyin mətbuat katibliyi hazırda onun sağlığının bərpası üçün bütün zəruri tibbi tədbirlərin həyata keçirildiyini bəyan edib.
2013-11-18
1,814
Türk millisi Almaniyanı yendi: 7-2 - Foto
Bir zaman Türk və Alman milli komandalarının formasını geyən ulduz oyunçular Filippinli uşaqlara kömək üçün yoldaşlıq oyunu keçiriblər. "Axar.az"ın xəbərinə görə, Türkiyə ilə Almaniyanın sabiq milli komdandasının oyunçuları "Uşaqlar üçün bir ürək" kampaniyası daxilində, Filippində yaşanan sel fəlakətində zərər görənlər və kimsəsiz uşaqlar üçün bir araya gəlib. Almaniyada keçirilən qarşılaşma Türkiyə millisinin xeyrinə "7-2" hesabıyla yekunlaşıb.
2013-11-18
1,815
Başına 200 milyon dollar qoyulmuş müxalif öldürüldü
Suriyanın Hələb şəhərində ən böyük silahlı müxalif qruplardan olan "Tövhid" bölüyünün komandiri, Əsədin başına 200 milyon dollar qoyduğu Abdülqadir Saleh öldürülüb. Suriyanın ikinci ən böyük şəhəri Hələbdə noyabrın 17-də orduya aid bir qırıcının müxalif "Tövhid" bölüyünün qərargahını barel qumbarası ilə vurması nəticəsində bölüyün komandiri Əbdülqadir Saleh ölüb. Xatırladaq ki, Suriyadakı vətəndaş müharibəsinin ilk aylarından indiyənə qədər Abdülqadir Saleh şəhər ətrafındakı silahlı müxalifləri birləşdirərək "Tövhid" bölüyünü qurmuşdu. Bundan narahat olan Əsəd rejimi isə Salehin başına 200 milyon dollar mükafat qoymuşdu.
2013-11-18
1,816
Azərbaycanda görünməmiş intihar - Dəhşət (Yenilənib)
Bakıda dəhşətli intihar hadisəsi baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləcəri dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan kişi başını qatar relsinin üzərinə qoyub. Nəticədə qatar onun başını kəsib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini, 1967-ci il təvəllüdlü Oqtay Bəhlul oğlu Muradovdur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
2013-11-18
1,817
Xorvatiyadan Rusiyaya sərxoş kapitan qadağası
"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Xorvatiya Rusiyaya sərxoş kapitanla dənizə çıxmağı qadağan edib. Xorvatiyanın dəniz xidməti Şibenik şəhər limanında Rusiyaya məxsus "Baltik-108" gəmisini saxlayıb. Buna səbəb isə kapitanının gəmini sərxoş halda idarə etməsi olması olub. Lakin kapitanın sərxoş halda gəmini idarə etməsini təsdiq edən şahid yoxdur. Bundan əlavə, gəmi kapitanında Adriatik dənizinin xəritəsi və hərəkət planının olmadığı da məlum olub. Hadisə barədə Riyeka şəhərində Rusiya Dəniz Registrinin nümayəndəsi xəbər verib. Bildirək ki, hadisə noyabrın 14-də baş verməsinə baxmayaraq, yalnız bu gün bu haqda açıqlama verilib. Gəminin bazar ertəsi yeni kapitan təyin olunandan və bütün qüsurları düzəldiləndən sonra Şibeniki tərk etməsi gözlənilir.
2013-11-18
1,818
Ermənistan fevralda Gömrük İttifaqına daxil olacaq
Ermənistan Gömrük İttifaqına üzvlük üçün müqaviləni fevralda imzalayacaq. "Axar.az"ın "Armtoday.info" saytına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama ilə Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib. Onun sözlərinə görə, artıq üzvlüklə bağlı bütün işlər yekunlaşmaq üzrədir. Ş.Koçaryan həmçinin dekabrın 19-da İttifaq tərəfindən Ermənistanın təşkilata üzvlüklə bağlı yol xəritəsini təsdiqləyəcəyini də bildirib. O, bununla bağlı artıq xüsusi işçi qrupun çalışdığını bəyan edib.
