date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2013-11-18 | 1,843 | “Baku” “London”u darmadağın etdi | Komandamız İngiltərədə "2013-2014 futzal mövsümü"nün lideridir İngiltərə futzal liqasında çıxış edən "Baku United" komandası ölkə çempionatının liderinə çevrilib. Cənub qrupunun favoriti olan komanda indiyədək 5 oyun keçirib və onların hamısında böyük xal fərqləri ilə qələbə qazanıb. Noyabrın 17-də bakılılar "Citi of London" komandasını 12-0 hesabı ilə məğlub edib. Bundan əvvəl Kaunas komandasını 13–0, " Helvesian"ı 4-2, "Siauliain"i 11-2, həmçinin "Genezis"i 11-2 hesabları ilə məğlubiyyətə uğradan "Baku United" İngiltərə "2013-2014 futzal mövsümü"nün ən çox xal yığan klubudur. Sonrakı yerdə 15 xalla "Helvesia" klubu gəlir. Baku United futzal klubundan verilən məlumata görə, komanda bu mövsümdə də İngiltərə çempionu olmaq niyyətindədir. Məqsədə nail olmaq üçün komanda heyəti yeni oyunçular hesabına gücləndirilir, əsas heyətə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan "Barselona" komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib. Xatırladaq ki, "Baku United" İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir. Klubun prezidenti İlham Nağıyevdir. |
2013-11-18 | 1,844 | “Heydər Əliyevin məmurları ilə yola getmədim” | "2013-cü ildə seçicilərdən istədiyimiz səsi ala bilmədik" "Son illər belə ətraflı və genişmiqyaslı müsahibə verməmişdim" sözü söhbətimizin maraqlı keçdiyinə müsahibimizin özünün verdiyi qiymət kimi maraqlıydı. Bizimçün də çox maraqlı məqamlar oldu. Çünki Eldar Namazov Heydər Əliyevlə işə başlamasından tutmuş ayrılmasına qədər olan səbəblərdən danışdı – bu vaxta qədər demədiklərindən. Demokratiyanın beynəlxalq aləmdəki durumu da, "milli demokratiya" anlayışı da Eldar Namazovun dilindən səsləndi. Beləliklə, Heydər Əliyevin "xüsusi imtiyazla" komandasına qəbul etdiyi və yetişdirdiyi Eldar Namazovla vəd etdiyimiz müsahibəni təqdim edirik. - Milli Şurada həmsədrlik institutunun yaradılması məsələsi gündəmdədir. Siz həm Milli Şuranın icra aparatının, həm də El hərəkatının rəhbərisiniz. Bu məsələ ilə bağlı nə düşünürsünüz? - El hərəkatı həmsədrlik institutunun təsis olunmasını dəstəkləyir. Eyni zamanda, təbii ki, Milli Şuranın bütün qərarları ümumi yığıncaqda, müzakirələrdən sonra qəbul olunur. Əvvəl konsensusun əldə olunmasına çalışırıq, bu alınmayanda isə səsvermə yolu ilə problemin həllini müəyyənləşdiririk. Bizim də mövqeyimiz ondan ibarətdir ki, Milli Şuranın həm ölkə daxilində, həm də beynəlxalq aləmlə əlaqələri genişlənib və bu əlaqələrin genişlənməsində Rüstəm müəllimin rolu böyükdür. - Müsavat partiyası həmsədrlik institutunun əleyhinə çıxır. Necə düşünürsünüz, Müsavat partiyasının təklifi Rüstəm İbrahimbəyovun Milli Şurada rəhbərliyinə son qoymaq deyilmi? - Müsavat partiyasının bu məsələ ilə bağlı mövqeyi yeni məsələ deyil. Bir aydan artıqdır ki, Müsavat həmsədrlik formasında idarəçiliyin əleyhinə çıxır. Bunu zaman-zaman mediaya açıqlamalarında Arif Hacılı da, digər Müsavat funksionerləri də deyib. Bilirsiniz, təkcə bu məsələdə yox, başqa mövzularda da Müsavat partiyasından olan funksionerlər çıxış edir və fikir bildirir. Bəzən bu fikirlərin Müsavat partiyasının mövqeyi ilə üst-üstə düşmədiyini bildirdikdə isə onlar vurğulayır ki, bu onların şəxsi fikridir və partiyanın istiqaməti ilə üst-üstə düşməyə bilər. - Partiyanın üzvü olan hər hansı bir funksionerin mövqeyi həmin qurumun rəhbərinin mövqeyinə necə tərs ola bilər? Bu nə dərəcə inandırıcıdır? - Müsavat partiyasının İcra Aparatının rəhbəri də, Ali Məclisinin sədri də bu mövqedən çıxış edirlərsə, bunu İsa Qəmbərin mövqeyi saymaq olar və çəkinmədən qeyd etmək lazımdır ki, bu elə məhz Müsavat partiyasının mövqeyidir. Bir nəfər həmsədr daimi olaraq ölkədən xaricdə olsun - Həmsədrlik modelinin tərəfindəsiz. Niyə bu fikirdəsiniz? - Həmsədrlik institutu imkan verir ki, bir nəfər həmsədr daimi olaraq ölkədən xaricdə olsun və beynəlxalq əlaqələrimizin güclənməsi üçün çalışsın. Digər həmsədr isə ölkə daxilində Milli Şuranın rəhbəri kimi çalışar və görüşlər keçirər. Ona görə Milli Şuranın uğurlu olması üçün məhz həmsədrlik institutu yaradılmalıdır. Rüstəm İbrahimbəyovun ölkə xaricində nüfuzu olduqca böyükdür. Milli Şura onun bu əlaqələrindən oz fəaliyyətində yararlanmalıdır. Avropa ölkələrində, ABŞ-ın özündə Rüstəm müəllimin əlaqələri çox genişdir. Həmsədrlik institutunun yaradılması həm Cəmil Həsənlinin, həm də Rüstəm İbrahimbəyovun eyni zamanda, paralel olaraq Milli Şura üçün çalışmasına və rəhbər kimi görüşlər keçirməsinə şərait yaradacaq. Rüstəm İbrahimbəyovun ilham pərisi gələndə - Rüstəm İbrahimbəyov daha çox yaradıcı adamdır. İlham pərisi gələndə, ən qızğın siyasi prosesdə belə ayrılıb gedir, yaradıcılığı ilə məşğul olur. Məsələn, prezident seçkilərinin son mərhələsində media işçiləri olaraq Rüstəm müəllimlə əlaqə saxlamağa çalışdıq. Dedi ki, Dərbənddə film çəkilişindədir və başı ona qarışıb. Bu, onu göstərmirmi ki, Rüstəm İbrahimbəyov siyasət adamı deyil və onunla siyasi perspektiv qurmaqda müxalifət, yumşaq desək, yanılıb? - Gəlin, sizə olmuş bir hadisə danışım. Deməli, Cəmil müəllimlə Londona səfər etdik, orda çox vacib görüşlər keçirdik, səfəri başa vurduq. Bakıya qayıdan zaman Cəmil bəy təyyarədə kompüteri açdı və başladı hansısa yazının üzərində işləməyə. Uzun-uzun yazırdı. Yaxınlaşıb soruşdum ki, nəyin üzərində işləyirsiniz? Dedi, nədir ki? Dedim, jurnalistlər daim Rüstəm müəllimi qınayırlar ki, siyasi proseslərin içində film çəkməyə gedir. Birdən siz də kitab-filan yazarsınız... Bir az gülüşəndən sonra dedi ki, narahat olma, seçki platformasının üzərində işləyirəm. Doğurdan da elə platformanı hazırlayırdı. Qayıdaq sualınıza: Rüstəm İbrahimbəyov rejissordur və onun bu fəaliyyəti normaldır. Heç qalib tərəf də özünü qalib saymır - Seçki bitdi, proses tamamlandı, artıq Milli Şura məğlub tərəfdir. MŞ-nin perspektivini necə görürsünüz? - Seçkilərin real nəticələrinə baxsaq görmək olur ki, məğlub tərəf özünü uduzmuş saymır və bu işdə davamlı olmaq niyyətindədir. Belə olan halda Milli Şuranın bundan sonrakı taleyi necə olacaq? Bunu qoruyub saxlamaq və inkişaf etdirməyin modeli nədir? Heç qalib tərəf də özünü qalib saymır. Əslinə qalsa, vəziyyət dediyiniz qədər sadə deyil, kifayət qədər mürəkkəbdir. Bir nöqtədə dayanıb məsələyə qiymət vermək düz deyil və çətindir. Baxmaq lazımdır ki, bu nöqtədən əvvəl nə olub və bundan sonra nə olacaq. 2013-cü il bu zəifliyin sonuncu anıdır - Nə olub və sonra nə olacaqdan əvvəl hazırkı nöqtəni dəyərləndirməyə çalışaq... - Biz müxalifətin fəaliyyətini Heydər Əliyevin hakimiyyətə gəldiyi andan etibarən qiymətləndirməyə çalışsaq, indi durum olduqca ağırdır. İcazənizlə, geniş bir ekskurs edərdik: 1993-96-cı illərdə müxalifətin durumu acınacaqlı, yeni hakimiyyətə inam çox böyük idi. 1996-ci ildən sonra ölkədə ciddi problemlər yaranmağa, korrupsiya sistemə işləməyə başladı, demokratik islahat aparılmadı və s. O vaxtdan müxalifətdə müəyyən bir canlanma yarandı və Heydər Əliyev 1998-ci il seçkisində Etibar Məmmədovun ciddi müqaviməti ilə rastlaşdı. Bunun başqa bir səbəbi də digər müxalifət partiyalarının seçkini boykot etməsi idi. Ancaq hər halda siyasi mühit yaranmışdı. Bunun ardınca 2003-cü ildə İsa Qəmbər müxalifəti öz əhatəsində birləşdirə bildi və yeni, daha böyük canlanma yaratdı. 2003-cü il Azərbaycan müxalifəti üçün proseslərin kulminasiya nöqtəsi idi. Həmin andan sonra proses artan yox, məhz azalan istiqamətdə hərəkət etməyə başladı. Daha dəqiq desək, zəifləməyə başladı. 2008-ci ildə müxalifət sıfır nöqtəsinə düşdü. Amma 2013-cü il bu zəifliyin sonuncu anıdır. Bu ildən sonra proseslər yenidən artan və yüksələn istiqamətdə gedəcək. Yəni: 1996-2003 – müxalifətin fəaliyyətinin qalxma xətti, 2003-2008 tam eniş xəttidir. 2010-cu ildə müxalifət bir qədər fəallaşdı, AXCP və Müsavat seçkiyə birgə getdi. Buna baxmayaraq, bu seçkilərdə də cəmiyyəti canlandırmaq və seçkiyə maraq yaratmaq mümkün olmadı. Nəhayət, 2013-cü ildə Milli Şura yarandı. Hesab edirəm ki, bu ildən fəaliyyətimiz qalxan xətlə inkişaf edəcək. 2009-cu ildə yanlış kurs vardı - İndiki canlanma cəhdini təsvir etdiyiniz 20 illik dövrün hansı ili ilə müqayisə edərdiniz? - İndi nəinki 2005 və 2003, heç 98-ci ilin də səviyyəsinə gəlib çatmamışıq. Sadəcə, dinamika artan xətt üzrə inkişaf edir. 2008-ci il preizdent seçkisində müxalifət bir araya gəlib vahid komanda şəkilində iştirak edə bilməyəndən sonra 2009-cu ildə referenduma qarşı bir "Konstitusiya və Qarabağ" uğrunda hərəkat yarandı. Onda mən həmin hərəkata daxil olmayanda bu da çoxlu söz-söhbətə səbəb oldu. Hətta jurnalistlər məndən danışıqlarda iştirak etməyimə baxmayaraq, hərəkatda iştirak etməməyimin səbəbini soruşurdular. O vaxt kampaniya gedirdi, kampaniya qurtarandan sonra o formatı yanlış saydığımı bildirdim. Hesab edirdim ki, o formatda hərəkat az gedəcək və elə də oldu. O vaxt elan etdim ki, mənim növbəti illərə planlarım olacaq və bir müddətdən sonra mətbuat konfransı keçirdim, prezident seçkilərində müəyyənləşdirəcəyim təşkilatın prioritetlərini müəyyənləşdirdim. Bu vaxt mən gələcəkdə ziyalılar və gənclərin vəhdətini qurmaq istəyirdim. Həmin ilin noyabr ayında Rüstəm İbrahimbəyovla cəmiyyətdə ziyalıların mövqeyi haqda görüşümüz oldu. Ondan sonra da biz Novxanıda "Ziyalıların Azərbaycan cəmiyyətində rolu" adlı konfrans keçirdik. Həmin konfransadan sonra Ziyalılar Forumunun yaradılması haqda qərar qəbul olundu. Dekabr ayında isə İbrus teatrında Ziyalılar Forumunun ilk yığıncağını keçirdik. 4 il ərzində, 2013-cü ilə qədər mənim koordinatoru olduğum Ziyalılar Forumu addım-addım ölkədə ictimai rəyə təsir edən, nüfuzlu təşkilata çevrildi. Prezident seçkilərində müxalifət liderləri Ziyalılar Forumu ilə müxalifət partiyalarının birliyini təkid edirdilər. Hətta seçkilərə Ziyalılar Forumundan seçilən vahid namizədlə getməyi təklif edirdilər. Bu da apardığımız düzgün strategiyanın nəticəsi idi. İstədiyimiz sayda səs ala bilmədik Amma indi açığını deyim ki, özümü 2009-cu ildəki vəziyyətdə hiss edirəm. Mən şəxsən özüm üçün vəziyyəti belə qiymətləndirirəm ki, 2009-cu ildə olduğu kimi, oturub ciddi fikirləşmək lazımdır. Onda mən prioritetlərimi müəyyənləşdirmək üçün bir neçə ay vaxt istədim və sonra müəyyənləşdirdiyim prioritetlərdə əsas istiqamət gənclər və ziyalılarla işləmək xətti oldu. İndi də bu 4 illik prosesə qiymət vermək lazımdır. Burda uğurlarla bərabər, yanlışlıq da olub. Ən əsası, ölkədə demokratiyaya keçid baş vermədi, istədiyimiz sayda seçici seçkiyə gəlmədi, biz istədiyimiz sayda namizədimizə səs vermədi. Deməli, biz cəmiyyəti axıra kimi tərpədə bilmədik, cəmiyyətin müxtəlif təbəqələrini ətrafımızda birləşdirə bilmədik. Ona görə də Milli Şura formatından kənarda cəmiyyətin müxtəlif təbəqələri ilə işləyib, onları fəallaşdırmaq lazımdır. Bax, bunlar məni düşündürür və yenə də götür-qoy edib, yaxın dövrdəki prioritetləri müəyyənləşdirmək istəyirəm. Demokratiyanın avtokratiya dövrü - Azərbaycanda xalqın proseslərə laqeyd olduğunu deyirsiz. Amma Avropa – Almaniyada Angela Merkel, Rusiya, Ukrayna – Yuşşenkodan Yanukoviçə, Gürcüstan – Saakaşvilidən İvanişviliyə, o cümlədən, ərəb ölkələri və s. maraqlı proseslər gedir. Necə hesab edirsiz, ümumiyyətlə, Şərqi Avropadan başlayaraq, hakimiyyətlərin avtokratlaşmasına xalqların loyal yanaşması və bəlkə də hətta dəstək verməsinin səbəbi nədir? Sanki demokratiya avtokratiya mərhələsinə qədəm qoyur. - Sizin bu məsələyə qlobal baxmaq təklifinizi qəbul edirəm. Bir şeyi nəzərə alın ki, bu yalnız coğrafi genişlənməni nəzərdə tutmur, qlobal baxanda buna bir tarixi proses kimi baxmaq lazımdır. Bu mənada siz dediyiniz bəzi məsələlərdə mənimçün təəccüblü heç nə yoxdur. Mən buna təbii baxıram və bu heç də demokratiyanın genişlənmsəi prosesinə zidd proses deyil. Ümumiyyətlə, demokratiyanın bir siyasi sistem kimi qurulmasını araşdıran xüsusi nəzəriyyələri var. Gəlin, belə analiz edək: ilk demokratik sistemlər Böyük Britaniyada, ABŞ-da quruldu. Və politologiyada bir məşhur nəzəriyyə yarandı ki, demokratiya protestant xristianlığın bir qolu, protestantlıq mədəniyyətinə uyğun sistemdir. 1960- 70-ci illərdən sonra demokratik sistemlər sürətlə katolik ölkələrə sıçradı. Bu özünü Portuqaliya, İspaniya kimi ölkələrdə daha aydın büruzə verməyə başladı: Franko hakimiyyətdən getdi, Portuqaliyada rejim dəyişdi. Daha sonra Latın Amerikası ölkələrində demokratik sistemlər oturuşdu - Çili və Argentinada islahatlar keçirildi. Onda nəzəriyyə dəyişdi və dedilər ki, bu, provaslavlar istisna olmaqla, xristian mədəniyyətinə aid olan məsələdir. Sonra Ukrayna, Serbiya, Gürcüstanda məxməri inqilablar baş verdi və nəzəriyyəçilər fikrini dəyişdilər, bəyan etdilər ki, bu, ümumilikdə xristian aləminə uyğundur. Ərəb baharı nəticəsində diktatorların devrilmə prosesi başlayandan sonra isə artıq qəbul olundu ki, demokratiyanın dini mənsəbi yoxdur, bu, insanlığa aid sistemdir. Demokratiya ənənə üzərində qurulmalıdır Bir tarixçi kimi qeyd eləyərdim ki, bizim tariximizdə də elə ənənələr olub. "Dədə Qorqud"u oxuyanda görürük ki, ildə bir dəfə xan öz evindən çıxır və evini xalqına yağmaladır. Deyirlər bələdiyyə institutu... Bu bələdiyyə Ağsaqqllar Şurasıdır; tarixən hər kəndin, hər qəsəbinin seçilmiş adamları olub, onların məsləhəti ilə problemlər müzakirə olunub və həll edilib. Avropada bələdiyyələr uzun illər özünüidarə siteminin təzahürüdür. Amma bizdə bələdiyyələrin nə olduğunu bilmirlər. Demokratiya gərək tarixi ənənələrin üzərində qurulsun. Demokratiyanı bir xarici mal kimi gətirib cəmiyyətə təqdim edəndə, xalq onu qəbul etməyəcək. Çünki təfəkkür baxımından yetişməlidir xalq, demokratiya öz ənənəsinə uyğun olmalıdır ki, qəbul etsin. Bu iki geopolitik müdaxilə olmasaydı... - Sizcə, təfəkkür baxımından demokratiya ilə bizi nə qədər zaman ayırır? - Bizdə dediyiniz fərqi yaradan tarixi səbəblər var: 1828-ci il Azərbaycan xalqının iki yerə bölünməsi ilə biz təbii inkişaf mərhələsindən məhrum olduq. Əminəm ki, Azərbaycanı Rusiya imperiyası ilə İran öz arasında parçalayıb bölməsəydi, 19-cü əsrin ortalarında Avropadakı kimi bizdə də birləşmə prosesi gedəcəkdi. Artıq xanlıqların birləşmə prosesi gedirdi. O prosesi rus və fars rejimi dayandırmasaydı, biz vahid Azərbaycan yaradıb, öz təbii yolumuzla gedəcəkdik. 20-ci əsrin əvvəllərində Xalq Cümhuriyyətini qurduq, amma yenə də bizi axardan çıxardılar, təbii yolun ikinci dəfə qarşısı alındı. Bu iki geopolitik müdaxilə olmasaydı, Azərbaycan indi Avropa ailəsinin demokratik dəyərlərini özündə təcəssüm etdirən sayıılıb-seçilən ölkələrindən olacaqdı. İndi də ideoloji baxımdan yanlışlıqlar var. Bizimkilər deyir ki, demokratiya yaxşı şeydi, amma bizim öz demokratiyamız olsun. Qəribədir, özləri Avropanın seçilən brendlərindən geyinir, övladları Avropada təhsil alır, pullarını Avropanın banklarına etibar edirlər, amma sadə xalqın Avropaya inteqrasıya etməsinə "öz dəyərlərimiz var" deyirlər. 19-cu, 20-ci əsrdə formalaşmış o yanaşmalar artıq 20-ci əsrdə işləmir - Amma bayaq özünüz də dediniz ki, demokratiya hər bir xalqın təfəkkürünə uyğun olmalıdır, ənənələrin üstündə dayanmalıdır. Ənənlərimiz bu tarixi situasiya ilə əlaqədar qırılıbsa, bu təbii inkişafın qarşısı alınıbsa, bu yarımçıqlıq kompleksindən çıxmaq modeli kimi nə təklif edirsiz? - Düz deyirsiz, məhz demokratiya tariximizin bir mərhələsi kimi, tarixi ənənələrimizin üzərində duran bir siyasi quruma ehtiyac gördüyümüz üçün El hərəkatını yaratdıq. Siyasi hərəkat bir təbəqənin üzərində qurula bilməz. Hesab edirik ki, o ənənəvi ideoloji xətlər, 19-cu, 20-ci əsrdə formalaşmış o yanaşmalar artıq 20-ci əsrdə işləmir. Bizə ümumi ideoloji bərpa lazımdır. Bu yaxınlarda saytımz açılır, hətta biz bu ideoloji işin qurulmsı ilə bağlı kitablar nəşr etməyi düşünürük. Amma bizə bu işləri zamanında həyata keçirməyə imkan vermədilər. Ona görə ki, mart ayının 12-də EL hərəkatı elan olundu, martın 29-da ofisimizi əlimizdən aldılar. 10 gündən sonra başqa ofis tutduq, onu da əlimizdən aldılar. EL hərəkatında məcburi bir durğunluq yarandı. Doğrudan da, demokratiya prinsiplərini xaricdən idxal etməklə yox, tarixi ənələrimizin üzərində dayanan şəkildə formalaşdırmalyıq. Yol hardan başlanmalıdır: yuxarıdan, yoxsa aşağıdan? - Katarsislə müqayisə eləyək: bir aşağıdan təmizlənmə var, bir də yuxarıdan. Yuxarıdan Allahın qismətidir, aşağıdan isə insanın varlığa tükənməz inamı və illərin zəhməti. Bu mistik təmizləməni cəmiyyətin üzərinə keçirib demokratiya ilə əlaqələndirək: insanların aşağıdan demokratiya qurmağa hazır olmadığını görürük. Necə düşünürsüz, "yuxarıdan" təmizlənmə başlaya bilərmi və avtokratiya burda necə rol oynaya bilər? - Politolgiya elimində dediyiniz problemi belə qoyurlar: bəzi hallarda çox sərt üsullarla "yuxarıdan" aparmaq olar. Hətta dediyiniz kimi, bəzən avtoritar üsullar daha effektli olur. Dünyada bir neçə belə təcrübə var: Çilidə, Pinoçetin dövründə və Cənubi Koreyada hərbiçilər hakimiyyətdə olduğu zaman. Türkiyədə də hərbiçilər hakimiyyətə gələndə demokratiyada böyük sıçrayış baş verib. Demokratiya keçidində bəzən azad sözə məhdudiyyət qoyulur Bunların hamısının ümumi prinsipləri var. Birincisi, hakimiyyət özü islahatlara meyilli olur və xalqın gələcəyinin demokratiyaya bağlı olduğunu dərk edir. Müxtəlif səbəblərdən hakimiyyət hesab edir ki, sosial-iqtisadi islahatlar bir addım siyasi islahatlardan qabaqda getməldir. Bu mənada hansısa bir dövrə müxalifət partiyalarının, azad mətbuatın hüquqları məhdudlaşdırılır, insan haqları ilə bağlı müəyyən məhdudiyyətlər qoyulur. Amma həmin dövrdə hakimiyyət korrupsiyaya qarşı çox ciddi mübarizə aparır. Qanunun aliliyini təmin edir. Daha sonra o rejimlərdə azad sakibkarlıq formalaşır və onların hüquqları tam təmin olunur. Ölkədə azad iqtisadi mühit yaranır. Artıq bundan sonra xalq siyasi azadlığını tələb edir və xalqın istəyi ilə bu islahatları həyata keçirən komanda hakimiyyətdən gedir. Bir çox ölkələrdə hakimiyyəti ələ keçirənlər... Yəni demokratiyaya keçidi formalaşdırdıqdan sonra hakimiyyəti xalqa təhvil verirlər. Amma çox təəssüf ki, bu misallardan çox çəkə bilməyəcəm. Əksinə, bir çox ölkələrdə hakimiyyəti ələ keçirənlər elə korrupsiyanın başında duranlar olur. Nə siaysi, nə sosial, nə də ki, iqtisadi azadlıqları tanıyır. Yəni siz dediyiniz katarsis - avtoritar modelləşdirmə - nümunəsi təəssüf ki, çox azdır, ona görə ideoloji-siyasi proqramla xalqın özünü hazırlamaq lazımdır. Heydər Əliyevin gənc kadrı – Eldar Namazov (Davamı var) Yazının davamında: Hakimiyyət komandasında çalışan Dilarə xanım Eldar Namazovun bibisidirmi?.. Heydər Əliyev Namazovu çağırıb nə dedi... Heydər Əliyevin işlətdiyi məşhur söz hansı idi?... Eldar Namazov Heydər Əliyevi necə ümumiləşdirdi? Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarovun eyni vaxtda istefa səbəbi... Və daha nələr... |
2013-11-18 | 1,845 | Birinci xanımın porno film qalmaqalı | Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, ölkəni diktatura rejimi ilə idarə edən Kim Çen İrin xanımı, sabiq müğənni Ri Sol Çjunun pornoqrafik filmlərə çəkildiyi sübut olunub. Şimali Koreyanın birinci xanımının diktator Kim Çen İrə ərə getməzdən əvvəl çəkildiyi pornofilmlər və fotolar indi Şimali Koreyada gizlicə, çox baha qiymətə satılır. Bu görüntülər Cənubi Koreyada da yayılır. Ri Sol Çjunun subaylıq illərində çıxış etdiyi orkestr üzvləri ilə birlikdə pornofilmlərə çəkildiyi, sonra da pornobiznesə qurşanaraq görüntülərini satdığı da vurğulanır. Şimali Koreyada noyabrın 3-də 80 nəfər pornoqrafiya və Cənubi Koreyada istehsal edilmiş teleserialların CD disklərini satmaqda suçlanaraq edam olunublar. /Milli.Az/ |
2013-11-18 | 1,846 | Səlim Müslümov rəis müavinini işdən çıxardı | Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib. R.Tağıyev bildirib ki, o özü ərizə yazaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova işdən getməyini xahiş edib: "İndi mən nazirliyin işçisi deyiləm". Xatırladaq ki, son üç ildə Rauf Tağıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vəzifəni icra edib. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub ("SalamNews"). |
2013-11-18 | 1,847 | Tacikistan hökuməti istefaya göndərildi | Tacikistan prezidenti Emomali Rahmon hökuməti istefaya göndərib. Axar.az rus mətbuatına istinadən bildirir ki, mətbuat katibi prezident seçkisindən sonra bunun adi prosedur olduğunu qeyd edib. O, bildirib ki, yeni hökumət formalaşana kimi hökumət işçiləri öz səlahiyyətlərini yerinə yetirəcək. Tacikistan konstitusiyasına görə hökumətə prezident, baş nazir, nazirlər, müavinləri və dövlət komitələrinin başçıları daxildir. Məlumat üçün bildirək ki, prezident seçkisi noyabrın 6-sı keçirilmişdi və 84,23 %-lə Emomali Rahmon qalib olmuşdu. |
2013-11-18 | 1,848 | Hoteldə qalan liderlər dinlənilir | Eks FTB agenti Eduard Snoudenin sızdırdığı sənədlərə görə, ingilis kəşfiyyatı xarici ölkə liderləri və diplomatların qaldığı hotelləri izləmək üçün xüsusi bir sistem qurublar. Böyük Britaniyanin kəşfiyyat xidməti olan "GCHQ (Dövlət Rabitə Qərargahı)" xarici diplomat və rəsmi heyətlərin qaldığı hotellərin rezerv sistemini xüsusi bir proqramla izlədiyi iddia edilib. Buna görə ingilislər sadəcə, öz ölkələrində deyil, dünyanın dörd bir yanındakı hotellərdə də qalan xarici liderlər və diplomatları təsbit edərək nömrələrini dinləyə bilir. "Şpigel"in araşdırdığı sənədlərdə hotel adlarının adı göstərilməyib. Ancaq sənədlərdə örnək olaraq Sinqapur və İsveçrədən bəhs edilib. |
2013-11-18 | 1,849 | İran “altılıq” danışıqlarını dayandıra bilər | "ABŞ konqresi İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qərar qəbul etsə, rəsmi Tehran "altılıq" danışıqlarını tərk edəcək". "Axar.az"ın "Press.tv"yə istinadən verdiyi məlumata görə, bu barədə açıqlama ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Məhəmməd Həsən Əsafari çıxış edib. Onun sözlərinə görə, artıq hər şey ABŞ-ın atacağı addımdan asılıdır: "Artıq qərar qəbul etmişik. Əgər Konqresdə qanun layihəsi qəbul olunsa, o zaman "altılıq" ölkələri ilə danışıqlar dayandırılacaq". |
2013-11-18 | 1,850 | Şərqi Asiya təhlükə altında | Asiya İnkişaf Bankının bu günlərdə dərc etdiyi hesabatda bildirilir ki, əgər hakimiyyət orqanları iqlimin dəyişməsi nəticəsində dənizin səviyyəsinin qalxmasına qarşı tədbirlər görməsələr, Şərqi Asiyada 2050-ci ildə bir milyondan çox insan yaşayış yerini dəyişməli olacaq. "Axar.az"ın xəbərinə görə, hesabatda iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun (İPCC) dərc etdiyi məlumat əsasında qlobal istiləşmənin Yaponiya, Çin, Koreya Respublikası və Monqolustana göstərə biləcəyi təsir təhlil edilir. Ekspertlər qrupunun proqnozuna əsasən, 2050-ci ildə Yaponiyanın sahil rayonlarında yaşayan 64 min nəfər ölkənin içərilərinə doğru miqrasiya etməyə məcbur olacaqlar. Hesabatda həmçinin bildirilir ki, ziyanın qarşını almaq üçün həmin dörd ölkənin illik ümumi xərcləri 2050-ci ilədək 36 milyard dollar təşkil edəcək. Sənədin müəllifləri istixana qazlarına ayrılan emissiyaların ixtisar edilməsini və həmçinin ziyanın azaldılması üçün əlavə tədbirlərin görülməsini tövsiyə edirlər. |
2013-11-18 | 1,851 | Necati Şaşmaz: Atalıq məni çox yaşlandırdı | Türkiyənin ATV kanalında yayımlanan, ölkəmizdə də həddindən çox tamaşaçısı olan "Qurdlar Vadisi Pusu" serialının "Polat Alemdarı" Necati Şaşmaz dünən İstanbul gecələrində jurnalistlərin suallarını cavablandırmalı olub. Uşaq oldu, qocaldıq "Axar.az" "Sabah"a istinadən xəbər verir ki, ata olmasıyla bağlı suallara gülümsəməklə cavab verən Şaşmaz, jurnalistlərin "Saçlarınız niyə ağarıb?" sualına "Uşaq oldu, qocaldıq" cavabını verib. Keçən il Nagehan Kaşıkçı ilə ailə quran məşhur aktyorun ötən aylarda Ali Nadir adlı bir oğlu olmuşdu. |
2013-11-18 | 1,852 | Əliyev-Sarkisyan görüşünün vaxtı da məlum oldu | Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın görüşü sabah – noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Bu, prezidentlərin 2012-ci ilin yanvarından bəri ilk görüşü olacaq. Məlumatına görə, Ermənistan prezidentinin mətbuat xidməti belə açıqlama yayıb. Qeyd edək ki, az öncə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik öz "feysbuk" səhifəsində Vyanada baş tutacaq görüşü səbirsizliklə gözlədiyini bildirmişdi. |
2013-11-18 | 1,853 | Prezidentlər dövlət mükafatlarını təqdim etdilər | Azərbaycan və Ukrayna Prezidentləri Şurasının IV iclası başa çatdıqdan sonra Ukrayna və Azərbaycan prezidentləri Viktor Yanukoviç və İlham Əliyev dövlət mükafatlarını təqdim ediblər. "Axar.az"ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı xəbər verir. Viktor Yanukoviç İlham Əliyevi "Azadlıq" ordeni ilə təltif edib. Prezident İlham Əliyev Viktor Yanukoviçi Azərbaycanın ali dövlət mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edib ( Trend ). |
2013-11-18 | 1,854 | Ukrayna səfirindən Qarabağla bağlı ilginc açıqlama | Dağlıq Qarabağın Avrasiya inteqrasiya layihələrinə qoşulması Ermənistanın Gömrük İttifaqına daxil olması ilə keçəcəyi zəruri prosedurlardan sonra bəlli olacaq. "Axar.az" məlumat verir ki, bu sözləri "Yerkir.am" saytına müsahibəsində Ukraynanın Ermənistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri deyib. O, Dağlıq Qarabağ məsələsi ilə bağlı sualların Rusiyanın maraq dairəsində olduğu üçün rəsmi İrəvanın avrointeqrasiya kursundan tamamilə imtina etməsinə səbəb olduğunu bildirib. Daha sonra Bojkov Qarabağın da Gömrük İttifaqına qoşulacağına dair Rusiya ilə Ermənistan arasında gizli qapılar arxasında danışıqlar zamanı qərarlar qəbul edildiyini güman etdiyini söyləyib: "Azərbaycan Dağlıq Qarabağ konfliktində həssas olduğuna görə heç bir rəsmi açıqlama verilmir". |
2013-11-18 | 1,855 | Oskar alan Anjelina Coli göz yaşlarını güclə saxladı - Foto | "Kino Sənətləri və Elmləri Akademiyası" məşhur aktrisa Anjelina Coliyə "Cin Herşolt Qürur Mükafatı"nı təqdim edib. Səhnədə mükafatını Corc Lukasdan alan Coli göz yaşlarını güclə saxlayıb. "Ağlamayacağıma söz verirəm" Kasıblara və müharibədən əziyyət çəkən ölkə vətəndaşlarına könüllü yardımlarına görə mükafata layiq görülən Coli səhnədən oğluna səslənərək, "Ağlamayacağıma söz verirəm. Səni utandırmayacağam. Sən və bacı-qardaşların mənim xoşbəxtliyimsiniz, sizin ananız olmaqdan daha böyük qürur yoxdur",- deyib. |
2013-11-18 | 1,856 | Kürdəmirdə rüşvətxor bələdiyyə sədri həbs edildi | Kürdəmirdə bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayon sakininin rayonun Qarasaqqal kənd bələdiyyəsinin sədri Yengibar Əhmədovun üzərində evi olduğu torpaq sahəsinin həyat yoldaşının adına rəsmiləşdirilməsi məqsədi ilə ondan pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırmalar zamanı idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Y.Əhmədov yaşadığı evdə 500 manat məbləğində pulu kənd sakinindən alarkən saxlanılıb. Evə keçirilmiş baxış zamanı həmin vəsait maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb. Y.Əhmədovun xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət almasında əsaslı şübhələr yarandığından fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir. |
2013-11-18 | 1,857 | "Böyük gəlir əldə edənlər vergidən yayınır" | "Şou-biznes əhlinin qəpik-quruşla vergi verməsi normal hal deyil". "Axar.az" xəbər ki, bunu hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib. O qeyd edib ki, dövlət büdcəsinin onu qane etməyən ən pis cəhəti vergi daxilolmalarının xüsusi çəkisinin büdcə gəlirləri içərisində çox az (son 7-8 ildə 52 faizdən 33 faizə düşüb) olmasıdır: "Bu çox qeyri-normal haldır. Heç kimə sirr deyil bu gün çoxlu sayda vergidən yayınma halları var. Elə sferalar var ki, ümumiyyətlə vergiyə cəlb olunmayıb, olunubsa da belə, oranın gəliri ilə vergi arasında çox kəskin surətdə uyğunsuzluq var. Azərbaycanda maşın yumaqla özünə çörək qazanan insan vergi verirsə, şou-biznes əhlinin qəpik-quruşla vergi verməsi normal hal deyil. Bundan başqa, on minlərlə qeyri-yaşayış sahəsinin vergiyə cəlb olunmaması da normal hal deyil". Vergidən yayınma hallarının əsasən böyük gəlir əldə edən insanlara aid olduğunu deyən Rafael Cəbrayılov daha çox azgəlirli insanların vergiyə cəlb olunduğunu sözlərinə əlavə edib. Vergilər Nazirliyinin 2013-cü ildə qeyri-leqal gəlirlərin aşkarlanması və vergiyə cəlb olunması ilə bağlı keçirtdiyi tədbirləri xatırladan millət vəkili bu tədbirlərin insanların məşğulluq və işsizlik səviyyəsinə öz müsbət təsirini göstərdiyini söyləyib: "Bu kampaniya xarakteri daşımamalıdır və mütəmadi olaraq keçirilməlidir. Amma Azərbaycanda elə bir şərait yaratmaq lazımdır ki, məşhur Amerika prezidentlərinin dediyi kimi, "bir ölümdən, bir də vergidən yayınmaq olmaz" prinsipi işləsin. Vergidən yayınma halı elə bir şeydir ki, əgər bugünkü nəsil onu normal qəbul edirsə, bu, onların övladlarına da təsir edəcək. İnsanları elə formada tərbiyə etmək lazımdır ki, heç kim vergidən yayınmasın". Verginin xüsusi çəkisinin artırılması deyəndə verginin artırılmasını nəzərdə tutmadığını deyən R.Cəbrayılov əlavə edib ki, əksinə, vergi siyasətini elə qurmaq lazımdır ki, vergi tədricən azalsın: "Vergi siyasətini dərininə yox, yana inkişaf etdirmək lazımdır. Yəni, verginin əhatəliliyini artırmaq lazımdır". |
2013-11-18 | 1,858 | Tanınmış bəstəkar əməliyyat olunacaq | Bir neçə müddətdir ki, ürək ağrılarından əziyyət çəkən bəstəkar Ruhəngiz Qasımova nəhayət ki, əməliyyat etdirməyə qərar verib. Bəstəkar "Axar.az" saytının əməkdaşına bildirib ki, əməliyyatdan sonra bizimlə görüşüb uzun müddət görünməməyinin səbəbini də açıqlayacaq. Biz də bəstəkara çan sağlığı arzulayırıq və tezliklə görüşəcəyimizə ümid edirik. |
2013-11-18 | 1,860 | Elman Abdullayev Xankəndindəki konsertdən danışdı | "İspan müğənnisi Plasido Dominqonun Xankəndində konsert verməsi araşdırılır". Bu sözləri "Axar.az"a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev dedi. Mətbuat katibi qeyd etdi ki, ispan müğənnisinin Azərbaycan ərazisi olan Xankəndində ölkənin rəsmi razılığı olmadan konsert verdiyi sübuta yetiriləcəyi təqdirdə arzulanmaz şəxslər siyahısına düşəcək: "Bu məsələdə Azərbaycanın mövqeyi qətidir". |
2013-11-18 | 1,861 | Dünyanın ən varlı adamı "ən varlı" olmaq istəmir | Təxminən yetmiş milyard dollar sərvəti olan "Maykrasoft"un qurucusu 58 yaşlı Bil Geyts sərvətini xeyriyyə təşkilatlarına xərcləməyə davam edəcəyini bildirib: "Vatan" qəzetinin xəbərinə görə, indiyə qədər xeyriyyə təşkilatlarına otuz milyard yardım edən Geyts bunu davam etdirəcəyini açıqlayıb. Geyts, "şəxsi sərvətim azalana qədər yardım edəcəyəm, ta ki adım "dünyanın ən varlıları" siyahısından silinənə qədər. Çünki o siyahılarda olmaq mənimçün maraqlı deyil", - deyib. |
2013-11-18 | 1,862 | Görünməz olmağın yolu tapıldı | Görünməz olmaq artıq xəyal olmaqdan çıxdı. Belə ki, elm adamları görünməz olmağı təmin edən cihaz kəşf ediblər. Lakin bu cihaz yalnız müdafiə məqsədi ilə istifadə ediləcək. Çin və Sinqapurlu elm adamlarının quraşdırdığı bu cihaz işığı özünə cəm edib obyektləri görünməz edir. Şüşədən düzəldilmiş altı bucaqlı bu cihazın içindən keçən bir balıq və pişik görünməz olub. Çihazın özəlliklərindən danışan ixtiraçılar ondan gələcəkdə hərbi məqsədlə istifadə ediləcəyini bildiriblər. |
2013-11-18 | 1,863 | Putin bu il də geniş mətbuat konfransı keçirdəcək | Kreml saytının verdiyi xəbərdə bildirilir ki, prezident Vladimir Putin dekabrın 19-da günorta saat 12-də geniş mətbuat konfransı keçirəcək. "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Mətbuat xidməti - informasiyanın akkreditasiya və brifinqlər şöbəsi tədbirdə iştirak edəcək jurnalistlərin siyahıya alınmasına artıq start verib. Məlumat üçün bildirək ki, prezidentin ötən ilki mətbuat konfransı 2012-ci il dekabrın 20-də baş tutub. Konfrans 4 saat 30 dəqiqə davam edib. |
2013-11-18 | 1,864 | Bunların adam arasına çıxarılası heç nəyi yoxdur | Layihəmizin qonağı meyxanaçı Vüqar Maştağalıdır. Mən artıq bu sənətdən nə həzz alıram, nə də gəlir qazana bilirəm - Əslində meyxana da ədəbiyyatın bir janrıdır. Amma meyxana sənət kimi sənət, peşə kimi peşə deyil. Yəni bu sənətin məktəbi yoxdur, gedib nəsə öyrənəsən. Ancaq təcrübə hesabına irəliləmək olur. Əvvəllər meyxananın coğrafiyası Abşeron boydaydı, getdikcə Lənkəran zonasında daha çox sevilməyə başladı və bu yolla artdı. Daha sonra "xalturşik" sənətçilər çıxdı ortaya. Hansı ki, məzmuna, qafiyəyə, rədifə riayət etmirlər. Biz o vaxt kiçik səhv olan kimi böyük bir skandalla bir-birimizə bu sözün səhv olduğunu bildirirdik. İndi o qanunlar meyxanadan çəkildiyinə görə, söz demək çox asanlaşıb. Kimlər "cinayət məsuliyyəti" daşıyır? Meyxanaya dəyən zərbələr, sizə deyim ki, birinci Namiq Mənadan başladı. Meyxanaya yad olan ritmlə, rənglə meyxanalar dedi. Ona baxan cavanlar da gördülər ki, elə belə də gedir, onların da bəzisi bu yolu tutdu. Sonra bəzi cavanlar çıxıb sənətə düzən verməyə başladı, sənəti musiqiləşdirdilər. Ən axırda da Pərviz Bülbüləli çıxdı. Onda da demək olar ki, Üzeyirin (Mehdizadə) mahnıları kimi bu şey də adiləşdi. Bir növ kloun, bir növ məzhəkəçi... Pərviz istəsə, yaxşı meyxana deyə bilər. Ancaq mən çəkinmədən deyirəm ki, bunların böyük əksəriyyətinin böyük arenaya, insan arasına çıxarılası nə yazıları var, nə bədahətən meyxanaları. Arxayınlaşıblar toylara, qazanca... Toylarda da şit-şit, bayağı şeylər deyirlər və bunun müqabilində də sevilirlər, pul qazanırlar. Bir növ kloun, bir növ məzhəkəçi kimi... Qazanacaqları pula arxayındırlar deyə, heç bir yaradıcılıq işi görmək istəmirlər. Bəzən görürsən "söz istəyən" qafiyə tutulanda, söz gəlməyəndə öz aralarında zarafata salırlar. Bir ara bu, Mehmanda da var idi. Misalçün, qafiyə tutulurdu ki, "əcəb gözəl keyfi-damağdır bu gün" , Mehman deyirdi ki, "bizim bəy oğlan da cavandır bu gün". Özü də bilir ki, bu, düşmür. Gülməkdən ötəri deyirdi. Ha deyirdim eləmə... bu yolla sənəti ciddilikdən çıxarırlar. Axund Azər hamımızın ustadıdır Kərim, Ağamirzə, rəhmətlik Ağasəlim, Məşədibaba, Nizami Rəmzi bunlar hər biri öz dəsti-xətti olan ustad sənətkarlardır. Təcrübə, yaş baxımından bizdən böyük olanların hər birinə ustad demək olar. Yaşı bir kənara qoysaq, Aydın Xırdalanlı çox gözəl başlamışdı, hansı ki, ustad sənətkar adını qazana bilərdi. Sonra özünü avara qoydu. Amma onun ustadı Axund Azər hamımızın ustadıdır. Ondan çox şeylər öyrənmişik. Bir gün Aydın da usta dərsi verə bilərdi. Götürək Namiq Qaraçuxurlunu, başladı, gah dedi ki, Mehmandır mənim ustadım, gah dedi yox, o deyil, başqasıdır... Mən Namiq Qaraçuxurluya hazırda ustad deyə bilmirəm. Çünki yetirdiyi və yetişdirdiyi heç nə yoxdur... Mahnıları istisna olmaqla. Namiqlə "salam-əleyk" qalır İndi onunla münasibətimiz yaxşıdır, "salam-əleyk" qalır. Bizim aramızdakı şou-biznes davası deyildi. Bizim davamız, "uman yerdən küsərlər" məsələsi idi. Mən ondan umurdum ki, sən lazımsan, bizi xalq birgə görmək istəyir, o da bundan qaçmağa, yayınmağa çalışırdı. Gördüm ki, yayınır, mən də "dost dosta tən gərək, tən olmasa gen gərək" prinsipi ilə hərəkət etdim. Bununla göstərdim ki, ya yanımdasan, ya uzaqda,- yerini müəyyənləşdir. "Uğur var məhsul yoxdur" Ehtiram və İntiqam qardaşlarının uğurunda millətimizin adı olduğuna görə çox sevinirəm. Amma onu deyim ki, mən elə bir rəsm əsəri çəkə bilərəm ki, onun dəyəri çox böyük olar. Amma o mənim işim deyil. Sən ola bilsin ki, Hüseyn Boltdan bərk qaçasan, ancaq bu o demək deyil ki, sən idmançısan. İnsan bir işi bacarırsa, bu onun həmin sahədə sənətkar olmağına əsas vermir. Ehtiramla İntiqam da bu cür. Onlar "Davay do svidaniya" işini bacardılar. Mən heç özümə də sənətkar demirəm. Yenə də onlarla müqayisədə bir neçə sənət əsərim var ki, AzTV onları öz qızıl fondunda saxlayır. Deyirəm, gəlin buğda əkək, deyirlər yox, darı əkək Mən artıq meyxanadan bir az küsmüşəm. O vaxtki maraq, şirin meyxanalar, səmimiyyət, hörmət-izzət yoxdur daha. Toylara gedirsən, görürsən yığıblar 9-10 nəfər meyxanaçını, ağız deyəni qulaq eşitmir. Nə böyük var, nə kiçik. Mən deyirəm gəlin, buğda əkək, deyirlər yox, darı əkək. Bir də görürsən, ayağın boyda uşaq gəlir oturur başda, məclisi idarə eləyir. O gün Bilgəh kəndində bir toyda qafiyə açmışam, bəyi tərif edirəm. Bir nəfər tanımadığım adam gəlib mənə dedi ki, saxla ee... Bu sənə yaraşmır, qoy bizim bir yaxın uşaq var, o gəlib desin. Bu xalqın nümayəndəsi gəlib mənə belə bir hörmətsizlik edirsə və ona heç bir cəza verilmirsə, deməli, elə bu sənətin yeri oradır. Bir sözlə, mən artıq bu sənətdən nə həzz alıram, nə də gəlir qazana bilirəm. Teatr hara, meyxana hara... Özüm aktyoram, hazırda İncəsənət universitetində estrada fakültəsində dərs deyirəm. Bir müddət aktyorluq sənətindən uzaqlaşmağımın da səbəbi avtomobil qəzası oldu ki, üzümü bir az pis hala saldı. O vaxtlar sırf meyxananın dalıyca getdim, düşünürdüm ki, bu sahəyə daha heç vaxt qayıtmayacam. Amma içimdə olan sənət yanğısı özünü meyxanalarımda da göstərirdi. Çalışırdım elə meyxanalar deyib, elə işlər görüm ki, görkəm baxımından da gözəl alınsın. Axır zamanlarda isə dövlət teatrları istisna olmaqla, "Bu Şəhərdə" və "Parni iz Baku"dan ayrı teatr görünmürdü. Yaranan boşluqdan istifadə etdim və teatr artıq fəaliyyət göstərir. İstədiyimiz nəticəni almaq üçünsə hələ çox tezdir. Ən azı 3 il, 5 il işləmək lazımdır. Ümumən isə fəaliyyətimiz qaydasındadır. Filankəs qumarda filan qədər uduzdu... Ölkədəki prosesləri əlbəttə ki, izləyirəm. Hətta ölkəmizdəki inkişafı görürəm və sevinirəm. Meyxanaçı kimi yox, sadə vətəndaş kimi bütün prossesləri izləyirəm. Meyxanaçı kimi olan vaxtlarımda ancaq krimanal xəbərləri izləyirdim. Filankəs filan qədər iş aldı, filankəs qumarda filan qədər uduzdu...Yəni hal-hazırda proseslərin hər iki tərəfini bilirəm. Ölkədə dəyişikliyə ehtiyac yoxdur İnşallah, sağlıq olsun, səsvermə hüququmdan həmişə istifadə etdiyim kimi, bu dəfə də istifadə edəcəyəm və hazırdaki hakimiyyəti dəstəkləyəcəyəm. Çünki dəyişikliyə ehtiyac yoxdur. Görün ölkəmizdə nə qədər inkişaf var ki, bu gün Azərbaycanda üç maşından biri "mersedes", iki maşından biri "bmv"dir. İnsanlar üçün kifayət qədər rahatlıq yaradılıb. Mən öz dövlətimdən razıyam. Səhər duraram, ağlıma nəsə gələ bilər... Yaxınlarda teatrımızda "Olur belə şeylər" adlı layihəmizin ikinci mövsümünə başlayarıq. Artıq məşqlər başlanıb. Meyxanayla bağlı hələ heç bir yenilik yoxdur. Ola bilsin ki, gecə yatıb səhər duraram, ağlıma nəsə gələ bilər... |
2013-11-18 | 1,865 | Prokuror Gülər Əhmədovaya 4 il iş istədi | Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın işi ilə bağlı növbəti proses keçirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror Gülər Əhmədovanın 4 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. |