2013-11-18
1,819
İranla Azərbaycan arasında dəmir yolu çəkilir
"Qəzvin-Rəşt-Astara" dəmiryolu xəttinin çəkilməsi İranla Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq". Bu sözləri Qəzvin-Rəşt-Astara dəmiryolu şəbəkəsinin tikintisi ilə məşğul olan İqtisadi Əməkdaşlıq Təşkilatı təmsilçiləri ilə görüşündə Azərbaycanın İrandaki səfiri Cavanşir Axundov deyib. O, qeyd edib ki, bu xətt Azərbaycandan keçərək Rusiya dəmiryolu xəttinə birləşəcək. Bu üç ölkə (İran, Rusiya, Azərbaycan) dəmiryolu xəttinin inşaatı üçün üçtərəfli müqavilə imzalayıb. "Axar.az" İran mətbuatına istinadən xəbər verir ki, səfir bu xəttin tikintisinin tezliklə bitəcəyinə və iki ölkə arasında yaranacaq əlaqənin imkanlarından səmərəli istifadə olunacağına ümid edir.
2013-11-18
1,820
Yol qəzası: 24 ölü, 28 yaralı
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirənin qərbindəki Giza vilayətinin Dehşur bölgəsində olan birtərəfli keçiddən eyni anda keçməyə çalışan toydan qayıdan bir sərnişin avtobusu ilə iki yük avtomobili qatarla toqquşub. Tibb işçiləri qəzada 24 adamın öldüyünü, 28 adamın yaralandığını bildirib. Yaralılar ətrafdakı yaxın xəstəxanalara aparılıb.
2013-11-18
1,821
Türkiyə ilə Azərbaycan yeni gömrük məntəqəsi açır
Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin təməlqoyma mərasimi keçirilib. "Axar.az"ın xəbərinə görə, mərasimdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı, Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu və Ərdahan valisi Seyfəddin Əzizoğlu bildiriblər ki, 10 aydan sonra istifadəyə veriləcək bu sərhəd məntəqəsi Gürcüstan və Azərbaycana alternativ yol olmaqla yanaşı, Ərdahan vilayətinin sosial-iqtisadi inkişafına da təkan verəcək. Sərhəd məntəqəsinin Gürcüstan tərəfində magistral avtomobil yolunun təmirinə göstərdiyi köməyə görə Azərbaycan dövlətinə təşəkkür ifadə edilib. 2014-cü ilin avqust ayında istifadəyə veriləcək Çıldır-Aktaş sərhəd məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan avtomobillə iki saata gəlmək mümkün olacaq.
2013-11-18
1,822
Etibar Məmmədovun dostunun həbsi ilə bağlı - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq üzvü Vaqif Musayevin həbsinə aydınlıq gətirib. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Vaqif Musayevin qanunsuz odlu silah gəzdirməsi faktı ilə əlaqədar polis tərəfindən saxlanıldığını bildirib. Qeyd edək ki, V. Musayev AMİP lideri Etibar Məmmədovun ən yaxın adamlarından olub. O, 2003-cü ildə partiya sıralarından uzaqlaşıb. V. Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.
2013-11-15
1,823
Media holdinqlər mükafat üçün memorandum imzaladı
Rusiyanın ən böyük media holdinqləri televiziya mükafatları komitəsinin yaranması haqda razılığa gəliblər. Rusiyanın "İnterfax" agentliyinə daxil olan məlumata görə "1-ci kanal", "Qazprom Holdinq", "STS Media", "Milli Media qrup" korporasiyası və teleradioyayımçılar "Televiziya sənayesi mükafatı Komitəsi"nin yaranması və qeyri-kommersial tərəfdaşlıq fəaliyyətinin əsas prinsipləri haqda memorandum imzalayıb. Memorandumda qeyd edilir ki, bu tərəfdaşlıq televiziya sənayesinin inkişafı, ən yaxşı professional nailiyyətin, eləcə də televiziya sənayesində müxtəlif peşələrin qabiliyyətli təmsilçilərinin nüfuzun artması üçün yaradılır. Tərəfdaşlığın əsas məqsədi televiziya mükafatlarının təsisatı və mükafatlara layiq olanları tapmaq üçün konkurs və müsabiqələrin təşkilidir.
2013-11-18
1,824
Millimizin oyunu “Axar.az”da
"Axar.az"ın xəbərinə görə, milli komandamız noyabrın 19-da Bişkekdə Qırğızıstan milli yığmasıyla qarşılaşacaq. Qarşılaşma saat 13:00-da "Dolen Omurzakov" adına stadionda baş tutacaq. Estoniyada 2-1 məğlub olan yığmamız bu dəfəki qarşılaşmada məğlubiyyətini unutdurmağa çalışacaq. Dünya reytinq cədvəlində 88-ci yerdə qərarlaşan yığmamız qələbə qazanmaqla xal hesabını artıra bilər. Azərbaycan milli yığmasının baş məşqçisi Berti Foqts üçün bu oyun son qarşılaşma ola bilər. Belə ki, müqaviləsi bu ilin sonunda yekunlaşacaq almaniyalı çalışdırıcı ilə yeni müqavilənin uzadılıb-uzadılmayacağı hələ dəqiqləşdirilməyib. Qeyd edək ki, "Axar.az" milli yığmamızın oyununu canlı olaraq təqdim edəcək.
2013-11-18
1,825
Marqvelaşvilinin yanlışlığı andiçmədə çaşqınlıq yaratdı - Foto/Video
"Axar.az"ın Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edən əməkdaşının Tiflisdən göndərdiyi reportajı sizə təqdim edirik. "Noyabrın 17-si, Gürcüstan vaxtı ilə səhər saat 10-da Tiflis küçələri adi günlərdən fərqli olaraq daha hərəkətli idi. Şəhər Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasiminə hazırlaşırdı. Xarici və yerli jurnalistlər mərasim keçiriləcəyi parlament binasının həyətində media üçün ayrılan yerləri tutmağa başlayırdı. *** Səhər saat 11-dən etibarən Mərasimdə gürcü bəstəkarlarının və dünya klassiklərinin simfoniyaları ifa olunur. İnaqurasiyada iştirak edənlər Prezident qvardiyası və mərasimdəki digər ordu birləşmələrinin, gürcü silahlı qüvvələrinin döyüş bayrağı ilə təntənəli keçidini izləyir. Tiflis vaxtı ilə saatlar 13.00-ı göstərir və yeni prezident mərasimin protokulunda nəzərdə tutulduğu zamanda parlamentin həyətinə daxil olur. II İlianın əli havada qalır Marqvelaşvilinin bütün hərəkətləri və addımları protokola uyğun olsa da, azacıq səhvə yol verdi. Parlament binasına daxil olan gürcü prezident qonaqları salamlaya-salamlaya ölkə rəhbərliyinin əyləşdiyi yerə tərəf gəlir. İlk olaraq baş nazir və eyni zamanda özünün partiya sədri olan Bidzina İvanişvili ilə görüşüb salamlaşır. Protokola görə isə, ilk olaraq bütün Gürcüstanın patriarxı II İlia ilə görüşməli idi. Elə dini rəhbər də o cür zənn etdiyi üçün əlini onlara doğru addımlayan Marqvelaşviliyə doğru uzadır. Marqvelaşvilinin əlini baş nazirə doğru uzatdığını görən II İlia, əlini yavaşca aşağı salır. Marqvelaşvili daha sonra Gürcüstanın ali dini liderini salamlayır və əlini öpmək üçün onun qarşısında lazım olduğundan da artıq əyilir. Yeni prezidentin bu hərəkətini az öncəki yanlışını başa düşməsi kimi də qiymətləndirmək olar. (Bax: Video) Az sonra Marqvelaşvili and içəcəyi yerə gəlir və gürcü qanunvericiliyinə görə and içir: "Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına əməl edəcəyimə and içirəm və əlimdən gələn hər şeyi öz ölkəmin birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm". Prezident and içdikdən sonra Gürcüstanın himni səslənir. Marqvelaşvili döyüş bayrağı ilə keçirilən keçidi qəbul edərək, Ali Baş komandanın öhdəliklərini də öz üzərinə götürür. İvanişvili Rövnəq Abdullayevi arxadan çağırır Azərbaycan tərəfindən inauqurasiya mərasimində rəsmi olaraq Baş nazir Artur Rasizadə iştirak etsə də, ARDNŞ prezidenti Rövnəq Abdullayev də qonaqlar arasında idi. Mərasim başa çatarkən gürcü baş naziri İvanişvili parlament binasının çıxışına doğru addımlayan Rövnəq Abdullayevi çağırması və yaxınlaşıb salamlaşması da diqqətimizdən yayınmadı. ARDNŞ Prezidenti binanı tərk etdikdən sonra parlamentin qabağında olan baş nazir Artur Rasizadə ilə birgə yollarına davam edir. Bakı-Tiflis-Bakı
2013-11-18
1,826
Hərbi hissədə yanğın, silah-sursat məhv olub
Azərbaycanda hərbi hissədə yanğın olub. "Axar.az"a hərbi mənbədən verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus sığınacaqda baş verən yanğına sobada olan nasazlıq səbəb olub. Nəticədə sığınacaqda olan silah-sursat yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
2013-11-18
1,827
“Yetənək Sizsiniz”də həyəcanlı anlar…
Dünən gecə Türkiyənin "Star Tv" kanalında yayımlanan "Yetənək Sizsiniz" verilişinin iştirakçılardan biri səhnədə qəza keçirib. Konki sürməyi nümayiş etdirən bir qrupun üzvü Harun adlı yarışmaçı konki sürə-sürə səhnədən yerə atlanmağa çalışarkən tarazlığını itirərək yıxılıb. Hülya Avşar qorxudan ağladı Çiyninin üstünə yıxılan Harun bir müddət yerdə hərəkətsiz qalıb. İştirakçını o halda görən Hülya Avşar panikaya qapılaraq göz yaşlarını saxlaya bilməyib. Yıxılan yarışmaçını tibb işçiləri yerdən qaldıraraq xəstəxanaya aparıb. Verilişin aparıcısı Acun İlıcalı qrupun çıxışını bir başqa tura saxlayaraq Harunun vəziyyətinin yaxşı olduğu haqda məlumat verib.