2013-11-18 | 1,866 | Türk əsilli alman futbolçu Suriyada öldürüldü - Foto | Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Burak Karan Suriyada gedən döyüşlərdə həyatını itirib. "Axar.az"ın xəbərinə görə, bu barədə "Bild"ə onun bacısı Zuhal açıqlama verib. Bacısı bildirib ki, Burak 20 yaşında ikən karyerasını bitirib və yalnız cihaddan bəhs etməyə başlayıb. Türk əsilli sabiq futbolçu "Əl-Kaidə" ilə əlaqədə şübhəli bilinərək, təqib edilib. Lakin tutulmasına ehtiyac duyulmayıb. Daha sonra Burak vəhabilərə qoşulub. O, Suriyadakı müxafilət qüvvələrinə yardım üçün dərman və ərzaq toplayaraq, müharibə bölgəsinə göndərib. Lakin yardımların yerinə çatmadığını öyrənən Burak 7 ay öncə həyat yoldaşı və 2 övladı ilə birgə Türkiyə - Suriya sərhədinə üz tutub. O, Suriya ərazisinə keçərək, Bəşər Əsəd qüvvələrinə qarşı vuruşub. Oktyabrın 11-də Azaz qəsəbəsində gedən döyüş zamanı qarşı tərəfdən atılan bombanın partlaması nəticəsində sabiq futbolçu ölüb. İndi qardaşı Mustafa onun 23 yaşlı həyat yoldaşı Gülsümü, eləcə də 3 yaşlı oğlu Abdulla ilə 10 aylıq Əbdürrəhmanı qaçqın düşərgələrində axtarır ("Lent.az") |
2013-11-18 | 1,867 | İlham Əliyev Ukraynaya niyə gedib? – Şərh | "İlham Əliyevin Ukraynaya səfərində məqsəd Rusiyaya qarşı birlikdə mübarizə aparmaqdır". Bu sözləri "Axar.az"a Prezident İlham Əliyevin Ukraynaya baş tutan rəsmi səfərinə münasibət bildirən politoloq Vəfa Quluzadə dedi. Politoloq həmçinin Rusiyanın Azərbaycan və Ukraynaya olan təzyiqlərindən də danışdı: "İndi Rusiya bir az gücləndiyinə görə keçmiş postsovet ölkələrini əsarəti altına almaq istəyir. Bu heç də bizim üçün əlverişli deyil. Elə ona görə də Ukrayna da ciddi təzyiqlərə baxmayaraq, Rusiyaya qarşı ciddi müqavimət göstərir. Azərbaycan da Ukrayna kimi Avrasiya İttifaqına daxil olmaq istəmədiyindən, ciddi təzyiqlərlə üzləşir. Bizim yolumuz Avropa yoludur. Biz Rusiya ilə də əməkdaşlıq etmək istəyirik, amma bu əməkdaşlıq bərabərhüquqlu olmaldır. Amma Rusiya boyunduruğu başımıza keçirib, bizi itaət altında saxlamaq istəyir. Biz buna imkan verməməliyik və mən hesab edirəm ki, İlham Əliyev buna imkan verməyəcək. Çünki bu ölkənin, xalqın, özünün də maraqlarına cavab vermir". |
2013-11-18 | 1,868 | Gürcüstanda azərbaycanlılara genetik terror - Şok | "Axar.az"ın əməkdaşı Tiflisdəki mənbələrdən inanılmaz məlumat edib. Məlumatın təfsilatına keçməzdən əvvəl deyək ki, azərbaycanlılara qarşı "irsi soyqırım"da ermənilərlə bərabər Gürcüstan vətəndaşı olan azərbaycanlılar da iştirak edir. Nəsli kəsən dərmanlar Gürcüstandakı soydaşlarımızın sayını azaltmaq üçün erməni lobbisi milyonlarla manat pul xərcləyir. Bu barədə məlumatı muxbirimizə Gürcüstanın ictimai siyasi həyatında aktiv olan, ancaq adının açıqlanmasını istəməyən soydaşımız verib. Mənbə deyir ki, Tiflisdə fəaliyyət göstərən "Çoxmillətli Gürcüstan" adlı qeyri-hökumət təşkilatı azərbaycanlıların Gürcüstanda sayını azaltmaq üçün Amerikadan xüsusi dərmanlar gətirib. QHT-nin rəhbəri Arnold Stepanyan adlı ermənidir. QHT-nin əsas donoru xaricdəki erməni lobbisidir. Onların xaricdən baha qiymətə gətirib xanım soydaşlarımıza payladığı dərmanlar sonsuzluq yaradır. Normalda həmin dərmanları Avropada yeni evlənən və qarşıdakı 10 il ərzində uşaq dünyaya gətirmək istəməyən insanlar istifadə edir. Həmin dərmanlarının bir gilə həbinin 40-60 dollar qiyməti var. Dərmanları Gürcüstanın azərbaycanlılar yaşayan əyalətlərindəki xanımlara paylamaqla onların yaxın 6-10 il ərzində dünyaya uşaq gətirmələrinin qarşısını alırlar. Arnold Stepanyan - Səbinə Talıbova işbirliyi Dəhşətlisi isə odur ki, bu planda əsas işləri Arnold Stepanyanın rəhbəri olduğu QHT-nin kordinatoru Səbinə Talıbova görür. Azərbaycanlıların yaşadığı Marneuli rayonundan olan Talıbova azərbaycanlılarla ünsiyyət quraraq evli xanımlara bu cür dərmanlar paylayır. Oğlanlar da unudulmayıb Azərbaycanın əleyhinə işləyən erməni lobbisi tərəfindən maliyələşən QHT soydaşlarımız oxuyan məktəblərdəki oğlan uşaqlarını da "yaddan çıxarmayıb". Onlara da bir neçə dəfə "qoruyucu" vasitələr paylanılıb. Yerli camaat bunu çox pis qarşılasa da, "QHT"nin bahalı dərman həblərinə "yox" deyənlərin sayı çox azdır. Səbəb odur ki, həb haqqında məlumat verərkən xanımlara "hamiləliyi önləmək üçün dərman" deməklə kifayətlənirlər. Azərbaycanlı xanımlar həmin dərmanların hamiləliyi 6-10 il ərzində önlədiyindən xəbərsizdirlər. Məsələni gündəmdə saxlayacağıq. |
2013-11-18 | 1,869 | Madonna Rusiyaya səsləndi: "Onları azad edin" | "Axar.az" saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Madonna 2 ay əvvəl Şimal dənizində Rusiyaya aid bir neft platformasında göstərdikləri nümayiş səbəbiylə həbs olunan 30 "Greenpeace" üzvünə dəstək mesajı göndərib. "Twitter"dən yayınladığı mesajda Madonna "Şimal dənizindəki nümayişə görə 30 insan indi Rusiya həbsxanasındadır. Səsinizi ucaldın ki, bu insanlar evlərinə geri dönsün", - deyib. Bildirək ki, bir gün öncə "Bitlz" qrupunun üzvü Pol Makkartni də aktivistlərin azad olunması üçün Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. |
2013-11-18 | 1,870 | Berti Foqtsun oyunqabağı tarixi çıxışı | Sabah millimiz Bişkekdə Qırğızıstan millisi ilə yoldaşlıq görüşünə çıxacaq. Sözsüz, qələbə əzmi bu oyunda prioritetdir. AFFA-nın Bişkekə apardığı jurnalistlərin birindən aldığım mötəbər məlumata görə, Berti Foqts millimizin oyunçularını yaxşı motivasiya edib. "Azəri türkünün qılıncını Qırğız türkünün başına endirəcəyik" deyən Berti müəllim hər kəsi cuşa gətirib. Alman mütəxəssis təmiz "nemes" soyuqqanlılığı ilə "millimiz Estoniyaya parlaq məğlubiyyətdən sonra daha parlaq bir nəticə əldə etməyə borcludur" deyib. "Bu, prioritet məsəslədir, qarşımıza məqsəd qoymuşuq. Bu, olmalıdır. Sergey əkə Dvoryankova başa salmalıyıq ki, futbolu necə oynayırlar. Eşitmişəm o gün bizim arxamızca danışıb. Biz onun cavabını yaşıl meydanda verəcəyik". Berti müəllim futboçuları ruhlandırmaq üçün onlara şad xəbər də sızdırıb: "Sizə sevindirici bir xəbərim var. AFFA ilə ümumi razılığa gəlmişik. Bundan sonra bütün oyunlarımızda Xoşqədəm xanım da yanımızda olacaq. Elə ki, siz oyun zamanı topu itirdiniz, Xoşqədəm xanım "Səni axtarıram"ını işə salacaq. İtən topun axtarışına çıxacaq. Düşünürəm ki, bu xanım oyun zamanı bizə topun harda və hansı vəziyyətdə olmasını bilmək üçün yardımçı ola bilər". Berti qağa yetirmələri ilə söhbət edərkən məsum və məlul baxışlarla futbolçuları seyr edərək daha sonra deyib: "Əziz və hörmətli Azərbaycan xalqına sevinc və kədəri eyni anda yaşadan mehriban, ərköyün yetirmələrim! Sizin bir şairiniz var, Cəlilabadda yaşayır, onun belə misrası var: "Bu dünyada yaxşılıqlar qalacaq!" Bəli, sən yaxşılıq elə, yaradanımız göydən baxır. Həzrət Abbas haqqı, bu dünyada "uspet" eləməsə də, o dünyada əvəzini verəcək. Eşitmişəm ki, bizim hər məğlubiyyətimizdən sonra futbol azarkeşləri sevinc içərisində "nə yaxşı oldu, 5 top buraxmadıq, 3 topla canımızı qurtardıq",- deyirlər. Baxın, bu sevinc hisslərini onlara bəxş etmək mənim ən böyük amalım, ən böyük istəyimdir". Söhbət zamanı Foqts foks göstərəcəyini də deyib: "Bıçaq sümüyə dirənib. And olsun vicdanıma və ulu Şirvinin ruhuna ki, biz estonlarda qalan heyfimizi bu dəfə o qıyıqgöz qırğız türklərindən alacağıq. Mən buna əminəm və sizə söz verirəm ki, bunun üçün heç kəsin bilmədiyi bir foks göstərəcəm. Həm də bərəkət duası yazdırmışam. Qalib gəlsək, hərənizə filan qədər mükafat vəd edirəm". Berti bu əminliklə yanaşı ehtiyatı da əldən verməyəcəyini vurğulayıb: "Ehtiyatlı igidin anası ağlamaz. Mən yerli biznesmenlərlə danışmışam. Qırğız futbolçular üçün ayrılan plastik qablardakı sulara dərman töküləcək. Suyu içəndə onlar "panos" olacaqlar. Plan baş tutsa, biz də rahat qələbə qazanacağıq. Bir də girəvə tapıb Sergey əkəyə deyəcəm ki, hücumçusu Xurşud Lütfullayev müxalifətçidir. Onda onu meydana buraxmazlar". Berti Foqts sözlərini belə tamamlayıb: "Kişi kimi oynamayanın...." |
2013-11-18 | 1,871 | Atatürk də “Kürdistan” deyibmiş – Video | Türkiyənin 8-ci prezidenti, milliyətcə kürd olan Turqut Özalın oğlu Əhməd Özal "A Xəbər" kanalında "Danışılmamış hekayələr" proqramının qonağı olub. O, atasının hakimiyyəti illərində kürd problemi ilə əlaqədar maraqlı bilgilər paylaşıb. Əhməd Özal atasının Bərzaniyə qırmızı pasport verməsi haqda danışıb və çox maraqlı açıqlamalar verib: "Bərzani İraqda ciddi problemlər yaşayırdı. Ölkə xaricinə çıxa bilmirdi. Məsud Bərzaninin atası Molla Mustafa İraqda uzun illər mübarizə aparıb. Xaricə çıxa bilmirdilər. Rəhmətlik onlara qırmızı pasport verdi. Lakin sonra atam çox hücumlara məruz qaldı. "Baldırı çılpaq əşirət başçısına pasport verərlərmi",- deyə hücumlara, təhqirlərə məruz qaldı... Biz hələ də "Kürdistan" kəlməsini istifadə edə bilmirik... Cənab Baş nazir "Kürdistan" dedi. Ancaq təbii ki, bunu ilk dəfə deyən o deyil. Cümhuriyyət tariximizdə bunu ilk dəfə olaraq Atatürk istifadə edib. Atatürk Sovet İttifaqının Xarici İşlər naziri Çiçerinə yazdığı məktubda, milli mübarizədə kürd bəylərinə yazdığı teleqraflarda "Kürdistan" deyə xitab edib. Hələ əvvəllər 1847-ci ildə Kürdistan əyalətini Sədrəzəm Mustafa Rəşid Paşa qurub. Kürdistan əyalətinin millət vəkilləri də ilk məclisdə var idi". |
2013-11-18 | 1,872 | Əliyev-Yanukoviç görüşündə önəmli mesajlar | Azərbaycan və Ukrayna arasında enerji sferasında qarşılıqlı əlaqə əsas priotetlərdən biridir. "Axar.az"ın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə bu açıqlama ilə Viktor Yanukoviç çıxış edib. Onun sözlərinə görə, Ukrayna enerji daşıyıcısı olmaqla yanaşı, həm də etibarlı təhcizatçı kimi də çıxış edir. "Energetika sahəsində əməkdaşlıq priotet məsələlərdən biridir və bizim ölkələr Avropaya doğru korbohidrogen nəqli məsələsində öz güclərini birləşdirmək üçün bütün imkanlara sahibdirlər". Ukrayna prezidentinin fikrinə görə, bu və digər məsələlərdə ölkələr arasında qarşılıqlı əlaqə hər iki ölkənin Qara və Xəzər dənizi regionunda qüvvələrini gücləndirəcək. Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində qeyd edib ki, hər iki ölkənin yanacaq energetika məsələləri kompleksində aktiv qarşılıqlı əlaqə üçün çoxlu istiqamətlər var. "Azərbaycan enerji resurslarının istehsalçısı, Ukrayna isə istehlakçısı və daşıyıcısı kimi çox ölkələrin enerji təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır və Xəzər - Qara dəniz regionunda, o cümlədən energetika sferasında qarşılıqlı əməkdaşlıq bizim birgə fəaliyyətimizin nəticəsidir". |
2013-11-20 | 1,873 | Bakıda məşhur klinika bağlandı | Bakının ən məşhur özəl klinikalarından olan Nərgiz Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb. "Axar.az"ın xəbərinə görə, klinika artıq bir neçə gündür ki, işləmir. Buna səbəb kimi klinikanın vergi borclarının olması göstərilir. Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən tibb mərkəzi ilə əlaqə saxladıq. Klinikadan faktı təsdiqləyərək bildirdilər ki, tibb müəssisəsinin fəaliyyətinin dayandırılması lisenziya müddətinin başa çatması ilə bağlıdır. "Klinika minimum bir həftədən sonra fəaliyyətini bərpa edə bilər. Bu da sənədləşmə düzəldiləndən sonra mümkün olacaq. Hazırda xəstə qəbulu tam dayandırılıb. Müəssisədə çalışan həkim heyəti isə işə çıxmır" ("Azvision.az") |
2013-11-20 | 1,874 | Dəhşətli “Facebook” virusu: qorunma yolu | Bu günlərdə "Feysbuk"da çoxlu viruslar yayılır. İstifadəçilərin "Feysbuk" hesablarına gələn virus, link olaraq görünür və üstünə basıldığı təqdirdə dost siyahısındakı hər kəsi işarələyir (təq edir). Qısa müddətdə on minlərlə adamın kompüterinə düşən virus sürətlə yayılmaqda davam edir. Linkin üzərinə basdığın an yönəldici vasitəsilə istifadəçini "dropboxusercontent" adında bir sayta istiqamətləndirən virus həmin hesabda avtomatik olaraq paylaşım edir. İstifadəçilərin üzərinə basmasıyla bu virus sahibinə pul qazandırır. Bu viruslardan necə xilas olmalı? "Feysbuk" virusuna məruz qalan istifadəçilərə: Virusdan qorunmaqçün nələrə diqqət etməli "Feysbuk" istifadəçiləri linkə basaraq fərqində olmadan kimlərəsə pul qazandırmaması üçün aşağıdakı maddələrə diqqət etməlidir: |
2013-11-20 | 1,875 | İdris Cəfərova rüşvət ittihamı | "Artıq bir aya yaxındır Avropadan hər gün mənə "ssılka" yollayan İdrisə baxıb düşünürəm ki, deyəsən quyruğu qapı arasında qalıb.. "Cəhənnəmə gedən özünə yoldaş axtarır" məsəlinə əməl edib, vaxtında dəstək olmadığın insanlardan dəstək ummağa başlamısan". "Axar.az" xəbər verir ki, bu barədə prodüser Təranə Səmədova öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, "Space"inin sabiq əməkdaşı İdris Cəfərov onu onluğa salmaq üçün prodüserdən 1000 manat rüşvət tələb edib: "Vaxtında səndən hər hansı bir iş xahiş edəndə kanalın xəbəri olmadan süjet üçün 500, klipi 10-luğa salmaq üçün 1000, radioda öz verilişində mahnı yayımlamaq üçün 200-300 manat pul tələb edirdin. Təqdim etdiyin "Bazar" verilişi də artıq tamaşaçılarda qıcıq yaratmağa başlamışdı. Artıq həmin verilişin sona yetməsinin zamanı çatmışdı. Elə düzgün də edildi ki, həmin veriliş bağlandı. Sən olduğun zamanlardan fərqli olaraq indi kanaldan insanlara daha doğma münasibət bəslənilir. Hər hansı bir verilişə çəkilmək üçün daha rahat şərtlər tətbiq edilir. İlk günlər bir az pis olmuşdum sənə görə, sonradan oturub məntiqlə düşündüm ki, kimə görə pis oluram, nəyinə görə? Vaxtında sifarişlə mənə qarşı süjet hazırlayıb, mənim həyatıma çox böyük bir zərbə vurmuş İdrisə görəmi? 2 ildən bir az çox keçmiş olar, mən insanları bağışlamağı bacarıram, amma, etdikləri pislikləri unutmuram. Sənin qurbanına çevrilmiş bir çox sənət nümayəndələri var ki, bugünkü gündə onlar da səsimə səs verəcəklər. Sən düşünürsən ki, tək deyilsən, ətrafında sənə dəstək olan dostların var. Amma bir az diqqətlə bax, ətrafında heç kim yoxdur, bu zərbəni də sən elə özün-özünə vurdun". |
2013-11-20 | 1,876 | Rusiya Gümrüdəki bazalarını genişləndirir | "Axar.az" məlumat verir ki, Rusiyanın Gümrüdəki bazalarını genişləndirməsi haqda Ermənistanın "Aykakan Jamanax" qəzeti məlumat yayıb. Qəzet, ümumiyyətlə, Gümrü şəhərinə giriş və çıxışın nəzarətə götürüləcəyini, və bununla da qapalı şəhər statusu daşıyacağı yazılıb. Məhz belə bir qərardan sonra Gümrüyə gəlib-getmək istəyən şəxslər xüsusi buraxılış vəsiqəsinə malik olmalıdırlar. "Aykakan Jamanax" bu addımın Rusiyanın ölkədə hərbi bazalarını genişləndirməsi ilə əlaqəli olduğunu deyir. Qəzet bazaların genişləndirməsi məsələsinin Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı həll olunacağını yazır. Ermənistanın müdafiə nazirliyi də artıq məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi hərbi bazaların Rusiyaya məxsus olduğu üçün belə bir məsələ ilə bağlı heç bir söz deyə bilməyəcəyini söyləyib. |
2013-11-20 | 1,877 | "Eldar Namazov MŞ rəhbərliyindən getsin" - Tələb | "Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir. Verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır. Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi, bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar". "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli "feysbuk" sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov sabiq spiker Rəsul Quliyev kimi Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edir: "Eldar Namazov müsahibəsində deyib ki, Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəkləyirdik və kampaniyada iştirak edirdik. Onun sözündən belə çıxır ki, Cəmil Həsənlinin 0,5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. Eldar Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib". Partiya sədri qeyd edib ki, Rəsul Quliyev də Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb: "Eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib. Demokratik siyasi müxalifətə münasibətdə irtica ideoloqlarının siyasi leksikonundan qətiyyən fərqlənməyən, həqarət nümayiş etdirən Rəsul Quliyev iqtidara münasibətdə nəinki loyallıq, açıq şəkildə yarınmaq taktikasına üstünlük verir ki, bu da həmin şəxsin mənəvi deqradasiyasını göstərir". |
2013-11-20 | 1,878 | Qubada partlayış baş verib - Foto | null |
2013-11-20 | 1,879 | Cəbhə xəttində atışma: itki yoxdur | Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. "Axar.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2013-11-20 | 1,880 | Sabah cəbhədə monitorinq keçiriləcək | ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 21-də cəbhə bölgəsində monitorinq keçiriləcək. "Axar.az"ın xəbərinə görə, monitoriqin keçirilməsi Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Uilyam Prayor nəzarət edəcəklər. |
2013-11-20 | 1,881 | ABŞ Liviya əsgərlərini döyüşə hazırlayır | "Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerika müdafiə şöbəsi ABŞ-ın 8 min liviyalı hərbçinin hazırlığı ilə məşğul olacağı haqda məlumat verib. Pentaqonda bildiriblər ki, missiyanın detalları hələ dəqiqləşdirilir. Lakin hərbi təlimin Liviya ərazisində baş tutmayacağı da məlumdur. Liviyadakı orqanlar ölkənin təhlükəsizlik vəziyyətini tam idarə edə bilmədiklərinə görə NATO da Liviyaya köməklik göstərir. Məlumat üçün qeyd edək ki, məhz Liviya baş nazirinin xahişi ilə ABŞ Liviya əsgərlərinə hərbi təlim keçəcək. |
2013-11-20 | 1,882 | Putin qubalı milyarderləri Rusiyadan qovur | Moskvada qubalı milyarder Qod Nisanova məxsus "Sadovod" bazarında dünən aparılan yoxlamaların ardınca bu gün yenidən bazara çox sayda OMON gətirilib. "Axar.az"ın xəbərinə görə, bu barədə AzNews.az-a Moskvadakı həmyerlilərimizin məlumat verib. Səhər saatlarından etibarən "Sadovod"da təkrar reydlər başlayıb. Bazarda çalışan qanunsuz miqrantları polis bölmələrinə aparmaq üçün əraziyə 20 avtobus gətirilib. "Sadovod"la eyni zamanda Polyankadakı ticarət mərkəzində də OMON reydlər keçirir. Həmin ticarət mərkəzinin də qubalı yəhudilərə məxsus olduğu bildirilir. Qeyd edək ki, dünən "Sadovod"da keçirilən reyddə 600 nəfər saxlanılıb ki, onların da arasında miqrantlarla yanaşı yerlilər də olub. Ötən ay isə eyni bazarda reyd zamanı 1000-ə yaxın miqrant saxlanılmışdı ki, onların da əvvəl törədilən cinayətlərdə iştirakının olub-olmdığı araşdırılırdı. Həmyerlilərimiz bir-birinin ardınca Azərbaycandan olan yəhudi iş adamlarına məxsus ticarət mərkəzlərində reydlər keçirilməsini Rusiya rəhbərliyinin həmin milyarderlərə təzyiq vasitəsi kimi qiymətləndirir. |