2013-11-18
1,828
İtkin düşmüş Zaur İbrahimovun meyiti tapıldı
"Axar.az" DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 3-də itkin düşən Siyəzən rayon sakini, ruhi xəstə Zaur İbrahimovun üzərində zorakılıq əlamətləri olmayan meyiti noyabrın 16-da Balaca Həmyə kəndinin ərazisindən keçən Samur-Abşeron kanalında tapılıb.
2013-11-18
1,829
Şam yenə qan gölünə döndü
Suriyada müxalif qruplarının Şam yaxınlığında təşkil etdiyi bombalı hücum zamanı otuzdan çox əsgərin öldüyü bildirilir. Binada çox böyük partlayışın meydana gəldiyi və tamamilə çökdüyü deyilir. Güman edilir ki, müxalif döyüşçülər təhlükəsizlik baryerini aşaraq binaya sızmağı bacarıb və partlayıcıları zirzəmiyə yerləşdirə biliblər. Suriya dövlət televiziyasında hücumu təsdiqləyən xəbər getməyib və hökumət də hələ ki, hücumla bağlı heç bir açıqlama verməyib. Paytaxt Şam həftələrdir ki, şiddətli hadisələrə səhnə olur. Paytaxtın ətraflarında hökumət qüvvələri və üsyançılar arasındakı qarşıdurmalar artıb. Partlayış vaxtı binada yalnız gecə növbətçilərinin olduğu və dolayısıyla otuzdan çox adamın öldüyü bildirilib. "Axar.az" xəbər verir ki, "Röyter" xəbər agentliyinə müsahibə verən "Suriya İnsan Haqları Müdafiə Komitəsi"nin başçısı Rami Əbdül Rəhman bildirib ki, "Bomba təxminən bir saat əvvəl partlamış olsaydı, ölü sayı 200 nəfəri keçərdi. Suriyada Şam ətrafında, Livan sərhədi yaxınlarında yerləşən Qarada da güclü qarşıdurmalar olub. BMT nümayəndələri son iki gündə minlərlə suriyalı mühacirin sərhədi keçərək Livana sığındığını söyləyib. BMT-nin hesablamalarına görə, 2011-ci ildə üsyan başlayandan bu yana Suriyada 100 mindən çox adam ölüb.
2013-11-18
1,830
Məşhur azərbaycanlı alim vəfat etdi
Bu gün Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə alim bu gün səhər 84 yaşında vəfat edib. "Azərbaycan Dövlət mükafatı" laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və onun tədris metodikası kafedrasının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub. Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb. 1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.
2013-11-18
1,831
“Ərdoğan və Öcalanı təqdir edirik” – Kürd liderin çıxışı
İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani dünən Diyarbəkirdə jurnalistlərə açıqlama verib. Bərzani açıqlamasında bunları deyib: "Kürdistan xalqının salamını türk xalqına çatdırmaq istəyirəm. Biz Kürdistan xalqı olaraq barış əlimizi uzadırıq. Cənab baş nazir Ərdoğanın atdığı barış addımını təqdirlə qarşılayırıq. Cənab Öcalanın da bu yaxınlaşmasını təqdirlə qarşılayırıq. Arzumuz budur ki, Kürdistan xalqı səbrli olsun. Kürdlər birlikdə olsalar, həm özlərinə, həm də qardaş millətlərə daha yaxşı xidmət edə bilərlər. Neçə ildir ki, qurban verdik. Barışmaq ən yaxşı əlacdır. Təbii ki, Amed (Diyarbəkir) mənim üçün dəyərli yerdir və ilk dəfədir ki, Amed şəhərinə gəlirəm".