2013-11-20 | 1,883 | Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik | Firuz Səxavət deyiləndə unudulmaz səsi xatirə qalmış Səxavət Məmmədov yada düşür. Firuz Səxavət özü də elə Səxavətin əziz xatirəsini onun həyat və sənət yoluna işıq saldığı üçün Səxavət adını öz adı ilə birgə yaşadır. Əslində isə o məni yaşadır - Firuz Səxavət Məmmədovu yaşada bilirmi? - Qaradaşımı yaşatmaq üçün adını adıma qoşdum. Əslində isə o məni yaşadır, mən onu yox. Onu hər addımımda duyuram. Hərdən mənə elə gəlir ki, o ölməyib, azı hər an xatırlanan insan ölməz. Mən onunla tanındım. Bu yaxınlarda Firuz Səxavtin 60 illik yubleyi təntənəli şəkildə Nazirlik xətti ilə qeyd ediləcək. Mən var olduqca onun adını ucalara qaldıracağam. Qardaşıma başıaşağılıq gətirən heç bir addım atmadım, atmaram da. Sırğa taxıb, saç boyayıb, qaş aldırmazdı - Deyirsiniz qardaşım yaxşı ki, bu zəmanəyə gəlib çatmadı. Əgər bu zamanda yaşasaydı bağrı çartlayıb ölərdi. Nəyi görüb ürəyi dözməzdi? - Bunu tək mən demirəm, bütün sənət dostları deyir ki, nə yaxşı, Səxavət bu günləri görmədi. Haqsızlığı, mədəniyyətsizliyi, musiqimizin bu günə düşməsini. O, çox həssas insan idi, vətənpərvər idi, laqeydlik görəndə dəli olurdu. İndiki kişilər kimi sırğa taxıb, saç boyayıb, qaş aldırmazdı. İndi özünə kişi deyib şalvar geyinənləri görsəydi havalanardı. Cavan getməyinə üzülürəm, amma hərdən deyirəm, yaxşı ki, gözləri, qulağı, fikirləri düz getdi. Yazıq bizim halımıza. Ərindən boşanan gəlir oxuyur - İndiki oxuyanları qəbul etmirsiniz? - Nə danışırsınız, əlbəttə ki, yox. Notu bilməyən qışqırır, ərindən boşanan gəlir oxuyur, day-dayın var qurtardı. İndiki mühit başqadır, sənət, sənətkar itib. İndi ancaq "istəyirəm, mən bunu edəcəyəm" dedinsə bitdi. Amma bizim vaxtımızda "bacarıramsa, edirəm" deyərdik. Milli adətlər itib. Bu gün hansı kanalı açırsan Aygün, Röya. Ayıbdır axı, nə qədər soyunanlara baxacağıq? Azərbaycan bundan ibarət deyil axı. Bizə əvvəl tək özümüz baxırdıqsa, indi bütün dünya baxır. Gərək mentalitetimizi qoruyaq. - SMS-lə müğənni adı alanda belə olacaq deyirsiniz yəni? - Ay ölənlərin behiştlik. Evimizi "sms"lə müğənni seçməklə yıxdıq. Nə oxuyuram, necə oxuyuram, önəmli deyil. Başlayırlar peşəkar səhnədən danışmağa. Ayıbdır, utanın, özünüzü yığışdırın. - Bu gün muğama çox yer verilir. O dəyərdən sizə pay düşür? - Bu, ümumi xalq üçündürsə, mənə də pay düşür. - Sizə sponsorluq etmək istəyən olsa, qəbul edərsiniz? - Rəhmətliyin qızı, kimdir mənə sponsorluq edən. Bir də sponsorların tələbinə mən cavab vermərəm. Bu gün sponsorlar da ancaq öz işlərinə sərf edəni seçir, qazandırıb qazanır. Yəqin fikrimi anladınız. - Divarınızda Məmməd Əmin Rəsulzadənin şəkli diqqətimi çəkdi... - Mən Azərbaycan xalqının rifahı üçün xeyirli iş görən hər kəsə yaxşı münasibətdəyəm, siyasi tərəflərinə qarışımıram. Mənim o kişiyə münasibətim, fikrim yaxşıdır. - Oxuyan üçün diplom vacibdir? - Yox. Diplom oxumur ki, insan oxuyur. Diplom şərtdir. O vaxt xanəndələrimizin hansının diplomu var idi? Qanmazı apar beş diplom ver, cifayda. Sənət təsadüfi insanları sevmir, tarixin yaddaşına atmır. - Əməkdar artist adı aldınız. Fəxri adı qazanmaq üçün yaradıcılıqda hansı yenilikləri həyata keçirməyə hazırlaşırsınız? - Planlarım çoxdur, sadəcə, başım qardaşımın yubileyinə qarışıb, onu sağ-salamat həyata keçirim, sonar öz planlarımı həyata keçirməyə başlayacam. - Siz çox tanınırsınız, yoxsa Aygün Kazımova? - Aygün. İki yaşlı uşaq mənim oxuduğum qəzəli deyə bilməz ki, əlbəttə, Aygünə, Röyaya, Faiqə, Samirə qulaq asıb onu əzbər deyəcək də. Telfonlarda onlar oxuyur, televizorda onlar oxuyur. - Niyə? Onu sizdən fərqləndirən nədir? O da oxuyur, siz də. - Mən oxuyuram, o isə. Nəysə məni işə salma. Onu dinləyən tamaşaçı mənim ifamı başa düşmək üçün gərək indən belə yüz il ona qulaq asmaya ki, bəlkə məni başa düşə. Mənim reklamım var, amma Aygün Kazımova kimi deyil axı. Hansı kanalı açırsan, mütəmadi olaraq üç-beş müğənni var. Ona maraq daha çoxdur, Avropaya doğru getməyimiz evimizi yıxdı. Muğama ruhu, düşüncəsi olan adam qulaq asır, düşünmək istəmyənlər isə o biri musiqilərə üz tutur. Azadlıqla azğınlığı səhv salıblar, çox çaşıblar, hərənin ağzından bir avaz çıxır. Yaşamalı dövrdür, amma kişi ilə arvadı səhv salmalı dövr deyil. 80 faiz torpağı işğal altında olan bir millət, bu qədər səhvə yol verməklə hara gedir? - Belə başa düşdüm ki, müasirliyi qəbul etmirsiniz? - Tam əksinə, müasirliyin tərəfdarıyam, amma gərək insan özü kimi olsun. Oxşamaq istədiyimiz millətin yaxşı cəhətlərini götürək. Gəlin, bu dəqiqə gedək Avropaya, orda bizimki kimi biabırçı, lüt geyimlər görməzsən. Nə qocamız bilinir, nə cavnımız. - Konsertinizə biletləri satmırsınız, hədiyyə edirsiniz. Səbəb? - Bilirsiniz, biz elə varlı xalq deyilik. Bir-iki müğənnimizin villalalrı, bahalı maşınları varsa, o demək deyil ki, caamat da bu durumdadır. Mən 30 manata bilet satsam heç kim almayacaq, çünki mənim sponsorum, reklamım yoxdur. Mən ifamla zövq alanları başıma yığıram. İldə bir dəfə özüm də rahatlıq tapıram, tamaşaçım da. Bu enerji də bir il bəsimizdir. Yeni ilə bir gözəl konsertə hazırlaşıram. - Başqa biznesiniz var? - Yoxdur, amma düşünürəm. - Toya gedirsiniz? - Allah günümüzü toysuz eləməsin, yoxsa aqibətimiz ağlamalı olar. - Müəllim maaşı ilə dolanmaq olmaz? - Siz nə danışırsınız, heç benzin pulumuz deyil. - Toyda döyülən müğənni görmüsünüz? - Məni bu gün təsəlli edən təkcə el şənliklərində bizə, ifamıza qoyulan hörmətdir. O biri estrada oxuyanlar gəlir, inanın işıqlar sönür, ana-balanı, ər-arvadı tanımır. Mən ifa edəndə hamının ağzı açıq qalır, düşünür. Döyülən yox, təhqir olunub, ifası verilmədən qovulan olub. - Gənclərə yazığınız gəlmir ki, belə musiqi ilə hara gedirlər? - Gənclərə yox, gələcəyimizə yazığım gəlir ki, gör Azərbaycanı kimlərin əlində qoyub gedirik. Foto: Emin Nihil |
2013-11-20 | 1,884 | Zakir Həsənov Hikmət Xalıqovun qardaşına da vəzifə verdi | Müdafiə Nazirliyində daha bir kadr islahatı həyata keçirilib. "Axar.az"ın xəbərinə görə, bu dəfə 10 il Türkiyədə hərbi attaşe olmuş hazırda İşlər İdarəsinin rəisi vəzifəsini tutan polkovnik Baxış Ələkbərovu vəzifəsindən uzaqlaşdırılıb. Polkovnik istefa raportu yazaraq ordudan təxris olunmasını istəyib və yeni nazir Zakir Həsənov onun arzusunu gerçəkləşdirib. Məlumata görə, Baxış Ələkbərovun yerinə bir neçə gün öncə Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini gətirilən Hikmət Xalıqovun qardaşı təyin edilib ("Qafqazinfo.az"). |
2013-11-20 | 1,885 | Çinin 200 min zəhərli oyuncağı müsadirə olunub | Amerikalı gömrükçülər Çindən gələn 200 mindən çox oyuncağı müsadirə edib. Əməliyyat Sərhəd xidməti və İstehlak mallarının təhlükəsizliyi komissiyası ilə birgə keçirilib. Tərkibində zəhərli maddələr olan bu oyuncaqlar sağlamlıq üçün çox zərərlidir və ABŞ-a girişi qadağandır. Zəhərli oyuncaqlar Çikaqo, Los Anceles, Norfolk, Memfis, Dallas və başqa limanlarda saxlanılıb. Müsadirə olunmuş malın qiyməti 500 min dollardan çoxdur. |
2013-11-20 | 1,886 | İsraillə Azərbaycan arasında sadələşmiş viza qərarı yoxdur – Rəsmi | "İsraillə Azərbaycan arasında sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı qərar yoxdur, olsa, təbii ki, bunu ictimailəşdirəcəyik. Biz diplomatik və xidməti pasportlar üçün sadələşdirilmiş viza rejimini bir çox ölkələrlə, o cümlədən də Avropa ölkələri ilə həyata keçiririk". Bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın yaxın zamanlarda iki ölkə arasında sadələşdirilmiş viza rejiminin tətbiqinə dair müqavilə imzalanacağını ilə bağlı fikrinə münasibət bildirən XİN mətbuat katibi Elman Abdullayev dedi. Abdullayev həmçinin sadələşdirilmiş viza rejimini qonşu ölkələrlə də tətbiq etdiklərini qeyd etdi: "Onu da bildirim ki, xüsusilə diplomatik və xidməti pasportlar üçün sadələşdirilmiş viza rejimi Türkiyə və İranla da tədbiq olunur". |
2013-11-20 | 1,887 | Britaniya Azərbaycan Hüquq Assosiasiyası təsis edilib | Britaniya Azərbaycan Hüquq Assosiasiyası (BAHA) təsis olunub. Bu Assosiasiya İngiltərə və Uels Hüquq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının dəstəyi ilə Londonda təsis edilmişdir. Bakı Hüquq Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Briyaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir. Londonda assosiasiyanın təsis olunması ilə bağlı tədbir Azərbaycanda və Birləşmiş Krallıqda fəaliyyət göstərən hüquq şirkətlərinin, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı və dəstəyi ilə keçirilmişdir. Tədbirin səhər hissəsi tanınmış hüquq şirkətlərindən biri olan Withers LLP şirkətinin London şəhərinin hüquq mərkəzi hesab olunan Old Bailey küçəsindəki ofisində baş tutdu. Tədbirə şirkətin tərəfdaşlarından olan Andryu Terri sədrlik edirdi. A.Terri vergi sistemləri barədə təqdimatla çıxış edərək Azərbaycanda mövcud olan vergi sisteminin önəmli məqamlarına toxundu. A.Terrinin təqdimatından sonra BHM Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Gülşən Həsənova "Azərbaycanın məhkəmə-hüquq sistemi və son islahatlar" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda keçmiş Sovet dövründən Azərbaycana miras qalan məhkəmə sisteminin köklü şəkildə dəyişməsi, ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sisteminin yaradılması və məhkəmə-hüquq sistemində aparılmış son islahatlar, Azərbaycan Respublikasının hüquq sistemi ilə Birləşmiş Krallığın hüquq sistemləri arasındakı fərqlər barədə geniş məlumat verildi. Təqdimat Birləşmiş Krallığın hüquqşünaslarının dərin marağına səbəb olmuşdur. Ekvita MMC-nin direktoru İlqar Mehdi neft və qaz sektorunu tənzimləyən qanunvericlik, o cümlədən, Hasilatın Pay Bölgüsü haqqında Sazişlər barədə məlumat verdi. Tədbirin səhər hissəsini qiymətli kağızlar bazarı haqqında təqdimatla çıxış edən White&Case şirkətinin hüquq məsləhətçisi Chris Norte yekunlaşdırdı. Səhər tədbiri başa çatdıqdan sonra azərbaycanlı hüquqşünaslardan ibarət nümayəndə heyəti məşhur Rolls Building və Kral Ədalət Məhkəməsinin (Royal Courts of Justice) binalarını ziyarət etdilər. Tədbirin beynəlxalq mübahisələrin həllinə həsr edilmiş ikinci hissəsi İngiltərə və Uels Hüquq Cəmiyyətinin Chancery Lane ünvanında yerləşən binasında baş tutdu. Tədbir Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının sədri Adrian Haqesin sədrliyi altında keçdi. Tədbirin bu hissəsində Winston&Strawn, Withers LLP və 39 Essex Street Chambers (Londonun 39 Essex küçəsində yerləşən məşhur hüquq Palatası), Ekvita MMC-nin nümayəndələri beynəlxalq kommersiya arbitrajı, investisiya arbitrajı, Londonda mübahisələrin həlli, xarici arbitraj qərarlarının tanınması və icrası haqqında təqdimatlarla çıxış etdilər. Britaniya Azərbaycan Hüquq Assosiyasiyasının təsis edilməsi ilə əlaqədar keçirilən axşam ziyafətində İngiltərə və Uels Hüquq Cəmiyyətinin prezidenti Nikolas Flak giriş sözü ilə çıxış etdi. O, tədbirin bütün iştirakçılarını salamladı, Azərbaycandan Londona təşrif buyurmuş hüquqşünaslara xüsusi minnətdarlığını bildirdi və yeni təsis edilmiş BAHA-nın iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi. Axşam ziyafətində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov tarixə nəzər salaraq, hüquq sahəsinin bütün dövlətlər üçün əhəmiyyətini vurğulamış və bununla bağlı təcrübə mübadiləsinin aktuallaşdığını diqqətə çatdırmışdır. Ölkələr arasındakı sıx əməkdaşlıq əlaqələrindən bəhs edən F.Qurbanov bütün sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirmişdir. Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əlaqələrə toxunan səfir respublikamızın uğurlarından, Britaniya şirkətlərinin ölkəmizdəki fəaliyyətindən, dünya əhəmiyyətli layihələrdə birgə iştirakdan bəhs etmişdir. O vurğulamışdır ki, iqtisadi sahədə genişlənməkdə olan əməkdaşlıq hər iki ölkənin hüquqşünasları arasında da sıx münasibətlər yaranmasını gündəmə gətirir. Məhz bu səbəbdən BAHA-nın Britaniya və Azərbaycan hüquq şirkətləri arasında əməkdaşlıq əlaqələrini təşviq edəcəyinə, ikitərəfli iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid bəslədiyini ifadə etmişdir. BAHA-nın sədri Adrian Haqes Assosiasiyanın fəaliyyətinin vacibliyini vurğulayaraq onun hər iki ölkə arasında peşəkar hüquqşünasların təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. A.Haqes, həmçinin qurumun ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında da özünəməxsus rol oynayacağına əminliyini dilə gətirmişdir. BAHA-nın sədr müavini Rəvan Məhərrəmov Assosiasiyanın fəaliyyəti və gələcək planları haqqında məlumat vermiş, Assosiasiyanın təsis edilməsində dəstəyini əsirgəməyən təşkilatlara və bütün iştirakçılara minnətdarlığını bildirmişdir. |
2013-11-20 | 1,888 | Heydər Əliyevin məxfi poçtu yalnız məndən keçirdi... | Heydər Əliyevin gənc kadrı – Eldar Namazov - Eldar Namazov Əliyev hakimiyyətinin şərti olaraq "beyin mərkəzi" adlandırdığımız şəbəkəsinin tərkibində olan şəxslərdən biri sayılırdı və səhv etmirəmsə, orda sizin qohumunuz Dilarə xanım da var. Yeri gəlmişkən, Dilarə xanım sizin bibinizdir? - Bibim deyil, amma yaxın qohumuq. - Dilarə xanım indi də hakimiyyətlə çalışır... Onda belə bir təsəvvür yaranmışdı ki, həmin o mərkəzdə informasiya toplanır, təhlil olunur, hazırlanır. Həm də ora təbliğat daxiliydi, təbii ki, ona görə sizə media qurmağa imkan tanınmışdı. Bizimçün çox maraqlıdır, Eldar Namazov o ideoloji mərkəzdə hansı təkilfləri verib? - Bilirsiz, burda bir balaca çəkdiyiniz çərçivəni korrektə eləmək lazımdır. Əslinə qalsa, orda iki ideoloji mərkəz var idi. Rəsmi vəzifə bölgüsünə görə bizdə ictimai-siyasi şöbə daxil olmaqla bir ideoloji xətt vardı, ona Aparatın rəhbəri başçılıq edirdi. Hər həftənin beşinci günü Prezident Aparatında iclas keçirilirdi və mətbuat da o iclaslarda təmsil olunurdu, təlimatlandırılırdı. Orda həftəlik planlar tutulurdu. Ancaq nə mən, nə də mənim yaratdığım KİV-lər - "Space" telekanalı, "Panorama" qəzeti, "Ekskluziv İnformasiya Agentliyi" - o tədbirlərdə iştirak edirdik. Bir dəfə Heydər Əliyev dedi ki... Bir dəfə Heydər Əliyev dedi ki, sənin iclaslarda iştirak etməməyin və media qurumlarını digərləri ilə uzlaşdırmamağından şikayətlər var, get, orda iştirak elə. İştirak etdim və bu, cəmi bir dəfə oldu. Sonra Heydər Əliyevə dedim ki, əgər icazə versəniz, mən yenə köhnə qaydada öz işimi davam etdirərəm. O da etiraz eləmədi. Həmin illərdə "Panorama" qəzeti ölkədə ən çox oxunan qəzetlərin birinə çevrilmişdi. "Panorama" qəzeti "Yeni Nəsil"in keçirdiyi sorğuda qəflətən aparıcı yerlərin birinə çıxmışdı. Həmin dövrdə Prezident Aparatında bir çox qəzetlər çıxırdı. Amma həmin siyahıda heç 20-ci yerdə də yox idilər. Hətta Prezident Aparatının təhlükəsizlik üzrə iclaslarında bəzi məmurlar "Panorama"nın kimə işlədiyini bilmədiklərini dedilər. Mən də belə söhbətlərə hazır idim. Həmin söhbətlər açılan zaman stolun üstünə "Qasid"in aylıq hesabatlarını qoydum. Bakıda bir gündə 10-15 min arası "Panorama"nın nüsxəsi satılırdı. Ancaq məni tənqid edənlərin rəhbərlik etdiyi qəzetlərin aylıq satış hesabatını prezidentə göstərdim - cəmi 60-70 dənə satılmışdı. Ona görə də belə iradları qəbul etmirdim. Heydər Əliyev mürəkkəb siyasətçi idi - Və Heydər Əliyev də sizi müdafiə edirdi. Maraqlıdır, Heydər Əliyevin stavka etdiyi gənc siyasətçi niyə o komandadan ayrıldı? Ümumiyyətlə, onun sizlə iş prinsipini necə xarakterizə edərdiniz? - Heydər Əliyev mürəkkəb siyasətçi idi. Heydər Əliyev bütün sahələrdə - daxili və xarici siyasətdə çalışırdı ki, müxtəlif, çoxşaxəli yanaşmalardan istifadə etsin. Misalçün, xarici siyasətdə görürdük ki, o, həm Avropa, həm Amerikayla, eyni zamanda, Yeltsinlə hələ "Politbiro"nun dövründən münasibətlərinin pis olmasına baxmayaraq, Rusiya ilə stabil siyasət qurdu. Daxili siyasətdə də Heydər Əliyevin müxalifətin azadlıqlarını əlindən almadığını görürdüm. O dövrlər şəhərin mərkəzində mitinqlər olurdu, müxalifət liderlərinin telekanallara yolu bağlanmamışdı. Mətbuat azad idi. Yəni onun bir məşhur ifadəsi vardı: yanında çalışan bəzi məmurların sərt təkliflərinə qiymət verəndə deyirdi ki, "Əzizlərim, Politbüro indi Moskvada deyil, Vaşinqtondadır. Odur ki, nəzərə alın". Yenə deyirəm, o, daha geniş təbəqələrlə iş qururdu. - Yəni siz də dolayısı ilə Lalə Şövkətin Heydər Əliyevi müxalifət liderlərindən üstün tutması ilə bağlı son açıqlamasını bölüşürsünüz? - Lalə xanımın o açıqlamasından xəbərsizəm. - Onda öz münasibətiniz: Heydər Əliyevi necə ümumiləşdirərdiniz? - Bu barədə yuxarıda fikirlərimi təxminən dedim... Bilirsiz, bir dəfə ABŞ-da oxuyub gələn gənclərlə bizim görüşümüz oldu. Ora məni və ABŞ-ın o vaxtkı səfiri Rino Harnişi dəvət etmişdilər. Və məndən Heydər Əliyevdən ayrılma səbəbini soruşdular. Mən onlara burda həm insanların yaş, həyat təcrübəsi, həm də dünyagörüşünü nəzərə alınmalı olduğunu dedim. - Sizə gənc olmağınıza baxmayaraq, böyük imkanlar tanımışdı Heydər Əliyev... - Heydər Əliyevin sahələr üzrə köməkçiləri yox idi və mən hər şeyə cavabdeh idim. Daxili, xarici siyasət, hətta iqtisadi məsələlərlə bağlı müşavirələr olanda belə məni dəvət edirdi. Hətta Təhlükəsizlik Şurası yaradılandan sonra məmurlardan biri dedi ki, fərmanda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulub. Heydər Əliyev dedi ki, buna ehtiyac yoxdur, Eldar Namazov bu vəzifənin də öhdəsindən gələcək. Məni prezidentin adından Lalə Şövkət dəvət eləmişdi - Onunla işləməyə özü dəvət etmişdi sizi? - Məni ora prezidentin adından Lalə Şövkət dəvət eləmişdi. Lalə xanım o vaxt dedi ki, prezident sizin ona köməkçisi olmağınızı təklif edir, mən isə daxili məsələlər üzrə dövlət müşaviri vəzifəsini qəbul etmənizi istərdim. Lalə xanıma təşəkkür etdim və hər iki təklifdən imtina etdiyimi bildirdim. Bunun səbəbini heç vaxt dövlət işlərində çalışmamağımla və həmişə müstəqil insan olmağımla əlaqələndirdim. O, çox təcrübəli psixoloq idi... - Heydər Əliyevin adı ilə çağırılırdızsa, demək, hardansa sizi tanıyırdı və ya üz-üzə gəlmişdiz. Bəlkə, Dilarə xanımın təşəbbüsü olub? - Yox, özü tanıyırdı... Lalə xanım həmin vaxt Heydər Əliyevə zəng eləyib dedi ki, Eldar mənim yanımdadır, amma hər iki vəzifədən imtina edir. Sonra Heydər Əliyev məni kabinetinə çağırdı. Onu da deyim ki, o, çox təcrübəli psixoloq idi. Məni görəndə məsələni başqa cür qoyaraq, niyə belə məsuliyyətli durumda işləmək istəmədiyimi soruşdu. Və sözünə belə başladı: "Bir tərəfdən ermənilərin hücumları gedir, bir tərəfdən daxildə siyasət gərgindir, Xalq Cəbhəsi də məni dəvət elədi bura, indi də vəzifələrini dondurublar. Ölkədə bir sabitlik yaratmaq lazımdır, sən də deyirsən yox, işləmək istəmirəm". Mən də dedim ki, cənab prezident, məsuliyyətdən qaçmıram, sadəcə, bu məsuliyyəti dərk edirəm, çünki mənə mühüm dövlət postlarını təklif edirsiniz, mənsə təcrübəsizəm. Lalə xanım deyir ki, dövlət müşaviri kimi 4-5 nazirliyə rəhbərlik edəcəksən, siz isə bütün müstəvilərdə köməkçiniz olmağımı istəyirsiniz. Mən bu məsuliyyəti dərk edirəm, ona görə də deyirəm ki, daha təcrübəli birini cəlb edəsiniz. O da Lalə xanıma zəng elədi ki, daha hansı vəzifələr var? Lalə xanım prezidentə vəzifələri sadaladıqca mən bir-bir imtina edirdim. Axırda gəldi analitik xidmətin rəhbəri. Dedim ki, cənab prezident, mən elə özüm analitik mərkəzin rəhbəriyəm. O vaxtlar mənim rəhbərlik etdiyim mərkəzdə Tofiq Zülfüqarov və Leyla Əliyeva kimi siyasi analitiklər çalışırdı. Təbii ki, mən prezidentin təklif etdiyi bu posta razılaşdım. Həmin günü məni analitik xidmətin rəhbəri təyin elədi. 2-3 həftədən sonra da məni çağırıb dedi ki, noldu, təcrübə topladın? Dedim ki, cənab prezident, 2-3 həftəyə necə təcrübə toplaya bilərəm? Bundan sonra prezidentin səfərlərində onu müşayiət eləməyə başladım. Hardasa 94-cü ilin yaz aylarında məni kabinetinə çağıraraq yeni vəzifəyə təyin etdi və prezidentin köməkçisi olaraq çalışmağa başladım. - Sizi siyasətçi və kadr kimi yetişdirən bir adamdan könüllü ayrılmağınız belə bir rəy yaratmışdı o zamanlar: yəqin ki, bu istefa razılaşdırılıb. - Yox, bunlar şayiədir. - İstefa ərizənizin üstünü yazmamış Heydər Əliyev sizinlə görüşdümü? - Yox, mən elə həmin gün ordan getdim. Sadəcə olaraq, dövlət məmurları iki dəfə mənimlə söhbətə gəldilər. Onlara qərarımın qəti olduğunu bildirdim. Onların dediyinə görə, Heydər Əliyev deyib ki: "Eldara çatdırın ki, ya mənimlə dost ola bilər, ya da düşmən. O da seçimini etsin, əgər dostdursa, qayıtsın". Mən də dedim ki, Heydər Əliyevi heç vaxt özümə düşmən saymaram, amma o komandayla işləyə bilmərəm. - Demək ki, söhbət komandanın hansısa məmurundan gedir, Heydər Əliyevlə heç bir narazılığınız olmayıb. - Bəli. - O komandada işləmək istəmədiyiniz kim və ya kimlər idi? - Ad çəkməyə ehtiyac görmürəm. Amma onlar ölkədə islahatların getməsinə mane olan adamlar idi. - Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov Heydər Əliyev xarici siyasətini beynəlxalq aləmdə təmsil edən üç nüfuzlu diplomat hesab olunurdu. Amma hər üçünüz eyni vaxtda istefa verdiniz. Bu hadisə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ilkin razılıq əldə olunması ilə eyni vaxta təsadüf etdi. İstefadan sonra isə siz susdunuz və istefanızın əsas mahiyyətindən danışmadınız. - Bir neçə məqamı qeyd etmək istəyirəm. Bir müddət bu sualın cavabını ictimailəşdirməməyimizin bir səbəbi var idi - söhbət qapalı gedən danışıqlar idi. Qarabağ ətrafında gedən danışıqların hamısı məxfi idi. Təsəvvür edin ki, prezidentin məxfi poçtu yalnız məndən keçir. Biz Heydər Əliyevlə xaricdə səfərlərdə olanda heç kimin həmin sənədləri oxumağa ixtiyarı yox idi. Yəni belə vəzifədə çalışan insanların həm qanun qarşısında, həm də vicdanı qarşısında mənəvi məsuliyyəti olur. Dövlət sirrinə aid olan məsələləri biz ictimaiyyətə açıqlamırıq. İkinci səbəbi də Azərbaycanın mövqeyinin zəifləməməsi üçün hansısa detalı ictimailəşdirməyi əsassız hesab edirdik. Bunu etmək mövqeyimizə də zərər edəcəkdi. Bir az məsələ ATƏT-in İstanbul sammitində dəyişdi. Həmin sammitin rəsmi qərarlarında yazılmışdı ki, bu sammitdə Qarabağ münaqişəsinin həlli yönündə razılıq əldə olunmalıdır. Ancaq Azərbaycanda üç vəzifəli şəxsin istefaya getməsi və Yerevanda parlament binasında baş vermiş güllələnmə bu razılaşmanın əldə olunmasına mane oldu. Bu yalnız ATƏT-in sənədlərində öz əksini tapdıqdan sonra biz istefamızın səbəbini açıqlaya bildik. Bəli, bizim istefamız Qarabağ məsələsi ilə bağlı idi. Amma bir məsələni vurğulamaq istəyirəm ki, Vəfa Quluzadə və Tofiq Zülfüqarov xarici siyasətə baxırdılar, amma mən həm xarici, həm də daxili siyasətə nəzarət edirdim. Mənim istefamın ilkin səbəbi də daxili siyasətə aid olan narazılıqlar idi. Bir məqamı da vurğulayım ki, mən ilk dəfə istefa ərizəmi 1999-cu ilin axırında yox, həmin ilin əvvəlində yazmışam. Onda nə Vəfa Quluzadə, nə də Tofiq Zülfüqarov istefaya getməyə hazırlaşırdı. Sadəcə, o vaxt Heydər Əliyev bərk xəstələndiyinə görə ondan ayrılıb gedə bilmədim. Yəni onda getməyimi mənəvi cəhətdən düzgün saymadım. - Deyirsiz ki, ATƏT-in sənədlərində münaqişənin həlli olumamasına səbəb kimi Ermənistan parlamentindəki terror aktı və Azərbaycanın 3 nüfuzlu diplomatının istefası göstərilib. Ermənistandakı terror aktını Rusiyanın həyata keçirdiyi hələ o vaxtlar da heç kimdə şübhə doğurmurdu. Yəni Rusiya münaqişənin həllində maraqlı deyildi. Amma eyni vaxtda siz də istefaya getdiniz və bunu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmaması ilə əsaslandırdız. O zaman məntiqlə belə düşünmək olar ki, dolayısı ilə Rusiyanın maraqlarına xidmət edirdiniz? - Çox məntiqli sual verirsiniz, onun da eyni məntiqli cavabı var. Rusiya bizdən fərqli olaraq ümumiyyətlə münaqişənin həllində maraqlı deyildi. Çünki münaqişə həll olunsaydı, region onların əlindən çıxıb ABŞ-in əlinə keçəcəkdi. Amma bizi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməməsi narahat edirdi. Yəni hadisələr üst-üstə düşsə də, fərqli səbəblərdən baş verdi. Müsahibənin əvvəli burada |
2013-11-20 | 1,889 | Vladimir Nikişin: "Rusiya Azərbaycana qarşı vuruşmayacaq" | Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana qarşı çıxış edə bilməz. "Axar.az"ın "1in.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə təşkilatın sədr müavini Vladimir Nikişin çıxış edib. O, Ermənistanla müttəfiq olmalarına rəğmən, Azərbaycana qarşı çıxış etməyin mümkünsüzlüyünü bildirib. Səbəb kimi isə Azərbaycanın postsovet məkanının nümayəndəsi olması və onlarla partnyor olmalarını göstərib. General-mayor həmçinin postsovet ölkələrinə qarşı çıxmağın heç vaxt mümkün olmayacağını deyib. |
2013-11-20 | 1,890 | 12 illik tədrisə keçid bizə lazımdırmı? – Təhlillər | Yeni qəbul edilən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ətrafında müzakirələr davam edir. Burada təhsilin bütün pillələrini əhatə edən vacib məsələlər öz əksini tapıb. Ən çox diqqət çəkən məqamlardan biri ümumi orta təhsil müddətinin daha bir il artırılması məsələsidir. Təhsil Nazirliyindən "Axar.az"a verilən açıqlamada bildirilib ki, hazırda Hazirlikdə 12 illik təhsil sisteminə keçidlə bağlı müzakirələr aparılır. Bunun nəticəsi olaraq fəaliyyət planı hazırlanacaq və mərhələli surətdə həyata keçiriləcək. Qeyd edək ki, Strategiyanın əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyətcə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün geniş Fəaliyyət Planı da hazırlanacaq və 2014-cü ilin mart ayından etibarən həyata keçirilməyə başlanacaq. Son 2 il ixtisaslara bölünəcək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumdaxili məhsulun 3–6 faiz artımına gətirib çıxarır. Hazırda bir çox inkişaf etmiş ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 ildir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. Artıq ölkəmizdə də 12 illik təhsil sisteminə keçid məsələsi ilə bağlı hədəflər müəyyənləşdirilib. Azərbaycan yeni təhsil sisteminə mərhələli şəkildə keçəcək. Burada 10 il icbari təhsil, 2 il tam orta təhsil formasında olacaq. Bu sistemə keçmək üçün müəllimlərin səviyyəsinın artırılması və onların əməyinin qiymətləndirilməsinə üstünlük veriləcək. Həmçinin, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək. Eyni zamanda mövcud təhsil standartları və kurikulumlar yenilənəcək, dərsliklər təzələnəcək, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanacaq. Ekspertlərin fikrincə, hazırda qiymətləndirmə olmadığı üçün maaşların ümumi şəkildə artırılması heç bir nəticə vermir. Direktorlar da buna o qədər həvəsli deyil. Ona görə də yeni Təhsil Stretegiyasında idarəetmə sistemi, maliyyələşmə məsələlərinin məktəblərə verilməsi nəzərdə tutulur. Bütün bunların reallaşması üçün müxtəlif təbəqələri yeni sistemə hazırlaşdırmaq lazımdır. "Bunu alqışlamaq lazımdır" "Axar.az"a açıqlamasında BDU-nun professoru Şahlar Əsgərov əvvəllər 12 illik tam orta təhsil sisteminə keçidin əleyhinə olduğunu bildirdi: "Açığını deyim ki, 7-8 il bundan əvvəl mən bu məsələnin əleyhinə idim. O zaman 12 illik üçün canfəşanlıq edənlər hesab edirdilər ki, məktəbə yeni müəllim götürəcəklər və bu işdə maddi maraqları var idi. Mən bu səbəbdən bu təklifin əleyhinə çıxırdım. Ancaq qeyd edim ki, dövlət öz gənclərinin təhsilini nə qədər çox öz boynuna çəkirsə, bu, ölkə üçün bir o qədər şərəflidir. 11 illik təhsillə müqayisədə 12 illik təhsil daha yaxşıdır. Yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin cəmindən çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var". Bu böyük dəyişiklikləri 11 ilə tədris etməyin mümkün olmadığını deyən Ş.Əsgərovun fikrincə, təhsil müddətinin artırılmasının səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir: "Bunu alqışlamaq lazımdır. İstərdim ki, gənclərimiz orta məktəbi qurtaranda ən azından iki xarici dil bilsinlər. Bu məsələdə uğur qazanmaq üçün əsas təminat adambaşına düşən ümumdaxili məhsuldur". Monopoliya aradan qaldırılmalıdır Ekspertlər tam orta təhsilin dövlət vəsaiti hesabına verilməsinin tərəfdarıdır. Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıxlı da hesab edir ki, orta təhsil müddətinin artırılması ölkə üçün savadlı mütəxəssislərin yetişdirilməsində faydalı olar: "Dünya təcrübəsində 12 illik tam orta təhsil sistemi mövcuddur. Burada 4 il ibtidai, 10 il orta, son 2 il isə tam orta təhsil mərhələsi kimi götürülür. Sonuncu pillə əsasən, ali məktəblərə abituriyent hazırlanması üçün nəzərdə tutulur. Yeni Strategiyaya görə, bizdə də bu modelə uyğun bir sistem qurmaq planlaşdırılır. Lakin bütün bu məsələlər elmi cəhətdən əsaslandırılmalıdır". Ə.Sadıxlı daha sonra qeyd edib ki, kurikulum, dərslik və digər metodiki vəsaitlər bir-birinə uyğun hazırlanmalıdır. Bütün bunlar düzgün əsaslandırılmış və əlaqəli formada qurulmazsa, yeni sistemə keçid mənfi nəticələr verə bilər. Ə.Sadıxlının fikrincə, dərslik və proqramların hazırlanmasında bərabərlik prinsipləri gözlənilməlidir: "Əgər bundan sonra da tanışlıq, qohumluq və digər vasitələrlə dərsliklər rəy alıb çap olunacaqsa, bu cür monopoliya işin ziyanına olacaq. Təhsildə yenilik etmək üçün ilk növbədə bu hallar aradan qaldırılmalıdır. Elmi metodologiyaya əsaslanan ən keyfiyyətli dərsliklər istifadəyə verilərsə, 12 illik tədrisin nəticələri yüksək ola bilər". Ekspert hesab edir ki, təhsil müddətinin uzadılması olanların hərbi xidmətə çağırış yaşının artırılmasını tələb edir. Qeyd edək ki, hazırda bu məsələ də hökumətdə müzakirə olunur. |
2013-11-20 | 1,891 | Fransa İsraillə Fələstini birləşdirir | İsrailə rəsmi səfər edən Fransa prezidenti Fransua Olland İsrail dövlət başçısı Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşüb. "Paytaxtları Qüds olan İsrail və Fələstin dövlətləri yaradılmalıdır",- "Axar.az"ın xəbərinə görə, bu sözləri iki görüşün nəticələrinə yekun olaraq Fransa prezidenti F.Olland deyib. İsraillə Fələstin arasındakı problemin həlli yolunu Ərəb ölkələri ilə İsrail arasında sülhün əldə olunmasında görən Olland, "Problemli məsələlər həll edilməli, həlli mümkün olmayan məsələlər davamlı olaraq müzakirə edilməməlidir", - deyib. |
2013-11-20 | 1,892 | “Azadlıq” yardım kampaniyasında 20 min manat yığıb | "Azadlıq" qəzetinə rəhbərlik edən baş redaktorun birinci müavini Rahim Hacıyev məlumat yayıb. Məlumatda bildirilir ki, yardım kampaniyası çərçivəsində 20 min manat məbləğində maliyyə vəsaiti toplanıb: "Toplanan vəsaitin 14 min manatı nəşriyyata ödənildikdən sonra qəzetin çapına imkan verildi. Qalan 6 min manat redaksiyanın kollektivə olan böyük məbləğdə borcunun qismən ödənilməsinə sərf edildi ("Media forum"). Dərin təəssüflə bildirirəm ki, vəziyyət ağır olaraq qalır. Qəzet satışdan heç bir vəsait əldə etmir. Satışdan gələn maliyyə vəsaitləri məhkəmə cərimələrinin ödənilməsinə yönəldilir. "Azərbaycan" nəşriyyatına isə qəzetin borcu 12 min manatdır. Mən "Azadlıq" qəzetinin kollektivi adından yardım göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Bununla yanaşı vəziyyətin kritik olduğunu nəzərə alaraq ictimaiyyəti "Azadlıq" qəzetinə bundan sonra da dəstəyini əsirgəməməyə çağırıram". |
2013-11-20 | 1,893 | Əliyevin Ukrayna səfəri zamanı qarışıqlıq həyəcanı - Özəl | Ukraynanın Odessa şəhərində yerli vətəndaşların azərabaycanlılara qarşı münasibətində gərginlik yaranıb. "Axar.az" məlumat verir ki, münasibətlərin pisləşməsi Odessada təhsil alan azərbaycanlı tələbələrdən birinin yerli vətəndaşı ürək nahiyəsindən bıçaqla vurmasından sonra başlayıb. Artıq bölgədə vəziyyət gərginləşib. Hadisənin Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı baş verməsi yerli hakimiyyətin işə qarışmasına səbəb olub. Odessada yaşayan azərbaycanlılardan aldığımız məlumata görə, cinayətdən sonra vətəndaşlarımız küçəyə çıxmağa ehtiyat edirlər. Buna səbəb kimi isə artıq Odessada yerli camaatla soyadaşlarımız arasında münasibətlərin pişləşməsi göstərilir. Elə həmin gün Ukrayna hakimiyyəti Azərbaycan prezidentinin ölkədə olması münasibətiylə bölgədə qarışıqlıq yaranmaması üçün Odessaya xüsusi təyinatlı dəstələr göndərib. Onların bölgəyə nəzarət etmələrinə baxmayaraq, təhlükə hələ də sovuşmayıb. Yerli hakimiyyət skinhetlərin istənilən zaman insident törədəcəyindən ehtiyat edir. Bununla yanaşı baş vermiş cinayət hadisəsi ölkənin aparıcı KİV-lərində də yer almayıb. Yalnız kiçik yerli mətbuat orqanlarında bununla bağlı xəbərləri müşahidə etmək olar. Buna səbəb kimi isə Yanukoviç hakimiyyətinin mediaya təzyiqi göstərilir. Xatırladaq ki, bu, neofaşistlərlə miqrantlar arasında münasibətlərin qızışması ilə bağlı ilk belə fakt deyil. Hələ noyabrın 16-da paytaxt Kiyevdə skinherdlər Rusiyadan gəlmiş yoldaşları ilə birgə Qızıl Ordu küçəsində "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" şüarları ilə aksiya keçirmişdilər. Bununla yanaşı, ukraynalı hüquq müdafiəçisi Vyaçeslav Lixaçov da ölkədə skinhedlərin fəallaşması ilə bağlı faktı təsdiq edib. Ekspert Kiyev və Sum şəhərlərində azərbaycanlılara qarşı hücumları müşahidə etdiyini "Axar.az"a söyləyib. O, xüsusilə ayın 17-də Sum Tibb Universitetində təhsil alan qafqazlı tələbələrə qarşı hücumu vurğulayıb. V.Lixaçov hücum nəticəsində bir azərbaycanlı tələbənin yarlandığını bildirib. |
2013-11-20 | 1,894 | Ramzan Kadırov İordaniyada şoka düşdü - Video | Rusiya tərəfindən illərlə qətliama uğrayan Çeçenistanda Rusiya tərəfində olduğu üçün hakimiyyətə gətirilən Ramzan Kadırov İordaniyada qatıldığı bir toplantıda şok vəziyyətinə düşüb. Rusiyanın işğalından İordaniyaya sığınan çeçenlərə Çeçenistana qayıtmaları üçün çağırış edən Kadırovun açıqlamaları çox təəccüblü olub. Həmin dialoqu təqdim edirik: |
2013-11-20 | 1,895 | Taksofonların hərbidə tətbiqi kimin marağındadır? – Rəy | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinə verdiyi tapşırıqda regioanlarda yerləşən bütün hərbi hissələrə taksofon quraşdırılacağı bildirilib. Tapşırıqda göstərilir ki, 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrinə şəhərlərarası taksofonların quraşdırılması başa çatdırılmalıdır. Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "Axar.az"a açıqlamasında taksofonların quraşdırılmasının nə dərəcədə müsbət addım olmasına aydınlıq gətirdi: "Doğrusu, mən bu xəbəri bir qədər öncə eşitdim və eşitdiyim anda bu xəbər məndə təəccüb doğurdu. Başa düşürəm ki, Müdafiə naziri hörmətli Zakir Həsənov vaxtilə Daxili Qoşunların komandanı olarkən onlarda belə bir praktika mövcud idi. Bu yolla da əsgərlər öz yaxınları və doğmaları ilə əlaqə yarada bilirdilər. Amma bu qərarın Müdafiə Nazirliyində təsdiq edilməsi prosesində son dərəcə diqqətli olmaq lazımdır. Çünki Müdafiə Nazirliyi döyüş əməliyyatlarıyla, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı olan güc strukturudur. Taksofonların hansı hərbi hissələrdə mümkündürsə, orada quraşdırılmasının əleyhinə deyiləm. Döyüş tapşırığı ilə bağlı məsələlər olan hərbi hissələrdə isə taksofonların quraşdırılması çox ciddi fəsadlar yarada bilər. Təbii ki, kifayət qədər əsgər olan hərbi hissələrdə hər əsgərin yanına bir zabit qoymaq mümkün deyil ki, əsgərə nəzarət etsin. Onların arasında möhkəm iradəli olan da ola bilər, kimlərsə tərəfindən müəyyən əməkdaşlığa cəlb olunanlar da. Belələri də müəyyən maraqlar qarşılığında döyüş tapşırığının vaxtını, texnikanın sayını və s. məlumatları digərinə ötürə bilərlər. Bu səbəbdən də biz özümüzə problem yaratmamalıyıq. Mən həmişə yeniliyin tərəfdarı olmuşam, amma indiki vəziyyətdə son dərəcə ehtiyatlı davranmaq lazımdır. Ola bilsin ki, taksofonların quraşdırılmasında kiminsə biznes marağları var, amma biz bu maraqları dövlətin marağından önə çəkə bilmərik. Məxfiliyin qorunması yüksək səviyyədə olmazsa, hansısa hərbi hissənin verdiyi komanda ani bir vəziyyətdə sıradan çıxa bilər. Taksofonlar nəzarətdədir. Lakin məlumatı ötürən şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarılıb tapılması bir neçə saat hətta bir gün çəkə bilər. Bu da hərbi hissəyə aid olan məxfi sirrin ötürəlməsinin qarşısını almaq üçün kifayət qədər böyük vaxtdır. Taksofonların Bakıda yox, regionlarda quraşdırılması isə mənim üçün çox maraqlıdır. Mən düşünürəm ki, bu məsələni regionlarda daha sonra həll etmək olardı. Çünki Müdafiə Nazirliyinin əksər hərbi hissələri səhra şəraitindədir. Ola bilsin ki, gecəylə tapşırıq verilsin ki, səhər hücuma keçirik və əsgər "Məmmədov"da evlərinə zəng edib bu barədə məlumat verir. Bu məlumatı da tək Azərbaycanda yox, əksər yerdə dinləyirlər. Bu halda bizim qazancımız nə olacaq? Mən elə düşünürəm ki, taksofonlar quraşdırılandan bir müddət sonra fəsadlar ortaya çıxacaq. Bundan sonra da onların hərbi hissədən yığışdırılmasına göstəriş veriləcək. Dünya praktikasında müharibə şəraitində olmayan ölkələrdə bu sistem çox uğurla tətbiq olunur. Belə ölkələrdə tək taksofon yox, hətta əsgərin istifadə etməsi üçün planşet də var. Bəzən bizim ordumuzu dünya ölkələrinin orduları ilə müqayisə edirlər. Bu müqayisəni edənlər bilməlidir ki, o ordulardakı əsgərlərin və zabitlərin aldığı məvacib bizim zabit və əsgərlərimizin aldığı məvacibdən qat-qat fərqlidir. Biz bugünkü gündə birinci növbədə əsgərlərimizi yaxşı qida və qış vaxtında istiliklə təmin etməliyik. Taksafon məsələsi 5-6-cı yerdə duran məsələdir. Rabitə Nazirliyində xeyli taksofon istifadəsiz qalıb. Onları da hər halda Müdafiə Nazirliyinin xətti ilə hərbi hissələrə göndərmək istəyirlər. O taksofonlar Azərbaycanın və Türkiyənin istehsalı olsaydı, hardasa başa düşərdim. Çinin, Malayziyanın, İsrailin istehsalı olan taksofonlarına isə kim qarantiya verə bilər ki, dinlənilmir? |
2013-11-20 | 1,896 | Məqsədimiz İsraili yer üzündən silməkdir | İran İslam inqilabının qurucusu Ayətullah Xomeyninin türbəsində təşkil edilən mərasimdə çıxış edən "İran İnqilab Keşikçiləri" ordusuna daxil olan "Bəsic birlikləri"nin zabiti, general Məhəmməd Rıza Nəqdi Xomeyninin İsrail mövzusunda qoyduğu hədəflərə bağlı olduqlarını söyləyib. Nəqdi, Ayətullah Xomeyninin İsrailin yer üzündən silinməsini istədiyini və ona bağlı birliklərin Xomeyninin bu məqsədinə sadiq olduqlarını qeyd edib. İranlı zabit, "Müsəlman torpaqlarını işğaldan azad etmədiyimiz və Qüdsdə namaz qılmadığımız müddətcə Amerika və sionistlərlə mübarizədən vaz keçməyəcəyik",- deyə bildirib. |
2013-11-20 | 1,897 | Yanvarın 1-dən benzinin bahalaşacağı rəsmən təsdiqləndi | Ramiz Həsənov: "Avro-3"ə keçidlə əlaqədar yanacağın qiymətinin qalxma ehtimalı var" Gələn il yanvarın 1-dən "Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. "Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır", - Ramiz Həsənov deyib. Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: ""Avro-3" standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir". |
2013-11-20 | 1,898 | Daxili Qoşunların yeni komandanı - Tərcümeyi-hal | Daxili işlər nazirinin müavini, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların komandanı general-mayor Şahin İsgəndər oğlu Məmmədovun tərcümeyi-halı açıqlanıb. Yeni məlumatlara görə, vaxtilə erməni təcavüzkarlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş və yaralanmış Şahin Məmmədovun rəhbərliyi altında bir sıra uğurlar əldə edilib. "Axar.az"ın xəbərinə görə, Şahin Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub. O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib. Ş.Məmmədov 1979-1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982-1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986-1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini - qərargah rəisi vəzifələrinədək yüksəlib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib. O, 1992-1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini - qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib. Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib. Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb. Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Ailəlidir, 3 övladı var. |
2013-11-19 | 1,899 | Jurnalistlərin son ümidi Zakir Qaralovdur | Telejurnalist Afət Telmanqızının ailəsində baş vermiş faciənin araşdırılmasını baş prokuror Zakir Qaralov xüsusi nəzarətə götürüb. Həkim məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişən 26 yaşlı Pərvinə Qasımovanın ölüm faktını hazırda Yasamal Rayon Prokurorluğunda müstəntiq İsmayıl Abıyev təhqiq edir. "Modern.az"a açıqlama verən Afət Telmanqızı əlavə edib ki, artıq prokurorluqda qardaşı, yəni P.Qasımovanın əri Anar Cəfərovdan izahat alınıb. Telejurnalist baş verən ölüm faktına görə Sumqayıtda 2 saylı Doğum Evinin baş həkimi, əməliyyatı aparmış həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müstəntiq həmin şəxslərin ad və soyadlarını qeyd edib və izahatlarının alınacağını bildirib. "Həkimlər könüllü şəkildə prokurorluğa gəlməkdən imtina etsələr, polis vasitəsilə izahat verməyə gətiriləcəklər. Respublika Klinik Xəstəxanasının həkimlərini heç bir günahı yoxdur. Gəlinimizin ölümü ilə bağlı bütün məsuliyyəti yalnız 2 saylı Doğum Evinin həkimləri daşıyır". Bununla belə, Klinik Xəstəxananın reanimotoloqu Vidadi Həsənov xəstənin son anlarında yanında olduğu üçün prokurorluqda izahat verməyə çağırılacağını deyib. "Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işindən isə heç bir yenilik yoxdur. Tibbi komissiyanın reyini gözləyirik". Digər jurnalist – Anar Niftəliyev isə həyat yoldaşı Elnarə Tofiqqızının ölümünün araşdırılması yönündə heç bir iş aparılmadığını deyib. "İstintaq hərəkətləri aparılmır, həkimlərdən cəmi bir dəfə izahat alıblar. Əvəzində isə həkimlərdən yalnız biri – anestezioloq özünə vəkil tutub. Digər iki həkim artıq istintaqla "razılaşdığını" və məsuliyyətdən yaxa qurtardıqlarını vəkilə bildiriblər. Bu barədə müstəntiqə məlumat vermişəm. Təəssüf ki, istintaq qrupu zərərçəkən kimi iddialarım üzrə araşdırmalar aparmır. Bu barədə Baş Prokurorluğa müraciətim artıq hazırdır. İstintaq qrupunun rəhbəri Ələkbər Rzayev iki gün olar ki məzuniyyətdən qayıdıb. Onun istintaqın gedişi ilə bağlı atacağı addımları gözləyirəm. Yenə eyni hərəkətsizlik davam edərsə, həkimlərin müstəntiqlərlə "anlaşması" barədə ehtimalım doğrulacaq və mən Zakir Qaralovdan işin Nəsimi Prokurorluğundan alınıb, Bakı şəhər prokurorluğuna verilməsini xahiş edəcəyəm". |