2013-11-18
1,832
İki gündür yoxa çıxan jurnalist intihar edib? - Yeniləndi
Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb. "Axar.az"ın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər. A. Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən A.Məmmədovun tapılması istiqamətində iş aparılır. Hadisəylə bağlı "islamazeri.az"a danışan Asim Məmmədovun anası Samirə xanım deyib ki, "Mobil telefonunun ekranında tabut şəkli qoyulub və altında yazılıb: "Mən, bu həyatda belə yaşamaq istəmirəm. Hər şeyə görə bağışla" (Mətn Rus dilində yazılıb). Mən elə fikirləşirəm ki, o intihar edib. Evdən çıxdıqdan sonra mənimlə əlaqə saxlamayıb. Onu həbs etməyiblər. Bu dəqiqdir. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət etmişəm. Polis həbs olunanlar siyahısında və intihar edən naməlum şəxslərin siyahısında adı yoxdur. Üzərində heç bir sənəd götürməyib. 2 gündür əlaqə saxlaya bilmirəm. Xaiş edirəm onun barəsində məlumatı olanlar mənimlə əlaqə saxlasın." Asim Məmmədovun itkin düşməsi ilə bağlı noyabr ayının 17-də Elnur Radar "feysbuk" səhifəsində bu sözləri yazıb: "2 gündür evdən çıxıb və geri qayıtmayıb. Ailəsi, yaxınları çox narahatdır. Evdən çıxarkən deyib internetkluba gedirəm. 3-4 manat və metro kartını götürüb. Mobil telefonunu götürməyib və həyatdan çox narazı olduğunu bildirib". A.Məmmədovun yaxınları onun "İslamazeri.az" saytında ştatdankənar müxbir işlədiyini, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olduğunu bildiriblər.
2013-11-18
1,833
İndoneziya vulkanları aktivləşdi – Ölkə dağıla bilər
İndoneziyada Sinabunq və Merapi yanardağları fəaliyyətə keçib. "Axar.az"ın xəbərinə görə, səlahiyyətlilər Şimal Sumatra bölgəsində yerləşən 2 min 600 metr yüksəkliyindəki Sinabunq vulkanının 8 min metr yüksəkliyə qədər kül püskürtdüyünü açıqlayıb. Lavanın orta seqmentində olan, İndoneziyanın partlamağa ən hazır vulkanı Merapinin də 2 min metr yüksəkliyə kül püskürtdüyü üçün bölgədə 600 ailənin evakuasiya edilməsinə hazırlıq işləri aparılır. Səlahiyyətli şəxs Bambanq Ervan bütün hava yolu şirkətlərinə yanardağların ətrafındakı rotalardan uzaqlaşmaq barədə çağırış edib.
2013-11-18
1,834
Sinoptiklər hava şəraiti ilə əlaqədar xəbərdarlıq edirlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, hazırda yüksək atmosfer təzyiqinin təsiri altındayıq. Sabah ölkə ərazisində gün ərzində arabir güclənən şimal küləyi əsəcək. Bunun nəticəsində atmosfer təzyiqinin bir qədər də yüksəlməsi müşahidə ediləcək. Ümumilikdə isə yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında atmosfer təzyiqinin zəif tərəddüdü meteohəsas insanlarda diskomfort hissi yarada bilər. G. Məmmədova bildirib ki, yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraiti nisbətən mülayimləşəcək. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Sabah arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu yaxın 2 gün ərzində 12-15 dərəcə isti olacaq. Sabah bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 12-17, dağlarda isə 5-10 dərəcə isti olacaq.
2013-11-18
1,835
Tatarıstandakı təyyarə qəzası anbaan - Video
Tatarıstanın Kazan şəhərində 50 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbləri araşdırılır. Qəzanın səbəbləri arasında bir neçə versiya var ki, bunlardan biri də terror aktıdır. Təhqiqat komissiyasının sədr müavini Marat Zarifovun sözlərinə görə, qəzanın səbəbləri arasında müxtəlif ehtimallar var: "Qəzanın müxtəlif səbəbləri olar bilər - hava şəraiti, pilotun səhvi. Bütün versiyalara baxılacaq, o cümlədən də terror aktı versiyasına. Belə fikirlər səsləndirilir ki, ötən il də bu təyyaradə problem yaranıb. Biz bu versiyanı da araşdıracağıq". Təyyarənin terror aktı nəticəsində qəzaya uğramasının səbəbi kimi prezident oğluna sui-qəsd ehtimalı irəli sürülür.
2013-11-18
1,836
İlham Əliyev Rusiya ilə əməkdaşlıq proqramını təsdiqlədi
Prezident İlham Əliyev "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. "Axar.az"ın xəbərinə görə, ölkə başçısı 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanan "2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı" təsdiq edib.
2013-11-18
1,837
"Nobel"ə namizədlər irəli sürürük
Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Sülh Mükafatına Azərbaycandan müvafiq sahələr üzrə namizədlərin seçilməsini təklif edib. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinin akademik-katiblərinə təkliflərin hazırlanması həvalə edilib. "Axar.az"ın xəbərinə görə, namizədlər 2014-cü il fevralın 1-dək Norveç Nobel Komitəsinə təqdim olunmalıdır. Qeyd edək ki, bu mükafat ənənəvi olaraq, dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və ya təşkilatlara verilir. Mükafata namizədlərlə bağlı parlament və hökumət, həmçinin beynəlxalq məhkəmə üzvləri, universitet rəhbərləri, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, sülh tədqiqat institutları və digərləri də təklif irəli sürmək hüququna malikdirlər. Nobel Sülh Mükafatına həmçinin institut və assosiasiyalar da layiq görülə bilər.
2013-11-18
1,838
İlham Əliyev tatar həmkarına başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Tatarıstan prezidenti Rüstəm Minnixanova başsağlığı məktubu ünvanlayıb. "Axar.az" məlumat verir ki, məktubda prezident İlham Əliyev Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatından dərin hüzün keçirtdiyini bildirib. O həmçinin R.Minnixanovun oğlunun həlak olmasından da kədərləniyini yazıb. "Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
2013-11-18
1,839
Prezidentlər təkbətək görüşdü - Ukraynada
Ukraynada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Kiyevdə rəsmi qarşılanma mərasimi keçirilib. "Axar.az"ın Ukrayna Prezidentinin rəsmi saytında istinadən bildirir ki, qarşılanma mərasimində Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Mərasim iki dövlətin rəsmi nümayəndə heyətlərinin təqdimatı ilə başa çatıb. Bundan sonra İlham Əliyevin və Viktor Yanukoviçin təkbətək görüşü başlayıb.
2013-11-18
1,840
Səhiyyə Nazirliyi sahibkarları cərimələdi
Bu il yanvar-oktyabr ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 716 sahibkar inzibati qaydada cərimələnib. "Axar.az"ın "Aznews.az"a istinadən verdiyi xəbərə görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 79 nəfər barədə materiallar inzibati orqanlara verilib. Hesabat müddətində 212 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 251 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 8739, mikrobioloji göstəricilərinə görə 8175, toksikoloji göstəricilərinə görə 2282, radioloji göstəricilərinə görə isə 236 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 136-da orqanoleptik və fiziki-kimyəvi, 89-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub. Bu ilin yanvar-oktyabr aylarında iaşə müəssisələrindən 27430 yaxma, 518 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 439-da, soyuq qəlyanaltıların 5-də bağırsaq çöpləri normadan artıq olub.
2013-11-18
1,841
Amerikalı həmsədr Əliyev-Sarkisyan görüşünün yerini yazdı
ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü səbrsizliklə gözləyir. "Axar.az" məlumat verir ki, həmsədr bu ifadələri Tvitter səhifəsində yazıb. Ceyms Uorlik fikirlərini tam bu şəkildə ifadə edib :"Vyanada Azərbaycan prezidenti Əliyevlə Ermənistan prezidenti Sərkisyanın görüşünü səbrsizliklə gözləyirəm".
2013-11-18
1,842
Yol terroru: xəsarət var - Fotolar
Bu gün saat 12:40-da Binəqədi şosesində, "Zəngəzur" Şadlıq sarayının yaxınlığında göy rəngdə 10-FH-778 dövlət nömrə nişanlı "Vaz 2106"markalı "Jiquli", dövlət nömrə nişanı olmayan, özünü təqdim etməyən polis kapitanına məxsus olan "Mersedes E320" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində "Jiquli"nin sürücüsü Şahin İmaməliyev xəsarət alıb.