2013-11-20 | 1,900 | Satılmış Ərdoğan adını dəyişir | Türkiyənin Yozqat şəhərində AKP-dən bələdiyyə sədrliyinə namizədliyə namizəd olan xəritəçəkmə mühəndisi Satılmış Ərdoğan adıyla bağlı narahatçılıqlarlı bildirərkən deyib ki, baş nazir istəyərsə, 45 ildir qürur və şərəflə daşıdığım adımı dəyişdirməyə hazıram. Yozqat bələdiyyə sədrliyi üçün iyirmi gün əvvəl namizədliyini açıqlayan Satılmış Ərdoğan o gündən indiyə kimi adını və soyadını hədəf alan hərəkətlərlə qarşılaşdığını bildirərək belə deyib: "Son günlərdə yerli və xarici mətbuatda, sosial mediada adım və soyadım ilə əlaqədar xoş olmayan qaralama kampaniyalarıyla qarşılaşıram. Mənim adım Satılmış, soyadım Ərdoğandır. Anam və atam mənə bu adı qoyub, mən də qürurla sahib çıxıram. Adım allaha həsr olunan mənasını verir. Soyadıma gələndə isə bir dünya lideri cənab baş nazirimizin soyadı ilə eynidir. Bunun üçün də xoşbəxt və qürurluyam. Adım və soyadım istifadə edilərək partiyam və baş nazirimizə qarşı hörmətsizlik edilir. Əgər baş nazirimiz istəyərsə, 45 ilr qürur və şərəflə daşıdığım adımı dəyişdirməyə və cənab baş nazirimizin verəcəyi adı almağa hazıram". |
2013-11-19 | 1,901 | Bülənt Arınç siyasətdən getmədi | Türkiyə baş nazirinin müavini Bülənt Arınç Nazirlər Kabinetinin toplantısından sonra mətbuat konfransı keçirib. Bir çox məsələlərlə bərabər Ərdoğanla arasında "qızlı-oğlanlı evlər" problemindən yaranan gərginliyə də aydınlıq gətirib: "Bu gün qarşınızda bəlkə də başqa bir hökumət sözçüsü görməyi ümid edirdiniz, amma mən yenə qarşınızdayam. Mənim heç bir davranışım, etirazım, hökumətimə və baş nazirimə zərər verməməlidir. Mən öz fikirlərimi bildirərəm. Amma bunların cənab baş naziri və hökuməti pis vəziyyətdə qoymasını istəmərəm. Bizim üçün bir problem qalmayıb. Biz hər problemi öz aramızda həll edərik. Başqa partiyalara bənzəmərik. Cənab baş nazirlə bu mövzu haqda öz aramızda çox gözəl şəkildə danışdıq və qərar verdik". |
2013-11-20 | 1,902 | Zakir Həsənov Moskvaya getdi | Noyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edib. "Axar.az" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. |
2013-11-20 | 1,903 | Deputatla MSK-a arasında qarşıdurma yarandı | Ədalət Partiyasının sədri millət vəkili İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu "Seçki Məcəlləsi"ni dövlət maraqlarına zidd olaraq kobud sürətdə pozmaqda ittiham edib. İlyas İsmayılov 27.06.2013-cü il və 18.10.2013-cü il tarixlərində iki dəfə M.Pənahova məktub göndərdiyini, lakin məktuba cavab almadığını bildirib və bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirib. Deputat tərəfindən MSK-a sədrinə göndərilən məktubda qeyd olunur ki, Seçki Məcəlləsi"nin 173-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə tam xitam verdikdə MSK onu deputat kimi qeydə almalı və ona deputat vəsiqəsi verməli idi. Habelə Seçki Məcəlləsinin 173.2-ci maddəsinə görə, namizəd bu Məcəllənin yuxarıda qeyd olunan 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməli idi". Göründüyü kimi deputat Mərkəzi Seçki Komissiyasını "Seçki Məcəlləsi"ni pozmaqda ittiham edir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Axar.az"a açıqlamasında İlyas İsmayılovun onlara müraciət etmədiyini bildirdi: "İlyas İsmayılov bizə müraciət etməyib. Müraciət etsəydi, bundan xəbərim olardı. Qaldı ki, MSK kollegial orqandır. Yəni belə hadisə baş versəydi, mən bununla bağlı qərar olmamış sizə açıqlama verə bilməzdim. Amma bu haqda MSK-da heç bir məlumat yoxdur". Xatırladaq ki, İlyas İsmayılov noyabrın 18-i Konstitusiya Məhkəməsinə müraciət edərək MSK tərəfindən ayrı-ayrı məmurların deputat kimi qeydə alınması və onları deputat vəsiqəsi verilməsinə dair qərarlarını qüvvədən düşmüş hesab etməsini xahiş edir. |
2013-11-20 | 1,904 | Rafiq Hüseynov: "Yaşamaq istəyirəm" | Rafiq Hüseynov mətbuata açıqlamasında bildirib ki, bir həftədir səhhətində problemlər başlayıb: "Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir – ağ ciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox... Xəstəliyimin xaricdə müalicəsi 120 min manata başa gəlir". Rafiq Hüseynov hazırda öskürəkdən əziyyət çəkir. Çünki şiş bronxlarında da inkişaf edib. Xəstələnməsi xəbərini təsdiqləyən tanınmış diktor sağalacağına ümid etdiyini deyib: "Yaşamaq istəyirəm. Ölməkdən qorxmuram, amma ölüm üçün tez olduğunu düşünürəm. Bədbinliyə qapılmıram. Həftənin sonunu səbirsizliklə gözləyirəm", - tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynov dedi. Rafiq bəy indiki durumdan da danışdı: "Yeddi–səkkiz gündür iynə-dərman qəbul edirəm. Bütün dostlarıma, baş çəkib diqqət göstərən hər bir insana çox sağ ol deyirəm. Hazırda Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun nəzarəti altındayam. İnşallah həftənin sonuna şad xəbər verərəm. Hələ Bakıda əməliyyat olunub-olunmayacağım dəqiqləşməyib". |
2013-11-20 | 1,905 | Polyakların hər şeydən xəbəri olub | Polşada Rusiya səfirliyinə hücum ediləcəyi barədə qabaqcadan həmin ölkənin hüquq-mühafizə orqanlarına məlumat verilib. "Axar.az"ın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, bu açıqlama Rusiyanın xarici işlər nazir Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, "Azadlıq marşı"ndan bir neçə gün əvvəl hər şey hökumət tərəfindən diqqətlə izlənilib. "Biz hər şeyi qiymətləndirib polşalı həmkarlarımıza məlumat verdik. Məsələnin necə riskli olduğunu söylədik. Onlar bizi əmin etdilər ki, hər şey yaxşı olacaq. Amma siz özünüz də gördünüz ki, heç nə yolunda getmədi". |
2013-11-20 | 1,906 | Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə) | O zaman təxminən altmış beş yaşında olan Şəms Təbrizini özünə bağlamaq, onu Konyada saxlamaq və məmnun etmək məqsədilə Mövlanə özünün on beş yaşındakı Kimya Xatun adlı gözəl cariyəsini onunla nikahlayır. Baxmayaraq ki, Kimya Xatunla Mövlanənın oğlu Əlaə-d-Din Çələbi bir-birilərni sevirdilər və evlənmək niyyətində idilər. Mövlanə öz mədrəsəsinin ən böyük hücrəsini Şəms Təbrizi ilə onun cavan arvadı üçün ayırmışdı ki, onlar orada rahatlıqla yaşasınlar. Amma cavan gəlin qoca ərini sevmədiyindən müxtəlif bəhanələrlə onu tez-tez tərk edib gedər, Mövlanənin ailə üzvləri də ərindən qaçmış cavan gəlini axtarıb tapmaq üçün əl-ayağa düşər, onu tapandan sonra yenidən ərinin yanına qaytararmışlar. Mövləvi qaynaqlarında keçən bir rəvayətdə deyilir ki, bir gün Mövlanə Kimya Xatunun yenə Şəmsi tərk etdiyini eşidib dostuna təsəlli vermək üçün onun hücrəsinə gəlir. Mövlanə dostunun hücrəsinin qapısını açanda, Şəms ilə Kimya Xatunu sarmaş-dolaş halda görüb tez qapını bağlayır və ordan uzaqlaşır. Bir müddət keçəndən sonra, ər ilə arvad arasındakı sevgi oyununun bitdiyini düşünən Mövlanə yenidən Şəmsin hücrəsinə qayıdır. Hücrəyə girəndə, Kimya Xatunun orda olmadığını görüb Şəmsə deyir ki, bayaq gələndə səni Kimya Xatun ilə birlikdə gördüm, bəs qadın indi hara yox oldu? Bu sualın cavabında Şəms ona deyir ki, sənin gördüyün qadın Kimya Xatun deyildi. Sənin gördüyün Allah idi. Allah bəzi bəndələrini o qədər çox sevər ki, onların arzuladığı cilddə onların yanına gələr. Şəmsin cavabına diqqət yetirsəniz, görəsiniz ki, burda da söhbət hülul inancından gedir. Bu da islama qəti şəkildə zidd olan tam bir məcusi dünyagörüşüdür. İstər Şəms Təbrizinin "Məqalat"ında söylədiklərinə, istərsə də Əflakinin "Mənaqib əl-Arifin"də onun haqqında dediklərinə diqqətlə baxsaq, Şəms Təbrizinin, üzdə müsəlman olsa belə, məcusi inancına sadiq qaldığını görərik. Başqa bir rəvayətə görə, Mövlanə yenə Şəmsin yanına gəlir və onun ovqatının təlx olduğu görəndə başa düşür ki, Kimya Xatun yenə ərindən qaçıb. Mövlanə öz arvadı Kəra Xatun ilə qızı Məleykə Xatunun yanına gələrək onlara Kimya Xatunu tapıb geri gəitrmələrini əmr edir. Qadınlar da bir qədər soraqlaşandan sonra Kimya Xatunu tapıb ərinin yanına gətirirlər. Əflakinin dediyinə görə, Kimya Xatun ərinin hücrəsinə girən anda Şəms ona elə qəzəblə baxir ki, qadının boynu odun kimi quruyaraq hərəkətsiz hala gəlir. Amma məncə, Şəmsin arvadını əməlli-başlı kötəkləməsi daha ağlabatan fikirdir. Onun zərbələrindən biri çox güclü alınıb və bu zərbənin təsirindən də qadının boynu tutulub, çox keçmədən isə Kimya Xatun bu ağrı-acı ilə də vəfat edib. |
2013-11-20 | 1,907 | Moskvada məscid tikilişinə qadağa qoyuldu | "Moskvada məscidlər kifayət qədərdir",- "Axar.az"ın "Komsomolskaya pravda"ya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Moskva meri Serqey Sobyanin çıxış edib. O, əsasən dini bayramlar zamanı Moskva məscidlərinə gələnlərin 60-70%-nin Moskva ətrafından olduğunu bildirib. Sobyanin bütün xəyal quranların arzularını yerinə yetirmək məcburiyyətində olmadıqlarını söyləyib. Mer həmçinin artıq şəhərdəki bütün məscid tikintilərinə qadağa qoyulduğunu da deyib. O, hazırda yalnız "Olimpiyski" idman kompleksi yaxınlığında bir məscidin tikilişini davam etdiyini bildirib. |
2013-11-20 | 1,908 | Nazirin işdən uzaqlaşdırdığı general haqda yeni məlumat | Müdafiə Nazirliyində gedən yeni kadr dəyişikliyi haqda "Axar.az"a ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən ehtiyatda olan yüksək rütbəli zabitlərdən biri nazirin əmri ilə vəzifədən uzaqlaşdırılmış və Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general Vaqif Məmmədovdan bəhs edib. Xatırladaq ki, V.Məmmədov nazirliyin Şəxsi Heyət üzrə Baş İdarəsinin tərbiyə işləri üzrə rəis müavini olub. Mənbə nazirlikdə hazırlanan qara piar əməliyyatlarının məhz general Vaqif Məmmədovun kabinetində hazırlandığını deyib. MN tərəfindən mətbuata və bir çox mətbuat nümayəndələrinə, eləcə də nazirliyin ayrı-ayrı əməkdaşlarına, onların rəhbərlik etdiyi strukturlara qarşı sayğısızlıq, qarayaxma əməliyyatlarına məhz o başçılıq edirmiş. Döyüş bölgələrində qeyri-döyüş şəraitində əsgərlərimizin itkilərində də general V.Məmmədovun səriştəsizliyi əsas götürülür. Mənbə məlumatda onu da vurğulayır ki, Müdafiə naziri Zakir Həsənovun bu dəyişikliyi ordunun zabit heyətində məmnunluqla qarşılanıb: "Təsadüfi deyil ki, döyüş bölgələrində olan zabitlər dəfələrlə generalın əməllərindən nazirliyə şikayət etsələr də, bu şikayətlər V.Məmmədov və onun himayədarları tərəfindən özünün müsbət həllini tapmayıb. Yaradılan komissiyalar sadalanan iradların və edilən şikayətlərin düzgün olmadığı qərarını verib". P.S. Xatırladaq ki, bu tip xəbərlər artıq mətbuatda hallanmağa başlayıb və generalla bağlı müxtəlif şayiələr yayılmaqdadır. Generalı "qara piarda" suçlayanların "adını açıqlamadan" mediaya ötürdükləri bu xəbərlərin mahiyyəti də diqqəti çəkir. General Vaqif Məmmədovun mövqeyini öyrənmək istəyimiz isə hələlik baş tutmayıb. |
2013-11-20 | 1,909 | “DÇ- 2014”ə vəsiqə qazanan ölkələrin adı məlum olub | Braziliyada keçiriləcək dünya çempionatına Avropa mərhələsindən vəsiqə qazanacaq son 4 ölkənin adı məlum olub. "Axar.az"ın xəbərinə görə, günün bir-birindən prinsipial qarşılaşmaları keçirilib. Belə ki, Kiyevdə Ukrayna millisinə 2-0 məğlub olan Fransa millisi öz meydanında Ukraynanı 3-0 məğlub edib və Braziliyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ əldə edib. Pley-off mərhələsinin daha çox maraq doğuran qarşılaşması İsveçdə baş tutub. İlk oyunda rəqibini minimal hesabla məğlub edən Portuqaliya bu dəfə də üstünlüyünü əldən verməyib. Qeyd edək ki, qarşılaşmaya gözlənildiyi kimi İbrahimoviç və Ronaldo damğasını vurub. Günün digər oyunlarında "DÇ-2014"ə Xorvatiya və Yunanıstan yığmaları vəsiqə qazanıb. Rumıniya - Yunanıstan - 1:1 İlk oyun- 1:3 Qol: Torosidis, 54 - Mitroqlu, 23 Xorvatiya - İslandiya - 2:0 İlk oyun - 0:0 Qol: Mandzukiç, 27, Srna, 47 İsveç - Portuqaliya - 2:3 İlk oyun – 0:1 Qol: İbrahimoviç, 68, 72 - Ronaldo, 50, 77, 79 Fransa - Ukrayna - 3:0 İlk oyun – 0:2 Qol: Sako, 22, 72, Benzema, 3 |
2013-11-20 | 1,910 | Beynəlxalq yoldaşlıq görüşləri – Nəticələr | Dünən, dünyanın bir-sıra milli yığmaları növbəti yoldaşlıq qarşılaşmaları keçirib. "Axar.az"ın xəbərinə görə, Dünya Çempionatında iştirak etmək imkanını itirən qardaş Türkiyə yığması da hazırlıq oyunu keçirib. Belarus yığmasını qəbul edən Türkiyə millisi "2-1" hesabıyla qələbə qazanıb. Digər maraqlı qarşılaşmalar CAR–İspaniya, İngiltərə-Almaniya arasında keçirilib. Argentina - Bosniya və Hersoqovina - 2:0 Avstraliya - Kosta Rika - 1:0 Rusiya - Cənubi Koreya - 2:1 Sloveniya - Kanada - 1:0 Norveç - Şotlandiya - 0:1 Türkiyə - Belarus - 2:1 Lixtenşteyn - Estoniya - 0:3 CAR - İspaniya - 1:0 Hollandiya - Kolumbiya - 0:0 Polşa - İrlandiya - 0:0 Avstriya - ABŞ - 1:0 Belçika - Yaponiya - 2:3 İngiltərə - Almaniya - 0:1 |
2013-11-20 | 1,911 | Ölümdən sonrakı həyatın varlığı sübut edildi | Bir çox alimlər ölümdən sonraki həyatın olduğuna inanmır, lakin ekspertlərdən biri ölümdən sonra həyatın mövcudluğunu sübut edə bildiyini təkid edir. Professor Robert Lans bildirir ki, onun sübutu kvant fizikasında gizlənir. Biosentrizm nəzəriyyəsinə əsasən bizim anladığımız ölüm şüurumuzun yaratdığı illüziyadır . "Biz hesab edirik ki, həyat karbon və molekulun aktivliyindən ibarətdir. Onlar aktiv olduğu müddət biz yaşayırıq, daha sonra torpaqda çürüyürük". Lans bu fikri öz veb saytında yazıb. Şimali Karolina universitetinin tibbi məktəbindən olan Lans qeyd edir ki, insanlar buna öyrədildiyi üçün ölümə inanır, çünki onlar ölümü daxili orqanların fəaliyyətinin dayanması ilə assosiasiya edir. Ancaq bieosentrizm nəzəriyyəsi ölümün öyrəşdiyimiz anlama gəlmədiyini göstərir. Biosentrizm hər şeyin nəzəriyyəsi kimi təsnif edilir, yunan dilindən "həyatın mərkəzi" kimi tərcümə olunur. Professor təxmin edir ki, həyat və biologiya reallıqda mərkəz yeri tutur və həyat kainatı yaradır, kainat həyatı yox. Bu da öz növbəsində məhz insan beyninin kainatda obyektlərin forma və ölçüsünü təyin edir. Lans bizim ətraf dünyanı necə dərk etdiyimizi misal gətirir. İnsan səmanı görür və onun rəngini deyir, əgər onun beynində hüceyrələr dəyişsə, o, səmanı mavi yox, yaşıl və ya qırmızı rəngdə görər. "Yekun: Sizin gördüyünüz heç nə şüurunuz olmadan mövcud ola bilməz. Kainatın mənası bizim şüurumuzdadır". Kainata biosentrizm nəzəriyyəsi nöqteyi-nəzərindən baxılarsa, zaman və məkanın da "ağlımızın sadə aləti" olması anlamına gəlir. Bəşəriyyət bu nəzəriyyəni qəbul edən kimi, ölümün mövcud olmadığı aydın olacaq. Bundan əlavə nəzəriyyəçi fiziklər təxmin edir ki, "n" qədər kainatda müxtəlif variasiyalarda insan və hallar eyni zamanda baş verir. Lans əlavə edib ki, baş verə bilən hər şey hansısa an bu kainatlar arasında olur, bu isə ölümün mövcud olmadığı anlamına gəlir. Lansın fikrincə, insan həyatı çoxillik bitki kimidir və o multi-kainatda çiçək açmaq üçün geri qayıdır. |
2013-11-20 | 1,912 | Paris ən yaxşı tələbə şəhəri oldu | Paris, London və Sinqapur QS (Quacquarelli Symonds) 2013-cü ilin Ən yaxşı tələbə şəhəri reytinqində birinci oldular. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda əhalisinin sayı 250 mindən az olmayan və minimum iki universiteti olan şəhərlər iştirak edib. Bu iki tələbə cavab verən 98 şəhər var. QS isə öz növbəsində onlardan 50 ən yaxşılarının siyahısını seçir. Şəhərlər universitet şəhərinin nüfuzu, tələbələrin məşhurluğu, həyat səviyyəsinin yüksək olması kimi kateqoriyaya cavab verməlidir. Ötən ilki kimi bu il də cədvəlin birinci yerində Fransanın paytaxtı Paris, ikinci yerdə London qalıb. Sinqapur 12-ci yerdən 3-cü yerə qalxıb. Dördüncü və beşinci yerləri isə Avstraliya şəhərləri- Sidney və Melburn tutub. Ən yaxşıların onluğuna, həmçinin, Honq-Konq, Boston və Münhen də daxil olub. Sonuncu, 50-ci yer isə Yaponiya şəhəri Kioto ilə yekunlaşıb. |
2013-11-20 | 1,913 | Vyana görüşü Rusiyanı qıcıqlandırıb – Ekspert rəyi | Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazalarını genişləndirməsi, sadəcə olaraq, onun Cənubi Qafqazda hegemoniyasını möhkəmlətməsi ilə əlaqədardır. Bu fikri "Axar.az"a siyasi ekspert Zərdüşt Əlizadə söyləyib. Ekspert Ermənistanın onsuz da Rusiyanın müstəmləkəsi olduğunu və bununla bağlı heç bir qərar vermək səlahiyyətinə malik olmadığını bildirib: "İstənilən qərarı Rusiya verir, Ermənistan isə bunu icra edir. Onlar üç il müddətində Avropa İttifaqı ilə danışıqlar apardılar. Sonra imzalama ərəfəsində çağırdılar yanlarına və Ermənistan o saat dedi ki, mən Gömrük İttifaqına gedirəm. Erməni politoloqları özləri də etiraf edirlər ki, Rusiyanın burada bazalarını genişləndirməsi Ermənistanın təhlükəsizliyi ilə bağlı deyil. Sadəcə, bu addım onların hegomoniyasını bölgədə təmin edir". Politoloq həmçinin belə bir addımın Dağlıq Qarabağ konfliktinin həll olunmasını da çətinləşdirəcəyini bildirib. O, bununla Rusiyanın məsələnin həllində maraqlı olmadığını bir daha göstərdiyini söyləyib. Vyana görüşü Rusiyanı qıcıqlandırıb "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Rusiyanın hərbi bazalarını genişləndirmək istəməsinin Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə əlaqədar olmadığını deyib: "Bunun Ermənistana dəstək, Qarabağ konfliktinin sülh yolu ilə həllində maneçiliklə əlaqəsi yoxdur. Onsuz da bilirik ki, Rusiyanın Qarabağ danışıqlarında marağı yoxdur. Ola bilsin, Vyana görüşü Rusiyanı qıcıqlandırıb, amma burada da bir şey əldə olunmayıb". Elxan Şahinoğlu bunun təbii olaraq Qarabağ məsələsinin həllini əngəlləyəcəyini bildirib: "Rusiya Dağlıq Qarabağın havadan müdafiə sistemini demək olar ki, öz üzərinə götürüb. Onlar bir tərəfdən də göstərmək istəyirlər ki, əgər müharibə olsa, Azərbaycan təkcə Ermənistan yox, həm də rus hərbi maşını ilə qarşı-qarşıya gələcəklər". Qeyd edək ki, 19 noyabrda erməni mətbuatı Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirmək istədiyini və buna görə də artıq Gümrünün qapalı şəhərə çevrildiyini yazıb. |
2013-11-20 | 1,914 | Xəzər sahilinin piratları | Həmişə kitab mağazalarının, kitab tədarükçülərinin, kitaba sərmayə qoyanların tərəfində olmuşam. Çünki bu adamlar daha gəlirli olan meyvə-tərəvəz də sata bilərdilər. Amma onlar kitab satırlar. Kitab sahəsində bir çöp belə tərpətmək istəyəni maarifçi kimi qiymətləndirmək lazımdı. Ancaq elə şeylər var ki, haqq qazandırmaq mümkün deyil. Mağazada əhvalat Türkiyədə çox satılan Ahmet Batmanın kitabları ölkəmizdə də bir anda çox satılanlar arasına girdi. Dedim, görüm hələ bu nə kitabdır. Adətimdir, kitab haqqında minimum məlumat almaq üçün kitabın arxasını oxuyuram. Diqqətlə baxanda gözlərim alacalandı, sanki yazılar axırdı. Əvvəl elə bildim gözlərimdə bir problem var. Sonra fərqinə vardım ki, kitabın qalaqramı da yoxdur. Satıcıya müraciət etdim: "Yox xanım, nə danışırsınız? Bu kitablar Türkiyədən gəlib". Satıcı ya pirat kitabın nə olduğunu bilmirdi, ya da oxucunu yola verirdi. Əlbəttə, kitabı almadım. Bu hadisə mənə çox pis təsir etdi. Kitabların bizə öyrətdiyi doğruluq-düzgünlük, haqq-ədalət kimi hissləri biz kitabın özünə qaytara bilmirik. Bu yaxınlarda Xalid Hüseyininin kitablarının piratları ortaya çıxması mətbuatda da, sosial mediada da etiraz doğurmuşdu. Eyni diqqət isə ölkəyə kənardan gətirilən kitablara ayrılmır. Türkiyədə çox satılan bir kitabın orda dərhal piratları çıxır. Bakıdakı bəzi "çoxbilən" kitabçılar da onları alıb gətirir. Adlı-sanlı mağazalardan tutmuş keçidlərə, piştaxtalara qədər hər yerdə piratları görmək olar. Bir kitabçıdan öyrəndim ki, pirat kitabların Türkiyədən 1 lirəyə, təxminən 50 qəpiyə gətirilir. Orjinalı ilə eyni qiymətə satılır. 50 qəpiyə alınan kitabın qiymət etiketində 9.50 azn yazılmışdı. Hər kitabdan 9 azn haqsız qazanc. Əziz oxucular və kitabsevərlər Sadəcə, bir saniyənizi ayıraraq kitabın pirat olub olmamağına diqqət edin. Sevdiyimiz, ideallaşdırdığımız, hisslərimizə, dünyagörüşümüzə təsir edən o yazarlardan oğurluq edən bir vəziyyətə düşməyək. Bir kitabın hazırlanması prosesinin arxasında çox sayda insan var. Yazıçının, redaktorların, rəssamların, nəşriyyat işçilərinin saatlarla zəhmətləri var. Bu zəhməti qarşılığı bizim kitaba ödədiyimiz puldur ki, bunu da yanlış yerə ödəməyək. Əlinizi bu pirat kitablara atanda həvəslə aldığınız bu kitabın müəllifini düşünməniz kifayətdir. Əziz kitabçılar Gördüyünüz bu iş çox önəmli və şərəfli işdir. Kiçik bir qazanc üçün ona ləkə vurmayaq. Unutmayaq ki, ağ ləkəni ən tez götürən rəngdi. P.S. Sonda "gəlin pirat kitablara qarşı mübarizə aparaq" deyəcəkdim ki, eşitdim metroda kitab satışı qadağan olunub. Vur deyəndə öldürən məmləkətimdə piratlı-orjinallı mübarizə başlayıb. |
2013-11-20 | 1,915 | Tarif Şurası benzin bahalaşmasından danışdı | Gələn il yanvarın 1-dən "Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qiymətinin qalxma ehtimalı ilə bağlı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Məsələ ilə bağlı Tarif Şurasının mətbuat katibi Abbas Əliyev "Axar.az"a dedi ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun verdiyi məlumatı təsdiqləyə bilməyəcək: "Benzinin qiymətinin artması məsələsi Tarif Şurasında müzakirə olunmur, yəni benzinin qiymətinin dəyişdirilməsi Tarif Şurasının gündəmində yoxdur. Qiymətlərin artması üçün Tarif Şurasına heç bir müraciət daxil olmayıb". |
2013-11-20 | 1,916 | ABŞ-ın sabiq səfiri: «Bu, imitasiyaya çevrilir» | "Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk Qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı?". ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Azadlıq Radiosunun Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı görüşü ilə bağlı suallarını cavablandırır. - ABŞ-ın dövlət katibi Con Kerri bu görüşlə bağlı hər iki prezidentlə danışıb. Sizcə, bu görüş sülh danışıqlarında yeni bir mərhələnin başlanğıcı ola bilərmi? - Əvvəla, iki prezident arasında hər bir görüş yeni mərhələnin əsasını qoymağa imkan yarada bilər. Amma indiyəcən olanlar məndə bədbin hisslər yaradır, çünki nə Azərbaycan, nə də Ermənistan öz əhalisini "əsl yeni mərhələ"yə hazırlamaq üçün heç bir cəhd etməyib. Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb. - Sülh prosesini canlandırmaq üçün yüksək səviyyədə görüşdən başqa daha nəyə ehtiyac var? - İkincisi, əvvəlki yüksək səviyyəli görüşlərin nəticəsi ona görə olmayıb ki, hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb: beynəlxalq ictimaiyyəti və Minsk qrupunu münaqişəni həll edə bilməməkdə suçlamaq məsələsində. Belə olanda hər iki prezident ölkəsinə yollana, əhaliyə "düşmənə güzəştə getmədiyini" deyə və güzəştə gedəcəkləri, bu istiqamətdə konkret addımlar atacaqları halda üzləşə biləcəkləri siyasi nəticələrlə üzləşməyə bilərlər. Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı? Bu, danışıqların imitasiyasına çevrilir. - Türkiyə sülh danışıqlarında mühüm rol oynaya bilərmi? - Üçüncüsü, Türkiyə rol oynaya bilər, amma əgər Ermənistanla münasibətlərini normallaşdırmağa başlayarsa. Bir neçə il qabaq Türkiyənin belə bir imkanı vardı, amma Azərbaycan bu prosesin davamına yol vermədi. Əgər prezident Əliyevin Türkiyəyə səfəri zamanı ifadə etdiyi mövqeyi nəzərə alsaq, bu məsələdə nikbin olmaq çətindir. |
2013-11-20 | 1,917 | İki azərbaycanlı xanım ermənilərin hədəfində - FOTO | Fransadakı erməni diasporu iki azərbaycanlı xanımı hədəfə alıb. Erməni diasporu həmin xanımları Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirdiklərinə görə hədəfə alıb. Erməni diasporunun hədəfə götürdüyü qadınlardan biri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, digəri isə Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyevadır. Erməni diasporunun maliyyət dəstəyi ilə fəaliyyət göstərən saytlarda bu xanımlarla bağlı təhqiramiz yazılar dərc olunur. Həmin yazılarda T.Rüstəmxanlı və M.Fətəliyevanın Qarabağ münaqişəsi ilə bağlı Fransa da daxil olmaqla müxtəlif ölkələrdə aksiyaların təşkili, həmin aksiyalarda fəal iştirak, müxtəlif səviyyəli görüşlər, eləcə də təbliğat kampaniyasının əhatə dairəsini genişləndirməsindən narahatlığını açıq şəkildə büruzə verir. Erməni diasporunun tapşırığı ilə hər iki şəxsin fəaliyyətini önləmək üçün saytlara haker hücumu da daxil olmaqla bir sıra tədbirlər həyata keçirilir. |
2013-11-20 | 1,918 | Rus vətənpərvərlərin sayı azalıb | Rusiyada vətənpərvərlərin sayı 8 % azalıb. "Axar.az"ın "Komersant" qəzetinə istinadən verdiyi məlumata görə, bu informasiyanı "Levada Çentr" təşkilatı keçirdiyi rəy sorğularından sonra açıqlayıb. Sorğuya əsasən 2000-ci illə müqayisədə özünü vətənpərvər hesab edənlərin sayı 77%-dən 69%-ə düşüb. Görünən budur ki, ruslar arasında vətənpərvərliyə münasibət dəyişib. Artıq onlar vətənpərvərliyi ölkə üçün qarşılıqsız xidmət kimi başa düşmürlər. Bununla yanaşı sorğuda iştirak edənlərin 21%-i artıq vətənpərvərliyin əsasən digər ölkələr üzərində olan hegomoniya ilə əlaqəli olduğunu bildirirlər. |
2013-11-20 | 1,919 | Dünyaya yeni Alim Qasımov gəldi | Xalq artisti Alim Qasımov növbəti dəfə baba olub. Milli.Az-ın əməkdaşının telefonun zənginə cavab verən xalq artisti Alim Qasımov çox xoşbəxt olduğunu bildirib: "Biz uzun illər idi ki, bu uşağı gözəyirdik. 10 ildir evli olan cütlüyün nəhayət ki, övladı dünyaya gəldi. Allah bütün gənclərimizə qismət eləsin! Qoy bu uşaq oğlumun evinə böyük səadət, uğur və firavanlıq gətirsin. İnanın ki, bizdən çox, bütün qohum-əqraba, tanışlar sevinirlər. On ildir ki, gözümüz yolda idi, nəhayət, bu xoş günü də gördük". Adının nə olacağını soruşduqda Alim bəy: "Səhv etmirəmsə, mənim adımı veriblər nəvəmə", - deyib. |
2013-11-20 | 1,920 | “Oğlum intihar etməyib, öldürüblər” – Əsgər atası | "Dəfələrlə prezidentə, Zakir Qaralova, Hərbi prokuror Həbib Xanlarova teleqrama vurmuşuq" |
2013-11-20 | 1,921 | Ələmdən nəşəyə... | Ələmdən nəşəyə, yaxud qaranlıqdan işığa Bəzən bizə elə gəlir ki, bildiyimizi hamı bilir. Ona görə də gördüklərimizə göz yumuruq, eşitdiklərimizi qulaqardına vururuq. Yaxşı ki "uçan ələm"i telefona çəkib sosial şəbəkələrdə yaydılar... Möcüzə "uçan ələm"lə bağlı deyil, zaman-zaman kiçildilmiş bir ölkədə tanınmış insanların bu şəbihlərdən, məzhəkələrdən xəbərsiz olmasındadı. İnanmıram ki, din adamları bu şoudan xəbərsiz olsun. Heç bir dini və elmi əsası olmayan bu "məzhəkə"nin tarixi İslamdan çox- çox əvvələ, Misir ilahları dövrünə təsadüf edir. Neçə şiə mollasına sual verib bu yad ayinin mahiyyətini öyrənməyə çalışmışam. Cavab bir olub: "Ələm Əbülfəzin doğranan əllərinin nişanəsidir, ona görə də Aşurada cuşa gəlir". Ancaq açıq-aşkar zidd olan bir ayini İslama bu şəkildə calaq edən mövhumatçılar mövcuddur. Adi ağac parçasına çeşidli nəzir yaylıqlarla bəzədilmiş ələmin ərəbcə "bayraq" adlanmasına gəlincə, fikir birmənalı deyil. Aldığım cavablar təxminən belə olub: 1. Ələm Əbülfəzin kəsilən əlinə işarədir. 2. Ələm ərəbcə "bayraq" deməkdir. 3. Ələm, əl sözündəndir, ərəb hərfləri ilə Allah adının oxunuşudur. Göründüyü kimi, hər üç halda bu ayini İslama bağlamağa çalışırlar. Cənub bölgəsində ələmin başqa bir adı da var: tuğ adlanır Tuğ Türk dövlət ənənələrinin əsas atributlardan biri olub. O, dövlətin baş bayrağı idi. Tuğun qalxması ilə döyüş başlanır, tuğun enməsi məğlubiyyəti bildirərdi. Hər dövlətin tuğu bir olardı. Sancaqlar (bayraqlar) isə daha çox olardı. Tuğ ağac başına bağlanmış at və ya kutuz (yak) quyruğundan ibarət olurdu. Tuğ Ön Asiyanın ən qədim etnoslarından biri olub, hətta e.ə. VIII əsrə aid Urartu mixi yazılarında onların adı keçir. Tuğluların Qarabağda məskunlaşan hissəsi Tuğ məlikliyini yaradıb. Azərbaycanda bu gün də Tuğ adında yaşayış məntəqələri mövcuddur. Bu fakt bir daha sübut edir ki, ələmin mənası elə bayraq deməkdir. Ələm sözünü "əl"ə və Allah isminin oxunuş formasına bənzətmək xurafat və küfrdür. Bu ayinin neçə min illik tarixi var. "Tuğ başı" ifadəsi mifoloji təsəvvürlə bağlıdır. Yardımlı şivələrində belə bir deyim var: "Tuğ başını suya qoyanda yağış yağar". Bu ifadə bir daha göstərir ki, qədim insanlar "tuğ başı"ndan "yağış yağdırmaq", bol məhsul əldə etmək üçün istifadə ediblər. Bu ayin bir daha ilahlar dövrünü yada salır. Görünür, Tuğ kultu İslamın gəlişindən sonra Kərbəla hadisələrini unutmamaq, baş vermiş tarixi hadisələri bir növ səhnələşdirmək məqsədilə tədricən bugünkü sözügedən mərasimə uyğunlaşdırılıb. Tuğun ağac başına bağlanmış at və ya kutuz (yak) quyruğundan ibarət olması da onu göstərir ki, ağac başına bağlanmış at, kutaz quyruğu sonradan parça ilə əvəzlənib. Deməli, tuğ sözü daha qədimdir, ələm kəlməsi isə Azərbaycanda İslamın gəlişindən sonrakı dövrə aiddir. Sözün eyni anlamda paralel şəkildə işlənməsi də bunu söyləməyə əsas verir. Tuğ ağacın başına bərkidilmiş dəmir, başqa sözlə tuğ başı çox zaman əl və ya beşbarmaq şəklində olur. Bundan başqa ucu iti kiçik dəmir parçasından da istifadə olunur ki, guya bu da imamların atlarının nalından qalmadır... Təəssüf ki, saxta bir bayrağa bu şəkildə ilahi don geydirərək insanları təsir və qorxu altnda saxlamaq, atil bir topluma çevirmək bu gün də bəzi qövmlərin işinə yaramaqdadır. Bayraq yellənər, dalğalanar... Bayraq uçmaz, cuşa gəlməz! Cuşa gələn də, uçan da bizim cəhalətimizdi... Saxta vətənpərvərlik kimi imanşivənlik də bir bəlaya çevrilib bu məmləkətdə! Bu cəhaləti dinə ehtiram əlaməti sayanların səmimiyyətinə inansaq belə, bu, çıxış yolu deyil. Nə yaxşı ki, uğrunda candan keçməyə, altında birləşməyə üçrəngli bayrağımız var! Öz milli varlığımızı qorumaq istəyiriksə, öz bayrağımızın altında durmalıyıq! Dünyanın sivil cəmiyyətlərindən birinə çevrilmək istəyiriksə, öz bayrağımızın altında durmalıyıq... İslam dəyərlərinə, kamil bir dinə sahib çıxmaq istəyiriksə, yenə öz bayrağımızın altında durmalıyıq! |
2013-11-20 | 1,922 | ABŞ Dağlıq Qarabağla bağlı bəyanat verdi | ABŞ Dövlət Departamenti Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada Ermənistan Prezidenti Serj Sarkisyanla görüşməsi barədə bəyanat verib. "Axar.az"ın xəbərinə görə, bəyanatda bildirilir ki, ABŞ bu dövlət başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə Vyanada görüşünü alqışlayır, Ermənistan ilə Azərbaycanın ilk addımlarını, habelə danışıqların sonrakı aylarda davam etdirilməsinə dair əldə edilən razılaşmanı bəyənir. Son iki ildə ilk dəfə keçirilən bu görüş dialoqun bərpa olunması istiqamətində mühüm addımdır və liderlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar olduqlarını nümayiş etdirir. Bəyanatda deyilir: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya və Fransa ilə bərabər hər iki prezidentə müraciət edərək, bu iki xalqın böyük itkilər verməsinə səbəb olmuş münaqişənin həll olunması üçün onları fəal əməkdaşlığa çağırır". |
2013-11-20 | 1,923 | Bakıda “ağac soyqırımı” davam edir | Bakıda yolların asfaltlanması nəticəsində yaşayış yerlərinin, obyektlərin, eləcə də ağacların kəsilməsi prosesi demək olar ki, hər gün gözümüzün qarşısında baş verir. Mərdəkan qəsəbəsi "Klub dayanacağı" adlanan yerdə yolların asfaltlanması zamanı qəribə yöntəm seçilib. Belə ki, hər hansı obyektin, parkın, ya asfaltın salınması zamanı daha çox ağacların kəsilməsinin şahidi olurduqsa, bu dəfə qeyri-adi yöntəmdən istifadə edilib. Yolların asfaltlanması prosesi ağacların diblərini də əhatə edib. Ağacların bellənib, sulanması demək olar ki, mümkünsüzdür. "Axar.az" olaraq "anoloqu olmayan görüntü"ləri təqdim edirik. |
2013-11-20 | 1,924 | Konqresmen narkoman olduğunu boynuna aldı | ABŞ-ın hüquq mühafizə orqanları Respublikaçılar Partiyasından konqresmen Trey Reydleri kokain saxlamaqda şübhəli bilərək saxlayıb. Konqresmen oktyabrın 29-dan saxlanılsa da, ona qarşı ittihamlar dünən irəli sürülüb. Reydlerin işi Vaşinqtonun Federal məhkəməsində dinləniləcək. Konqresmen öz yaxınlarından və seçicilərindən üzr istəyib və bildirib ki, içki aludəçiliyindən əziyyət çəkməsi bu cür ağılsız hərəkət etməsinə səbəb olub. Kolumbiya dairəsinin qanunvericiliyinə əsasən, konqresmenə 180 gün həbs cəzası və min dollar cərimə gözlənilir. Reydler Florida ştatından ilk dəfə 2012-ci ildə Respublikaçılar Partiyasından konqresmen seçilib. |
2013-11-20 | 1,925 | Mursiyə dəstək üçün “ağ paltar” kampaniyası | Misirdə hal-hazırki hökumət əleyhdarları Mursiyə dəstək üçün "ağ paltar" kampaniyası keçirir. "Axar.az"ın xəbərinə görə, Mursinin oğlu Üsamə Mursinin atasının həbsxanada ön və yan profildən ağ köynəkdə çəkilərək mətbuata sızdırılan şəkillərini "feysbuk" hesabında yerləşdirməsi ilə başlayan kampaniya böyük dəstək görüb. Belə ki, Mursi tərəfdarları sosial şəbəkədə ağ geyimdə yan və ön hissədən şəkil çəkdirməklə paylaşım ediblər. Yaxın zamanda bu kampaniyanın 1 milyon insanı əhatə edəcəyi bildirilir. Daha sonra isə bununla bağlı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Kampaniyada iştirak edənlərdən Əhməd Əli deyib ki, başlatdığımız kampaniyayla hörmətli Respublika prezidenti Məhəmməd Mursiyə dəstək olmağa davam edəcəyik. Çünki onu prezident olaraq biz seçmişik. Xatırladaq ki, Mursi Prezident sarayı qarşısında keçirilən aksiya zamanı nümayişçiləri öldürməyə yönəlik addımların atılmasında |
2013-11-20 | 1,927 | Jrinovski partiya üzvlərini zorla vegetarian edir | Jrinovskinin partiyası LDPR yavaş-yavaş vegetarian həyat tərzinə keçəcək. "Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, Jrinovski hələ bu yaydan ət yeməyindən imtina etdiyini bildirib. "LDPR-də çəkmirlər, içmirlər, indi də ət yeməyəcəklər", - deyə siyasətçi vurğulayıb. O, qeyd edib ki, Norveçdə də hərbidə həftəlik "ətsiz gün" elan edilib və bunu dəstəkləyirəm, çünki ət çox ziyanlı məhsuldur. Digər heyvani yeməklərdən də imtina haqda heç bir məlumat verilməyib. Norveç ordusu vegeterianlığa keçəcək Bu arada Norveç Silahlı Qüvvələr Komandanlığı da qlobal iqlim dəyişikliyi ilə mübarizə kampaniyasına qoşulmağı planlaşdırır. Bunun üçün həftədə bir gün əsgərlər vegetarian yeməyi yeməli olacaq. Beləliklə, komandanlıq hər il 150 ton ətə qənaət edə bilər. Komanda nümayəndəsi Eysteyn Kvarvinq əlavə edib ki, "Şərt onda deyil ki, biz pula qənaət edirik. Biz iqlim və ekoloji təhlükəsizliyimizə diqqət ayırmağa və daha sağlam olmağa çalışırıq". |
2013-11-20 | 1,928 | Bakıda 9 bal gücündə zəlzələ ola bilər | Son zamanlar qonşu ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-in suallarını cavablandırıb. |
2013-11-20 | 1,929 | Suriyada 200 gürcüstanlı savaşır | Suriyada 200 Gürcüstan vətəndaşı vuruşur. "Axar.az"ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu açıqlama ilə "BBC" telekanalı çıxış edib. Suriyada savaşan Gürücüstan vətəndaşlarının milliyyətcə çeçen olduğu bildirilib. Kanal həmçinin burada döyüşənlərin hər birinin "İmarət Qafqaz" təşkilatının üzvləri olduğunu söyləyib. "BBC" təşkilat rəhbəri Doku Omarovun əvvəlcə döyüşçülərin Suriyaya getməsinə qarşı çıxdığını, lakin sonradan bunun oradakı düşərgələrdə çeçenlər üçün yaxşı məşq olacağını söyləyərək izn verib. |
2013-11-20 | 1,930 | Qatil həkimlər artıq istintaqla razılaşıb - İddia | Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında həkim terroru nəticəsində öldürülməsindən sonra Prezident İlham Əliyevə, həmçinin Səhiyyə naziri Oqtay Şirəliyevə və Baş prokuror Zakir Qaralova məktub ünvanlamış, Prezidentdən bu istintaq işini şəxsi nəzarətinə götürməsini xahiş etmişdi. Üstündən bir aydan çox vaxt keçəndən sonra jurnalist yenidən Baş prokurora müraciət etmək məcburiyyətində qalıb və bunun səbəbini açıqlayıb. Müraciəti təqdim edirik. "Hörmətli Zakir müəllim! Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığım müraciətin bir surəti də Sizə göndərilib. Həmin müraciətdə həyat yoldaşım Elnarə Tofiqqızı Niftəliyevanın "Medi Sina" klinikasında həkim terroru nəticəsində öldürülməsindən yazmış və sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda bu ölüm faktı ilə bağlı açılmış cinayət işini nəzarətinizə götürməyi həm də Sizdən xahiş etmişdim. Təəssüf ki, aradan ay yarımdan da artıq vaxt keçməsinə baxmayaraq, mənə müraciətimlə bağlı Baş Prokurorluqdan heç bir cavab gəlməyib. Amma mən surəti Sizə ünvanlanmaqla Cənab Prezidentə heç də təsadüfən müraciət etməmişdim və bu cinayət işini nəzarətinizdə saxlamağınızı əbəs yerə xahiş etmirdim. Məlumat üçün bildirim ki, M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkim-cərrahı Fərəcullah İdrisov mənim ona inamımdan sui-istifadə edərək, tamah məqsədi ilə heç bir zəruri ehtiyac olmadan həyat yoldaşım Elnarə Niftəliyevanın cərrahiyyə əməliyyatı olunmasına məni inandırmış və Mərkəzi Hərbi Klinik Hospitalın onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və anestezioloq Firuz İbrahimovla birlikdə "Medi Sina" klinikasında cərrahiyyə əməliyyatı aparmışlar. Sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, ədəbi-tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən – daha doğrusu, həkim terrorundan dünyasını dəyişmişdir. Xatırladıram ki, mənim 8 və 2 yaşında olmaqla, iki qızım var. Həmin gün Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində ekspertiza aparıldı və ekspertizanın ilkin rəyində "nəfəs çatışmazlığı" göstərildi. Hazırda ekspertizanın yekun rəyi də artıq ictimaiyyətə təqdim olunub və ilkin rəy təsdiqlənib. Əməliyyat zamanı nəfəs çatışmazlığının birbaşa həkim səhlənkarlığından və məsuliyyətsizliyindən olduğunu isə izah etməyə heç bir ehtiyac yoxdur. İndi Tibbi Ekspert Komissiyası təşkil olunub və həkimlərin hansı səviyyədə günahkar olduğu müəyənləşdirilir. Ancaq yuxarıda dediyim fikrə bir daha qayıdaraq bildirirəm ki, ekspertiza keçirildiyi və istintaq getdiyi zaman mənim Azərbaycan Prezidentinə və Sizə müraciət etməyim təsadüfi deyildi. Çünki Nəsimi Prokurorluğunda istintaqın gedişi heç bir halda məni qane edə bilməzdi. İki aya yaxındır davam edən istintaq zamanı yalnız bircə dəfə mənim ifadəm alınmaq üçün prokurorluğa dəvət edilmişəm. Daha sonra mənimlə heç bir əlaqə saxlanılmayıb. Hər dəfə öz təşəbbüsümlə edilən müraciətlər isə qulaqardına vurulub. İstintaq indiyə qədər cərrahiyyə əməliyyatına heç bir ehtiyac olmadan əməliyyata qərar verilməsinin, əməliyyat zamanı narkoza heç bir ehtiyac olmadan, narkozdan istifadə edilməsinin səbəbini aydınlaşdırmağa cəhd etməyib. Həmçinin, istintaq hələ də müəyyənləşdirməyib ki, "Medi Sina" klinikasına onkoloji əməliyyat aparılmasına Səhiyyə Nazirliyi tərəfindən icazə verilmədiyi halda, niyə bu əməliyyat orda aparılıb və bunun məsuliyyətini kim daşıyır? Həkimlər belə bir əməliyyata özəl klinikalarda icazə verilmədiyi barədə məni niyə məlumatlandırmayıblar və niyə bizi aldatmaqla, bu qətli törədiblər? Bu cinayətdə təkcə "həkim səhlənkarlığı və məsuliyyətsizliyi" deyil, həm də tamah məqsədi ilə insanın aldadılması, cərrahiyyə əməliyyatına cəlb edilməsi və onun öldürülməsindən söhbət gedir. Ancaq Nəsimi Rayon Prokurorluğunda qaldırılan cinayət işində istintaq hərəkətləri aparılmadığından, yalnız "həkim məsuliyyətsizliyi" əsas götürüldüyündən, Tibbi Ekspert Komissiyasının rəyini gözləməklə, əslində, hərəkətsizliklə məşğuldurlar. Hörmətli Zakir müəllim! Məlumat üçün bildirirəm ki, məndə olan səhih məlumata görə, Nəsimi Rayon Prokurorluğunda bu cinayət işinin artıq hansı axarla yekunlaşdırılacağı barədə qərar verilib. Belə ki, Nəsimi Prokurorluğu Fərəcullah İdrisov (cərrah-həkim), Mahir Məmmədov (onkoloq-cərrah) və Abbas Bağırovla ("Medi Sina" klinikasının baş həkimi) razılaşmaya gediblər və ölümün bütün məsuliyyətini anestezioloqun üstündə cəmləşdirmək niyyətindədir. Bu faktın təsdiqi kimi həkimlərdən yalnız birinin – anestezioloq Firuz İbrahimovun vəkil tutduğunu, digərlərinin isə heç bir müdafiəyə ehtiyac görmədən, əksinə, "biz artıq istintaqla razılaşmışıq" deyərək, həkim fəaliyyətlərinə davam etdiklərini göstərmək olar. Bu faktı Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, istintaq qrupunun rəhbəri Ələkbər Rzayev də gizlətmir və söhbətlərimizdə istintaqın bu sonluqla bitəcəyinə indidən zəmin hazırlamaqla məşğuldur. Hörmətli Zakir müəllim! Deyilənləri nəzərə alaraq, Nəsimi Rayon Prokurorluğunda başlayan bu cinayət işi ilə bağlı məndə olan məlumatların yoxlanılması, Elnarə Niftəliyevanın ölümünə görə başlanan cinayət işini araşdıran istintaq qrupunun indiyə qədər gördüyü işlərin qiymətləndirilməsi və istintaqın hərəkətsizliyinin səbəblərinin aydınlaşdırılması, tamah məqsədi ilə öldürülən bir ANAnın qanının məhz tamah məqsədi ilə batırılması istəklərinin mövcud olub-olmamasını müəyyənlədirmək üçün xüsusi göstəriş verməyinizi və ümumiyyətlə, cinayət işini birbaşa öz nəzarətinizə götürməyinizi Sizdən növbəti dəfə, israrla xahiş edirəm. Hazırda həkim qətliamlarının Azərbaycanda hansı fəsadlar yaratdığı və nə qədər ölümlərə səbəb olduğu barədə yəqin ki, müfəssəl bilgiləriniz vardır və son aylar həkim qətliamlarının cəmiyyəti ciddi surətdə narahat etməsinin də Sizin diqqətinizdən yayınmadığına əminəm. Ona görə ümid edirəm ki, Siz mənim bu ikinci məktubumdan sonra ən nəhayət, bu qətlin istintaqının nəzarətiniz altına alınması üçün göstərdiyim cəhdləri və narahatlığımı dəyərləndirməyə fürsət tapacaq və götürdüyünüz ölçülər barədə ictimaiyyət məlumatlandırılacaq. Əvvəlcədən təşəkkür edirəm". |
2013-11-20 | 1,931 | Hökumət başçıları Sankt-Peterburqda görüşdü | Sankt-Peterburqda (Rusiya) MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycanı tədbirdə Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. "Axar.az"ın xəbərinə görə, iclasda 31 sənədi birləşdirən 27 məsələ müzakirə ediləcək. MDB ölkələrinin sosial-iqtisadi inkişafı, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tədbirlər planının müzakirəsi diqqət mərkəzində olacaq. Bundan əlavə, Şuranın üzvləri antiinhisar və rəqabət siyasəti sahəsində kadrların ixtisasının artırılması, MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunları üçün hərbi kadrların hazırlanması, MDB ölkələrində rus dilini tədris edən müəssisələrə baza statusu verilməsi və digər məsələləri də nəzərdən keçirəcəklər. |
2013-11-20 | 1,932 | Xəzərin hüquqi statusu yenə müzakirədədir | Noyabrın 21-22-də Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupun növbəti, 34-cü iclası keçiriləcək. "Axar.az"ın xəbərinə görə, tədbirdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlərinin müavinləri iştirak edəcəklər. İşçi qrupun iclasları hər beş ölkədə növbə ilə keçirilir. İclaslarda Xəzər dənizinin yeni hüquqi statusunun hazırlanması, habelə sahilyanı dövlətlərin başçılarının və Xarici İşlər nazirlərinin mütəmadi keçirilən görüşlərinə hazırlıq məsələləri müzakirə olunur. XİN-in mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, Azərbaycanı bu görüşdə Xələf Xələfov təmsil edəcək. |
2013-11-20 | 1,933 | DİN çağırış etdi: diqqətli olun! | Qadın Krizis Mərkəzi adlı qeyri-hökumət təşkilatının rəhbəri Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların Türkiyə ərazisinə keçmələrinə dair açıqlamalar verib. "Axar.az"ın xəbərinə görə, bu məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə nazirlik qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib. Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvarın 1-dən bu günədək Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib. Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökumət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları yaymamağa çağırır. |
2013-11-20 | 1,934 | AZAL aviabiletlərin qiymətini aşağı salıb | "Azərbaycan Hava Yolları - AZAL" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Lvov-Bakı və Bakı-Simferopol-Bakı istiqamətində aviabiletlərin qiymətini aşağı salıb. "Axar.az"ın xəbərinə görə, sərnişinlər Bakı-Lvov-Bakı reysinə 346, Bakı-Simferopol-Bakı reysinə isə 352 avrodan başlayaraq (yığım və rüsumlar daxil) biletlər əldə edə bilərlər. |
2013-11-20 | 1,935 | “Azercell”in müdhiş fırıldaqları | "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən küli miqdarda pul mənimsəyir. Şirkət müxtəlif tarif və kompaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır. Milyonlarla abonentinin olduğunu deyən "Azercell" şirkəti bu mesajları bütün abonentlərinə göndərir və onları aldadaraq külli miqdarda pul qazanır. Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var. Telefonda olan "Azercell" nömrəsinə gələn mesajlara diqqət edək: "Bölgələrdə xüsusi tarifdən yararlan"! Hər tərəfə 1 dəq=5 qəp! Üstəlik, şəbəkədaxili 3-cü dəqiqədən sonra 0 qəp. Bölgə yaz, 7575-ə göndər. Etraflı www.azercell.com". Bu məzmunda məktub aldıqdan sonra, "Bölgə" yazıb, "7575"-ə mesaj göndərdik. "Azercell" şirkətindən belə bir cavab mesajı gəldi: "Bölgə tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp. Bölgələr 1 dəq = 5 qəp və 3-cü dəq. sonra pulsuz. Tarifdə bəzi kampaniyalar aktiv deyil. Ətrafli: www.azercell.com" Burada əsas məqam "Azercell"in göndərdiyi mesajdakı yalançı reklamdır. Əgər bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil deyilsə, nə üçün göndərilən ilk mesajda bu barədə məlumat verilmir? Pulsuz datakart alın, 95 AZN xərcə düşün "Azercell" şirkətinin daha bir fırıldağı internet istifadəçiləri üçün satdığı datakartla bağlıdır. "Azercell" ilə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa satış yerlərində bu datakartların pulsuz olmasını deyirlər. Sadə vətəndaş isə "pulsuz" sözünü eşidib datakartı sevə-sevə alır. Lazım olan da, olmayan da. Ancaq bu datakart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Bir müddət sonra datakartı işlədib-işlətməyəcəyi təqdirdə şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə, bir datakart istifadəçiyə 95 manat məbləğə başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır. 5 qəpik, yoxsa 118 qəpik? Şirkətin abonentləri aldadaraq onların müxtəlif yarış və viktorinalar çərçivəsində qazandığı xalı balanslarına keçirmək üçün 8228-ə sms göndərməli olduğunuzu yazır. Həmin mesajlardan "Axar.az"ın əməkdaşına da gəlib. SMS-i olduğu kimi təqdim edirik: "TƏBRİKLƏR! 994505434497, 50.000 xal QAZANDIN!!! 8228-ə elə indi SMS göndər, xallar balansına keçsin!" Mesaj göndərdikdə isə sizin balansınızdan 1.18 manat (118 qəpik) pul çıxılır və əvəzində siz sadəcə, müsabiqəyə real olaraq qoşulmuş milyonlarla sms-dən birinin sahibi olursuz. Məchulluğa çıxılan pullar Şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan Sindibad şirkəri ilə bağlıdır. "Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmuşuz və bu pullar ona görə çıxılır. "Azercell"in "feysbuk" sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş verir. Bəs əslində nə baş verir? "Azercell" şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində "Azercell" abonentlərinin xəbəri olmadan onları hansısa internet xidmətinə abunə edir... Təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girdiyini və min fırıldaqla, dərisini soyduğu barədə faktları işıqlandırmır. Ona görə heç kəsi qınamadan, bu sahədə faktların təqdimatında davam edəcəyik. |
2013-11-20 | 1,936 | Aİ prezidentlərin görüşünü alqışlayır | Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin dünən Vyanada keçirilən görüşünü alqışlayır. Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib. Qeyd edək ki, çərşənbə axşamı Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər ( Trend ). |
2013-11-20 | 1,937 | İsmayıllıda yol terroru: 1 ölü | Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Axar.az"ın xəbərinə görə, İsmayıllıda rayon sakini Elman Əzizov idarə etdiyi "VAZ-21100" markalı avtomobillə həmyerlisi Ağalar Xanalıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb. Paytaxtın Q.Qarayev prospektində isə naməlum avtomobillə Bakı şəhər sakini İlqar Hidayətov vurulub. Xəstəxanada ilkin tibbi yardım göstərilən piyada evə buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir. |
2013-11-20 | 1,938 | Əmək Müfəttişliyinin işçiləri istefaya göndərildi | İdris İsayevdən gözlənilməz istefa tələbi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri kütləvi şəkildə istefaya göndərilib. Əmək Müfəttişliyindəki etibarlı mənbədən daxil olan məlumata görə, qurumun yeni sədri İdris İsayev rayon və şəhər bölmələri daxil olmaqla xidmətin bütün əməkdaşlarına işdən çıxmaqla bağlı ərizə yazmağı tapşırıb. İstefa ərizələrində yazılma tarixin qeyd edilməməsi tələb olunub. Ərizələrdə işçilərin öz xahişləri ilə işdən çıxarılması əskini tapıb. Müraciətlərin yazılı sürətdə toplanaraq bu gün saat 18:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə təqdim olunacağı gözlənilir. Mənbənin bildirdiyinə görə, ərizələrin kütləvi şəkildə yazılması qurumda baş verəcək ixtisarla bağlıdır. Belə ki, İdris İsayevin bu addımı atması həyata keçiriləcək ixtisarlardan sonra yarana biləcək narazılıqların qarşısının almaqdan ibarətdir. Qeyd edək ki, bir müddət öncə Səlim Müslümovun əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub ("Azvision.az"). Faktla bağlı ətraflı məlumat veriləcək. |
2013-11-20 | 1,939 | İlham Əliyev qalib şahmatçılarla görüşdü | Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. İnamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən Prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğuladı. Dövlətimizin başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirdi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini dedi. Dövlətimizin başçısı müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və ardıcıl iş apardığını bildirdi. Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan Prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu dedi. Dövlətimizin başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd etdi. Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirdi. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirdi. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini dedi. Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğuladı. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirdi. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söylədi və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğuladı. Sonda xatirə şəkli çəkdirildi. |
2013-11-20 | 1,940 | “Nissan”dan yeni konsept avtomobil | "Nissan" Tokiodakı avtoşouda iki yeni konsept avtomobil - "IDx Freeflow" və "IDx Nismo" ilə bağlı sirr açıb: Avtomobil istehsalçısının fikrincə dizaynı "Datsun" ( 510 ) markalı klassik model üslubunda olan prototiplər, 23 yaşdan aşağı olan gənclər üçün nəzərdə tutulub. "IDx Freeflow"un qabaritlərinə gəlincə, avtomobilin uzunluğu 4,1 m, eni 1,7 m, hündürlüyü isə 1,3 m.-dir. |
2013-11-20 | 1,941 | Jurnalistlərimiz hansı yazıçıları oxuyur | Ən yaxşı roman müəlliflərindən sayılan yazar Qüstav Flober deyib ki, "Yazarlıq – yazarın inandığını kəşf etmək sənətidir". Bütün dünyada olduğu kimi ölkəmizdə də yazarlara hər zaman maraq var. Jurnalistlərin isə yazarlara olan marağı tam başqadır. Çünki yazarlarla ən çox jurnalistlər ünsiyyətdə olur. Bəs görəsən, jurnalistlər daha çox hansı yazarları oxumağa üstünlük verir? Vaxt çatmır ATV-nin aparıcısı Samirə Mustafayeva əsasən, dünya ədəbiyyatına üstünlük verdiyini bildirdi. Bədii ədəbiyyatla müqayisədə, elmi ədəbiyyatı daha çox oxuduğunu dedi: "Yerli yazarlardan Elçin Səfərlinin kitabını alsam da, hələ oxumamışam, çünki vaxtım məhdud olur. Orxan Fikrətoğlunun sonuncu kitabını da almışam. Vaxtım olan kimi sırayla hər birini oxuyacam". Samirə Mustafayeva kimliyindən asılı olmayaraq, hər kəsin mütaliəsinin olmasını vacib sayır. Xəzər TV-nin aparıcısı Anar Nəcəfli isə ən çox Müşfiq Xana üstünlük verdiyini, amma kitab oxumağa elə də çox vaxtı olmadığını bildirdi. "Azadlıq" qəzetinin redaktoru Alı Rzanın fikirlərinə gəlincə, o, yazarlardan Zümrüd Yağmur, Pərviz Cəbrayılı, şairlərdən isə Səadət Cahangiri oxuduğunu bildirdi. ANS televiziyasının aparıcısı İlkin Kərimov ən çox Aqşin Yenisey, Murad Köhnəqala, Seymur Baycan, Ramiz Rövşən və Qisməti oxuduğunu dedi. Teleaparıcıcnın fikrincə, müasir yazarlar gənc olduğundan insan ruhuna daha yaxındırlar. Onlar gənclərin ruhuna daha çox işləyirlər. O, ən sonuncu dəfə Aqşinin şeirlərini oxuduğunu bildirdi. Hələ bizdə bədii əsər yazmağı öyrənməyiblər "Simsar.az" xəbər portalının baş redaktoru Elmar Hüseynovun fikrincə isə Aqşin Yeniseyin köşələrində hər şey tapmaq mümkündür. O, Aqşin Yeniseyin insan ruhuna toxunduğunu bacardığını bildirdi. Seymur Baycanı isə ən güclü köşə yazarlarından hesab edir. "Günel Mövlud son vaxtlar maarifçi dəst xəttinə keçib ki, çox maraqlı yazır. Mən Azərbaycanlıların yazdığı bədii əsərləri oxuyub vaxtımı itirmək istəmirəm. Çünki İsa Hüseynov, Əkrəm Əylisli və Anar bizdə bədii əsərə öz möhürlərini vurublar. İstər gənc yazarlar olsun, istərsə də sonrakı nəsillər, hələ də bizdə bədii əsər yazmağı öyrənməyiblər. Bizdə yazarlar nə təsviri bacarırlar, nə hadisə qurmağı, nə də maraqlı gediş etməyi... Mənim üçün digər köşə yazarları o qədər də maraqlı deyil. Ancaq bəzən elə maraqlı köşələr yazan olur ki... Bu baxımdan Sona Yaqubovonın "Azərbaycansayağı abırlı kişilər" köşəsini çox bəyəndim". "Teleqraf" qəzetinin redaktoru Dilqəm Əhməd isə hazırda çantasında Yusuf Akçuranın "Xatirələrim" kitabının olduğunu bildirdi. Son zamanlar isə daha çox memuar ədəbiyyatına üstünlük verdiyini qeyd etdi. "Daha öncə eks-prezident Ayaz Mütəllibovun "7 ilin 70 anı" kitabını bitirdim. Bu seriyadan paralel olaraq M.S.Ordubadinin xatirələrinə başlamışam. Kənan Hacının "Yaddaş kartı" memuar-romanını alsam da, o hələ növbəsini gözləyir. D.Əhməd hazırda bu siyahıya Vilayət Quliyevin "Son illərin yazıları" adlı məqalələr toplusu kitabının da aid olduğunu qeyd etdi. O əsərlərdə ən çox diqqəti çəkən məqamlara da toxundu. Bildirdi ki, eks-prezident Ayaz Mütəllibovun AXC hakimiyyəti ilə bağlı, onun hakimiyyətdən uzaqlaşdırıldığı ərəfədə olan hadisələr barədə fikirlərində subyektivlik olsa da, gerçəkliklər də mövcuddur. "Yeni Müsavat" qəzetinin jurnalisti Aygün Muradxanlı isə Zümrüd Yağmurun "Allah qayıdır?"əsərindən sonra yerli yazarlardan kimsəni oxumadıını bildirdi. Jurnalist bildirdi ki, indi o təsəvvüfi ədəbiyyata daha çox üstünlük verir. Bundan başqa Üzeyir bəy Hacıbəyovun və Mirzə Cəlilin felyetonlarını oxuduğunu qeyd etdi. Aqşin köhnə yazılarını təzə kimi sırımasa… "Qafqazinfo" xəbər portalının direktoru Elbrus Ərud yerli yazarlardan ən çox Seymur Baycan və Əkrəm Əylislini oxuduğunu bildirdi: "Kim nə yazırsa, oxuyuram. İstedadlı uşaqlardan Aqşinin şeir kitabını oxumuşam. Aqşinin yazdıqlarının hamısını sevirəm, amma köhnə yazılarını təzə kimi sırımasa… |
2013-11-20 | 1,942 | Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu keçiriləcək | 2013-cü ilin UNESCO tərəfindən böyük türk mütəsəvvifi Seyid Yəhya Bakuvinin 550-ci ildönümünə həsr edilməsi münasibətilə il boyunca keçirilən silsilə tədbirlərdən ən önəmlisi bu yaxınlarda baş tutacaq. Ərdəhan Universitetinin başçılıq etdiyi "Kafkasya Üniversiteler Birliyi" və Azərbaycan Qafqaz Universitetinin əməkdaşlığı ilə noyabr ayının 21-22-sində Türkiyədə Əskişəhərdə, 24-25 tarixlərində Bakıda "Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu" keçiriləcək. Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılacaq. Tədbirdə Amerika Birləşmiş Ştatları (ABŞ), Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaqla dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcək. |
2013-11-20 | 1,943 | “Feysbuk” da Kosovanı tanıdı | "Feysbuk" Kosovanın müstəqilliyini tanıyıb. "Axar.az"ın xəbərinə görə, Kosovanın Avropaya İnteqrasiya naziri Vlora Çitaku "Tvitter" hesabında bu barədə məlumat verib. "Feysbuk" Kosovanı rəsmən tanıdı. Artıq sosial şəbəkə istifadəçiləri "Feysbuk"da ölkə olaraq Kosovanı seçə biləcək". Bir neçə ay əvvəl kosovalı Luard Kullolli "feysbuk"un qurucusu Mark Zukerberqə bu mövzuda ərizə göndərmişdi. Ərizə 10 min kosovalı tərəfindən imzalanmış və Kosovanın bir ölkə olaraq tanınması çağırışı edilmişdi. |
2013-11-20 | 1,944 | Kül olmuş “Karvan”dan reportaj - Son görüntülәr | Sumqayıt şəhər Karvan Ticarət Mərkəzində baş verən yanğından sonrakı vəziyyəti öyrənmək üçün hadisə baş verən ərazidə olduq. "Burda təmizləmə işləri artıq başa çatıb. Artıq təmir-bərpa işlərinə start veriləcək",- bu sözləri bizə adını açıqlamayan, amma bizi orda görər–görməz qaça-qaça gəlib yaxınlaşan adam söylədi. Əvvəlcə hardan gəldiyimizi soruşdu, daha sonra isə tələm-tələsik danışıb getdi. Ondan kim olduğunu soruşduq, o isə sadəcə, fəhlələrin artıq-əskik danışmaması üçün bizə yaxınlaşdığını dedi. Ondan öyrəndik ki, "Karvan"da bərpa işlərini 3-4 şirkət birgə aparır. Ancaq şirkətlərin adını bilmir. Ticarət mərkəzində çalışan türkiyəli işçinin dediyinə görə isə, bərpa işlərini aparan şirkət "Uğur Yapı"dır. Ticarət Mərkəzinin yanması bir möcüzə oldu "Karvan"ın Ticarət Mərkəzinin direktoru Ağamirzə Rəhimov bildirdi ki, yanğın eyni zamanda 6-7 yerdə baş verdiyinə görə söndürmək mümkün olmadı: "Hələ avqust ayında şəhərdə bir şayiə yaydılar ki, guya ticarət mərkəzi yanıb, külə çevrilib. Ondan bir ay keçəndən sonra isə bildiyiniz bu hadisə baş verdi. Ancaq sizin vasitənizlə hamısıya səslənirəm: düşmənlər sevinməsin, iki aydan sonra bərpa işləri yekunlaşacaq və Mərkəz yenidən fəaliyyətini davam etdirəcək". Mərkəzin direktoru hansı şirkətin bərpa işlərinin apardığını isə bilmir: "Vallah, yaddaşım xarab olub, xatırlamıram". Sahibkarlar yanğını qəsd hesab edir Karvan Ticarət mərkəzində yanğından sonra yurdsuz-yuvasız qalan sahibkarlar "Bazarstore Ticarət Mərkəzi"nin ikinci mərtəbəsində yerləşən Şadlıq sarayına sığınıblar. Şadlıq sarayı bazara çevrilib. Burda onlar yer haqqı ödəmədən öz mallarını satırlar. Sahibkarlarla elə burda görüşdük. Sahibkar Rəfiqə Rzayeva yanğın baş verən zaman 30 min manatlıq malının yandığını deyir: - Hər kimin qurması idisə yazıq kasıbın malı getdi ortada. Hər yerə - Prezident Aparatınacan müraciət etmişik, amma kiminsə bizə yardım edəcəyinə ümidimiz qalmayıb. Burda 6 min işçi çalışırdı. Hər birimizə müxtəlif məbləğlərdə ziyan dəyib. Prezident Aparatında qəbulda olduq, bizə gözləməyi məsləhət gördülər. Biz də gözləyirik. Sahibkarlar yanğının hər hansı bir ehtimal üzündən deyil, qəsdən törədildiyini iddia edirlər. Onlara dəyən ziyanının ödənilməsinə gəlincə, FHN və Prezident Aparatından gözləmək məsləhət görülüb, onlar da gözləməkdən başqa bir çarə olmadığını deyirlər. |